Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məhəllat
Məhəllat — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Məhəllat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 35,319 nəfər və 10,285 ailədən ibarət idi.
Məsəllər
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "Qələt yağ küpəsindədir", "Dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "Ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Məcəllə
Məcəllə (lat. codex — kitab) — bir və ya bir neçə sahənin sitemləşdirilmiş normalarını özündə birləşdirən hüquqi akt. Məcəllənin strukturu əsasən sahənin sitemini əks etdirir. Sahə haqqında qanunvericiliyin məcəllə ilə sistemləşdirilməsi sahə ilə bağlı müxtəlif normaların vahid normativ kompleksə salınma prosesidir. == Mənbə == Кодексы морали. Профессиональная этика Arxivləşdirilib 2008-09-05 at the Wayback Machine (rus.) Кодексы Республики Беларусь. Новые редакции. Архив Кодексы Украины. Комментированные кодексы. Arxivləşdirilib 2014-09-19 at the Wayback Machine Земельный кодекс Украины, с изменениями и дополнениями по состоянию на 22 марта 2010).
Məhəllə
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı. Bəzi ölkələrdə məhəllələrdə məhəllə komitələri olur və yaşayış yeri üzrə sakinlərin təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir.
Məhəllat şəhristanı
Məhəllat şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Məhəllat şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 48,458 nəfərdən və 14,139 ailədən ibarət idi.
Aşağı məhəllə
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. == Aşağı məhəllə == Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. == Biləndərlilər məhəlləsi == Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Mingis (məhəllə)
Mingis (digər adı: Məngis) — Ordubad şəhərində qədim məhəllə == Haqqında == Ordubad çayının sol sahilindədir. Adi mingislilərlə, yəni, müəyyən tarixi, iqtisadi əlaqələr nəticəsində Mingis adlanan yerdən köçüb gələnlərlə əlaqədardır. XVIII əsrin əvvəllərində Naxçıvan sancağının tərkibinə daxil olan Azadciran nahiyyəsi Ordubad qəsəbəsinin məhəllərindən biri kimi adı çəkilir. Mənbələrin yazdığına görə, məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, kəhriz, xırda dükanlar yerləşirdi. Mingis meydanı orta əsr məhəllə meydanının gözəl örnəyi kimi cəhətlərini qoruyub saxlamaqla, buradak məscid və bazar bitkin, vahid kompleks təşkil edir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 321.
Məhəllə (dəqiqləşdirmə)
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı.
Məhəllə teatrı
Məhəllə teatrı çex. Stavovské divadlo (orijinal adı "Qraf Nostitz teatrı" çex. Hraběcí Nosticovo divadlo, sosializm dövründə "Tılov teatrı" çex. Tylovo divadlo) - Praqanın Praqa 1 rayonunda, Köhnə şəhərin "Meyvə bazarı" (çex. Ovocný trh) adlanan meydanında yerləşir. Teatrdan solda xalq arasında "Dəmir qadın" kimi tanınan "Daş qonaq" heykəli, teatrın arxasında isə məşhur passaj yerləşir. == Tikili == XVIII əsrin əvvəllərində Praqada heç bir dənə də teatr binası yox idi. Nadir teatr tamaşaları Klementinumda və ya zadəganların şəxsi evlərdə qoyulurdu. Birinci Şəhər Teatrı Kotzedə (Stare Mesto) açılmasına baxmayaraq, o tezliklə bağlanıldı. Bina ictimai ziyalı və vətənpərvər qraf Frantişek Antonin Nostitz Rinek üçün məhəllə teatrı qismində inşa edilmişdir.
Zərgər məhəllə
Zərgərməhəllə — İranın Mazandaran ostanının Babül şəhristanının Laləabad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 425 nəfər və 110 ailədən ibarət idi.
Məhəllə 3
Məhəllə 3 — Məhəllə film seriyasının 3-cü buraxılışı. 15 il sonra ekranlara qayıdan filmin prodüserləri bu dəfə də Tahir və Cabir İmanov qardaşlarıdır. Qala gecəsində filmdə rol alan tanınmış aktyorlar — Bəhram Bağırzadə, Dilarə Əliyeva, xalq artistləri Hacı İsmayılov, Nübar Novruzova və digər aktyorlar iştirak ediblər. Qala gecəsində çıxış edən aktyor heyəti “Məhəllə” film seriyasının davamının olacağını da bildiriblər. == Məzmun == Filmdə hadisələr kriminal xarakterli zəngin iş adamlarından birinə məxsus, XV əsrə aid, iki milyon manat qiyməti olan xalçanın oğurlanması ilə başlayır. Eliş və Roşkanın təsadüfən xalçanı tapması isə süjet xəttinin böyüməsinə gətirib çıxarır. Məhəlləni sökmək və yerində göydələn inşa etmək istəyən tikinti şirkətinin nümayəndəsi ilə məhəllə sakinləri arasında gedən mübarizə isə günümüzdə olan real hadisələri əks etdirib.
Ahəngər Məhəllə (Mazandaran)
Ahəngər Məhəllə — İranın Mazandaran ostanında kənd..
Aşağı məhəllə sinaqoqu
Aşağı məhəllə sinaqoqu — Oğuz şəhərində Qüdrət Ağakişiyev küçəsində yerləşən XIX əsrə aid sinaqoq. == Haqqında == Aşağı məhəllə sinaqoqu Oğuz şəhərində Qüdrət Ağakişiyev küçəsində yerləşir. Sinaqoq 1849-cu ildə tikilib. Sovet işğalından sonra sinaqoqun binasından tütün və mebel anbarı kimi istifadə olunub. Azərbaycan yenidən müstəqil olduqdan sonra sinaqoq 1992–1994-cü illərdə yerli yəhudilər tərəfindən təmir edilib. Sinaqoq inşa edilərkən içində istifadə olunmuş dirəklər hələ də sağlam olaraq qalır.
Babalı Məhəllə (Talış)
Babalı Məhəllə (fars. بابالومحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 463 nəfər yaşayır (80 ailə).
Bağışlı Məhəllə (Talış)
Bağışlı Məhəllə (fars. باغشلومحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 523 nəfər yaşayır (110 ailə).
Darvar Məhəllə (Talış)
Darvar Məhəllə (fars. دروارمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 425 nəfər yaşayır (91 ailə).
Dizgah Məhəllə (Talış)
Dizgah Məhəllə (fars. ديزگاه محله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 517 nəfər yaşayır (115 ailə).
Məhəllə (film, 2003)
Məhəllə — 2003-cü ildə Ramiz Fətəliyev tərəfindən çəkilmiş komediya filmi. == Məzmun == Film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. Hadisələrin axışı Tofiqin (Coşqun Rəhimov) əsgərlikdən qayıtması ilə başlayır. Anası (Kübra Əliyeva) nəhayət bircə oğlunu evləndirmək istəyir. Tofiqin gələcək qaynatası "professor"dur (Aftandil İsrafilov). Amma bu professor o professorlardan deyil... == Film haqqında == Film unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunur. Film aktrisa Nəsibə Zeynalovanın kinoda son işidir. Aşağıda yerləşdirilən audio faylların içində dahi Nəsibə xanımın səsi də vardır. Filmin çəkilişlərinə Ə. Qarayev küçəsi 6 №-li evin sakinləri köməklik göstərmişdir.
Mərkəz (məhəllə, Çəkməköy)
Mərkəz — İstanbulun Anadolu tərəfindəki Çekmeköy rayonunun 17 məhəlləsindən biri. İnzibati sərhədlərinin şərqində hərbi zona, cənubunda Mimarsinan və Ümraniye rayonları, şimalında isə Beykoz rayonu yerləşir.
Nasir Məhəllə (Talış)
Nasir Məhəllə (fars. نصورمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 368 nəfər yaşayır (80 ailə).
Türk Məhəllə (Talış)
Türk Məhəllə (fars. ترك محله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 317 nəfər yaşayır (69 ailə).
Təzə məhəllə məhəlləsi
Təzə məhəllə məhəlləsi — 19-cu əsrdə salınmış Şuşanın yuxarı məhəllələrindən biri. Bu məhəllə şəhərin azərbaycanlılar tərəfindən salınmış sonuncu məhəlləsi olduğundan, dövrünə görə belə adlandırılmışdır.
Təzə məhəllə məscidi
Təzə məhəllə məscidi — XIX əsrdə Şuşanın Təzə məhəllə məhəlləsində tikilmişdir.Şuşa şəhərinin Səməd bəy Mehmandarov küçəsində yerləşir. Təzə məhəllə məscidi Şuşa şəhərində, paytaxt Bakıdan təxminən 350 km məsafədə yerləşən bir azərbaycanlı məscididir. Şuşanın 17 məhəlləsinin nisbətən yeni qonşuluqda yerləşməsindən bəhs edən "Yeni Qonşuluq" deməkdir. Bu məhəllələr Böyük Qurdlar, Kiçik Qurdlar, Seyidli, Cülfələr, Təzə məhəllə, Hamam qabağı, Dəmirçilər, Göyülüg, Xoca Mərcanlı, Mamayı, Saatlı, Köçərli, Merdinli, Çol qala, Hacı Yusifli, Çukhur məhəlləsi, Ağa dədəlilər Məscid 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən 17 məsciddən biri idi. Şuşanın Təzə Mahalla məhəlləsinin Firudin bəy Köçərli küçəsində yerləşirdi.
Xudkar Məhəllə (Talış)
Xudkar (fars. خودكارمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (21 ailə).
Yuxarı məhəllə sinaqoqu
Yuxarı məhəllə sinaqoqu — Oğuz şəhərində Arzu Əliyev küçəsində yerləşən XIX əsrə aid sinaqoq. == Haqqında == Yuxarı məhəllə sinaqoqu Oğuz şəhərində Arzu Əliyeva küçəsində yerləşir. Sinaqoq 1897-ci ildə Ravvin Baruxun köməkliyi və başçılığı ilə tikilib. Sovet işğalından sonra digər ibadət ocaqları kimi bu sinaqoq da bağlanmış və daha sonra anbar kimi istifadə olunmuşdur.Azərbaycan yenidən müstəqil olduqdan sonra 2004–2006-cı illərdə ilin sinaqoq Oğuzda yaşayan yerli yəhudilər tərəfindən təmir edilib. Hal-hazırda sinaqoqdan ibadətgah kimi istifadə olunur. Həftənin cümə və şənbə günləri yəhudilər burada sərbəst ibadət edirlər.