Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kristina Lous Lange
Kristian Lous Lanqe — (17 sentyabr 1869[…], Stavanqer[d] – 11 dekabr 1938[…], Oslo) Norveçli tarixçi, müəllim və politoloq. O, internasionalizm nəzəriyyəsi və praktikasının dünyadakı ən qabaqcıl təmsilçilərindən biri idi. == Həyatı == Kristian Lanqe Stavanqerdə anadan olub. Onun atası hərbi mühəndis idi və tarixçi Kristian Kristof Andreas Lanqenin nəvəsi idi. O,1887-ci ildə orta məktəbi bitirdikdən sonra, səyahət etməyə və Oslo Universitetində tarix, ingilis və fransız dillərini öyrənməyə davam etdi. 1893-cü ildə filologiya elmləri namizədi dərəcəsinə yiyələndi. Uzun illər orta məktəblərdə müəllimlik etdi və doktorluq dərəcəsinə yiyələnmək üçün Oslo Universitetinə müraciət etdi. == Karyerası == 1899-cu ildə, Parlamentlərarası Birliyin Oslo konfransını təşkil edən komitənin katibi təyin edildikdə, müxtəlif ölkələrin parlamentariləri arasında müzakirələrin aparılmasına həsr olunmuş təşkilatın, internasionalist hərəkatının ilk rəsmisi oldu. Növbəti il,Norveç Parlamentinin Nobel Komitəsinin katibi elan edildi və 1909-cu ildə vəzifəsindən imtina etməsinə baxmayaraq,Norveç Nobel İnstitutunun ilk günlərində əsas rol oynayacaqdı. Bu müddət ərzində İkinci Haaqa Sülh Konfransının Norveç texniki nümayəndəsi oldu.
Loksa
Loksa (est. Loksa) — Estoniyanın şimalında, Baltik dənizində yerləşən şəhər, Haryumaa bölgəsində şəhər. == Əhali == Loksanın 57% ruslar təşkil edir. == Web link == 360° aeropanoraam / aerofoto. 1 aprill 2012 Loksa linn Loksa linnal keelatakse end lõhki laenata, Postimees, 8.
Lokus
Lokus — biologiyada xromosomda genin yerləşdiyi nahiyə. Lokusların hər hansı genom üçün sıra sayı genetik xəritə adlanır. == Təsnifat == Misal: "6p21.3". Anoloji olaraq uzun qola da təbiq olunur. Misal üçün "11q1.4-q2.1" göstərir ki, genin lokusu XI xromosomun uzun qolunda, yarımzolaq 4 ilə zolaq 1-in və yarımzolaq 1 ilə zolaq 2-nin arasındadır.
Lotus
Lotus (lat. Lotus) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Souse
Souse (e.ə. 12 – e.ə. 11) — Hun İmperiyası hökmdarı. == Həyatı == Qardaşı kimi sakit həyat sürən Souse 8 il hakimiyyət sürdü. Çinə imperatorla görüşməyə gedərkən xəstələnərək öldü. Yerinə qardaşı keçdi.
Lost
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Sous
Fransızların dediyi kimi çox gözəl yemək bişirməyi və hazırlamağı öyrənə bilərsən, lakin sous düzəltmək Allahın verdiyi vergidir. Sous sözü də digər bir çox sözlər kimi bizim dilimizə fransızlardan keçmişdir və latın sözü sayılır. Salsa sözü qədim romalılarda duzlu məhlul, yəni bir sözlə izah etsək sous sözünü ifadə edirdi. Fransanın özündə souslar kulinariyanın ən yüksək zirvəsini qət edə bilmişdir, nəticədə fransız dilində sauce kimi ifadə olunan bu söz dünya ədəbiyyatında daxil olmuşdur. Birinci məşhur sous qarum adlandırılırdı və bu sous daha çox balıq yeməklərində, iksusda istifadə edilirdi. Qarumu daha çox kübar ailələrin nümayəndələri istifadə edirdi, çünki bu qida ən çətin hazırlanan xörəklər siyahısında yer alırdı. Ət və balıq məhsullarından hazırlanan yeməklərdə əlavə sous kimi istifadə edilirdi. Sousu çox vaxtlar duzun yerinə istifadə edirdilər. Qarum iri yırtıcı balıqlardan və skumbriya balığının günəşin altında qurudulmuş halından hazırlanırdı, eyni zamanda qızardılmışından da istifadə edilə bilərdi. Uzun müddət günəşin altında saxlandıqdan sonra qızardılır və ətdə müəyyən sərtlik əmələ gəlirdi.
Lush
Lush — amerikalı müğənni Mitskinin ilk studiya albomu. 31 yanvar 2012-ci ildə yayımlanıb. Mitski albomu SUNY Purcase-də təhsil alarkən tələbə layihəsi kimi hazırlayıb. == Trek siyahısı == Bütün mahnılar Mitski tərəfindən yazılmış və bəstələnmişdir.
Aviasiya şousu
Aviasiya şousu (aviaşou) — xüsusi təşkil edilmiş şouda təyyarəni idarə etmək bacarığını göstərilməsi. Aviasiya texnikanın göstərilməsi də deyilir. == Tarix == Birinci Dünya Müharibəsindən sonra təcrübəli döyüş pilotları yeni bacarıqlarını nümayiş etdirməyə çalışdılar. Bir çox amerikalı pilot uçuş sirklərində çıxış etməyə, ölkənin kiçik şəhərlərini gəzməyə və uçuş bacarıqlarını nümayiş etdirməyə və sərnişin daşımalarını təşkil etməyə başladı. Nəticədə bu pilotlar birləşməyə və daha mütəşəkkil aviaşou keçirməyə başladılar. Hava yarışları və akrobatik stunları göstərən bir aviaşou, ölkə daxilində hərəkət etdilər. Hava yarışları mühərrik performansının yaxşılaşdırılmasına və gövdənin inkişafına təkan verdi — məsələn, Schneider Kuboku daha sürətli və daha rasional monoplan layihələrinin yaradılmasına səbəb oldu, ən yaxşısı Spitfire-in birbaşa sələfi Supermarine S.6B oldu. Pul mükafatları pilot və dizaynerlər arasında rəqabəti artırdı və irəliləməni xeyli sürətləndirdi. Amelia Earhart bəlkə də çoxsaylı aviaşoularının ən populyar üzvü idi. O, Atlantik və İngilis kanalı üzərindən uçuş kimi rekordlar vuran ilk qadın idi.
Bolonyeze sousu
Bolonyeze sousu (italyan dilində: Ragù alla bolognese, fransız dilində: Sauce bolognaise) - İtaliya mətbəxinə aid olan və ilk dəfə XVIII əsrdə Boloniya makaron evində meydana çıxan ətli sous. Bolonya sakinləri Bolonyeze sousunu adətən təzə talyatelle (makaron məhsullarından biri olan olan lapşanın bir növü) və tərəvəzdən hazırlanan lazanya ilə birlikdə süfrəyə verirdilər. Bolonyeze sousu kartof püresi ilə birlikdə servis edilməsi hallarına da rast gəlmək mümkündür.
Diospyros lotus
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid biki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.
Dəb şousu
Dəb şousu — moda həftələrində yaxud xüsusi təqdimat günlərində geyim və aksesuarların bir hissəsini nümayiş etdirmək üçün modelyerlərin təşkil etdiyi moda sərgisi. Paltar və ya aksesuarlar səhnədə modellər tərəfindən nümayiş etdirilir. Moda nümayişi bütün fəsillərdə, xüsusən yaz-yay və payız-qış dövrlərində keçirilir. Bu nümayiş zamanı ən son moda trendləri təqdim edilir.
Freedom House
Freedom House (ing. dilindən tərcümədə "Azadlıq Evi" deməkdir) Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar və onların müdafiəsi üzrə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. O, hər ölkədə demokratik azadlıqların qorunması dərəcəsini qiymətləndirən illik hesabatlar hazırlayır ki, onlardan siyasi elmlərdə tədqiqatlar zamanı istifadə olunur.Təşkilat 1941-ci ilin oktyabrında yaradılıb, onun fəxri sədrləri Vendell Villki və Eleanor Ruzvelt olub. Freedom House özünü "dünyada demokratiya və azadlıqların carçısı" kimi təsvir edir. == Hazırladığı reytinqlər == Mərkəzi və yerli hakimiyyət haqqında. 2005-ci ildən başlayaraq Freedom House təşkilatı oxucuları mərkəzi və yerli hakimiyyət haqqında təfərrüatlı analizlə təmin etmək məqsədiylə onlara dair ayrıca analiz və reytiqnləri tətbiq etməyə başlamışdır. Reytinqlər Freedom House təşkilatının, onun akademik məsləhətçilərinin və bu hesabatın müəllifnin apardığı araşdırmalar və sorğuların nəticələrini əks etdirirlər. == Hesabatları == === Azərbaycanın hesabatlarda yeri === Mətbuat azadlığı (2011) - 196 ölkə içərisində 171-ci yer; İnternet azadlığı (2011) - 37 ölkə arasında İnternetə çıxışda maneələr olan və istifadəçilərin hüquqları pozulan «qismən azad ölkə» statusu.
Hind lotusu
Fındıqcalı şanagüllə və ya Hind lotusu(lat. Nelumbo nucifera) — şanagüllə cinsinə aid bitki növü.
Katarina Sousa
Katarina Sousa (d. 27 aprel 2000) — Anqolalı üzgüçü. Katarina Sousa Anqolanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Katarina Sousa birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 32.24 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 56-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Loqoy krateri
Loqoy krateri (həmçinin: Loqay astroblemi) — Belarus Respublikasının Minsk vilayətində, Loqoy rayonunun Malinovka kəndi yaxınlığında yerləşən krater. 42,3 ± 1,1 milyon il əvvəl, radisu təxminən 650 metr olan bir asteroidin düşməsi nəticəsində formalaşmışdır. Asteroidin həcmi 1,150 milyard m³, çəkisi isə 9,2 trillion ton olmuşdur. Asteroidin ehtimal olunan sürrəti 18 km/saniyə olmuşdur. Toqquşma zamanı ayrılan enerjinin miqdarı 1,49 Zetta Colu və ya 365 trotil ekvivalentinə bərəabər idi. Bu təxminən Hirosimaya atılan 25 milyon bombaya bərəabərdir. Krater mərkəzinin kordinatları: 54°12′ şm. e. 27°48′ ş. u.
Lotay Tserinq
Lotay Tserinq (dz. བློ་གྲོས་ཚེ་རིང་; 10 may 1969, Thimphu) — 7 noyabr 2018-ci ildən etibarən Butanın hazırkı Baş naziri və siyasətçi. == Həyatı == Tserinq 10 may 1969-cu ildə sadə bir ailədə anadan olub. Thimphu şəhərinin Daluxa kəndində böyüyüb.İlk təhsilini Punaxa Liseyində almış və Şerubtse Kollecini bitirmişdir. Banqladeşdəki Dakka Universitetinin nəzdindəki Mymensinq Tibb Kollecini bitirmiş və 2001-ci ildə magistr dərəcəsi almışdır. Banqladeşin Dakka şəhərindəki Banqabandu Şeyx Mucib Tibb Universitetində cərrahiyyə ixtisasını bitirmişdir. 2007-ci ildə ABŞ-nin Viskonsin Tibb Kollecində Ümumdünya Səhiyyə Təşkilatının ona verdiyi maddi dəstəyin sayəsində urologiya təhsili aldı. Butana qayıtdıqdan sonra ölkəsində təcrübə keçən yeganə uroloq idi. 2010-cu ildə Sinqapurun Sinqapur Ümumi Xəstəxanasında və Yaponiyanın Okayama Universitetində endourologiya ixtisası üzrə kurs aldı. 2014-cü ildə Avstraliyanın Kanberra Universitetindən magistr dərəcəsi alıb.Tserinq həkim Uqyen Dema ilə evlidir.
Lotus (dəqiqləşdirmə)
Lotus — paxlakimilər fəsiləsinə aid bitki cinsi. Lotus (firma) — firma. Lotus 1-2-3 — Lotus Software şirkəti tərəfindən işlənib hazırlanmış cədvəl prosessoru.
Lotus (firma)
1955-ci ildə İngiltərədə Colin Chapman tərəfindən qurulmuş avtomobil firması. Firma bu gün Proton bünyəsi altındadır.
Lotus Cars
Lotus Cars, 1952-ci ildə İngiltərədə Colin Chapman tərəfindən qurulmuş avtomobil şirkətidir. Bu gün şirkət Protonun bir hissəsidir.
Lotus Elan
Lotus Elan, Lotus Cars tərəfindən 1962-1975 və 1989-1995-ci illər arasında istehsal olunan idman avtomobili modelidir. 1962-1975-ci illərdə istehsal olunan Type 26, 26R Racing versiyası (S1 Elan), 36R Racing versiyası (S2 Elan), 36 Fixed Head Coupe, 45 Drop Head Coupe və “Type 50” +2 Coupe 1960-cı illərin Elanı olaraq bilinir. Onlar iki qapılı, arxa itələməli kupe və roadsterlər olmuşdurlar. Type M100, 1989-1995-ci illər arasında istehsal edilmiş və 1990-cı illərin Elanı kimi tanınan iki qapılı roadster (üstü açıq maşın) olmuşdu.
Lotus aboriginus
Lotus aboriginus (lat. Lotus aboriginus) — paxlakimilər fəsiləsinin lotus cinsinə aid bitki növü.
Lotus ambiguus
Lotus corniculatus (lat. Lotus corniculatus) — paxlakimilər fəsiləsinin lotus cinsinə aid bitki növü. == Sinonim == Lotus ambiguus Spreng. Lotus arvensis Pers. Lotus balticus Miniaev Lotus carpetanus Lacaita Lotus caucasicus Kuprian. Lotus caucasicus Kuprianova Lotus ciliatus sensu Schur Lotus corniculatus subsp. corniculatus corniculatus Lotus corniculatus var. corniculatus corniculatus Lotus corniculatus var. crassifolia Fr. Lotus corniculatus var.
Lotus argophyllus
Lotus argophyllus (lat. Lotus argophyllus) — paxlakimilər fəsiləsinin lotus cinsinə aid bitki növü.
Lotus argyraeus
Lotus argyraeus (lat. Lotus argyraeus) — paxlakimilər fəsiləsinin lotus cinsinə aid bitki növü.
Lorş
Lorş (alm. Lorsch‎) — Almaniyanın Hessen torpağının Darmştadt inzibati dairəsində şəhər. Sahəsi 25.24 km2, əhalisi 12810 nəfərdir (2007).