Məzidə Qadınəfəndi (d. 3 mart 1869 — ö. 21 yanvar 1909) — 34. Osmanlı sultanı II Əbdülhəmidin altıncı xanımı.
Məzidə Qadınəfəndi | |
---|---|
سيدة ميزيد | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Yəhya Əfəndi məzarlığı |
Fəaliyyəti | əsilzadə |
Atası | Kaymat bəy Mikanba |
Anası | Fəryal Marşan |
Həyat yoldaşı | II Əbdülhəmid |
Uşağı | Mehmed Burhanəddin Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Məzidə xanım 1869-cu ildə əslən abxaz olan Kaymat bəy Mikanba və Fəryal Marşanın qızı olaraq dünyaya gəlmişdir. Əminə Nazikəda xanımın anası Fatma Aredbanın qohumu idi. Çox kiçik yaşlarında Ulduz sarayına xidmət etməsi üçün saraya təslim edildi. Bu illərdə Sultan Əbdülhəmidin nəzərini cəlb etmiş, 2 fevral 1885-ci ildə Ulduz sarayında evlənmişdi.
Bir il sonra 19 dekabr 1886-cı ildə Sultan Əbdülhəmidin ən sevimli oğlu olan Mehmed Burhanəddin Əfəndini dünyaya gətirdi. Ulduz sarayı parkındakı kiçik köşkdə yaşamağa başlayan Məzidə xanım, ərinin devrilməsindən 3 ay əvvəl 21 yanvar 1909-cu ildə uzun zamandır əziyyət çəkdiyi mədə xəstəliyindən vəfat etdi. Cənazəsi Yəhya Əfəndi məzarlığına dəfn olundu.