Makkartizm

Kommunist müdaxiləsinə qarşı olaraq Catechetical Gildiyası Təhsil Cəmiyyəti tərfindən 1947 ildə hazırlanmış karikatura.

Makkartizm (1940–1950) — ABŞ-də Soyuq müharibənin təsiri nəticəsində özünü göstərən, adamlara "gözünün üstündə qaşın var" deməklə, kommunist olmaqda günahlandırılaran və 1940-cı illərin sonu 1950-ci illərin əvvəlinə qədər davam edən "fikri teorem" idi.

Bu teoremin yaradıcısı Makkarti idi. Cozef Raymond Makkarti (14 noyabr 1908 – 2 may 1957) 1947–1957-ci illər arasında Viskonsin əyaləti Respublikaçı partiyasının senatoru idi. Bu illər eyni zamanda "İkinci Qırmızı Qorxu Günləri" də adlanır.

Makkartizm termini ilk dəfə olaraq Herbert Blok tərəfindən işlədilmişdi və 29 mart 1950-ci ildə Washington Post qəzetində dərc edilmiş bir karikatura ilə başladı.

Makkartizmin əsasları

[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsindən sonra SSRİ-nin 1949-cu ildə ilk atom bombası sınağını keçirməsi, eyni ildə Çində Mao Tszedunun hakimiyyətə gəlməsi, 1950-ci ildə baş verən Koreya müharibəsi, Amerikanın iki sovet ölkəsi – Çin və Şimali Koreya ilə münasibətlərinin pozulması ABŞ-yə kommunizmin heç də zəif olmadığını göstərdi. Julios və Ethel Rosenborgun atom bombasının sirlərinin SSRİ-yə verdikləri üçün əvvəl tutulub sonra edam olunması Makkatizm dəyirmanına su tökdü…

Senator Joseph McCarthy

Cozef MakKarti səhnəyə ilk dəfə 19 fevral 1950-ci ildə Lincoln günündə Qərbi Virciniyadakı Wheeling Respublikaçı Qadınlar Klubununda etdiyi çıxışı ilə çıxdı. Buradakı çıxışında Xarici İşlər Nazirliyində işləyən kommunistlərin adlarının olduğunu iddia edən bir sənəd təqdim etdi. Burada etdiyi çıxışda o, iştirakçılara: "Əlimdə Xarici İşlər Nazirliyində Komunist Partiyasının üzvü olan, ancaq hələ də burada işləyən və ölkənin xarici siyasətini müəyyənləşdirən 205 adamın adı var". 19 fevral 1950-ci ildə etdiyi 6 saatlıq çıxışında dövlətin çox önəmli orqanlarında işləyən 80-ə qədər vəzifəli şəxsin kommunist olduğunu və Harri Trumenin buna qarşı bir tədbiri olmadığını söylədi. Bununla da Amerika özünün "kommunizmdən qurtaracaq qəhrəmanını" tapdı. Bu çıxışdan sonra Makkarti bütün KİV-nin diqqətini öz üzərinə çəkdi və bütün siyasi kariyerini komunistlərə əks bir siyasətlə keçirdi.

Komitələr, istintaqlar, Makkartizmin qara siyahısı

[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsinin başlamasi ilə ABŞ-də Sovet casuslarının gizli təxribat planları kütləvi hal almağa başladi və bunun nəticəsi olaraq 29 iyun 1940-cı ildə Amerika konqresi- Amerikada hökumət çevrilişini müdafiə etməyə və bunun təbliğatını etməyin cinayet olmasi barədə qanun qebul etdi. Fikir azadlığını məhdudlaşdıran bu qanun Amerika Komunist Partiyasını nişan alırdı.

Amerikaçı Olmayan Fəaliyyətlər Komitesi (HUAC-The House Un-American Activities Committee) kommunistlərə qarşı yaradılmış ən aktiv qurum idi. Senatda Makkartinin başçılıq etdiyi Alt Komitə fəaliyyət göstərirdi. Ortalıqda kommunist və digər şübhəli bağlantıları olan təşkilatlarla bağlı çoxlu siyahısı var idi. Amma maraqlısı bu idi ki, bu siyahılarda istinad edilənlərin günahların heç birisi isbatlanmadı, Amerika xalqı bir müddət sonra aldadıldığnı başa düşdü. Təbii ki, cəsur səslər ortaya çıxdıqdan sonra…

Hədəfdə ən çox Hollivud işçiləri, özəlliklə ssenari yazanlar, rejissorlar və aktyorlar dururdu. Əvvəlcə 41 sol fikirli komunist Hollivud işçiləri ifadı üçün mühakimə edildilər. Onlardan Kommunist Partiyaya üzv olub olmadıqları, üzvdilərsə digərlərinin adlarını verməyi tələb edirdilər. Suallara cavab verməyi rədd edənlər ya həbs olunur, ya da sürgünə getmek məcburiyyətində qalırdılar. Lakin "komunist olan" həmkarlarının adlarını verənlər işlərinə qaldıqaları yerdən davam edirdilər. Hollivudun işçiləri sorğulananlar içində daha çox idi. Bunun əsas səbəbi çəkdikləri kinolarla onlar kommunizmi daha rahat yaya bilərdilər. Orson Welles kimi rejissorlar çəkdikləri filmlərə görə (bunlar daha çox kommunizm istiqamətli filmlər idi) Makkartinin siyahısında ön sıralarda yer alırdı. Makkartinin qəzəbinə uğrayıb işlərini itirənlər arasında Bertolt Brect, Charlie Chaplin, Arthur Miller, Pete Seeger kimi tanınmış Hollivud simaları var idi.

Bu dövrdə tutulub bəziləri həbsə atılan və bəziləri də sürgünə göndərilən Hollivud Onluğunu xüsusi qeyd etmek lazimdır. Onlar Herbert Biberman, Lester Cole, Albert Maltz, Adrian Scott, Samuel Ornitz, Dalton Trumbo, Edward Dmitrik, Ring Lardner Jr., John Howard Lawson və Alvah Bessie idi.

Makkartizm əleyhinə tənqidlər

[redaktə | mənbəni redaktə et]

Günlər keçdikcə Makkartinin qurbanlarının sayı artdıqca artıq ona qarşı olanların da sayı durmadan artırdı. 1 iyun 1950-ci ildə Respublikaçı Senator Margaret Chase Smith senatda "Vicdan Deklarasyonu" adlı bir çıxış etdi. Makkartizmə açıq bir hücum olan bu çıxışda Smith "xarakter sui-qəsdlərinə" son verilməsini tənqidin, fərqli düşüncənin və inancları dilə gətirməyin Amerikan ruhunun özünü təşkil etdiyini söyləyərək "heç bir şey bilmədən hər şeydən şübhə duyan yanaşmaları" xərçəngli orqanlara bənzətdi. Respublikaçı Senator Wayne Morse, Irving M. Ives, Charles W. Tobey, Edward John Thye, George Aiken, ve Robert C. Hendrickson da Makkartiyə qarşı çıxdılar. Mediyadan anti-Makkarti səsləri eşidilməyə başlandı. 1950-ci illərin ən çox tanınan müxbirlərindən olan Elmer Davis də Makkartiyə qarşı çıxaraq bu sözləri dedi: "Makkartizm sadəcə məktəblərə, kolleclərə, kitabxanalar deyil düşünən və yazan bütün insanalara, qısacası düşünmə azdlığına qarşı olan bir terrordur".

9 mart 1954-cü ildə tanınmış CBS müxbiri Edward T. Murrow Makkarti haqqında tənqidi bir xəbər yayımladı. Yayımlanan görüntülərdə Makkartinin öz danışıqlarına sadiq qalmadığı göstərilirdi. Eyni ilin aprel ayında Ordu-Makkarti məhkəmələri başladı və ABC tərəfində canlı yayımlandı. Bu sayədə ictimaət Makkartinin mübahisəli taktiklərini və adamları necə sorğulamalarını gördü. Bir məhkəmədə Makkarti ordu başçısı Joseph Welchin vəkillik şirkətində-kommunizmə simpatiyası olmaqda günahlandırılan bir şirkətə üzv bir adamın çalışdığını deyincə Welchin Makkartiyə bu məşhur sözləri demişdir: "Cənab, sizdə heç tərbiyə hissi yoxdurmu? Sonunda siz də heç tərbiyə hissi qalmayıbmı?". Bu səhnə Makkartiyə qarşı geniş xalq kütləsini öz ətrafına topladı. Və qısa müddətdə Makkartinin politik kariyeri sona çatdı.

Terminin bugünkü istifadəsi. Nəticə

[redaktə | mənbəni redaktə et]

Hər nə qədər də Makkartizm Amerika tarixinin unudulmaq istənən səhifələrindən olmaq istəsə də, bu ölkədə anti-kommunizm tarixi və siyasəti hələ də mübahisə müvzusu olaraq qalmaqdadır. Makkartidən bu yana "Makkartizm" termini Amerikan dilində məmnun olunmayan, bir insanın milliyətçiliyinin təcavüzkar şəkildə sorğulanması, zəif iddialarla bir adam günahlandırılması, öz işinin daha yaxşı getməsi üçün başqalarını sədaqətsizlikdə günahlandırılması, milli təhlükəsizlik adına sivil hüquqların pozulması kimi işlənir.

Jim Carreyin baş rolda oynadığı və Peter Appleton adlı bir Hollivud ssenaristinin 2001-ci ildə çəkdiyi "The majestic" filmi, Amerika Əleyhinə Fəaliyyətlər Komitəsi tərəfindən hədəf olunan və kommunistlikdə günahlandırılıb qara siyahıya düşən adamlar haqqında danışır.