Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müsəddəs
Müsəddəs — hər bəndi 6 misradan ibarət klassik şeir forması. XIX əsr urdu və türk ədəbiyyatında məşhurluq qazanmışdır. Qafiyələnməsi aaaa bb şəklindədir. "Müsəddəs" sözü ərəb dilindən tərcümədə "altılıq" mənasını verir. Müsəddəs (altılıq) şeirlərin bəndlərində beşinci misra ilə altıncı misra arasına hər misrada yeddi hecadan ibarət olan doqquz misralıq cığa artırılması yolu ilə düzələn aşıq şeiri şəkli. Cığalı müsəddəsdə cığa hissənin ilk beş misrasının bir-biri ilə, son dörd misrasının yenə də bir-biri ilə qafiyə olması şərtdir. Müxəmməs və müsəddəslər mənşə etibarilə divan ədəbiyyatına bağlı olsa da, onların heca ölçüsündəki yardımçı poetik əlavələrlə cığalandırılması aşıq yaradıcılığına məxsus hadisədir. Müsəbbe Sonet Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Şadiyə Müvəddət Qadınəfəndi
Şadiyə Müvəddət Qadınəfəndi (12 oktyabr 1893, Adapazarı, Osmanlı imperiyası – 1951) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin üçüncü xanımı. Kiçik yaşlarında olan Müvəddət xanım Şahzadə Vahidəddinin xəzinədarı olan xalası Həbibə xanımın vasitəsilə Çəngəlköy sarayına alınmış, burada saray təhsili almışdır. Sarayda xidmət edərkən Şahzadə Vahidəddinin nəzərini cəlb etmiş, 24 aprel 1911 tarixində onun üçüncü xanımı olaraq evlənmişdir. Bir il sonra sultanın yeganə oğlu olan Şahzadə Mehmed Ərtoğrul Əfəndini dünyaya gətirmişdir. Sultan Vahidəddin taxta çıxdıqdan sonra isə Şadiyə Müvəddət xanım sultanın ikinci qadınəfəndisi elan edildi. 1922-ci ildə Sultan Vahidəddin taxtdan endirilərək sürgün edilmiş, Şadiyə xanım da onunla birlikdə İtaliyadakı San-Remo qəsəbəsinə getmişdir. Burada böyük bir köşkdə yaşayan Şadiyə xanım 1926-cı ildə ərinin vəfatının ardından İsgəndəriyyəyə köçdü və burada 2 may 1932-ci ildə Şakir bəy Əminpaşazadə ilə evləndi. Ancaq bu evlilik 28 fevral 1936 tarixinədək davam etdi. 1944-cü ildə oğlunun vəfatının ardından İstanbula qayıtmaq istədi və davam edən müzakirələrin ardından 1948-ci ildə vətənə qayıtmaq üçün xüsusi icazə aldı. Ancaq çox keçmədən 1951-ci ildə İstanbulun Çəngəlköy rayonunda vəfat etdi və burada dəfn olundu.
Məşhəddə Tu-154 qəzası (2006)
Məşhəddə Tu-154 qəzası — 2006-cı il sentyabrın 1-də Bəndər-Abbas Beynəlxalq Hava Limanıdan Məşhədə daxili reyslə uçan İranın "Tu-154M" sərnişin təyyarəsi təyinat hava limanında sərt eniş edib. Qabaq şassenin nasazlığı nəticəsində yerə endikdən sonra təyyarə sürüşərək uçuş-enmə zolağından çıxaraq parçalandı və yandı. Təyyarədə olan 148 nəfərdən (137 sərnişin və 11 ekipaj üzvü) 28 nəfər həlak oldu.