Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Möhtəkir
Möhtəkirlik — əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq. İslam peyğəmbərindən nəql olunan hədislərdən aydın olur ki, möhtəkirliyi yalnız xəyanətkarlar və günahkarlar edə bilərlər: "Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz.""Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz." Nəhcül-bəlağədə Əli ibn Əbu Talib Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında Möhtəkirliyin qarşısının alınmasının zəruriliyi haqda qeyd olunur: "Bütün bunlarla yanaşı bil ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır.
Mötəsim
Əbu İshaq Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو إسحاق محمد بن هارون الرشيد‎) və ya Əl-Mötəsim (ərəb. المعتصم بالله‎) (796 – 5 yanvar 842, Səmərra, Abbasilər xilafəti) — 8. Abbasi xəlifəsi. Məmundan sonra xəlifə olan Mötəsim (833–842) Harun ər-Rəşidin Maridə adlı Soğdlu bir türk cariyəsindən olma oğludur.; Məmunun xəlifəliyi sırasında Misirdə vali ikən; türkləri orduya toplayan və onlar üzərində təsiri olan bir şəxsdir. Mötəsim xəlifəliyə keçər-keçməz o dönəmin ən önəmli sosial dəyişimini gerçəkləşdirmişdir. Bu dəyişim ordunun türkləşdirilməsiydi. Mötəsim xəlifə olmadan öncə türklərdən mühüm dərəcədə ordu qurmuş, və Məmunun dönəmində şəxsən başladığı bu işi sürətlindirərək davam etmişdir. Bildiyimiz kimi anası türk əslli olan xəlifə Mötəsim türklərdən xüsusi bir əsgəri güc qurmuşdu. Türk muzdlu və qulamlarını rəhbərlikdə əhəmiyyətli vəzifələrə gətirmişdi.
Mötəzid
Mütəzid (ən geci 861, bilinmir, Abbasilər xilafəti – 5 aprel 902, Bağdad, Abbasilər xilafəti) — Abbasi xəlifəsi. On altıncı Abbasi xəlifəsi Əbul-Abbas əl-Mütəzid Billah Əhməd ibn əl-Müvəffəq Billah Talha (Məhəmməd) ibn Cəfər 857-ci ildə Səmərrada anadan olmuşdur. Anası Savab bizans əsilli cariyədir. Zəki, cəsur və heybətli görünüşə malik Mütəzid Abbasilər sülaləsinin ən nüfuzlu xəlifələrindən biridir. Xəlifə seçildiyi dövr Abbasi xilafətinin tənəzzülə uğradığı vaxta təsadüf etməsinə baxmayaraq, qısa zamanda dövlətin möhkəmlənməsinə, xəzinənin yenidən formalaşdırılmasına nail olmuşdur. Şəxsi keyfiyyətlərinə və Abbasilər xanədanın yenidən dirçəltməsinə görə tarixçilər onu "İkinci Səffah" (Abbasilərin ilk xəlifəsi Səffah olmuşdur) adlandırmışlar. Gənc yaşlarında əmisi Mütəmidin xəlifəliyi dövründə vəzir olan atası Müvəffəqlə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir. Atasının ölümündən sonra vəzir vəzifəsini icra edən Mütəzid xilafətin mütləq hakimi səlahiyyətini ələ keçirmiş və xəlifəyə təsir imkanlarını xeyli genişləndirmişdir. Nəticədə xəlifə Mütəmid oğlu Müvəffəzi vəliəhdlikdən uzaqlaşdırıb, qardaşı oğlu Mütəzidi vəliəhd elan etmək məcburiyyətində qalmışdır. Bu hadisədən altı ay sonra müəmmalı şəkildə vəfat edən Mütəmidin yerinə keçərək xəlifə olmuşdur.
Mötəmid (xəlifə)
Əbül Abbas Əhməd ibn Cəfər (ərəb. أبو العباس أحمد بن جعفر‎) və ya Əl-Mötəmid (ərəb. المعتمد على الله‎) (d. 845 - ö. 15 oktyabr 892) — 15. Abbasi xəlifəsi. Ya‘kūbî, Târîḫ II, 619-624. Taberî, Târîḫ (Ebü’l-Fazl), IX, 462, 474-667; X, 7-29. Mes‘ûdî, Mürûcü’ẕ-ẕeheb (Abdülhamîd), IV, 189-229. İbnü’l-İmrânî, el-İnbâʾ fî târîḫi’l-Ḫulefâʾ (nşr.
Mötəsim Qəddafi
Mötəsim Billah əl-Qəddafi (18 dekabr 1974, Tərabülüs əl-Qərb – 20 oktyabr 2011, Sirt) — Müəmmər əl-Qəddafinin övladlarından biri, Liviya ordusunun polkovniki. Bir neçə il əvvəl atasına qarşı çevrilişə cəhd göstərib, məğlubiyyətə uğradıqdan sonra Misirə qaçıb. Atası onu bağışladıqdan sonra isə yenidən Liviyaya qayıdıb. Qəddafinin təhlükəsizlik işləri üzrə müşaviri və ordu komandanlarından biri olmuşdur.
Mənuçöhr Möttəki
Mənuçöhr Möttəki (fars. منوچهر متکی‎;12 may 1953, Bəndər Gəz şəhristanı, Gülüstan ostanı) — İran İslam Respublikasının xarici işlər naziri (24 avqust 2005 – 13 dekabr 2010). Manuçehr Mottaki 1953-cü ildə İranın Bəndərgəz şəhərində anadan olub. Tehran və Banqalor şəhərlərində ali təhsil alıb.İranın Türkiyədə və Yaponiyada səfiri olub. 2005-ci ilin avqust ayından 2010-cu il dekabrın 13-də qədər İran İslam Respublikasının xarici işlər naziri olub.
Əl-Mötəsim
Əbu İshaq Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو إسحاق محمد بن هارون الرشيد‎) və ya Əl-Mötəsim (ərəb. المعتصم بالله‎) (796 – 5 yanvar 842, Səmərra, Abbasilər xilafəti) — 8. Abbasi xəlifəsi. Məmundan sonra xəlifə olan Mötəsim (833–842) Harun ər-Rəşidin Maridə adlı Soğdlu bir türk cariyəsindən olma oğludur.; Məmunun xəlifəliyi sırasında Misirdə vali ikən; türkləri orduya toplayan və onlar üzərində təsiri olan bir şəxsdir. Mötəsim xəlifəliyə keçər-keçməz o dönəmin ən önəmli sosial dəyişimini gerçəkləşdirmişdir. Bu dəyişim ordunun türkləşdirilməsiydi. Mötəsim xəlifə olmadan öncə türklərdən mühüm dərəcədə ordu qurmuş, və Məmunun dönəmində şəxsən başladığı bu işi sürətlindirərək davam etmişdir. Bildiyimiz kimi anası türk əslli olan xəlifə Mötəsim türklərdən xüsusi bir əsgəri güc qurmuşdu. Türk muzdlu və qulamlarını rəhbərlikdə əhəmiyyətli vəzifələrə gətirmişdi.
II Abbad əl-Mötədid
II Abbad əl-Mötədid (1016, Sevilya – 28 fevral 1069, Sevilya) — Abbadilər sülaləsindən ikinci hökmdar. == Həyatı == Abbad ibn Əbulqasim Məhəmməd bin Abbad 1012-ci ildə İspaniyanın Seviliya şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. II Abbad 1042-ci ildə hökmdarlığa yiyələnmişdi. II Abbad o illərdə qonşularıyla savaşmaqdan da geri qalmırdı. 1053-cü ilə qədər kiçik Bərbəri xanədanlarını hakimiyəti altına almışdı. Buna baxmayaraq Qranadadakı Zirilər onun qarşısında müvəffəqiyyətlə müqavimət edirdilər. Bu arada Cəzirətülhadranı Hammudilərdən alaraq oğlu İsmaili Kurtuba üzərinə göndərdi. Ancaq İsmail Cəzirətülhadrada bağımsızlığını elan etməyə qərar verdi. Bu səfər də digər oğlu Məhəmməd Zirilərə qarşı Malaqadakı Ərəbləri dəstəkləmək üçün hərəkətə keçdi, fəqət Zirilər bu ordunu məğlubiyyətə uğratdılar, Məhəmməd canını zorla qurtardı.
Mir Əşrəf şah Xotəki
Mir Əşrəf şah Xotəki (1700, Qəndəhar vilayəti, Səfəvilər – 1730, Bəlucistan, Səfəvilər) — Hotaki sülaləsindən İranın ikinci şahı. Əşrəf şah Mir Əbdüləziz xan Xotəkinin oğludur. 1700-cü ildə Qəndəhar şəhərində anadan olmuşdu. 1724-cü ildə Mahmud şah dəli oldu. Əfqanlar onun əmisi oğlu Əşrəf xanı taxta çıxardılar. Çünki Osmanlı sarayı həm Təhmasiblə, həm də Mahmudun əvəzinə taxta çıxmış Əşrəflə münasibətlərin birdəfəlik korlanmasını istəmirdi.Osmanlı sarayı müsbət cavab verilmədiyi halda Təhmasibin Rusiyaya yaxınlaşacağından da ehtiyat edirdi. Ona görə Osmanlı sarayı Rusiya tərəfini xəbərdar etməklə II Şah Təhmasibin yanına öz səfirini göndərdi. Amma bu səfirin apardığı müzakirələrin bir nəticəsi olmadı. Təhmasiblə bərabər, Əşrəf də Osmanlı dövləti ilə əlaqə yaratmağa çalışırdı. Çünki Əşrəf yaxşı anlayırdı ki, bölgənin güclü dövləti və qərbdən ölkənin həmsərhəd olduğu Osmanlı dövləti ilə anlaşma əldə edə bilməsə şahlığının ömrü də uzun olmayacaqdır.