MÜDAFİƏ

I. i. defence, protection, defend; fəal ~ active / aggressive defence; tanka qarşı ~ anti-tank defence; anti-mechanized defence; kimyəvi silaha qarşı ~ gas defence; uzunmüddətli ~ permanent defences pl.; ~yə keçmək to take* up a defensive position; ~ üçün in defence (of); ~ altında under the protection (of); dissertasiya ~si defence of thesis (pl. -ses); ölkəni düşmənlərdən ~ etmək to defend one’s country against enemy; dissertasiya ~ etmək to defend (d.), to maintain a thesis; ~ olunmaq to defend oneself

II. s. defensive; ~ mövqeyi defenscive position, defences pl.; ~ şahidi hüq. witnesses for the defence; ~ çıxışı hüq. speech in defence (of); speech for the defence (of)

MÜCTƏHİD
MÜDAFİƏÇİ
OBASTAN VİKİ
Müdafiə
Müdafiə — Silahlı Qüvvələrin müdafiə xarakterli hərbi əməliyyatlarını nəzərdə tutan fəaliyyəti. Rəqibin hücumunun qarşısını almaq, strateji əraziləri, mövqeləri və obyektləri əldə saxlamaq və hücuma keçmək üçün şərait yaratmaq üçün istifadə edilir. Müdafiə rəqib mövqelərin atəş zərbələrinə atəş zərbələri (nüvə muharibəsində nüvə zərbələri) ilə cavabı, quru, hava və dənizdən hücumun qarşısının alınmasını, düşmənin mövqeləri ələ keçirməsinin qarşısının alınmasını və hücuma keçən canlı qüvvə və texnikasının darmadağın edilməsini nəzərdə tutur. Müdafiə strateji, taktiki və operativ əhəmiyyətli ola bilər. Müdafiə əvvəldən hazırlanır və ya düşmən tərəfin hücumu zamanı təşkil edilir. Müdafiə əks tərəfin hücumunun qarşısının alınması ilə yanaşı hücum elementlərini də özündə birləşdirir. Bu əks cavabın verilməsi, əks hücumun həyata keçirilməsi, düşmənin mövqelərinin və bazasının dağıdılması və onun fəallığının aşağı salınması formasında ola bilər. Qədim dövrdə və orta əsrlərdə müdafiə üçün qalalardan və qəsrlərdən istifadə edilirdi. XIV—XV əsrlərdən etibarən orduların odlu silahlarla təchiz edilməsi ilə əlaqədər səhra müdafiə istehkamlarının qurulmasına başlandı. Torpaq istehkamlardan rəqibə atəş açmaq və onun atəşindən qorunmaq üçün isifadə edilirdi.
Kollektiv müdafiə
Kollektiv müdafiə və ya Hərbi blok - dövlətlərin siyasi, hərbi, iqtisadi və digər hərəkətlərinin inteqrasiyasını təmin edən, ümumi məqsədə çatmağa yönəlmiş hərbi-siyasi ittifaq formasıdır. Ümumiyyətlə sülh dövründə təşkil olunur. Daha yüksək səviyyədə təşkil olunmuş idarəedici və işçi orqanlara, müştərək silahlı qüvvələrə və idarəetmə sisteminə malik olurlar.
Dərbənd müdafiə qalası
Dərbənd müdafiə qalası — Zaqafqaziya və Yaxın Şərq xalqlarını Qafqaz dağlarını keçərək, Xəzər dənizi sahilləri boyunca şimaldan gələn köçərilərin istilalarından qoruyan müdafiə sisteminin (Qafqaz divarı) bir hissəsi. Sistemə Dərbənd istehkamları, bir qala (Narın-Qala), dəniz divarları və Dağ-bar dağ divarı daxil idi. UNESCO tərəfindən qorunan Dərbənd şəhərinin ərazisində yerləşir. == Etimologiya == "Qapı" sözü bir çox xalqların dillərində şəhərin adına daxil edilmişdir. Yunan tarixçiləri bunu alban (Qafqaz Albaniyası dövlətindən) və ya Xəzər qapısı, ərəb müəllifləri - Əsas qapı ( Bab-əl-Əbvab), Türklər-Dəmir (Temir Kapısı), Gürcülər-Dəniz (Dzgvis-Kari) adlandırmışdılar. Şəhərin müasir adına "Dərbənd" (Dərbənd) VII əsrdən başlayaraq, yazılı mənbələrdə rast gəlinir və fars dilindən tərcümədə "Bağlı qapı" deməkdir (hərfi mənası "Qapı düyünü": "hədiyyə" bir qapıdır, "dəstə", əlaqə, düyün). Ərəblər dövründən başlayaraq, hələ XIX -cu əsrə qədər, şimal divarı xəzərlərlə üzbəüz olduğundan "Kafirqapısı" ("kafirlərin divarları") adlanırdı. Bəzi mənbələrdə "Böyük İskəndərin divarı" da adlandırılırdı, çünki əfsanəyə görə böyük bir fateh tərəfindən inşa edilmişdir. Lakin Makedoniyalı İskəndər heç vaxt Dərbənd qapısında olmamışdır.. == Təsviri == Uzunluğu 700 m olan qala, gil məhlulun üstü doldurularaq Yuxarı Sarmat daşından tikilmişdir.
Ermənistan Müdafiə Nazirliyi
Ermənistan Müdafiə Nazirliyi (erm. Հայաստանի պաշտպանության նախարարություն) — Ermənistan Silahlı Qüvvələrinin inkişafına nəzarət edən nazirlik. Binası İrəvanın Baqrevand küçəsi 5 ünvanında yerləşir. Nazirlik rəsmi olaraq 28 yanvar 1992-ci ildə Ermənistan prezidentinin sərəncamı ilə yaradılmışdır.
Federal Müdafiə Nazirliyi
Federal Müdafiə Nazirliyi — Almaniya Federativ Respublikasının ali federal orqanıdır . Federal Nazirlik Federal Hökumət daxilində hərbi müdafiə və bütün Bundesver işləri üzrə mütəxəssisərin firmalaşdırıldığı şöbədir.Bu, silahlı qüvvələr üçün ən yüksək hərbi komandanlıq orqanı və Bundesver administrasiyası üçün ən yüksək xidmət orqanıdır.
Hava hücumundan müdafiə
Hava hücumundan müdafiə döyüşü — təcavüzkar hava vasitələrinin səmərəliliyini azaltmaq və ya tamamilə yox etmək üçün görülən tədbirlərdir. Bu tədbirlər həm hava, həm də quru silah sistemlərini, müvafiq qəbuledici sistemləri, komanda və nəzarət tədbirlərini və passiv tədbirləri əhatə edir. Olduqları yerdən asılı olmayaraq dəniz, quru və hava qüvvələrini qorumaq olaraq anlaşılacağı kimi, ana vətənin müdafiəsi üçün də bir çox ölkələr tərəfindən istifadə olunmaqdadır. NATO hava vasitələri ilə edilən hava müdafiəsini qarşı hava müdafiəsi, dəniz və ya qurudan ediləni isə hava müdafiə savaşı olaraq adlandırmışdır. Raket ilə müdafiə hava hücumundan müdafiənin bir qolu olaraq qəbul edilir. == Terminalogiyası == Hava hücümundan müdafiə termini ilk dəfə, böyük ehtimalla, İngilislər tərəfindən Kral hava qüvvələrinin komandanlığı altında qurulan Böyük Britaniya hava müdafiəsi tərəfindən istifadə edilmişdir. Bununla yanaşı, Birləşmiş Krallıqda "anti-hava müdafiəsi (anti-aircraft)" termini də 1950-ci illərə qədər ümumi olaraq istifadə edilmiş və AA olaraq qısaldılmışdır. NATO Hava Müdafiə döyüşünü "dəniz üzərindəki bir gücün, havadan hədəfə çatan silahlar ilə təyyarə, gəmi, sualtı gəmi və ya qurudan edilən hücumdan qorunmaq üçün görülən tədbirlər" kimi izah etmişdir. Bəzi ordularda bütün qüvvələr ilə hava hücumundan müdafiə termini, ixtisası olmayan əsgərlər tərəfindən olunan müdafiə yerinə istifadə edilir. XX əsrin sonlarında istifadə edilən digər terminlər; GBAD (Ground Based Air Defence, Yerdən Hava Müdafiə), SHORAD (Şort Range Air Defence, Qısa Məsafəli Hava Müdafiə) və çiyindən atılan raketləri ehtiva edən MANPADS (Man Portable Air Defence Systems, İnsan İstifadəli Hava Müdafiə Sistemləri) olaraq göstərmək olar.
Milli Müdafiə Universiteti
Milli Müdafiə Universiteti (Türkiyə)
Müdafiə (futbol)
Müdafiə — futbolda vəzifəsi rəqib komandanın qapıya qol vurmasını əngəlləməkdir. Libero, futbolda müdafiə ilə qapıçı arasında iştirak edən və süpürücü vəzifəsi boynuna götürən oyunçulara verilən ad. Azərbaycanca müdafiə ilə yarımmüdafiəçi arasında oynayan oyunçular üçün də ön libero termini istifadə edilməkdədir. Bu oyunçular əksəriyyətlə bir növ müdafiəçi xüsusiyyətlərinə malikdilər. Yüksək yarımmüdafiə oyunçularından ya da topu oyuna daxil edə bilərək müdafiə oyunçularından seçilir. Mərkəz müdafiəçilərinin vəzifəsi ,əsasən, orta hücumçuların qol vurmağının qarşısını kəsməkdir. Mərkəz müdafiəçiləri tez-tez başla oynamaq və yüksək boyları ilə qol vurmaq imkanına malik olduqları üçün küncdən zərbə və ya sərbəst vuruşda rəqibin cəza xətrinə gəlirlər. Belə oyunçulardan Fabio Kannavaronu, Paolo Maldinini, və Karles Puyolu misal gətirmək olar. Cinah müdafiəçiləri əsasən hücuma qatılmaqlarıyla seçilirlər. Onların əsas cəhətləri sürət və dözümlükləriylə seçilirlər.
Müdafiə (hərbi)
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
Müdafiə (şahmat)
Müdafiə — Şahmat termini. Hücum hərəkatına müqvimət göstərmək.
Müdafiə Partiyası
Müdafiə Partiyası — Azərbaycanın siyasi partiyalarından biri. 1907-ci ilin mayında Tiflisdə yaradılmışdı. Partiyaya korpus topoqrafı podpolkovnik İbrahim Vəkilov rəhbərlik edirdi. Təşkilatın fəaliyyət dairəsi Yelizavetpol quberniyasının qərbini, əsas etibarilə, Qazax qəzasının və Tiflis quberniyasının bir sıra qəzalarını əhatə edirdi. Partiyanın yaradılmasında Ağabəy Qiyasbəyov, Hacı Kərim Sanılı, A.Xəlilbəyov fəal iştirak etmişdilər. Müdafiə proqram sənədi kimi, Difai Partiyasının proqramını qəbul etmişdi. Partiyanın buraxdığı intibahnamələrdə bildirilirdi ki, o, "müsəlmanların bütün ictimai işlərinə qarışacaq, onların arasında birlik yaradacaq, maarif və mədəniyyət işlərinə qayğı göstərəcəkdir". Partiya öz tərəfdarlarını millətin azadlığı və ədalət uğrunda mübarizəyə çağırırdı. Partiyanın əsas diqqəti daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə əlaqədar çarizmin Azərbaycanın qərb qəzalarında yerləşdirdiyi kazak hissələrinin boykot edilməsinə yönəlmişdi. Müdafiə 1907-ci ildə Qazaxda yerləşdirilmiş hərbi hissələrə kömək göstərən əhaliyə xəbərdarlıq edərək, kazakların 1906-cı ildə azərbaycanlıların başına gətirdiyi müsibətləri onlara xatırladırdı.
Müdafiə divarı
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Müdafiə sənayesi
Müdafiə sənayesi — silahların, hərbi texnikanın və dövlətin silahlı qüvvələri (təhlükəsizlik qüvvələri) üçün digər mülkiyyətlərin işlənib hazırlanmasını, sınaqdan keçirilməsini, istehsalını və utilizasiyasını həyata keçirən elmi-tədqiqat, sınaq müəssisələrinin, təşkilatların və sənaye müəssisələrinin məcmusundan ibarət dövlət sənaye sahəsi.
Mülki müdafiə
Mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Raketdən müdafiə
Rakdən müdafiə — düş mən döyüş raketlərinin aşkarlanması, izlənməsi, dayandırılması və məhv edilməsi ilə əlaqəli bir sistem, silah və ya texnologiyadır. Əvvəlcə nüvə başlıqlı qitələrarası ballistik raketlərə (ICBM) qarşı müdafiə olaraq hazırlanmış və daha sonra daha qısa mənzilli qeyri-nüvə taktiki raketlər daxil olmaqla genişləndirilmişdir. Bu cür hava hücumundan müdafiə sistemləri ABŞ, Rusiya, Çin, Hindistan, İsrail və Fransa tərəfindən hazırlanmışdır.
Sosial müdafiə
Sosial müdafiə — insanın fəaliyyətinə minimum təminatı təmin edilməsi üçün cəmiyyət və onun müxtəlif strukturları tərəfindən həyata keçirilən tədbirlər sistemi.
Müdafiə büdcəsi
Hərbi büdcə və ya hərbi xərclər, həmçinin müdafiə büdcəsi — dövlət tərəfindən silahlı qüvvələrin və ya müdafiə məqsədləri üçün vacib olan digər üsulların artırılması və saxlanması üçün ayrılmış maliyyə resurslarının məbləği. 2022-ci ilə qədər qlobal hərbi xərclər 2,3 trilyon ABŞ dollarını ötmüşdür. ABŞ-nin hərbi büdcəsi 877 milyard dollardır və o, bu sahədə liderdir. Hərbi büdcələr çox vaxt bir ölkənin ona qarşı təhdid ehtimalını və ya təxribat etmək istədiyi təcavüzün həcmini nə dərəcədə güclü şəkildə qəbul etdiyini əks etdirir. Bu, həm də qarşıdan gələn maliyyə ili üçün nə qədər maliyyələşmənin təmin edilməsi barədə fikir verir. Büdcənin ölçüsü həm də ölkənin hərbi fəaliyyəti maliyyələşdirmək qabiliyyətini əks etdirir. Faktorlara həmin ölkənin iqtisadiyyatının ölçüsü, həmin quruma qarşı digər maliyyə tələbləri və həmin qurumun hökumətinin və ya xalqının bu cür hərbi fəaliyyəti maliyyələşdirməyə hazır olması daxildir. Daxili hüquq-mühafizə orqanlarına və əlil veteranların reabilitasiyasına edilən xərclər ümumiyyətlə hərbi xərclərdən xaric edilir. Hərbi xərclərin bir ölkənin iqtisadiyyatına və cəmiyyətinə təsiri və hərbi xərcləri müəyyən edən şeylər siyasət elmində və iqtisadiyyatda diqqət çəkən məsələlərdir. Bu mövzularla bağlı mübahisəli tapıntılar və nəzəriyyələr mövcuddur.
Müdafiə (dəqiqləşdirmə)
Bu sözün aşağıdakı mənaları vardır: Müdafiə — hərbi əməliyyatlar növü. Müdafiə — nəyinsə hücumdan qorunması və ya düzgün sayılan mövqenin isbat edilməsi.
Müdafiə Mahmudov
Müdafiə Cəmil oğlu Mahmudov (1945, Qızıl Şəfəq, Sisian rayonu – 21 yanvar 2024) — Azərbaycan Texniki Universitetinin fəxri professoru, pedaqoji elmlər doktoru. M. Mahmudov 1945-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisyan rayonunun Şıxlar kəndində anadan olub. Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun tətbiqi riyaziyyat şöbəsində kiçik elmi işçi (1968–1969) vəzifəsində işləyib. 1980–1989-cu illərdə həmin şöbədə baş elmi işçi, 1989–2006-cı illərdə Azərbaycan Texniki Universitetinin Ali riyaziyyat kafedrasında dosent, 2009–2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasında dosent vəzifəsində işləyib. "Ali texniki məktəblərdə riyaziyyat kursunun nəzəri və praktiki istiqamətlərdə tədrisinin təkmilləşdirilməsi yolları və vasitələri" (2009) mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun "Ali və orta ixtisas təhsilinin nəzəri problemləri" şöbəsində baş elmi işçi (2013–2014), "Müəllim hazırlığı kurikulumu" şöbəsinin müdiri (2014–2015) vəzifələrində işləyib. 2015-ci ildən Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının professoru olub. Dərslik, dərs vəsaiti, elmi-kütləvi kitabların və 200-ə yaxın elmi məqalənin müəllifidir. "Ukrayna-Azərbaycan dostluq körpüləri", "Dnepropetrovsk Milli Universitetinə sədaqətli xidmətinə görə" medallarına və Ukrayna Milli Elmlər Akademiyasının akademiki V. İ. Mossokovski adına fəxri medala layiq görülüb. 2020-ci ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Özünü müdafiə
Özünümüdafiə və ya zəruri müdafiə — şəxsin özünü, xüsusilə də sağlamlığını ona vurula biləcək zərərdən müdafiə etməsi üçün gördüyü tədbirlər. Təhlükə vəziyyətində şəxsin özünümüdafiə hüququndan istifadə etməsi əksər yurisdiksiyalarda qanunla təminat verilən hüquq kimi tanınır, sadəcə onların şərhi əhəmiyyətli dərəcədə fərqlənir. Fiziki özünümdüafiə ani zorakılıq hədəsinin qarşısını almaq üçün fiziki gücün tətbiqidir. Bu, silahlı və ya silahsız ola bilər. Bu zaman müvəffəqiyyətli olmaq, tətbiq edilən şiddətin dərəcəsindən müdafiə olunan şəxsin əqli və fiziki cəhətdən hazılığına qədər bir neçə amillərdən asılı ola bilər. Döyüş sənətinin əksər növləri özünümüdafiə üçün yaradılmış və ya özündə özünümüdafiə texnikalarını ehtiva edir. Belə ki, bəzi döyüşlər, eləcə də təkbətək döyüşlərin özünümdafiə zamanı tətbiqi effektiv ola bilər. Bəzi döyüş sənətləri şəxsin bıçaqlı və ya silahlı hücuma məruz qaldığı halda necə müdafiə olunacağını öyrətdiyi halda, bəziləri əksinə hücum etməyi öyrədir. Daha praktik özünümüdafiə etmək üçün bir çox müasir döyüş sənəti məktəbi hazırda döyüş sənətinin üslub və texnikasının birləşməsindən istifadə edir və çox zaman özünümüdafiə təlimini hər iştirakçıya özəl uyğunlaşdırır. Silahların böyük əksəriyyəti özünümüdafiə üçün istifadə oluna bilər.
Son müdafiə
Son müdafiə hər hansısa bir hərbi dəstənin böyük və demək olar ki, çıxılmaz vəziyyətlər qarşısında sonuncu dəfə müdafiə mövqeyi tutduğu hərbi vəziyyətdir. Hərbi dəstələr qarşılarına qoyulmuş olan tapşırığı yerinə yetirmək və ya vəzifə borcu hissi ilə əlaqədar olaraq son müdafiə mövqeyi tuta bilərlər ki, bunun da bir çox səbəbləri ola bilər; onlar taktiki cəhətdən çox əhəmiyyətli olan bir məntəqənin müdafiəsini təşkil edə bilərlər, tələyə düşmüş ordunun, şəxsin və ya bir qrup insanın qaçması üçün müəyyən bir vaxt qazanmağa cəhd edə bilərlər, tutulsalar edam olunma ehtimalları ola bilər, ya da öz hökmdarlarını və ya liderlərini müdafiə etməyə cəhd edən bilərlər. Son müdafiəni təşkil edən qoşunların qəhrəmanlığı və fədakarlığı bir sıra hallarda xalqın təxəyyülündə böyük əks-səda doğurduğu üçün tarixdə böyük əhəmiyyətə malik olmuşdur. Bəzi sonuncu müdafiələr, xüsusən də, müqavimətçilər məqsədlərinə çatdıqları zaman (nadir hallarda düşmənlərini məğlub edə bildikləri hallarda) həmin ölkənin və ya millətin tarixində məşhur bir hadisəyə çevrilir. Bəzi hərbi mütəfəkkirlər isə tələyə düşmüş adamların daha çox mübarizə aparmaq ehtimallarının olduğunu bildirərək düşmənin son müdafiə tələb edən vəziyyətlərə salınmamasının lazım olduğunu bildirmişdirlər. Sun Dzı belə yazmışdır: “Mühasirəyə alınmış olan düşmənə xilas yolu verin.'' Bəzən isə, döyüş zamanı öz qüvvələrini geri çəkilməyə təşviq edə biləcək qayıqları və ya körpüləri qəsdən yandıraraq qüvvələri son müdafiə döyüşü aparmağa təhrik etmək təklif olunmuşdur.
Müdafiə diplomatiyası
Müdafiə diplomatiyası — Beynəlxalq münasibətlərdə müdafiə resurslarından və imkanlarından dinc məqsədlərlə istifadə etməklə xarici siyasət məqsədlərinə nail olunması. == İnkişafı == Hələlik müdafiə diplomatiyasının ümumi qəbul edilmiş tərifi olmasa da, bu, ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında müsbət nəticələr əldə etmək üçün bütün müdafiə spektrindəki resursların dinc şəkildə tətbiqi kimi başa düşülə bilər. “Müdafiə diplomatiyası” ümumiyyətlə hərbi attaşelərin roluna və onların əlaqəli fəaliyyətlərinə istinad edən alt qrupdur. Diplomatiyanın bu növü hərbi əməliyyatları əhatə etmir, lakin beynəlxalq heyət mübadiləsi, gəmi və təyyarə səfərləri, yüksək səviyyəli qarşılıqlı əlaqələr və yüksək rütbəli müdafiə zabitləri, ikitərəfli görüşlər və qərargah danışıqları kimi digər müdafiə fəaliyyətlərini əhatə edir. Birləşmiş Krallıq müdafiə diplomatiyasını ordunun səkkiz müdafiə missiyasından biri kimi müəyyən etmişdir və məqsədi "münaqişələrin qarşısının alınması və həllinə mühüm töhfə vermək" üçün "düşmənçiliyi yaymaq, etimad yaratmaq və saxlamaq və demokratik şəkildə cavabdeh olan silahlı qüvvələrin inkişafına kömək etmək"dir. Müdafiə diplomatiyası tez-tez hökumət daxilində uyğunluğu və diqqəti təmin etmək üçün xarici və inkişaf departamentləri ilə sıx əməkdaşlıqda hazırlanır və həyata keçirilir. Müdafiə diplomatiyası çox vaxt münaqişələrin qarşısının alınması və təhlükəsizlik sektorunun islahatı ilə əlaqələndirilir. O, ümumiyyətlə potensial düşmənləri qorxutmaq istəyi ilə başa düşülən gəmi diplomatiyası anlayışından fərqlənir.
Müdafiə (ümumi anlayış)
Bu sözün aşağıdakı mənaları vardır: Müdafiə — hərbi əməliyyatlar növü. Müdafiə — nəyinsə hücumdan qorunması və ya düzgün sayılan mövqenin isbat edilməsi.
Müdafiə Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Müdafiə Nazirliyi — Azərbaycan Ordusu ilə əlaqəli Azərbaycan dövlət qurumu. Nazirlik Azərbaycanı xarici təhdidlərə qarşı müdafiə etmək, ərazi bütövlüyünü qorumaq, müharibə aparmaq və Xəzərin Azərbaycan sektoruna və hava məkanına nəzarət etməkdən məsuldur. Müdafiə naziri Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və ya vəzifədən azad edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-ə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batalyonu təşkil edilməli idi. Vacib məsələlərdən biri Hərbi Nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi. Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi.
Emin Hüseynov (hüquq müdafiəçisi)
Emin Rafiq oğlu Hüseynov (4 dekabr 1979, Bakı) — azərbaycanlı jurnalist, insan hüquqları üzrə aktivist. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri. Azərbaycanda həbs olunmaqdan yayınmaq üçün, o, gizlənməyə məcbur oldu. Müəyyən müddətdən sonra Emin Hüseynov Azərbaycandan qaçdı və hal-hazırda İsveçrədə məcburi köçkün kimi yaşayır.
Federal Müdafiə Nazirliyi (Almaniya)
Federal Müdafiə Nazirliyi — Almaniya Federativ Respublikasının ali federal orqanıdır . Federal Nazirlik Federal Hökumət daxilində hərbi müdafiə və bütün Bundesver işləri üzrə mütəxəssisərin firmalaşdırıldığı şöbədir.Bu, silahlı qüvvələr üçün ən yüksək hərbi komandanlıq orqanı və Bundesver administrasiyası üçün ən yüksək xidmət orqanıdır.
Filidor müdafiəsi (şahmat)
Filidor müdafiəsi — Şahmat termini Debüt onu yaradan XVIII əsr fransız şahmat ustası Fransua-Andre Danikan Filidorun şərəfinə adlandırılmışdır.
Fransız müdafiəsi (şahmat)
Fransız müdafiəsi — Şahmatda 1. e2-e4 e7-e6 gedişləri ilə başlayan debüt. 1834-1836-cı illərdə London şahmatçıları ilə yazışma oyununda müvəffəqiyyətlə yarışan parisli şahmatçıların şərəfinə adlandırılmışdır.
Hava hücumundan müdafiə (film, 1937)
Hava hücumundan müdafiə (film, 1940)
Hava hücumundan müdafiə (film, 1960)
Hava hücumundan müdafiə döyüşü
Hava hücumundan müdafiə döyüşü — təcavüzkar hava vasitələrinin səmərəliliyini azaltmaq və ya tamamilə yox etmək üçün görülən tədbirlərdir. Bu tədbirlər həm hava, həm də quru silah sistemlərini, müvafiq qəbuledici sistemləri, komanda və nəzarət tədbirlərini və passiv tədbirləri əhatə edir. Olduqları yerdən asılı olmayaraq dəniz, quru və hava qüvvələrini qorumaq olaraq anlaşılacağı kimi, ana vətənin müdafiəsi üçün də bir çox ölkələr tərəfindən istifadə olunmaqdadır. NATO hava vasitələri ilə edilən hava müdafiəsini qarşı hava müdafiəsi, dəniz və ya qurudan ediləni isə hava müdafiə savaşı olaraq adlandırmışdır. Raket ilə müdafiə hava hücumundan müdafiənin bir qolu olaraq qəbul edilir. == Terminalogiyası == Hava hücümundan müdafiə termini ilk dəfə, böyük ehtimalla, İngilislər tərəfindən Kral hava qüvvələrinin komandanlığı altında qurulan Böyük Britaniya hava müdafiəsi tərəfindən istifadə edilmişdir. Bununla yanaşı, Birləşmiş Krallıqda "anti-hava müdafiəsi (anti-aircraft)" termini də 1950-ci illərə qədər ümumi olaraq istifadə edilmiş və AA olaraq qısaldılmışdır. NATO Hava Müdafiə döyüşünü "dəniz üzərindəki bir gücün, havadan hədəfə çatan silahlar ilə təyyarə, gəmi, sualtı gəmi və ya qurudan edilən hücumdan qorunmaq üçün görülən tədbirlər" kimi izah etmişdir. Bəzi ordularda bütün qüvvələr ilə hava hücumundan müdafiə termini, ixtisası olmayan əsgərlər tərəfindən olunan müdafiə yerinə istifadə edilir. XX əsrin sonlarında istifadə edilən digər terminlər; GBAD (Ground Based Air Defence, Yerdən Hava Müdafiə), SHORAD (Şort Range Air Defence, Qısa Məsafəli Hava Müdafiə) və çiyindən atılan raketləri ehtiva edən MANPADS (Man Portable Air Defence Systems, İnsan İstifadəli Hava Müdafiə Sistemləri) olaraq göstərmək olar.
Hava hücumundan müdafiə sistemlərinin siyahısı
Havadan hücumu müdafiə etmə döyüşü, təcavüzkar hava vasitələrinin fəaliyyətini zəiflətmək ya da tamamilə yox etmək deməkdir. Mərmi ilə müdafiə etmə hava müdafiə etmənin bir qolu olaraq qəbul edilməkdədir.
Hind müdafiəsi
Hind müdafiəsi — Şahmat termini. Bir qrup başlanğıcı birləşdirir. Burada qaralar e7-e5-ə irəliləməkdən bilə-bilə imtina edirlər. == Qədim hind müdafiəsi == Bu debüt qədimdən məlumdur və K. Yanişin əsərlərində xatırlanır.ref>Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh.
Holland müdafiəsi
Holland müdafiəsi — Şahmat termini İlk dəfə olaraq 1789-cu ildə Hollandiya şahmat ustası Steyn tədqiq etmişdir.
Hüquq müdafiəçiləri
Hüquq müdafiəçiləri — müxtəlif insan hüquqlarının dinc vasitələrlə, bir qayda olaraq, dövlət strukturlarının və ya vəzifəli şəxslərin özbaşınalığından müdafiəsi məsədi ilə ictimai fəaliyyətlə məşğul olan şəxslərdir. Onlar jurnalistlər, ekoloqlar, məlumat verənlər, həmkarlar ittifaqı işçiləri, hüquqşünaslar, müəllimlər, birbaşa fəaliyyətin iştirakçıları və ya sadəcə təkbaşına fəaliyyət göstərən şəxslər ola bilərlər. Onlar işlərinin bir hissəsi kimi və ya könüllü olaraq hüquqlarını müdafiə edə bilərlər. Fəaliyyətləri nəticəsində insan hüquqları müdafiəçiləritez-tez qarayaxma, müşahidə, təqib, saxta ittihamlar, əsassız həbs, birləşmək azadlığının məhdudlaşdırılması, fiziki hücum və hətta qətllər də daxil olmaqla repressiyalara məruz qalırlar. 2020-ci ildə 25 ölkədə ən azı 331 hüquq müdafiəçisi öldürülüb. Beynəlxalq ictimaiyyət və bəzi milli hökumətlər müxtəlif müdafiə vasitələri ilə bu zorakılığa cavab verməyə cəhd göstərmişlər, lakin hüquq müdafiəçilərinə qarşı zorakılıq artmaqda davam edir. Qadın hüquq müdafiəçiləri və ətraf mühitin mühafizəsi ilə məşğul olan insan hüquqları müdafiəçiləri digər məsələlərlə məşğul olan hüquq müdafiəçilərindən daha çox repressiya və risklərlə üzləşirlər. 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatı insan hüquqları müdafiəçilərinin işini qanuniləşdirmək və insan hüquqları fəaliyyətinin müdafiəsini genişləndirmək üçün İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannaməni qəbul edir. == Tərif == İnsan hüquqları müdafiəçisi termini BMT Baş Assambleyası tərəfindən hamılıqla tanınmış insan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üçün fərdlərin, qrupların və cəmiyyət orqanlarının hüquqları və məsuliyyəti haqqında Bəyannaməni qəbul etdikdən sonra beynəlxalq insan hüquqları ictimaiyyətində geniş istifadə olunmağa başlanır. Bu Bəyannamədən əvvəl “fəal”, “işçi” və ya “müşahidəçi” insan hüquqlarını müdafiə etmək üçün çalışan insanlara qoyulmuş terminlər idi.
Kanija müdafiəsi
Kanija müdafiəsi — 1593–1606-cı illər Osmanlı-Avstriya müharibəsi gedişində 1601-ci ildə 73 gün ərzində Kanija qalasını mühasirəyə alan Habsburq ordusuna qarşı Osmanlıların müdafiə olunması və əks-hücumudur. == Mühasirədən öncəki vəziyyət == 1600-cü ildə Avstriyaya tərəf irəliləyən Osmanlı ordusu Kanija qalasını ələ keçirdi. Qalanın idarəsi Tiryaki Həsən paşaya verildi. Qalada 9 min əsgər və az miqdarda silah və ərzaq ehtiyatı qoyan Osmanlı ordusu geri çəkildi. Bunu fürsət bilən Avstriya ordusu 9 sentyabrda Kanija qalasına hücum etdi. Avstriyalılara bu işdə Müqəddəs Roma imperiyası, Macar krallığı, Xorvat krallığı, İspaniya imperiyası, Papa dövləti və Malta cəngavərləri də yardım edirdi. Avstriyalılar gələr-gəlməz qalanın ətraf ərazilərlə olan bütün əlqaəsini kəsdilər. == Mühasirənin gedişi == Avstriyalılar 35–100 min arası əsgər və 47 böyük topa malik idi. Osmanlı ordusunda isə 9 min əsgər və 100 kiçik çaplı top vardı. Həsən paşa ilk vaxtlarda yalnız tüfəng atəşi açdırdı.
Karo-Kann müdafiəsi
Karo-Kann müdafiəsi — Şahmat termini XIX əsrdə Vyana şahmatçısı M. Kann tərəfindən ixtira edilib. 1886-cı ildə almaniyalı usta Q. Karo bu müdafiənin bir neçə variantını təhlil etmişdir.
Milli Müdafiə Universiteti (Azərbaycan)
Milli Müdafiə Universiteti — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan ali hərbi təhsil müəssisəsi. Milli Müdafiə Universiteti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına Hərbi Lisey, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin vahid təhsil müəssisində birləşdirən qurumdur. Milli Müdafiə Universiteti 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə yaradılıb. Universitetin yaradılmasında əsas məqsəd Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsidir. Qərara əsasən əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində davam etdirəcəklər. Həmçinin Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi də Milli Müdafiə Universitetinin adı altında fəaliyyət göstərəcəklər. 2022-ci ilin iyun ayında, əvvəllər Silahlı Qüvvələrin Hərbi Akademiyasına rəhbərlik edən professor, general-leytenant Heydər Piriyev, rektor vəzifəsində çalışmaya başlamışdır.
Milli Müdafiə Universiteti (Türkiyə)
Milli Müdafiə Universiteti türkcə : (Milli Savunma Üniversitesi) — 31 iyul 2016-cı ildə Milli Müdafiə Nazirliyinə bağlı olaraq qurulan ali hərbi təhsil qurumudur. Universitetdə tədrisə 12 fevral 2017-ci ildə Türkiyə Hava Qoşunları məktəbində keçirilmiş mərasimlə başlanmışdır. Rektoru Ərhan Afyonçudur.
Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası
Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası (ing. Framework Convention for the Protection of National Minorities) — 1 fevral 1995-ci ildə imzalanan Avropa Şurası konvensiyası. Fransa, Monako, Andorra və Türkiyə tərəfindən imzalanmamış Avropa Şurasına üzv dövlətlərdən; imzalanmış, lakin Belçika, Yunanıstan, İslandiya və Lüksemburq tərəfindən təsdiqlənməmişdir. Konvensiyanın həyata keçirilməsinə iştirakçı ölkələrin hesabatlarını qiymətləndirən Məşvərət Komitəsi və CC-nin fikirlərinə əsasən tövsiyələr verən Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir. Fərdi şikayət mexanizmi yoxdur və konvensiya zəif bir mexanizm kimi qəbul edilir. Preambula və I hissə (maddə 1-3) - konvensiyanın məqsədləri, prinsipləri və orada təsbit edilmiş hüquqlardan istifadə hüququ. II hissə (maddə 4-19) - konvensiya tərəflərinin öhdəliklər kataloqu: Maddə 4. Ayrı-seçkiliyin qadağan edilməsi. Maddə 5. Asimilyasiya siyasətinin qadağan edilməsi.
Mədinə müdafiəsi
Mədinənin mühasirəsi (ərəb. حصار المدينة المنورة‎, türk. Medine Kuşatması, ing. Siege of Medina) və ya Mədinənin müdafiəsi (türk. Medine Müdafaası) — 1916-cı ildən 1919-cu ilə qədər dəvam edən, Fəxrəddin paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Britaniya-Hicaz qüvvələri arasında baş vermiş döyüş. Mədinənin mühasirəsi Birinci dünya müharibəsi zamanı baş qaldıran Ərəb üsyanının nəticəsi idi. Şərif Hüseynin 1916-cı ildə Britaniyanın dəstəyi ilə başlatdığı mühasirə 2 il 7 ay davam etdi. Mühasirə Mudros müqaviləsinin imzalanmasından sonra VI Mehmedin israrı ilə Fəxrəddin paşanın rəhbərlik etdiyi qarnizon qüvvələrinin təslim olması ilə sona çatdı. Mədinədəki Osmanlı qarnizonu sülh müqaviləsinin şərtlərinə görə təslim olan son Osmanlı hərbi birliyi idi. Münaqişə zamanı mədinəlilərin böyük bir hissəsi şəhəri tərk etmişdi.

Значение слова в других словарях