Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müşahidə
Müşahidə dedikdə göz önünə ilk növbədə görmə vasitəsilə aparılan tədqiqat gəlir. Müşahidə əməl və nəticəsidir. Şübhəli məqamı aydınlaşdırmaq üçün yazılı bir qeydin adını vermək üçün də istifadə olunur. Həm də bir şərh və ya bir göstərici ola bilər. Müşahidələr, məsələn tədqiqat və ya qiymətləndirmə aparmaq üçün istifadə olunan bir məlumat toplama üsuludur. Bu söz Latın dilindən gəlir. Lakin nəzərə alınsa ki, insanın ətraf aləmdən informasiya alması onun beş əsas və iyirmiyə yaxın köməkçi hiss kanalları vasitəsilə baş verir, o zaman görmənin insan həyatında rolunun yüz faizli xarakter daşımadığını dərk etmək mümkündür və burada digər hissiyyatların da rolu dərhal nəzərə çarpasıdır. Ümumi halda, ətraf dünyada baş verən hər bir dəyişiklik dildir, hər bir titrəyiş öz mənasına malikdir. Sadəcə olaraq, onların şifrəsini aça bilmək vacibdir. Nəyin nəyə görə baş verdiyini bildikdən sonra isə ətraf dünyanı bir kitab kimi oxumaq, təbiətə "sən" deyə müraciət etmək mümkündür.
Müşairə
Müşairə — şeirləşmə, deyişmə. Müşairəyə klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında daha çox təsadüf edilir. Müşairələr dostcasına məktublaşma və ya ədəbi-ictimai mövzularda mübahisə səciyyəli olur. Molla Pənah Vaqifin Molla Vəli Vidadi, Qasım bəy Zakirin Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvaninin müasirləri ilə müşairələri məşhurdur.
Daxili müşahidə
Daxili müşahidə və ya daxili baxış, psixologiyada bir stimul qarşısında insanın təcrübə etdiyi qavrayış, düşüncə və emosiyalarındakı müşahidə və nəticələrini ifadə edən bir üsuldur. Bu üsul: "Təcrübəni yaşayan insandan başqa heç kim müşahidə edə bilməz" fikrinə əsaslanır. Yəni, müşahidə edən və müşahidə olunan eyni insandır. Daxili müşahidə metodu psixologiya elmi ilə bərabər ortaya çıxan bir metod deyil. Bu metodun tarixi Sokrata qədər gedib çıxır. XIX əsrdə daxili müşahidə metodunu sistemləşdirən və onu psixologiyanın elmi metodu kimi ifadə edən ilk insan Vilhelm Vundt olmuşdur. Psixologiyada bu metoddan istifadə XIX əsrdə fizika və fiziologiya sahələrindəki inkişafdan qaynaqlanmışdır. İlk tədqiqatlar fizikada işıq və səsin, fiziologiyada isə hiss orqanlarının yoxlanılması üçün istifadə edilmişdir. Psixologiyadakı, strukturalist və humanist dünyagörüşünü qəbul edən tədqiqatçılar daxili müşahidə metodunu qəbul etmişlər. Biheviorizm yəni, davranışçılıq cərəyanının nümayəndələri isə daxili müşahidə motodunu elmi olmaması səbəbilə rədd etmişdir.
İctimai müzakirə
İctimai müzakirə bir cəmiyyətdə və ya geniş ictimai auditoriyada müxtəlif mövzular, məsələlər və problemlər haqqında insanlar arasında fikirlərin mübadiləsi və müzakirəsidir. İctimai müzakirə ictimaiyyətin müstəqil fikirlərinin formalaşdırılması, mübahisələrin aparılması, fərqli məsələlər barədə fikirlərin bölünməsi və ictimai bir perspektivin yaranması üçün əhəmiyyətli bir vasitədir. İctimai müzakirələr müstəqil fikirləri formalaşdırmaq, demokratik proseslərə müstəqil vətəndaşların iştirakını təmin etmək və ictimai məqamların vəziyyətini yaxşılaşdırmaq üçün əhəmiyyətli bir platforma təşkil edir. Bu müzakirələr, ictimaiyyətin fərqli perspektivləri və müxtəlif təcrübələri paylaşmağa imkan verir və demokratik cəmiyyətin formalaşmasına və inkişafına töhfə verir. Sosial Məsələlər Əhalinin maraqlarını, insan haqları və sosial məsələlər barədə müzakirələr. Bu müzakirələr genelliklə cins bərabərlik, qadın-kişi əlaqələri, etnik və din məsələlər kimi geniş mövzuları əhatə edir. Mədəniyyət və Təhsil İctimai müzakirələr mədəniyyət, təhsil siyasəti, elmin inkişafı, və ya ictimai təhsil sahəsində aparıla bilər. Siyasi Məsələlər Siyasi quruluşlar, siyasətçilər, vətəndaşlar və digər təşkilatlar arasında siyasi məsələlər barədə müzakirələr geniş bir ictimai auditoriyada aparılır. Bu müzakirələr əsasən seçkilər, siyasət, siyasi həqiqətlər və siyasi proseslər kimi sahələri əhatə edir. İqtisadi Məsələlər İqtisadiyyat, pul siyasəti, əmək haqqı, sürətli iqtisadi inkişaf və başqa iqtisadi məsələlər barədə müzakirələr.
Müfidə İlhan
Müfidə İlhan (11 fevral 1911 – 2 fevral 1996, Bodrum, Muğla ili) — türk ictimai və dövlət xadimi. O, Türkiyədə vilayət inzibati idarəetmə vahidi səviyyəsində seçilmmiş ilk qadın bələdiyyə başçısıdır. Müfidə İlhan 19 fevral 1911-ci ildə İstanbulda anadan olub. Atası Mustafa Nazif ordu zabiti, anası Əminə evdar qadın idi. Birinci Dünya Müharibəsində atası Nafiz həlak olduğu zaman dörd yaşında idi. Müharibədən sonra Ankaraya göndərildi. Əmisi Fevzi Çakmakın himayəsində böyüdü. Ankarada ibtidai məktəbi dayısının uşaqları ilə bitirdikdən sonra təhsilini İstanbulda Qəndilli Qızlar Liseyində davam etdirdi. Orta məktəbi bitirdikdən sonra İstanbul Müəllim Məktəbində ibtidai sinif müəllimliyi üzrə təhsil aldı. 1928-ci ildə ordu zabiti Nuri Çətinkaya ilə evlənmiş və Türkiyənin müxtəlif şəhərlərində əri ilə birgə yaşadıqdan sonra ərinin hərbi attaşesi vəzifəsinə təyin olunması ilə Almaniyanın Berlin şəhərinə köçmüşdür.
Məzidə Qadınəfəndi
Məzidə Qadınəfəndi (d. 3 mart 1869 — ö. 21 yanvar 1909) — 34. Osmanlı sultanı II Əbdülhəmidin altıncı xanımı. Məzidə xanım 1869-cu ildə əslən abxaz olan Kaymat bəy Mikanba və Fəryal Marşanın qızı olaraq dünyaya gəlmişdir. Əminə Nazikəda xanımın anası Fatma Aredbanın qohumu idi. Çox kiçik yaşlarında Ulduz sarayına xidmət etməsi üçün saraya təslim edildi. Bu illərdə Sultan Əbdülhəmidin nəzərini cəlb etmiş, 2 fevral 1885-ci ildə Ulduz sarayında evlənmişdi. Bir il sonra 19 dekabr 1886-cı ildə Sultan Əbdülhəmidin ən sevimli oğlu olan Mehmed Burhanəddin Əfəndini dünyaya gətirdi. Ulduz sarayı parkındakı kiçik köşkdə yaşamağa başlayan Məzidə xanım, ərinin devrilməsindən 3 ay əvvəl 21 yanvar 1909-cu ildə uzun zamandır əziyyət çəkdiyi mədə xəstəliyindən vəfat etdi.
Aeroloji müşahidə üsulu
Aeroloji müşahidə üsulu - atmosferin müxtəlif hündürlüklərində meteoroloji elementlərin ədədi qiymətləri barəsində məlumatların toplanması üsuludur. Bu məqsədlə şar-pilot, şar-zond, radio-zond, radio-pilot, sabit səviyyəli aerostat, xüsusi cihazlarla quraşdırılmış təyyarə, meteoroloji raket və Yerin süni meteoroloji peyklərindən istifadə olunur.
Hidrometeoroloji müşahidə şəbəkəsi
Hidrometeoroloji müşahidə şəbəkəsi−Azərbaycanda ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlanılmış, 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Şuşa və Bakı şəhərlərində, 1872-ci ilə indiki Gəncə şəhərində, 1872-ci ildə Zaqatala və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. Respublikanın ilk hidrometeoroloji məntəqələri Kür çayı üzərində qurulmuşdur. 1888 – ci ildə Yevlax, Zərdab və Sabirabadda, 1898 –ci ildə isə Salyanda təşkil edilmişdir. == Giriş == Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsində struktur üzrə 54 Hidrometeoroloji stansiya, 1 Aqrometeoroloji Stansiya, 1 İxtisaslaşdırılmış Göl Stansiyası, 2 Dəniz Hidrometeoroloji Stansiya, 6 Radiometeoroloji Stansiya, 1 Aeroloji Stansiya , 32 Hidrometeoroloji məntəqə, 28 hidroloji məntəqə, 1 buzlaq məntəqəsi, 15 meteoroloji məntəqə, 8 Dəniz Hidrometeoroloji məntəqə ,4 Aqrometeoroloji məntəqə fəaliyyət göstərir. Respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında meteoroloji, hidroloji, aqrometeoroloji, aktinometrik müşahidələr, dəniz hidrometeoroloji müşahidələrin fasiləsiz olaraq aparılması təmin edilir. == Hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması == Avtomat meteoroloji stansiyalar Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılmasına 2005-2006-cı illərdən başlanılmış, indiyə qədər 68 sayda avtomat tipli meteoroloji stansiyaların qurulması ilə meteoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması tam təmin olunmuşdur Bu stansiyaların 34 ədədi Finlandiya istehsalı olan VAİSALA MAWS-310 tipli, 16 ədədi MAWS-301 tipli, 18 ədədi isə WXT-520 tipli avtomat meteoroloji stansiyalardır. Personalsız fəaliyyət göstərən avtomat meteoroloji stansiyaların sayı 17-yə çatdırılmışdır. Bu avtomat meteoroloji stansiyalarda havanın faktiki, minimal və maksimal temperaturu, şeh nöqtəsi, nisbi rütubət, atmosfer təzyiqi, yağıntının miqdarı, torpağın temperaturu, küləyin istiqaməti, küləyin ani və maksimal sürətləri ölçülür. Bundan başqa 2015-ci ilin noyabr ayında hidrometeoroloji məlumatların ötürülməsi və saxlanması prosesinin modernləşdirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamenti tərəfindən Fransanın “COROBOR Systems” şirkətinin MESSIR-COMM məlumatların toplanması-paylanması sistemi və MESSIR-CLIM iqlim məlumat bazası yaradılmışdır. Stansiyalardan daxil olan məlumatlar bu sistem vasitəsi ilə toplanılaraq arxivləşdirilir, beynəlxalq yayıma ötürülür və həmçinin mübadilə edilir.
Meteorololji müşahidə üsulu
Meteorololji müşahidə üsulu – meteoroloji kəmiyyətlərin ölçülməsi və atmosfer hadisələrinin qeydə alınması üsuludur. Meteoroloji kəmiyyətlərə havanın temperaturu və rütubətliyi, atmosfer təzyiqi, küləyin surəti və istiqaməti, buludların miqdarı və hündürlüku, yağıntıların miqdarı, istilik axınları və s. aiddir. Bunlara atmosferin xassələrini və ya atmosfer proseslərini birbaşa əks etdirməyən, lakin onlarla sıx əlaqəli olan aşağıdakı kəmiyyətləri də aid etmək olar: torpağın və suyun səth qatının temperaturu, buxarlanma, qar örtüyünün hündürlüyü və vəziyyəti, günəş parlaqlığının davamiyyəti və s. Atmosfer hadisələrinə tufan, çovğun, duman və bir sıra optik hadisələr aiddir. Ən tam və dəqiq müşahidələr meteoroloji və aeroloji rəsədxanalarda aparılır.
Maidə surəsi
5-ci surə əl-Maidə (Süfrə) surəsi (Mədinədə nazil olmuşdur, 120 ayədir) Surənin adı 114-cü ayədə çəkilən maidə (süfrə) sözündən götürülüb: "Məryəm oğlu İsa dedi: "Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!"" “Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür? Sual “Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür? Qısa cavab “Maidə” surəsinin 3-cü və 67-ci ayələri arasında xüsusi əlaqə vardır ki, onların məzmununa, tarixi Qədr-xum hadisəsinə, habelə ayələrin şəni-nüzuluna və bu ilahi kəlamın müsəlmanlara çatdırılmasının mühüm və həssas məsələ olduğuna diqqət yetirməklə mətləb tamamilə aydınlaşır. Bir-biri ilə əlaqədar olan bu iki ayənin nə üçün Quranda fasilə ilə gəldiyinə nəzər saldıqda aşağıdakı məsələləri diqqət mərkəzinə saxlamaq lazımdır: Birincisi budur ki, ayələrin və surələrin tənzimi nazil olma tarixləri əsasında olmamış, əksinə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məsləhəti və göstərişi əsasında Quranda yerləşdirilmişdir. Digəri budur ki, Quranın təhrifə məruz qalmasının və bu ayənin Qurandan çıxarılmasının qarşısını almaq üçün mətləblə əlaqəsi olmayan başqa ayələrin arasında yerləşdirilmişdir ki, imam Əli (əleyhis-salam)-ın imamət və vilayəti mövzusu daha çox diqqəti cəlb etməsin. Misal üçün, çox nəfis və dəyərli bir şeyi çox da əhəmiyyəti olmayan şeylərin arasında gizlədirlər ki, oğrunun diqqətini cəlb etməsin. Həmin məsələ də bu qəbildəndir. Üçüncüsü, əvvəlki və sonrakı ayələrlə əlaqəsi olmayan bir ayənin gəlməsi istitradi tənasübə görə ola bilər.
Müfidə Fərid Tək
Müfidə Fərid Tək (29 aprel 1892, Kastamonu, Kastamonu ili – 24 mart 1971, İstanbul) — türk roman müəllifi, türkçülük axınının roman sahəsindəki ilk təmsilçilərindən biri. Türkiyə İstiqlaliyyət müharibəsinə qələmi vasitəsiylə qatılmış qadın yazıçıdır. Türkiyənin ilk daxili işlər naziri Əhməd Fərid Təkin həyat yoldaşıdır. Sənət tarixçisi Əməl Əsinin anasıdır. Atası Kemahlı Mazhar paşanın oğlu və hürriyyət tərəfdarı zabit olan Şövkət bəy, anası Plevne şəhidlərindən Zaimzadə İsmayıl Əfəndinin qızı Fəridə Xanımdır. Atasının vəzifəsinə görə, ibtidai təhsilinə Trablüsqərbdə başladı. Orada hələ türk məktəbi olmadığı üçün italyanların hakimiyyəti altında olan Müqəddəs İosif Rahibə Məktəbində oxudu. Məktəbdə italyanca və fransızca öyrəndi. Bundan əlavə, xüsusi dərs vasitəsiylə ərəbcə və farsca öyrəndi. O illərdə İstanbulda olan Hərb Məktəbində qanundan kənar fəaliyyətlərə görə, Fizana sürgün edilən bir qrup tələbə arasında Əhməd Fərid ilə Yusif Akçura da var idi.
Tarix-i güzidə
Tarix-i güzidə və ya Tarix-e qozide (fars. تاریخ گزیده‎; "Seçilmiş tarix") — Həmdullah Qəzvini tərəfindən yazılmış və 1330-cu ildə tamamlanan İslam tarixinin dünyanın yaradılmasından 1329-cu ilə qədərki hissəsini əhatə edən əsər. Quru, sadə üslubda yazılmış və Qiyasəddin ibn Rəşidəddinə həsr edilmişdir. "Tarix-i güzidə" çox məşhur olmuşdur və onun çoxlu nüsxələri mövcud idi. Onların çoxuna Avropa kolleksiyalarında rast gəlinirdi. 1903-cü ildə Jül Qantin tərəfindən qismən fransız dilinə tərcümə edilmişdir. Eduard Qranvil Braun 1910-cu ildə tam nəşrini və 1913-cü ildə qısaldılmış ingilisdilli versiyasını nəşr etmişdir. 1960-cı ildə Əbdülhüseyn Nəvai "Tarix-i güzidə"nin tam versiyasını nəşr etdirmişdir. Babaie, Sussan. Iran After the Mongols.
Peyk vasitəsilə müşahidə üsulu
Peyk vasitəsilə müşahidə üsulundan istifadə etməklə Yer kürəsi üzərində buludluq sahəsinin paylanması, yerdən kosmosa qayıdan qısadalğalı və uzundalğalı radiasiya axınları barədə televizion informasiyanı almaq olar.
Azərbaycanda UNO müşahidə halları
Azərbaycanda UNO müşahidə halları — bu Azərbaycanda UNO görülməsi hallarının tamamlanmamış siyahısıdır. == 1952 == Xəzər əjdahası Bakının Suraxanı rayonunda olması ehtimal olunan UNO bazasıdır. == 2014 == Qax rayonunun Fıstıqlı kəndi sakinləri ışıq kütləsini və onun sonradan böyüyərək şaxələnməsini müşahidə ediblər.
Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı Müşahidə Missiyası
Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı Müşahidə Missiyası (BMTGMM) 1993 -cü ilin avqustunda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 858 saylı Qətnaməsi ilə qurulmuşdur. Əsas məqsəd Gürcüstanın Suxumi şəhərində vəziyyət, həm də atəşkəsin pozulması ilə bağlı məlumatları araşdırmaq, tərəflərin bu kimi hadisələrini həll etməyə çalışmaq və mandatının yerinə yetirilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə hesabat vermək idi. Bölgəyə 88 hərbi məsləhətçinin göndərilməsinə icazə verildi. 15 iyun 2009 -cu ildə Rusiya missiyanın uzadılmasına veto qoyanda sona çatdı. Son müşahidəçilər 15 iyul 2009 -cu ildə bölgəni tərk etdilər. 1993 -cü ilin sentyabrında bölgədə yenidən döyüşlər başladıqdan sonra missiyanın original mandatı ləğv edildi. BMTGMM sonradan Təhlükəsizlik Şurası tərəfindən 1993 -cü ilin Noyabr ayında əlaqədar tərəflərlə əlaqələri davam etdirmək və vəziyyəti izləmək və bildirmək üçün müvəqqəti bir səlahiyyət aldı. Məqsəd hərtərəfli bir siyasi həll yolu əldə etmək idi. 1994-cü ilin may ayında hər iki tərəf atəşkəs və qüvvələrin ayrılması haqqında Saziş imzaladı. 1994 -cü ilin iyulunda Təhlükəsizlik Şurası müşahidəçilərin sayının artırılmasına (cəmi 136 -ya) və genişləndirilmiş missiyaya icazə verdi.
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu (ing. Military Assistance Command, Vietnam – Studies and Observations Group, MACV-SOG) — Vyetnam müharibəsindən əvvəl və müharibə zamanı gizli qeyri-ənənəvi müharibə əməliyyatları həyata keçirən yüksək dərəcədə məxfi, çoxxidmətli ABŞ xüsusi əməliyyat birlik. 24 yanvar 1964-cü ildə yaradılmışdır. Vyetnam Respublikasında (Cənubi Vyetnam), Vyetnam Demokratik Respublikasında (Şimali Vyetnam), Laosda və Kambocada strateji kəşfiyyat missiyaları həyata keçirmişdir. "MACV-SOG" düşmən əsirlərini ələ keçirmiş, vurulan pilotları xilas etmiş, Cənub-Şərqi Asiyada hərbi əsirləri geri qaytarmaq üçün xilasetmə əməliyyatları aparmış, gizli agent qruplarının fəaliyyəti və psixoloji əməliyyatlar aparmışdır. Birlik Vyetnam müharibəsinin əhəmiyyətli kampaniyalarının əksəriyyətində, o cümlədən ABŞ-nin artan iştirakına səbəb olan Tonkin körfəzi hadisəsində, Polad pələng əməliyyatı, Pələng köpək əməliyyatı, Tet hücumu, Kamboca kampaniyası, Lamşon 719 əməliyyatında və Pasxa hücumunda iştirak etmişdir. Birlik öz fəaliyyətinin Vyetnam Respublikası Ordusunun Strateji Texniki Direktorluğuna köçürülməsini dəstəkləmək üçün 1 may 1972-ci ildə ixtisar edilmiş və Strateji Texniki Müdirliyə Yardım Qrupu 158 adlandırılmışdır. Bu, Vyetnamlaşdırma səylərinin bir hissəsi idi. Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu 24 yanvar 1964-cü ildə Vyetnama Hərbi Yardım Təminatı Komandanlığının köməkçi komandanlığı kimi Birləşmiş Qərargah Rəisləri tərəfindən yaradılmış çox məxfi, birgə qeyri-ənənəvi döyüş tapşırıq qrupu idi. Bu, ilk növbədə Birləşmiş Ştatlar Ordusunun Xüsusi Qüvvələrinin, Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) şəxsi heyətindən və Birləşmiş Ştatların Dəniz Piyadaları Qüvvələrinin kəşfiyyat bölmələrinin elementlərindən ibarət idi.
Maide Arel
Maide Arel (1907, Konstantinopol – 9 fevral 1997, İstanbul) — erməni əsilli türk rəssam. == Həyatı == 1935-ci ildə Gözəl Sənətlər Akademiyasının Nazmi Ziya və Hikmət Onat otelyelərindən məzun olmuşdur. Bir müddət Mehmet Ruhi Areldən dərs almışdır. Həyat yoldaşı Şəmsi Arelin işinə görə olduğu Ərzincanda fransız dili müəllimliyi etmişdir. 1948-ci ildə Ankara Xalqlarevinin açmış olduğu yarışmada ikinci olmuşdur. 1945–1950-ci illər arasında Parisdə Andre Lhote, Fernand Leger və Jean Metsinger Atelyelərinə dəvam etmişdir. Alliance Françoisedən diplom almışdır. İlk sərgisini 1951-ci ildə İstanbul da açmışdır. Parisdə təşkil olunmuş Qadın Rəssamlar Sərgisində iştirak etmişdir. Paris, Edinburq, Vyana kimi yerlərdə də sərgilər açmışdır.
Muzeydə gecə (film, 2006)
Muzeydə gecə (ing. Night at the Museum) — Şon Levinin 2006-cı ildə rejissorluğu ilə çəkilmiş amerikan fentezi, komediya filmi. Film xorvatiyalı illustrasiyaçı Milan Trenkin 1993-cü ildə yazdığı eyniadlı uşaq kitabı əsasında çəkilib. Filmin rejissorları Robert Ben Qarant və Tomas Lennondur. Baş rolda Ben Stiller çıxış edir. Film Larrinin Nyu-Yorkdakı Təbiət Tarixi Muzeyində işləməyə başlaması ilə başlayır. Gecə düşən kimi Larri aşkar edir ki, muzeydəki tarixi şəxsiyyətlər, heyvanlar və artefaktlar, o cümlədən Teodor Ruzvelt, Attila və T-Rex kimi tanınan personajlar canlanır.
Musaid bin İbrahim bin Abdullah Əl-Səlim