Əliabbas Mədətzadə Abbasqulu oğlu (1909, Maştağa, Bakı qəzası – 1972, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycanın məşhur sinoptiki və iqlimşünası, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970).
Əliabbas Mədətzadə | |
---|---|
Doğum tarixi | 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 1972 |
Vəfat yeri | |
Elm sahələri | iqlimşünaslıq, meteorologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Mükafatları |
Ə.A. Mədətzadə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur.1931-ci ildə ADPİ-nın fizika-riyaziyyat fakültəsini bitirib, Respublika Hidtometeoroloji xidmət idarəsində əmək fəaliyyətinə başlamışdır.[1]
İlk elmi işi 1936-cı ildə tərtib etdiyi "Azərbaycanın sinoptik rayonlaşdırılması" xəritəsi olmuşdur və ondan indi də hava proqnozlarının verilməsində istifadə olunur. 1946-cı ildə "Cənubi xəzərin fırtınaları" mövzusunda namizədlik, 1957-ci ildə isə "Abşeronun hava və iqlim tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1947–1950-ci illərdə Azərbaycan Hidrometeoroloji xidmət idarəsinin dəniz rəsədxanasının direktoru işləyib.Onun bütün həyatı AMEA Coğrafiya İnstitutu ilə bağlı olmuşdur.1959–1972-ci illərdə isə əvvəl sinoptik meteorologiya, sonra isə atmosfer fizikası şöbəsinə rəhbərlik edib.Onun Coğrafiya elmminə verdiyi töhfələr içərisində 1963-cü ildə çap olunmuş "Azərbaycan Respublikasının atlası"nda verdyi xəritələr xüsusi qeyd olunur. O, ilk dəfə Azərbaycana daxil olan hava kütlələrinin hərəkət istiqamətini müəyyənləşdirmiş, fəsillik hava proqnozunun metodikasını işləmiş, ilk dəfə təbii-sinoptik iqlim fəsillərinin xəritəsini tərtib etmişdir.[2]
Ə.A.Mədətzadə "Cənubi Xəzərin qasırğaları", "Abşeronun hava növləri və iqlimi", "Şərqi Qafqazın təbii sinoptik iqlim fəsilləri"monoqrafiyalarının, çoxlu sayda xəritələrin və 100-ə qədər məqalənin müəllifi olub.