1. Quyudan su çəkmək üçün ling rolunu oynayan uzun ağac. Mancanaqla su çəkmək.
// tex. Quyudan nefti və ya suyu çıxartmaq üçün qurğu. Mancanaq dəzgahı.
– Mancanaqlar enib-qalxır, … kompressor stansiyasından gələn yeknəsəq guppultunun arası kəsilmirdi.
[Nefti] quyudan mancanaqla çıxarırdılar.
2. Qədim müharibələrdə qalaların divarlarını dağıtmaqdan ötrü daş, yanar maye ilə dolu çəllək və s. atmaq üçün işlədilən mühasirə maşını.
Ərisək və mancanaq daşıyan arabalar Qarabağın aşılmaz gədiklərindən igidlərin çiynində çıxarılırdı.