Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mütarikə dövrü
Mütarikə dövrü — Türkiyə tarixində 30 oktyabr 1918-ci ildə Mudros barışığı ilə başlamış və Mudanya barışığı ilə sona çatmış, İstanbulun işğalı və Türkiyə İstiqlaliyyət müharibəsi ilə təsvir edilən dövr. Bu, ədəbiyyat və digər incəsənət əsərləri üçün mövzu və səhnə olmuşdur. Mütarikə dövrünün xüsusiyyətləri bir çox şair və yazıçıları ruhlandırmışdır. Bunların arasında Cümhuriyyət dövrünün şair və yazıçıları ilə yanaşı, dövrün ədəbiyyatşünasları da var.
Mübarəkə
Mübarəkə — İranın İsfahan ostanının şəhərlərindən və Mübarəkə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 62,454 nəfər və 16,583 ailədən ibarət idi.
Müharibə
Müharibə — dövlətlər, tayfalar və siyasi qruplar arasında onların hərbi birləşmələri arasında hərbi əməliyyatlar formasında gedən münaqişə. Müharibə bir tərəfin digər tərəfə öz möqeyini zorla qəbul etdirmək cəhdidir. Digər sözlə, «müharibə siyasətin başqa formada davam etdirilməsidir». Albert Eynşteyn müharibə haqqında demişdir : == Ədəbiyyat == Война и армия. Философско-социологический очерк. М.: Воениздат, 1977. Война и мир в земледельческих предклассовых и ранних классовых обществах // Перщиц А. И., Семенов Ю. И., Шнирельман В. А. Война и мир в ранней истории человечества. Т. 2. М., Институт этнологии и антропологии РАН. 1994. С.7-127.
Mütaliə
Mütaliə — hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya – əlaqə fəaliyyətidir. Bu kommunikasiyada müəllif, çap məhsulu, oxucu və ya oxucu auditoriyası iştirak edir. Tədris proqramının tələbinə uyğun olaraq oxucu məfhumunun məzmununu açmağa ehtiyac duyulur. Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına, bütövlüklə hamının malına çevrilməsinə imkan yaradır. Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda insanın mütaliə marağının və mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır. == Mütaliə elmi-nəzəri problem kimi == İstər ümumtəhsil, istərsə də ali və orta-ixtisas məktəblərinin tədris proqramında nəzərdə tutulan biliklər insanın həyata fəal müdaxiləsi üçün kifayət deyildir. Təcrübələr göstərir ki, heç bir ali məktəb öz məzunu olan mütəxəssisə müəyyən ixtisas üzrə müasir həyatın tələbi həcmində məlumat və biliklər məcmusunu verə bilmir. Bu isə təbii haldır.
"Müharibə" medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Altıgünlük müharibə
Altıgünlük müharibə (ivr. ‏מלחמת ששת הימים‏‎, translit. Milhemet Şeşet Ha Yamim), Uğursuzluq (ərəb. النكسة‎, translit. Əl-Nəksa), 1967-ci il müharibəsi (ərəb. حرب 1967‎, translit. Hərb 1967), İyun müharibəsi, 1967-ci il Ərəb-İsrail müharibəsi və ya Üçüncü Ərəb-İsrail müharibəsi — 1967-ci ilin iyun ayının 5-dən 10-a qədər İsrail ilə qonşuları Misir – o dövrdəki rəsmi adı ilə Birləşmiş Ərəb Respublikası, Suriya və İordaniya arasında baş vermiş hərbi münaqişə.Birinci Ərəb-İsrail müharibəsindən sonra qonşu dövlətlər arasında münasibətlər normallaşmadı. İsrail Misirin 1950-ci ildən bağladığı Tiran boğazını yenidən öz gəmilərinin keçməsinə açmaq üçün 1956-cı ildə Sinay yarımadasını işğal etdi (İngiltərə və Fransanın yardımı ilə). Bir müddət keçdikdən sonra İsrail buradan qoşunlarını geri çəkməyə məcbur oldu, lakin bunun müqabilində Misirlə Tiran boğazının həmişə açıq saxlanılması barədə razılıq əldə edildi. Bölgəyə BMT-nin Sülh Qüvvələri yerləşdirilsə də, silahsızlaşdırma barədə razılığa gəlmək mümkün olmadı.
Amfibiya müharibə
Amfibiya müharibə, strategiyada, dəniz və quru qoşunlarının uzlaşdırılmış hərəkatına deyilir və daha çox dənizdən quruya qoşun, əsgər və zirehli döyüş maşınlarının çıxardılması prosesini əhatə edir. Bu sahədə xüsusi olaraq hazırlanmış dəniz piyadaları birlikləri ilə dənizdə üzməyi bacaran tank və zirehli maşınlar yaradılmışdır.
Beşgünlük müharibə
Rusiya–Gürcüstan müharibəsi — 2008-ci ilin avqust ayında Gürcüstan, Rusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında baş vermiş müharibə. Bu müharibə iki keçmiş Sovet dövləti olan Rusiya və Gürcüstan arasında münasibətlərin ən pis həddə çatdığı 2008-ci ilin avqust ayında başlamışdır. Döyüşlər strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda baş tutmuşdur. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır.Gürcüstan Respublikası Sovet İttifaqının dağılmağa başladığı 1991-ci ilin əvvəllərində öz müstəqilliyini elan etmişdir. Bu fonda Gürcüstanla faktiki olaraq Rusiya tərəfindən nəzarət olunan keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin separatçıları arasında ilk müharibə baş verdi. Müharibənin ardınca bölgədə gürcü, rus və osetin qoşunlarından ibarət birgə sülhməramlı qüvvə yerləşdirildi. Eyni zamanda, oxşar hərbi toqquşmalar ölkənin Abxaziya regionunda da baş verdi. Burada yerli abxaz separatçılarla gürcülər arasında 1992-1993-cü illəri əhatə edən müharibə başladı. 2000-ci ildə Rusiyada Vladimir Putinin prezident seçilməsi və 2003-cü ildə Gürcüstanda baş vermiş qərbyönümlü Qızılgül inqilabı nəticəsində Rusiya və Gürcüstan arasındakı münasibətlər pisləşməyə başladı və 2008-ci ilin aprelindən etibarən tam şəkildə diplomatik böhrana çevrildi. 1 avqust 2008-ci ildən etibarən cənubi osetiyalı separatçılar gürcü kəndlərini atəşə tutmağa başladı və nəticədə bölgədə yerləşən gürcü sülhməramlıları tərəfindən qarşı tərəfə cavab atəşi açıldı.
Böyük müharibə
Birinci Dünya müharibəsi (28 iyun 1914–11 noyabr 1918) — bəşəriyyət tarixində İkinci dünya müharibəsinə qədərki ən böyük müharibə. Bu adlandırma İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanmış, iki dünya müharibəsi arasındakı dövrdə isə Qərbdə "Böyük müharibə" (ing. The Great War, fr. La Grande guerre) və ya "Dünya müharibəsi" adlandırılmışdır. Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: Böyük Britaniya, Fransa və Rusiya, yəni "Antanta", "Üçlər ittifaqı"-da isə Almaniya, Avstriya-Macarıstan və İtaliya var idi. Sonralar 1914-cü ildə Yaponiya Antantaya, 1915-ci ildə isə İtaliya "Üçlər ittifaqı"-dan Antantanın tərəfinə keçdi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya İmperiyası və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi (onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin sayını daha da artırırdı. Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən müharibənin başlanması üçün bəhanə oldu.
Doqquzillik müharibə
Doqquzillik müharibə (1688–1697), Böyük İttifaq müharibəsi; Auqsburq liqası müharibəsi; Pfals varisliyi uğrunda müharibə; İngiltərə varisliyi uğrunda müharibə, və Kral Vilyamın müharibəsi Fransa və əsasən Müqəddəs Roma İmperiyası, Yeddi Birləşmiş Əyalət Respublikası, İngiltərə, İspaniya, Savoyya, İsveç və Portuqaliyanın daxil olduğu Avropa koalisiyası arasındakı hərbi münaqişə idi. Bu müharibə Avropada və ətraf dənizlərdə, Şimali Amerikada və Hindistanda keçdiyi üçün bəzən ilk qlobal müharibə hesab olunur.Fransa kralı XIV Lüdovik 1678-ci ildə Fransa-Niderland müharibəsindən Avropanın ən güclü monarxı, orduları çoxsaylı hərbi qələbələr qazanmış mütləq hökmdar kimi çıxmışdı. Təcavüz, ilhaq və kvazi-qanuni vasitələrin birləşməsindən istifadə edərək, XIV Lüdovik Fransanın sərhədlərini sabitləşdirmək və gücləndirmək üçün əldə etdiyi nailiyyətləri genişləndirməyə başladı və qısa Birləşmə müharibəsi (1683–1684) ilə nəticələndi. Ratisbon barışığı Fransanın yeni sərhədlərinə iyirmi il zəmanət verdi, lakin XIV Lüdovikin sonrakı hərəkətləri, xüsusən də 1685-ci ildə onun Fontenblo fərmanı (Nant fərmanının ləğvi) onun siyasi üstünlüyünün pisləşməsinə səbəb oldu və xüsusilə Avropanın protestant dövlətləri arasında narahatlıq doğurdu. XIV Lüdovikin 1688-ci ilin sentyabrında Reyn çayını keçmək qərarı onun təsirini genişləndirmək və Müqəddəs Roma İmperiyasına onun ərazi və sülalə iddialarını qəbul etməsinə təzyiq etmək məqsədi daşıyırdı. Bununla belə, Müqəddəs Roma imperatoru I Leopold və alman knyazları müqavimət göstərməyə qərar verdilər. Yeddi Birləşmiş Əyalət Respublikası və III Vilyam Niderland və İngiltərəni Fransaya qarşı gətirdilər və tezliklə digər dövlətlər də onlara qoşuldular, bu da indi Fransız kralının ambisiyalarını məhdudlaşdırmağa yönəlmiş güclü bir koalisiya ilə üzləşməsi demək idi. Əsas döyüşlər İspaniya Niderlandı, Reynland, Savoyya hersoqluğu və Kataloniya sərhədləri ətrafında baş verib. Döyüşlərə ümumiyyətlə XIV Lüdovikin orduları üstünlük edirdi, lakin 1696-cı ilə qədər ölkəsi iqtisadi böhranın məngənəsində idi. Dəniz Gücləri (İngiltərə və Niderland Respublikası) də maliyyə cəhətdən tükənmişdi və Savoyya ittifaqdan çıxdıqda, bütün tərəflər sülhü müzakirə etməyə can atırdılar.
Dördgünlük müharibə
Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir.Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfərin həyatını itirdiyini açıqlamışdır. == Zəmin == Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır. Bəzi siyasi şərhçilərə görə, döyüşlərin əsl təşəbbüskarı Rusiya və ya Türkiyə idi. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2019-cu ildə verdiyi açıqlamada Aprel döyüşlərinə hazırlıqla bağlı məlumatı hərbi birləşmənin kəşfiyyatı verdiyini, lakin konkret hansı günlər hücum ediləcəyi barədə məlumatın olmasını bilmədiyini bildirib. == Döyüşlər == Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan aprelin 2-də erkən saatlarda Birləşmiş Ştatlarda Nüvə Təhlükəsizliyi Sammitindən evə qayıdırdılar, bu zaman təmas xəttinin şimal-şərq, şərq və cənub-şərq sahələrində genişmiqyaslı döyüşlər baş verdi.
Mingünlük müharibə
Mingünlük müharibə (isp. Guerra de Los Mil Días) Kolumbiyada baş vermiş 1899-1902-ci illəri əhatə edən vətəndaş müharibəsi. Konflikt Konservantlar və Liberallar partiyaları arasında baş vermişdir. Konflikt nəticəsində Panama müstəqil respublika elan edilir. == Siyasi vəziyyət == XIX əsrdə Kolumbiyada vəziyyət elə də stabil deyildi. 1860-1862-ci illərdə ölkədə vətəndaş müharibəsi baş vermişdi. 1863-cü ildə konsitutsiyanın yaranması ilə ölkənin adı Birləşmiş Kolumbiya Ştatları adlandırılır. Bununla da ölkə federallaşır. 1886-cı ildə yeni konsitutsiyanın qəbulu ilə mərkəzləşmə güclənir və ştatlar adı departamet adı ilə əvəzlənir. Ölkə Kolumbiya Respublikası adlandırılır.
Mübarəkə şəhristanı
Mübarəkə şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Mübarəkə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 132,925 nəfər və 35,276 ailədən ibarət idi.
Müharibə artisti
Müharibə artisti — müharibə təcrübəsini sənədləşdirmək üçün hökumət və ya bir nəşr tərəfindən işə götürülmüş incəsənət xadimi. Müharibə artistləri müharibənin yazılı mənbələrdə və ya digər müharibə qeydlərində tez-tez rast gəlinməyən vizual və hissi aspektlərini araşdırırlar.Müharibə artistləri fotoqraf, kinorejissor, yazıçı, aktyor, müğənni, rəssam ola bilər. Müharibə artistləri əksər halda arxa cəbhədə olurlar, amma bəzi hallarda ön cəbhədə də olurlar. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Mémorial de Caen, 1914–1918 war, Artists of the First World War Ministry of Defence (MoD), MoD art collection, war artists National Archives (UK), The Art of War In War-torn Country a Soldier Looks at Iraq by Lance Nixon, Capital Journal, Vol 134 No. 27, 7 February 2014 pp C1-C6 Harvey Dunn at War by Lance Nixon, Capital Journal, Vol 134 No. 32, 14 February 2014 pp C1-C6 Remembering Battles They Fought Facing East: Plains Indians as War Artists by Lance Nixon, Capital Journal, Vol 134 No. 57 pp C1-C6 About light and dark in peace and war and a piece of Vietnam by Lance Nixon, Capital Journal (South Dakota), 17 January 2014. Drawing fire by Lance Nixon, Capital Journal (South Dakota), 23 January 2014. A photograph of a war is different from a painting “that’s not rocket science” by Dave Askins, Capital Journal (South Dakota), 20 April 2018. Combat artists share ware experiences by Kerri Lawrence, National Archives News, 9 April 2018 National Archives Facebook Combat Art Panel US Army Soldier-Artists in Vietnam (CAT IV, 15 August to 31 December, 1967) by James Pollock, War, Literature & the Arts: An International Journal of the Humanities, free downloadable PDF South Dakota State University Open PRAIRIE repository/2009 Volume 21 SDPB Radio Interview MIDDAY Karl Gehrke interviews James Pollock, 10 June 2015.
Müharibə cinayətləri
Müharibə cinayəti — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir.Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir.Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. == Müharibə cinayətlərinin siyahısı == Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir: Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:qəsdən adamöldürmə; işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; girov götürülməsi;Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri:mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi; şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi; qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi;Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması;Beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik;Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi; şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq; müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi; dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; ictimai və ya xüsusi əmlakın talan edilməsi;Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; kollektiv cəzalandırma; girov götürülmə; terror aktları; şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik; hərbi soyğunçuluq; məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi; silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
Müharibə filmi
Müharibə filmi — Müharibədən bəhs edən film janrıdır. Dəniz, hava və topraq döyüşləri əks etdirilən filmlərdir.
Müharibə fotoqrafiyası
Müharibə fotoqrafiyası — silahlı qarşıdurma və onun insanlara və məkanlara təsirini fotoşəkillərə çəkməyi əhatə edir. Bu janrda fəaliyyət göstərən fotoqraflar özlərini təhlükəli situasiyalarda tapa bilər və bəzən şəkillərini müharibə meydanından çıxarmağa çalışırkən öldürülürlər. == Tarixi == === Mənşəli === 1830-cu illərdə fotoqrafiyanın ixtirası ilə müharibə hadisələrinin xalqın məlumatlandırılması üçün sənədləşdirilməsi ilk dəfə olaraq araşdırıldı. Fotoqraflar müharibəni ideal formada və dəqiq olaraq sənədləşdirib hərəkətli döyüş səhnələrinin fotolarını çəkmək istəsələr də, dövrün fotoqrafiya imkanları və texniki avadanlqların çatışmazlıqları buna şərait yaratmırdı. Gümüş suyuna çəkilmiş və yaxşıca hamarlanmış mis lövhələrin yod buxarına tutularaq formalaşdırdığı ilkin foto növü olan dagerotipiyaların çəkilməsi üçün görüntünün inkişaf etməsi çox uzun vaxt tələb edir və dərhal emal oluna bilmirdi. Erkən fotoqrafiyanın imkanları hərəkət edən subyektlərin görüntülərinin yaradılması üçün əlverişli olmadığı üçün, fotoqraflar müharibənin daha çox hərəkətsiz aspektlərini — əsgərləri, qalaları, döyüş meydanının müharibədən əvvəlki və sonrakı vəziyyətini lentə alırdılar. Döyüş səhnələri isə yenidən yaradılaraq çəkilirdi. Döyüş səhnələri kimi, əsgərlərin portretləri də çox vaxt səhnələşdirilmiş olurdu. Çünki bunun üçün obyekt bir neçə dəqiqə hərəkətsiz dayanmalı idi. 1847-ci ildə Meksika-Amerika müharibəsi zamanı Saltillonun işğalından bir sıra dagerotipiya günümüzə gəlib çıxmışdır.
Müharibə fəlsəfəsi
Müharibə fəlsəfəsi — fəlsəfənin müharibənin səbəbləri, müharibə ilə insan təbiəti arasındakı əlaqə və müharibə etikası kimi məsələlərin araşdırılmasına həsr olunmuş sahəsi. Müharibə fəlsəfəsinin müəyyən aspektləri tarix fəlsəfəsi, siyasi fəlsəfə, beynəlxalq münasibətlər və hüquq fəlsəfəsi ilə üst-üstə düşür . == Əsərlər == Müharibə fəlsəfəsində ən böyük və ən təsirli əsərlərdən biri Karl fon Klauzevitsin "Müharibə haqqında" əsəridir. O, strategiyaya dair müşahidələri insan təbiəti və müharibənin məqsədi ilə bağlı suallarla birləşdirir. Klauzevits xüsusilə müharibənin teleologiyasını – müharibənin özündən kənarda bir məqsədə çatmaq üçün bir vasitə olub-olmaması, yoxsa öz-özlüyündə məqsəd olub-olmamasını araşdırır. O, nəticəyə gəlir ki, sonuncu belə ola bilməz və müharibə "müxtəlif vasitələrlə siyasət"dir. Yəni, müharibə yalnız öz naminə mövcud olmamalıdır. Bu, dövlət üçün müəyyən məqsədlərə xidmət etməlidir. Lev Tolstoyun "Hərb və sülh" romanında müharibə fəlsəfəsinə dair tez-tez fəlsəfi eskurslar, həmçinin xristianlıqdan və Tolstoyun Napoleon müharibələri ilə bağlı müşahidələrindən əldə edilən daha geniş metafizik fərziyyələr yer almışdır. Əsər növbəti dövrlərdə müharibə haqqında düşüncələrə təsir etmişdir.
Müharibə incəsənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. == Yaranma tarixi == Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Müharibə iqtisadiyyatı
Müharibə iqtisadiyyatı — dövlət iqtisadiyyatının geniş mənada hərbi işlərin bütün iqtisadi məsələlərini əhatə edən, dövlətin müdafiə (hərbi) potensialını təmin edən sahəsi. Bundan əlavə, hərbi elmin tərkib hissəsi olan dövlətdə hərbi işlərin iqtisadi təminatının (müdafiə, tikinti, silahlı qüvvələrin saxlanması və s.) qanunauyğunluqlarını öyrənən elm və akademik intizamdır. == Tarixi == "İqtisadi şəraitdən ordu və donanmadan daha çox şey asılı deyil. Silah, tərkib, təşkilat, taktika və strategiya ilk növbədə hazırkı istehsal mərhələsindən və rabitə vasitələrindən asılıdır Bir çox görkəmli dövlət xadimlərini hərbi işlərin meydana çıxması ilə ortaya çıxan hərbi iqtisadiyyat məsələləri narahat edirdi. Rusiyada müharibə iqtisadiyyatı problemlərinə dair ilk əsərlər XIX əsrdə ortaya çıxdı. XIX əsrin sonu — XX əsrin əvvəllərində müxtəlif dövlətlərdə silahlı qüvvələr, hərbi əməliyyatlar və hərbi iqtisadiyyat arasında əlaqənin öyrənilməsinə həsr olunmuş elmi əsərlər daha fəal şəkildə ortaya çıxmağa başladı. Hərbi iqtisadiyyatın inkişafı dövlətin iqtisadi potensialının ümumi inkişafı, onun hərbi əməliyyatlar (müharibə) şəraitində işləmək imkanları və müharibə və sülh dövründə silahlı qüvvələrin ehtiyaclarının ödənilməsi ilə ayrılmaz şəkildə bağlıdır. Hərbi iqtisadiyyat müdafiə (hərbi) sənayenin güclü sahələrinin yaradılmasını, onların istehsal imkanlarının artırılmasını, dövlət ərazisində müdafiə (hərbi) müəssisələrin müvafiq coğrafi yerləşməsini, sabit iqtisadi və elmi-texniki bazanın yaradılmasını əhatə edir. onların arasında əlaqələr, yeni texnologiyaların inkişafı, enerjinin hazırlanması, kənd təsərrüfatının, səhiyyənin, dövlət rabitə şəbəkəsinin, nəqliyyat şəbəkəsinin inkişafı, əməliyyatların təmin edilməsi nəzərə alınmaqla, mülki müdafiə üçün mühafizə tədbirlərinin həyata keçirilməsi. Hərbi iqtisadiyyat mülki iqtisadiyyatdan təcrid olunmur — bir sıra sənaye və müəssisələr həm mülki, həm də hərbi təyinatlı məhsullar istehsal edir və ya iqtisadiyyatın həm mülki, həm də hərbi sektorunda istehlak olunan məhsullar (ikili təyinatlı məhsullar) (ayaqqabı, parçalar, geyim) istehsal edir.
Müharibə maşını
Müharibə maşını (ing. War Machine) – Marvel Comics superqəhrəmanlarından biri. Devid Mişelini, Bob Leyton və Con Birn tərəfindən yaradılmış və ilk dəfə 1979-cu ildə "Dəmir adam" komiksinin 118-ci sayında görünmüşdür. Zirehi isə Len Kaminski və Kevin Hopqud tərəfindən dizayn edilmişdir.2012-ci ildə IGN-in "Top 50 Qisasçı" siyahısında 31-ci yerdə göstərilmişdir. Marvel Kinematoqrafiya Kainatında personajı Don Çidl canlandırmışdır. == Bioqrafiya == ABŞ dəniz piyadaları korpusunun üzvü olan Ceyms Rouds ilə Toni Starkın ilk qarşılaşması cənub-şərqi Asiyada oldu. O zamanlar Toni Stark zirehini yenicə icad etmiş və Von-Çunu məğlub etmişdi. Bir ABŞ bazasına çatana qədər Dəmir adamı müşayiət edir. Stark hərbi vəzifəsini tamamlayandan sonra şəxsi pilotu olmağı təklif edir. Təklifi qəbul edən Rouds bir neçə il sonra yeni işinə başlayır.
Müharibə medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Müharibə qırğısı
Müharibə qırğısı (ing. War hawk) və ya qırğı (ing. hawk) — siyasətdə və ya iqtisadiyyatda, öz ölkəsinin vəziyyətini yaxşılaşdırmaq üçün, digər ölkələr, təşkilatlar və ya hökumətlər ilə əlaqədar sərt tədbirlər tərəfdarı olan şəxslərə deyilən termin.
Müharibə sənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. == Yaranma tarixi == Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Müqəddəs müharibə
"Svyaşennaya voyna" (rusca: "Священная война") – "Müqəddəs müharibə" – Aleksandr Aleksandrovun (Sovet himninin bəstəkarı) 1941-ci ildə Vasili Lebedev-Kumaçın eyni adlı şerinə bəstələdiyi vətənpərvər Sovet mahnısı idi. İkinci Dünya müharibəsində bütün Sovet İttifaqında bir qeyri-rəsmi müdafiə himni kimi tanılırdı. Mahnı Almaniyanın faşist rejimini tənqid edir, Sovet vətəndaşlarını faşizmə qarşı mübarizə aparmağa çağırırdı. Mahnı 1941–1945-ci illərdə hər səhər mərkəzi radioda səsləndirilirdi.
Adyseton mutabile
Alyssum alyssoides (lat. Alyssum alyssoides) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü. == Sinonimləri == Adyseton alyssoides (L.) Nieuwl. Adyseton calycinum Scop. Adyseton campestre Moench Adyseton mutabile Moench Alyssum alsinifolium Host Alyssum alyssoides f. albineum Farw. Alyssum alyssoides var. alyssoides alyssoides Alyssum alyssoides var. depressum T.R. Dudley Alyssum alyssoides var. hispanicum Dudley Alyssum alyssoides subsp.
Bulbophyllum mutabile
Bulbophyllum mutabile (lat. Bulbophyllum mutabile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Clinopodium mutabile
Clinopodium mutabile (lat. Clinopodium mutabile) — dalamazkimilər fəsiləsinin clinopodium cinsinə aid bitki növü.
Dendrobium mutabile
Dendrobium mutabile (lat. Dendrobium mutabile) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinoniml'ri == Onychium mutabile Blume (basionym) Onychium rigidum Blume Dendrobium firmum Steud. Dendrobium sclerophyllum Lindl. Dendrobium triadenium Lindl. Callista mutabilis (Blume) Kuntze Anisopetala mutabilis (Blume) M.A.Clem.
Lamium mutabile
Lamium maculatum (lat. Lamium maculatum) — dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. == Sinonim == Lamium affine Guss. & Ten. Lamium album var. maculatum L. Lamium cardiaca Cogn. Lamium columnae Ten. Lamium cupreum Schott Lamium cupreum subsp. dilatatum (Schur) Nyman Lamium dilatatum Schur Lamium elegantissimum Schur [Illegitimate] Lamium foliosum Crantz Lamium grandiflorum Willd. ex Benth.