Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məlikabad
Malikabad (Qoşaçay) —
Əliabbas Mütəllibzadə
Mütəllibzadə Əliabbas (Əlabbas) Mütəllib oğlu (1883, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 28 avqust 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi, yazıçı, jurnalist, ədəbiyyatşünas və tərcüməçi. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əliabbas Müznib 1883-cü ildə Azərbaycanın Bakı şəhərində doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almış, ərəb-fars dillərini mükəmməl öyrənmişdir. "Zənbur" (1909–1910), "Səhabi saqib" (1911), "Babayi-Əmir" (1915–1916) və s. jurnalların nasiri və redaktoru kimi jurnalistlik fəaliyyəti ilə tanınmışdır. "Yusif və Züleyxa" (1914), "Tikan kolu" (1917), "Nəsrəddin məzhəkələri" (1927), "Aşıq Pəri və müasirləri" (1928) və s. kitabların müəllifi olmuşdur. 1938-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == 1881-ci ildə Bakıda doğulub.
Əliabbas Müznib

Əliabbas Müznibi

Əliabbas Mədətzadə
Əliabbas Mədətzadə Abbasqulu oğlu (1909, Maştağa, Bakı qəzası – 1972, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycanın məşhur sinoptiki və iqlimşünası, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970). == Həyatı == Ə.A. Mədətzadə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur.1931-ci ildə ADPİ-nın fizika-riyaziyyat fakültəsini bitirib, Respublika Hidtometeoroloji xidmət idarəsində əmək fəaliyyətinə başlamışdır. == Elmi fəaliyyəti == İlk elmi işi 1936-cı ildə tərtib etdiyi "Azərbaycanın sinoptik rayonlaşdırılması" xəritəsi olmuşdur və ondan indi də hava proqnozlarının verilməsində istifadə olunur. 1946-cı ildə "Cənubi xəzərin fırtınaları" mövzusunda namizədlik, 1957-ci ildə isə "Abşeronun hava və iqlim tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1947–1950-ci illərdə Azərbaycan Hidrometeoroloji xidmət idarəsinin dəniz rəsədxanasının direktoru işləyib.Onun bütün həyatı AMEA Coğrafiya İnstitutu ilə bağlı olmuşdur.1959–1972-ci illərdə isə əvvəl sinoptik meteorologiya, sonra isə atmosfer fizikası şöbəsinə rəhbərlik edib.Onun Coğrafiya elmminə verdiyi töhfələr içərisində 1963-cü ildə çap olunmuş "Azərbaycan Respublikasının atlası"nda verdyi xəritələr xüsusi qeyd olunur. O, ilk dəfə Azərbaycana daxil olan hava kütlələrinin hərəkət istiqamətini müəyyənləşdirmiş, fəsillik hava proqnozunun metodikasını işləmiş, ilk dəfə təbii-sinoptik iqlim fəsillərinin xəritəsini tərtib etmişdir. == Elmi əsərləri == Ə.A.Mədətzadə "Cənubi Xəzərin qasırğaları", "Abşeronun hava növləri və iqlimi", "Şərqi Qafqazın təbii sinoptik iqlim fəsilləri"monoqrafiyalarının, çoxlu sayda xəritələrin və 100-ə qədər məqalənin müəllifi olub.
Əliabbas Qədirov
Əliabbas Gülabbas oğlu Qədirov (13 fevral 1946, Bakı – 8 mart 2006, Bakı) — Azərbaycanlı aktyor, Azərbaycan SSR xalq artisti (1989). == Həyatı == Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Bakıdakı 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə təhsil alıb. On birinci sinfı 105 saylı məktəbdə bitirib. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub. Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının "Aydın" (Surxay), Hüseyn Cavidin "Azər", Afanasi Salinskinin "Təbilçi qız" (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb.
Əliabbas Salahzadə
Əliabbas Salahzadə (22 yanvar 1979, Bilgəh) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı; Hüquqşunas. == Həyatı == Salahzadə Əliabbas Qalib oğlu 22 yanvar 1979-cu ildə Bilgəh qəsəbəsində anadan olub. 1995-ci ildə Bilgəh qəsəbəsi 142 saylı orta məktəbini bitirib. Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb. Daha sonra, Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakültəsinə qəbul olub və, orada təhsili başa vuraraq hüquqşünas ixtisasına yiyələnib. 2002–2003-cü illərdə Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur. 2003-cü ildə hərbi xidməti başa vurduqdan sonra yenidən Sabunçu rayon Bilgəh Bələdiyyəsində işini davam etdirmiş və həmin ildə bələdiyyə üzvlərinin yekun səsverməsinə əsasən yenidən bələdiyyə sədri seçilmişdir. 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda aspiranturaya daxil olmuşdur. Aspiranturada oxuduğu zaman yerli özünüidarəçiliyin inkişafında beynəlxalq təşkilatların rolu və Azərbaycan Respublikasında Bələdiyyələrin inkişafı, təcrübə və müasir praktika kimi elmi məqalələr yazmışdır. 2006-cı ildə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində təhsil, səhiyyə və mədəniyyət şöbəsinə müdir təyin olunub.
Əliabbas Rzazadə
Əliabbas Rzazadə (21 may 1998; Astara rayonu, Azərbaycan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2023-cü il Avropa Çempionatının qalibi. == Karyerası == Əliabbas Rzazadə 2016-cı ildə Rumıniyada baş tutan gənclər arasında Avropa Çempionatının və Fransada baş tutan gənclər arasında Dünya Çempionatının bürünc medallarına sahib olub. 2018-ci ildə isə Əliabbas Rzazadə Roma şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib olsa da, Trnava şəhərində baş tutan Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Əliabbas Rzazadə 2019-cu ildə cəmi bir turnirdə — Rusiyada baş tutan Vladimir Semenovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı və turniri 8-ci pillədə baa vurdu. 2021-ci ildə Əliabbas Rzazadə Rusiyada baş tutan Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri 8-ci pillədə başa vursa da, mayda KYRM-da U23 Avropa Çempionatının gümüş, noyabrda isə Serbiyada U23 Dünya Çempionatının qızıl medalına sahib oldu. Əliabbas Rzazadə 2022-ci ilin fevralında Bolqarıstanda baş tutan D. Kolov - N. Petrov Turnirinin bürünc medalına sahib oldu. Martda isə Əliabbas Rzazadə Avropa Çempionatlarında debüt elədi. Budapeşt şəhərində (Macarıstan) baş tutan turnirin final görüşündə KYRM nümayəndəsi Vladimir Yegorova məğlub olan Əliabbas Rzazadə Avropa Çempionatını gümüş medalla başa vurdu. Daha sonra Əliabbas Rzazadə iyunda Roma şəhərində Matteo Pellicone Turnirinin qalibi oldu, avuqstda isə Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu. Sentyabrda Belqrad şəhərində (Serbiya) Dünya Çempionatlarında debüt edən Əliabbas Rzazadə turniri 12-ci pillədə başa vurdu.
Salahov Arif Əliabbas oğlu
Arif Əliabbas oğlu Salahov (18 avqust 1937, Digah – 25 aprel 2006, Bakı) — artilleriya general-mayoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ilk 4 zabitindən biri olmuşdur.[mənbə göstərin] == Həyatı == Arif Salahov 18 avqust 1937-ci ildə Abşeron rayonunun Digah kəndində anadan olmuşdur. === Təhsili və hərbi xidməti === 1955-ci ildə kənddə yerləşən 106 nömrəli orta məktəbi bitirmişdir. 26 oktyabr 1956-cı ildə SSRİ Silahlı Qüvvələrinin sıralarına hərbi xidmətə çağırılmışdır. 1956-1958-ci illər Leninqrad hərbi dairəsinin Lomonosov şəhərində yerləşən təlim tank alayında xidmət keçmişdir. 1958-1961-ci illər Tula Hərbi Artilleriya Məktəbində təhsil almışdır. 1961-ci ildə Məktəbi bitirdikdən sonra “leytenant” hərbi rütbəsi verilmişdir. 1961-1965-ci illər Odessa hərbi dairəsinin Tiraspol şəhərində yerləşən 59-cu motoatıcı diviziyada taqım komandiri vəzifəsində xidmət etmişdir. 1965-1970-ci illər Penza Ali Mühəndis-Artilleriya Məktəbində təhsil almışdır. 1970-ci ildə Məktəbi bitirdikdən sonra SSRİ Silahlı Qüvvələrinin Almaniya Demokratik Respublikasının Stendal şəhərində yerləşən 207-ci motoatıcı diviziyaya xidmətini davam etdirmək üçün göndərilmişdir. 1970-1972-ci illər diviziiyanın artilleriya alayının rəisi, 1972-1975-ci illər artilleriya divizionunun qərargah rəisi vəzifəsində xidmət etmişdir.