Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müdrəsə
Müdürsə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Kənd Lahıc turizm zonasında, Müdürsə çayının sağ sahilində yerləşir. Kəndin əhalisi 138 nəfərdir ki onunda 59 nəfəri kişi, 79 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 7 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdürsə çayı boyunca 6 km yolu atla və ya piyada getmək olar.Turizm və yay istirahəti üçün əlverişlidir.Elecədə unikal coğrafi mövqeyi, buz kimi şirin su ehtiyatı, kurort turizm relyefli sıx meşələri regiondakı digər yaşayış məntəqələrindən xüsusilə fərqlənir.
Mərəzə
Qobustan (əvvəlki adı: Mərəzə) — Azərbaycan Respublikasının Qobustan rayonunun Qobustan şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı ilə Qobustan rayonunun Mərəzə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Mərəzə qəsəbəsi Qobustan qəsəbəsi adlandırılmış, Mərəzə qəsəbə inzibati ərazi dairəsi Qobustan qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş, Nərimankənd kəndi və Nərimankənd kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Qobustan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qobustan qəsəbəsinə şəhər statusu verilmiş, Qobustan qəsəbə inzibati ərazi dairəsi Qobustan şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == === "Mərəzə" adının mənşəyi haqqında === Şəhərin əvvəlki adı Mərəzə olmuşdur. Mərəzə şəhəri Qobustan rayonunun əsas magistral yolunun yaxınlığında, Şamaxı şəhərinin 27 km cənub-şərqində yerləşir. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzə haqqında yazırdı: "Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir “Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mirza” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü fars danışıq dilində “bükülmüş” mənasını verir.
Mərəzə gəvəni
Mərəzə gəvəni (lat. Astragalus maraziensis) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == 15-40 sm hündürlükdə, aşağı hissəsi bərk, yarpağını tökən, ağacvari yarımkoldur. Üzəri çökük, boz tüklüdür. Yarpaqcıqları 3-4 (5) cüt, 8-15 mm uzunluqda, 1 mm enində, ucları küt, hər iki tərəfdən ağ tüklüdür. Çiçək oxu çoxdur, boz tüklü, 4 dəfə yarpaqdan uzundur. Çoxçiçəkli, 25-ə qədər çiçəkləri salxım çiçək qrupu əmələ gətirir. Paxlası qısa, 4,5 sm uzunluqda, sıx, ağ tüklü, qısa burunludur. Mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir.
Mərəzə rayonu
Qobustan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. İnzibati mərkəzi Qobustan şəhəridir. == Etimologiyası == Qədim yaşayış mərkəzlərindən olan Qobustan Şirvan tarixi vilayətinin tərkibində olmuşdur. Qədim türk sözü olan "qobu" (qobi) — quru, susuz yer. ölkə, oba mənasnı daşıyır. Landşaftşünaslıda "qobu" quru və ya müvəqqəti su axan olan dərə, yarğan landşaflarına deyilir. Başqa mülahizələrə görə "qobu" sözünün bu məkana heç bir uyğunluğu yoxdur. O, müqqəddəs yer mənasında ərəbcə "qabustan’' sözündən yaranmışdır. Bu söz iki hecadan ibarət olub "Qabu" — Allaha yaxın.
Mərəzə xalçaları
Mərəzə xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == "Mərəzə" adlı xalçalar təkcə Mərəzədə (indiki Qobustan) deyil, "Çuxanlı", "Nabur", Göylər" və başqa xalçaçılıq məntəqələrində istehsal olunur. Ticarət bazarlarında "Mərəzə" xalçalarına "Qobustan" ("Kavıstan", "Kovıstan"), "Kabristan" və ya "Qebrıstan" deyir, bəzən isə səhvən "Mərəzəli" adlandırırdılar. == Bədii xüsusiyyətləri == "Mərəzə" adını daşıyan xalçalar Şirvan tipli xalçaların ən qədimlərindən hesab olunur. Onların çox müxtəlif kompozisiyaları var. Burada onların əsas variantları təqdim edilmişdir. === Birinci variant === Birinci variantlı "Mərəzə" xalçasının ara sahəsinin kompozisiyası Azərbaycanın digər xalçalarının kompozisiyasından əhəmiyyətli şəkildə fərqlənir. Bu xalçaların bütün sahəsi şaquli istiqamətdə enli zolaqlara bölünmüşdür. Zolaqların bəzəkləri əsas etibarilə "İlanqaç" adlanan budaqda yerləşmişdir. Bu zolaqlar əsrlər boyu Hindistanda istehsal olunan tirmə parçadan götürülümüş, sonra assimlyasiya edərək xalçaçılıq sənətinin xüsusiyyətlərini əldə etmiş və şəklini dəyişmişdir.