Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Magical Mystery Tour
Magical Mystery Tour — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
Magical Girl Raising Project
Magical Girl Raising Project, Yaponiyada tanınan adı ilə Mahou Shoujo Ikusei Keikaku (魔法少女育成計画, azərb. Maho-şoco yetişdirmə layihəsi‎) və ya qısaca MahouIku — Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılan ranobe seriyası. Ranobe "Magical Girl Raising Project" adlı sosial oyun vasitəsilə maho-şoco gücü əldə etmiş 16 qızın sağ qalma mübarizəsindən bəhs edir. Takarajimasha nəşrriyyatı tərəfindən 2012-ci ildən indiyə kimi Kono Light Novel ga Sugoi! Bunko imprinti altında 9 cildini buraxılmışdır. Poçi Edoyanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunmuşdur və iki tankobon cildi buraxılmışdır. 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-cı ilə kimi Lerche studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası yayımlanmışdır. == Məzmun == Populyar sosial oyun olan "Magical Girl Raising Project" oyunçularına 10.000-də 1 şansla əsl həyatda maho-şocoya çevrilmək imkanı verir. Hər maho-şoconun özünəməxsus xüsusi gücü var və bu gücündən istifadə edərək insanlara kömək etməlidir. Lakin bir gün oyunun administrasiyası 16 maho-şoconun bir şəhər üçün çox olduğu nəticəsinə gəlir və maho-şocoların sayını yarıya endirmək qərarına gəlir.
Ağıcvan (Bükan)
Kani ŞəqaqanAğıcvan' (fars. ‎‎اغجيوان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 661 nəfər yaşayır (124 ailə).
Maqcan Cumabayev
Cumabayev Mağcan Beken oğlu (qaz. Мағжан Бекенұлы Жұмабаев, Mаgjаn Bekenulı Jumаbаev) (25 iyun 1893- 19 mart 1938) - Qazax ədəbiyyatının XX əsrin əvvəllindəki məşhur və önəmli şairlərindən biri. Müasir qazax ədəbiyyatının yaradıcılarından biridir. == Bioqrafiyası == 1905-1910-cu illərdə Mağcan Cumabayev Petropavl mədrəsəsində təhsil almış, ərəb, fars və türk dillərini öyrənmişdir. 1911-ci ildə isə Ufa mədrəsəsində təhsil almış, bu zaman müəllimlərindən biri Volqa tatarlarının klassik yazıçısı Galimcan İbrahimov olmuşdur. 1912-ci ildə qazax dilində olan şeirləri “Şolpan” adlı kitabda toplanaraq nəşr edilib, kitab ərəb əlifbası ilə yazılıb. Bu kitab qazax ziyalıları arasında məşhurluq qazanmışdır. 1917-ci ilin yay və qışı ərzində qazax “ Alaş” partiyasının və Alaş Orda Qazaxıstan milli hökumətinin yaranmasında iştirak etmişdir. Daha sonra Moskvada yaşamış və Lermontov, Koltsov, Balmont, İvanov, Mamin- Sibiriak, Maksim Qorki, Aleksandr Blok, Höte və digər şairlərin əsərlərini qazax dilinə tərcümə edib. Ali təhsilini başa vurduqdan sonra Qazaxıstana gəlmiş və orda müəllim kimi işləmişdir.
Mağcan Cumabayev