Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makkartizm
Makkartizm (1940-1950) — ABŞ-də Soyuq müharibənin təsiri nəticəsində özünü göstərən, adamlara "gözünün üstündə qaşın var" deməklə, kommunist olmaqda günahlandırılaran və 1940-cı illərin sonu 1950-ci illərin əvvəlinə qədər davam edən "fikri teorem" idi. Bu teoremin yaradıcısı Makkarti idi. Cozef Raymond Makkarti (14 noyabr 1908 – 2 may 1957) 1947-1957-ci illər arasında Viskonsin əyaləti Respublikaçı partiyasının senatoru idi. Bu illər eyni zamanda "İkinci Qırmızı Qorxu Günləri" də adlanır. Makkartizm termini ilk dəfə olaraq Herbert Blok tərəfindən işlədilmişdi və 29 mart 1950-ci ildə Washington Post qəzetində dərc edilmiş bir karikatura ilə başladı. == Makkartizmin əsasları == İkinci dünya müharibəsindən sonra SSRİ-nin 1949-cu ildə ilk atom bombası sınağını keçirməsi, eyni ildə Çində Mao Tszedunun hakimiyyətə gəlməsi, 1950-ci ildə baş verən Koreya müharibəsi, Amerikanın iki sovet ölkəsi – Çin və Şimali Koreya ilə münasibətlərinin pozulması ABŞ-yə kommunizmin heç də zəif olmadığını göstərdi. Julios və Ethel Rosenborgun atom bombasının sirlərinin SSRİ-yə verdikləri üçün əvvəl tutulub sonra edam olunması Makkatizm dəyirmanına su tökdü… Cozef MakKarti səhnəyə ilk dəfə 19 fevral 1950-ci ildə Lincoln günündə Qərbi Virciniyadakı Wheeling Respublikaçı Qadınlar Klubununda etdiyi çıxışı ilə çıxdı. Buradakı çıxışında Xarici İşlər Nazirliyində işləyən kommunistlərin adlarının olduğunu iddia edən bir sənəd təqdim etdi. Burada etdiyi çıxışda o, iştirakçılara: "Əlimdə Xarici İşlər Nazirliyində Komunist Partiyasının üzvü olan, ancaq hələ də burada işləyən və ölkənin xarici siyasətini müəyyənləşdirən 205 adamın adı var". 19 fevral 1950-ci ildə etdiyi 6 saatlıq çıxışında dövlətin çox önəmli orqanlarında işləyən 80-ə qədər vəzifəli şəxsin kommunist olduğunu və Harri Trumenin buna qarşı bir tədbiri olmadığını söylədi.
Castin Makkarti
Castin A. Makkarti (d. 19 oktyabr 1945) — amerikan demoqraf, tarixçi, Kentukki, Luisvilldəki Luisvill Universitetində tarix üzrə professor. O, Türkiyənin Boğaziçi Universitetinin fəxri doktoru, Türkologiya İnistitutunun və Avrasiya Araşdırmalar Mərkəzinin üzvüdür. Onun tarixdə əsas ixtisaslaşması son Osmanlı dövrüdür.Makkartinin bəzi işləri bəzi alimlər tərəfindən sərt tənqidə məruz qalmış və türkləri müdafiə etməkdə ittiham edilmişdir. == Arxa plan == Makkarti 1967-1969-cu illərdə Türkiyədə Sülh Korpusunda xidmət etmiş, bu müddətdə Yaxın Şərq Tekniki Universitetində və Ankara Universitetində dərs demişdir. O, 1978-ci ildə doktarantura dərəcəsini Los-Ancelosda yerləşən Kaliforniya Universitetindən almışdır.. O, sonradan Boğaziçi Universitetinin fəxri doktoru olmuşdur. Makkarti həmçinin, Türk Araşdırmaları İnistitutunun idarə heyətinin üzvüdür. == Tədqiqatları == === Osmanlı imperiyası barədə === Makkartinin araşdırmaları Osmanlı imperiyasının çökdüyü və nəticədə parçalandığı dövrü araşdırır. Makkarti geriləyən Osmanlı İmperiyasının ortodoksal Qərb tarixlərinin qərəzli olduğuna inanır, çünki qərəzli müşahidəçilərin ifadələrinə əsaslanırlar: xristian missionerlər və Birinci Dünya müharibəsində osmanlılarla müharibədə olan (xristian) millətlərin rəsmilərinə.
Con Makkarti
Con Makkarti (ing. John McCarthy; 4 sentyabr 1927[…], Boston – 24 oktyabr 2011[…]) — amerikalı alim, informatik == Həyatı == Con Makkarti 4 sentyabr 1927-ci ildə ABŞ, Bostonda İrlandiyalı bir ailədə anadan olmuşdur. == Fəaliyyəti == Görkəmli informatik, amerikalı alim Con Makkarti "süni intellekt" termininin müəllifi, LISP dilinin yaradıcısı, funksional proqramlaşdırmanın banisi olmuşdur. Con Makkarti 1971-ci ildə süni intellekt sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Mükafatları == Mühəndis Maşınları Assosiasiyasının Turing mükafatı (1971) . Kyoto mükafatı (1988). Riyaziyyat, Statistika və Hesablama Elmləri üzrə (ABŞ) "Süni intellekt (AI) sahələri və zamanaşma sistemləri sahələrində yaradılan və riyaziyyat və kompüter elminə böyük töhfələr verən" Kompüter Tarix Muzeyi "nin üzvüdür." (1999) Franklin İnstitutundan (2003) Kompüter və Kognitiv Elmdə Benjamin Franklin Medalı. IEEE İntellektual Sistemləri AI-nin Şöhrət Zalı (2011) daxilində "AI və ağıllı sistemlərə əhəmiyyətli qatqılar" 2012-ci ildə Stanford mühəndis qəhrəmanlarından biri olaraq adlandırıldı. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Melisa Makkarti
Melisa Makkarti (ing. Melissa McCarthy; doğ. 26 avqust 1970, İllinoys, ABŞ) — ABŞ aktrisası.