Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müstəhəb
Müstəhəb — əməl yerinə yetirildikdə axirət savabı yazılan, yerinə yetirilmədikdə isə heç bir günah yazılmayan əməldir. Müstəhəb, yəni bəyənilən, məsləhət bilinən əməllərin edilməsi vacib olmasa da, edilməsinə görə mükafat verilir. Məsələn, sədəqə vermək, gecə namazı qılmaq və s. Sevimli olan, xoş, uyğun, gözəl görülən əməl deməkdir. Həzrət Peyğəmbərin bəzən yerinə yetirib, bəzən tərk etdiyi, Sələfi-i salihinin sevib işlədiyi və önəm verdiyi işlərə müstəhəb deyilir. Bəzi naiflə namaz və oruclar kimi ibadətləri müstəhəbə şamil edə bilərik. İbadətlərin yerinə yetirilməsində Fərz, Vacib, və Sünnətlərin xaricində qalan və müstəhəb növünə daxil olan işlər vardır. Sabah namazının, ortalıq aydınlanana qədər, isti şəraitə görə günorta namazının sərin vaxta qədər gecikdirilərək qılınması, axşam namazında isə tələsmək, yenə namaz qılarkən paltarın açıq göstərən yerini düymələyərək örtməsini müstəhəbə nümunə kimi, görsədə bilərik. Yerinə yetirildikdə savab qazanılıb, tərk edilməsində isə qınanılmasıdır. Xəyyam İsmayılov, "Azərbaycanın dövlət və hüquq tarixi".
Müstəzad
Müstəzad (ərəbcə: əlavə edilən, artırılan) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması. Mövzu və məzmunca qəzəl və qəsidəyə yaxındır və müxəmməs və müəşşərin köməyi ilə də yaradılır. Həcmi 20-40 misra arasındadır. Misraları əsasən sətiraşırı uzun və qısa olur. Müstəzadi-müxəmməs, Müstəzadi-müsəddəs tərci, Müstəzadi-müəşşər, Müstəzad təsnis və s. formalarına da təsadüf edilir. XIX-XX əsrlər poeziyasında müstəzadın lirik xarakteri nisbətən dəyişmiş, o, ictimai-satirik məzmun kəsb edir. Təcnisin bir növü olan müstəzad təsnisdə (həm də ayaqlı təcnisdə) hər bəndin sonuna onunla qafiyələnən kiçik bir misra əlavə edilir. Məsələn: Aşıq Ələsgərin nümunə üçün aşağıdakı müstəzad təsnisinə baxaq. Azərbaycan Sovet Ensiklopediyası, VII cild.
Müttəhim
Müttəhim və ya Təqsirləndirilən şəxs — cinayət törətdiyinə görə məhkəməyə gətirilən şəxsdir. Barəsində cinayət işi açılmış və cinayət məhkəməsinin vermiş olduğu qərar hökmünün qüvvəyə minməsinə qədər cinayətdə şübhəli bilinən şəxsdir.
Müstəqim Məmmədov
Müstəqim Səyyad oğlu Məmmədov (3 yanvar 1969, Yevlax) — Tərtər Rayon İcra Hakimiyyətinin başçısı. Məmmədov Müstəqim 3 yanvar 1969-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitutunu, 2002-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1987–1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1992-ci il tarixindən başlayıb və 1994-cü ilədək Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas vəzifələrində işləyib. 1994-cü ildə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Rəhbərlik bölməsində müfəttiş, 1994–2006-cı illərdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi, 2006–2012-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini — şöbə müdiri, 2012–2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini — şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Sərəncamı ilə Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir. 1993-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Müstəzad təcnis
Müstəzad (ayaqlı) təcnis- şəkli etibarilə müstəzad qoşmadır. Bu şeir şəkli də, adətən hərbə-zorba xarakterində olur. Aşıq Ələsgərin yalnız bir müstəzad təcnisi vardır: Bir xoş günü əvəz min ayə billəm, Boyun nəqqaş çəkib minayə billəm. Pirim dərsim verib, min ayə billəm, Bir sözünə min söz deyim dəsbədəs. Sən eylə həvəs.
Mustela
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Müştəba Əliyev
Müştəba Əliyev (tam adı: Müştəba İsmayıl oğlu Əliyev d. 1954, Ağdam; ö. 26 avqust, 2017, Bakı) — tədqiqatçı-jurnalist Müştəba Əliyev 1954-cü ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirmişdir. 1981-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun nəzdində 2 illik və 2010-cu ildə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin 1 illik fars-dili kurslarını əla qiymətlərlə bitirib diplom və sertifikat almışdır. 1977-1997-ci illərdə “Azərbaycan məktəbi” jurnalında, “Sovet kəndi” (sonrakı adları “Həyat”, “Bərəkət”), “''Ədalət''” qəzetlərində müxtəlif vəzifələrdə işləmişdir. SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 1997-ci ildən 2010-cu ilədək “Əlillər” (əvvəlki adı “Vətən uğrunda”) qəzetinin baş redaktoru olmuşdur. 2005-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2004-cü ildən 2012-ci ilədək Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi mətbuat xidmətinin rəhbəri işləmişdir.