MİYANPUR

is. [ fars. ] İçinə qoz ləpəsi doldurulmuş şaftalı, ərik və s. qaxı.
Süfrədə tut qurusu, miyanpur, innab, ləbləbi, kişmiş, səbzə, alma, portağal da olardı. H.Sarabski.

Синонимы

  • MİYANPUR miyanpur bax alana
MİYANƏ
MİYANTƏNG
OBASTAN VİKİ
Miyanpur
Miyanpur — Naxçıvanda, xüsusilə Ordubad bölgəsində geniş yayılmış çərəz. == Haqqında == Miyanpur əsasən, ərik və şaftalı qaxından hazırlanır. Qurudulmuş meyvələrin çəyirdəyi çıxarılaraq arasına qoz və ya badam ləpəsi qoyulur, sonra onlar sapa düzülür. Xalq arasında miyanpurdan ümumi zəifliyin, başgicəllənmənin, qanazlığının qarşısını almaq üçün müalicə vasitəsi kimi də istifadə edilir. Cənubi Azərbaycanda əncirdən də miyanpur hazırlanır.

Значение слова в других словарях