Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mancanaq
Mancanaq — Orta Əsrlərdə şəhərlərin mühasirəsində istifadə edilən ağır daşlar atan hərbi texnika. Müharibələrdə mühasirəyə qlınməş qalaıların divarlarını dağıtmaqdan ötrü mancanaq vasitəsilə daş, yanar maye ilə dolu çəlləklər və s. atarmışlar. Daşatan mancanaq adından məlum olduğu kimi, 100 kq və daha artıq yükə malik qısa qola və daş ya qaya parçalarını atmaq üçün uzun çömçəli qola malik ağacdan hazırlanmış hərb qurğusudur. Qısa qolun uzun qol olan nisbəti 3 : 1 olur. Xidmətci heyət isə 8 nəfərdən ibarət olur. Mancanağın uzun qolu kəməndlərlə yerə qədər tarım dartılaraq, çömçəsinə qaya və daş parçası qoyulduqdan sonra (bu zaman balans yüklü kiçik qolu əksinə olaraq havaya qalxaraq asılı qalmış olur.) kəmənd boşaldırılır. Yüklü kiçik qol ağırlıq qüvvəsi ilə aşağı edir. uzun qol isə yuxarıa atılmış olur. Bu zaman çömçədəki daş önə, irəli atılmış olur.
Mancanaq dəzgahı
Mancanaq dəzgahı — yerdən neft çıxarmaq üçün istifadə edilən nasoslu qurğu. Mancanaq dəzgahı dərinlik nasoslarını işlətmək üçün tətbiq olunan aqreqatdır. Nasosun porşeni dəzgahın →balansiri ilə əlaqələndirilir. Mancanaq dəzgahının rəqs edən qolu-balansir yuxarı-aşağı hərəkət etməklə nasosla mayeni yuxarıya sormağa imkan verir. Dəzgahın mexanizmlərini işə salmaq üçün reduktorun valı ilə əlaqəli olan elektrik mühərrikinə cərəyan verilir. Reduktor öz növbəsində çarxqollu sürüngəc mexanizminin köməyi ilə balansiri yuxarı-aşağı hərəkət etdirir. == İstinadlar == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Manqışlaq körfəzi
Manqışlaq körfəzi — Xəzər dənizinin şimal-şərqində Mangistau yarımadası ilə Bozaşi yarımadası arasında yerləşir. Körfəz daxili hissələrdə elədə böyük olmayan Sarıtaş və Koçak körfəzlərinə bölünür. Körfəzin qərbində Tülen adaları yerləşir. Körfəzin ölçüləri: uzunluğu — 100 km yaxın, eni 70 km. Dərinliyi 10-12 metrdir. Cənub sahilləri hündür və sıldırımlıdır, şərqi isə nisbətən alçaqdır. Adətən qış vaxtı suyu donur.
Manila
Manila (filip. Maynila, [majˈnilaʔ]) ― Filippinin paytaxtı və əhalisinə görə ikinci ən böyük şəhəri. 2019-cu ilədək dünyanın ən sıx məskunlaşmış şəhəri olmuşdur. Şəhər 18 iyun 1949-cu ildə "Manila Şəhərinin Yenidən Baxılmış Nizamnaməsi" adlı 409 saylı Respublika Qanununun qəbul edilməsi ilə muxtarlıq almışdır. Manila Metro Manila bölgəsindəki bələdiyyələrdən biri olan şəhər, ölkənin ən böyük adası olan Luzonda Manila Körfəzinin şərq sahilində yerləşir. Manila 10 milyondan çox insanın yaşadığı bir metropoliten sahəsi olan inkişaf etməkdə olan bir mərkəzdir. Metro Manila Milli Paytaxtı Ərazisi (NCR) olaraq da bilinən 17 şəhər və bələdiyyədən ibarət olan Manila şəhərinin bir hissəsidir. Manila, 1,5 milyondan çox sakini olan Filippinlərin ikinci ən məşhur şəhəridir. Yalnız ölkənin keçmiş paytaxtı olan Quezon City bundan daha populyardır. == Etimologiya == Şəhərin Filippin dilindəki adı olan Maynilà, "indiqo (bitki cinsi) olan yer" mənasını verən may-nilà ifadəsindən gəlir.
Manila şəhəri