Müsəddəs — hər bəndi 6 misradan ibarət klassik şeir forması. XIX əsr urdu və türk ədəbiyyatında məşhurluq qazanmışdır. Qafiyələnməsi aaaa bb şəklindədir. "Müsəddəs" sözü ərəb dilindən tərcümədə "altılıq" mənasını verir.
Müsəddəs (altılıq) şeirlərin bəndlərində beşinci misra ilə altıncı misra arasına hər misrada yeddi hecadan ibarət olan doqquz misralıq cığa artırılması yolu ilə düzələn aşıq şeiri şəkli. Cığalı müsəddəsdə cığa hissənin ilk beş misrasının bir-biri ilə, son dörd misrasının yenə də bir-biri ilə qafiyə olması şərtdir. Müxəmməs və müsəddəslər mənşə etibarilə divan ədəbiyyatına bağlı olsa da, onların heca ölçüsündəki yardımçı poetik əlavələrlə cığalandırılması aşıq yaradıcılığına məxsus hadisədir.[1]