Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mountain Dew
Mountain Dew (azərbaycanca "Mauntin Dyu") PepsiCo tərəfindən hazırlanmış qazlı içki. İçkinin orijinal resepti Barni və Alli Hartman tərəfindən hazırlanmışdır. Yenidən 1958-ci ildə tərtib edilən reseptin müəllifi isə Bil Fricfortdur. Bu formulun hüquqlarını isə Marion, Virciniyanın Tip korporasiyası əldə etmişdir.
Mauntin Vyu (Kaliforniya)
Mauntin Vyu (ing. Mountain View, yəni Dağ görüntüsü) — Amerika Birləşmiş Ştatları Kaliforniya ştatının Santa Klara rayonunda yerləşən kiçik şəhər. Şəhər bu adı Santa Cruz dağı mənzərəsinə sahib olduğu üçün almışdı. 2010-cu ildə əhalinin sayını bilmək ücün aparılan hesablamaya görə, Mauntin Vyu şəhərində 74 066 insan yaşayır. Bu şəhər dünyanın yüksək texnologiya mərkəzi sayılan Silikon Vadisində yerləşir Mauntin Vyu həm özəl, həmdə hökumət məktəblərinin "evi" sayılır. Google, Mozilla Foundation və sair məşhur kompaniyaların baş ofisi burada yerləşir. Həm də burada Kompüter Texnologiyasının Muzeyi yerləşir.
Brokeback Mountain: Original Motion Picture Soundtrack
Brokeback Mountain: Original Motion Picture Soundtrack - Enq Linın "Qozbel dağ" filminin musiqilərinin satışa çıxarıldığı albom. Albom 1 noyabr 2005-ci ildə buraxılmışdı. == Musiqi albomu == "Qozbel dağ" filminin orijinal film musiqisi albomu 2005-ci ildə satışa çıxarılmışdır. Orijinal partitura və musiqinin bəstəkarı Qustavo Santaolalladır. Bütün dünya üzrə albomun 300 000-dən artıq nüsxə ilə satılmışdır ki, ondan da 100 000-i ABŞ-nin payına düşürdü.Albom iki Qızıl Qlobus mükafatına nominasiya almışdır: Ən yaxşı orijinal musiqi və Ən yaxşı orijinal mahnı ("A Love That Will Never Grow Old"), həmçinin Qremmi mükafatına da nominasiya edilmişdi. == CD trek siyahısı == "Opening" - Qustavo Santaolalla – 1:31 "He Was a Friend of Mine" - Villi Nelson – 4:42 "Brokeback Mountain I" - Qustavo Santaolalla – 2:32 "A Love That Will Never Grow Old" - Emmylou Harris – 3:20 "King of the Road" - Teddi Tompson & Rufus Ueynrayt – 2:53 "Snow" - Qustavo Santaolalla – 1:18 "The Devil's Right Hand"- Stiv Örl – 2:34 "No One's Gonna Love You Like Me" - Meri Mak Brayd – 3:06 "Brokeback Mountain II" - Qustavo Santaolalla – 1:59 "I Don't Want to Say Goodbye"- Teddi Tompson – 3:12 "I Will Never Let You Go" - Ceki Qrin – 1:55 "Riding Horses" - Qustavo Santaolalla – 1:24 "An Angel Went Up in Flames" - The Gas Band – 2:36 "It's So Easy" - Linda Ronstadt – 2:27 "Brokeback Mountain III" - Qustavo Santaolalla – 2:14 "The Maker Makes" - Rufus Ueynrayt – 3:50 "The Wings" - Qustavo Santaolalla – 1:52 == "The Wings" CD sinqlı üçün trek siyahısı == "The Wings" (Gabriel & Dresden's Organized Nature Remix) "The Wings" (Manny Lehman, Tony Moran & Warren Rigg Collaboration Remix) "The Wings" (Manny Lehman Remix) == Tam soundtrek siyahısı == Filmdə orijinal kompozisiyalar istifadə olunmuşdu: "Universal Pictures fanfara" – Ekranda Universal Pictures titrları "Focus Features fanfara" – Ekranda Focus Features titrları "River Road Entertainment fanfare" – Ekranda River Road Entertainment titrları "Opening" - Qustavo Santaolalla – Filmin əvvəli; Ennis Signala (Vayominq) gəlir "Brokeback Mountain #1" - Qustavo Santaolalla – Cek & Ennis qoyunları otarmağa gedirlər "Camp" - Qustavo Santaolalla – Cek və Ennis qoyunları otaran vaxt №1 lagerinə üz tuturlar. "Streets of Laredo (song)" ("Laredo küçəsi" ilə də tanınır) – Ennis dağda ayının izinə düşür "Carrying Sheep" - Qustavo Santaolalla – Montaj: Cek düşərgədən çıxaraq Ennislə birgə palatka qurur. Amma Cek, palatkaların "düz quraşdırılmadığını" deyir "Harmonica #1" - Qustavo Santaolalla – Cek riffdə "O mənim dostum idi" mahnısını çalır (No. 53) "Water Walkin' Jesus" – Cek və Ennis ocağın ətrafında din haqqda söhbət edirlər. "Getting Drunk" - Qustavo Santaolalla – Ennis, viskidən çox içərək sərxoş olur və ocağın yanında yatır "Horse Love" - Qustavo Santaolalla – Ennis düşərgəni tərk edir; ölü qoyunları tapır; palatkada Cek və Ennis cinsi əlaqədə olurlar.
Kainatın eraları
Kainatın infişafının ümumi qanunauyğunları kosmoloji modellərin qurulmasına imkan verir. 0.(Kainat sinqulyar haldadır). Böyük partlayış. 10-43 san.(on üstü 43 oxuyun) sonra. Plank dövrü (erası). Plank anı, bu zaman qravitasiya qarşılıqlı təsiri ayrılır. Bu vaxt Kainatın ölçüsü 10-35 м (on üstü 35) olmuşdu, buna Plank uzunluğu deyilir. 10-37 san. müddəti kainatın infilyasiya genişlənməsi adlanır 10-35 san. (on üstü 35) Böyük birləşmə erası: Güclü və elektrozəif qarşılıqlı təsirlər ayrılır.
Kainatın yaşı
Riyazi elm ilə məşğul olan hər kəs Kainatımızın təxminən 13.82 milyard il yaşında olduğunu biləcəklər. Müqayisə edilməsi üçün Günəş sisteminin yaşı 4.6 milyard il, Dünyanın yaşı 4.53 milyard il, canlılığın yaşı 3.9 milyard il, çoxhüceyrəli həyatın yaşı 1 milyard il, ilk onurğalıların yaşı 375 milyon il, ilk primatların yaşı 47 milyon il, ilk insansının yaşı 6 milyon il, ilk insan növünün (Homo sp.) yaşı 2 milyon il, növümüzün yaşı isə 200.000 ildir. Ancaq Kainatın yaşının necə hesablandığı bir çoxlarının bilmədiyi bir mövzudur. Hər nə qədər yenə məşhur səviyyədə fizikayla maraqlanan biri, Kainatın yaşının hesablanmasında “qırmızıya sürüşmə” və ya “Kainatın genişlənmə sürəti” kimi anlayışlara müraciət etmiş olsalar da, bunların riyazi olaraq hesablanmasının necə istifadə edildiyini bir çox adam bilməyəcək. İlk olaraq, Kainatın yaşını hesablaya bilmək üçün Kainatımızın genişlənməkdə olan bir quruluş sahib olduğunu qəbul etməliyik. Bu, əlimizdəki bütün müşahidələrlə uyğun bir iddiadır və Habbl qanunu, qalaktik çoxluqların bir-birindən uzaqlaşmış olmasını birbaşa isbatlamağımızı təmin edir. Ayrıca bu məlumat parçası, Kainatımızın keçmişdə bu günə nisbətən daha kiçik olduğunun göstəricisidir. Bu vacibdir, çünki hesablarımızı buna istinad etmək məcburiyyətindəyik. Kainatın yaşını hesablaya bilmək üçün kainatın görünən genişlənmə sürətinin (bu anda qalaktika çoxluqlarının bir-birindən uzaqlaşma miqdarının) Kainatın tarixi boyunca sabit olduğunu güman edə bilərik. Əlbəttə ki, bu doğru deyil və belə bir fərziyyə hesabımıza bir miqdar səhv qatacaq, ancaq yenə də hesabları asanlaşdırması baxımından faydalı bir fərziyyə olduğunu deyə bilərik.
Kainatın Fridman modeli
Fridman nəzəriyyəsi (A.A.Fridman) - kainatın inkişaf istiqamətinin təyini üçün istifadə olunan nəzəriyyədir. Bu nəzəriyyəyə əsasən Kainatın sıxlığının verilmiş qiymətində Kainat ya məkana görə sonsuz, ya da sonlu ola bilər. == Tarixi == 1916-cı ildə A.Eynşteyn ümumi nisbilik nəzəriyyəsində zaman və məkan xassələrinin Kainatda materiyanın paylanması və hərəkətindən asılı olduğunu isbat etdi. Bununla da, zaman-məkan xassələrinin Nyuton mexanikasında təsvir edildiyi qədər də sadə və bəsit olmadığı müəyyən edildi. Yeni nəzəriyyəyə əsasən kütləsi böyük olan cazibə mərkəzləri yaxınlığında zamanın sürəti yavaşıyır. A.Eynşteyn, nisbilik nəzəriyyəsinin müddəalarını Kainatın izotrop, bircins və stasionar modelini qurmaq üçün tətbiq edir. Sonuncu model səhv olduğundan Eynşteyn bir nəticə ala bilmir. 1922-ci ildə rus riyaziyyatçısı A.A.Fridman isbat etdi ki, ümumi nisbilik nəzəriyyəsinə əsasən Kainatın zamana görə dəyişən qeyri-stasionar modelini almaq mümkündür. Bununla da, Fridman müasir kosmoloji nəzəriyyələr üçün riyazi özül yaradır. == İzahı == Ümumi nisbilik nəzəriyyəsinə görə böyük miqyaslarda məkanın xassələri maddənin orta sıxlığından asılı olur.
Kainatın böyüməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bu günkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik == Fəlsəfədə kainatın genişlənməsinə münasibət == Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər,daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Kainatın genişlənməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bu günkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik == Fəlsəfədə kainatın genişlənməsinə münasibət == Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər,daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Kainatın istilik ölümü
Kainatın istilik ölümü, həmçinin Böyük Donma (ing. Big Freeze) — termodinamikanın ikinci qanununun bütün Kainata ekstrapolyasiyası əsasında 1865-ci ildə alman fizik Rudolf Klauzius tərəfindən irəli sürülmüş fərziyyə. Klauziusun fikrincə, zaman keçdikcə kainat nəhayət termodinamik tarazlıq vəziyyətinə və ya “termal ölüm” (istənilən qapalı termodinamik sistemin son vəziyyətini təsvir edən termin) vəziyyətinə gəlməlidir. Əgər Kainat düz və ya açıqdırsa, o, əbədi olaraq genişlənəcək və belə bir təkamül nəticəsində onun “istilik ölümü” vəziyyətinə çatacağı gözlənilir. Əgər kosmoloji konstant müsbət olarsa, son müşahidələrin göstərdiyi kimi, kainat sonda maksimal entropiya vəziyyətinə yaxınlaşacaq..
Kainatın ustaları (film, 1987)
Kainatın ustaları (ing. Masters of the Universe) – 1987-ci ildə istehsal olunmuş bədii filmdir. Filmin distribütori The Cannon Group kinokompaniyasıdır. == Xarici keçidlər == Kainatın ustaları — Internet Movie Database saytında.