MAN

Qoyun mənası da var. Manqışlaq kəlməsi “qoyun qışlağı” deməkdir. Quyruq­man sözü “yekə quyruqlu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MAMA
MANCANAQ
OBASTAN VİKİ
MAN
MAN — alman avtomobil markası. "MAN" avtomobil markası təməli 1908-ci ildə qoyulmuşdur. Onun yaranması 19-cu əsrlə 20-ci əsrin qovşağında Auqsburq və Nürnberq maşınqayırma müəssisələri birləşərək adlarını dəyişdikdən sonra baş vermişdir. Yeni ad, yəni MAN (Maschinen-fabrik Augsburg-Nurnberg) bu müəssisələrin ittifaqının rəmzi olmuşdur. Əslində konsernin tarixi bundan xeyli əvvəl 1758-ci ildə Rur vilayətində ilk ağır sənaye müəssisəsi olan St. Antony (Oberhauzen) metallurgiya zavodu istismara verildiyi vaxtdan başlanmışdır. 1915-ci ildən zavod yük avtomobilləri istehsalına başladı. Zavodun istehsal etdiyi ilk avtomaşınlar Avstriyanın Saurer firmasının lisenziyası ilə buraxılan, mühərriki benzinlə işləyən yük maşınları idi. Lakin tezliklə hər şey kökündən dəyişdi. Belə ki, məhz Auqsburq maşınqayırma zavodunda 1893–1897-ci illərdə Rudolf Dizel öz məşhur mühərrikini hazırladı.
El'man
El'man (18 noyabr 1993, Sumqayıt) — Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçı. Elman 18 noyabr 1993-cü ildə Sumqayıtda anadan olmuşdur. Zeynalov hələ uşaq ikən, ailəsi Rostov-Don şəhərinə köçdü. Müğənni Azərbaycan dilini xatırlayır (zəif bilirdi), amma ona mahnı yazmaq üçün yetərli deyildi. 20 nömrəli məktəbi bitirdikdən sonra Elman Rostov Dövlət Dəmiryol Mühəndisliyi Universitetinə daxil oldu. Uşaqlıqdan çox müstəqil olan Elman 17 yaşında valideynlərindən uzaqlaşdı. Zeynalov musiqi və mahnı oxumağa nisbətən gec - məktəbdən sonra başladı. Nəticədə bu sahədəki uğur Elmanı yaradıcılığa qədəm qoymağa ruhlandırdı. EL'MAN ləqəbi ilə Zeynalov rap və R'n'B mahnılarını yazmağa, partilərdə çıxış etməyə və Rostovda solo konsert verməyə başladı. Bir neçə il ərzində, təcrübəsiz sənətçi həmyerliləri arasında çoxlu fanat qazanır.
Man Adası
Men adası (ing. Isle of Man [aɪl ɒv mæn], men Ellan Vannin [ˈɛlʲən ˈvanɪn]) — Britaniyanın taxt-tac ərazisi. İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdən təxminən eyni məsafədə İrland dənizində yerləşir. Men adasında dünyanın ən qədim parlamentlərindən biri mövcuddur (Tinvald) — 979-cu ildən. 1973-cü ildə Birləşmiş Krallıq (Böyük Britaniya) Cəbəli-Tariq ilə birlikdə Aİ-yə üzv oldu. Men adası, Cersi adası və Gernsi Aİ-yə qoşulmadı. Men adasının simvolu — triskelion — bir nöqtədən qaçan üç ayaq. Triskelion, adanın şüarında əks olunan sabitliyi simvollaşdırır. Adanın bayrağı və gerbində də təsvir edilmişdir. Adanın adının dəqiq etimologiyası məlum deyil.
Pac-Man
Pac-Man — Namco tərəfindən yaradılan kompüter oyunudur. 1980-ci ildə gün üzünə çıxmış və qısa zamanda populyarlaşmışdır. Pac-Man'da oyunçu labirint içərisində hərəkət edərək sarı diskləri bitirməyə çalışır. Qarabasma və canavarlardan qaçaraq, hədəfi bütün kiçik diskləri toplamaq olan oyunçu disklərin hamısını toplayınca digər mərhələyə keçir. Daha çox bal toplamaq üçün çıxan meyvələri toplamaq lazımdır. Böyük sarı diskləri aldığında qarabasma və canavarlar rənglərini göyə dəyişirlər və bir müddət yeyiləbilir vəziyyətə gəlirlər. Oyun Yaponiyada Puck-Man olaraq adlandırılırdı. Ancaq bəzi vandallar "P" hərfini "F" ilə dəyişdirincə, oyun Amerikada Pac-Man olaraq çıxdı. İlk dəfə Google Pacman ilə birlikdə 21 may 2010-cu ildə bir jest edərək bu oyunu loqosu yerinə qoymuşdur.
Spider-Man
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.
Van Man
Van Man (çin. 王莽, pinyin: Wáng Măng; şəxsi adı Çzyuyçzyun (çin. 巨君, pinyin: Jùjūn); -45.. — 23.10.6) — 9 - 23 cü illərdə Çin imperatoru. Lyu sülaləsinin banisi, Xin xanədanının qurucusu. Çin tarixində o, uzurpator kimi tanınır.
İp Man
İp Man (çin. 葉問, ing. Yip Man; 1 oktyabr 1893 – 2 dekabr 1972, Britaniya Honkonqu[d]) Çin döyüş sənəti ustası, uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs. Aktyor, döyüş ustası Brüs Linin müəllimi.
Fat Man
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
It’s a Man’s Man’s Man’s World
"It’s a Man’s Man’s Man’s World" — Ceyms Braunun mahnısı. 1966-cı ildə sinql kimi buraxılıb. ABŞ-nin R&B Singles hit-paradında birinci yeri tutmuşdur. Mahnı Ceyms Braun və Betti Cin Nyusom tərəfindən yazılmışdır. 2004-cü ildə Rolling Stone jurnalı "It’s a Man’s Man’s Man’s World" mahnısının Ceyms Braunun ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 123-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 124-cü yerdə qərarlaşıb.
"Missing man" düzülüşü
Həlak olmuş heyət üzvü, keçmiş hərbçi və ya tanınmış siyasi xadim şərəfinə olun uçuşdur. Müxtəli variantları mövcuddur. Uçuş zamanı 1 təyyarənin heyətdən ayrılıb gözdən itənə qədər hündürlüyə qalxması ən çox istifadə olunandır. Düzülüş helikopterlər vasitəsiylə də həyata keçirilə bilər. 2017-ci ilin oktyabrında İspaniya Hərbi Hava Qüvvələri bir həftə ərzində ayrı-ayrı qəzalarda həlak olan iki pilotun xatirəsinə bu düzülüşdə uçuş həyata keçirdi.
Le-Man (rayon)
Le-Man (fr. Le Mans) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sarta. Suprefektura — Le-Man. Rayon əhalisi 1999-cı ildə 363 245 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 87 nəf / km². Rayon sahəsi — 3002 km².
Li Fuk Man
Li Fuk Man (11 oktyabr 1952) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Li Fuk Man Honq Konqu 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Li Sın Man
Li Sın Man (26 mart 1875 – 19 iyul 1965[…], Honolulu) — Koreya Respublikasının Müvəqqəti Hökumətinin ilk başçısı, eyni zamanda Koreya Respublikasının (Cənubi Koreya) ilk prezidenti. 1948-ci ilin avqustundan 1960-cı ilin aprelinə qədər üç dəfə prezidentlik müddəti Koreyanın Cənubi, Amerikan və Şimal, Sovet tərəfdarı, Koreya müharibəsi və Koreya yarımadasında sonrakı gərginliyin artması fonunda keçdi. Li Sın Man sərt antikommunist və avtoritar hökmdar olmuşdur, seçki nəticələrinin saxtalaşdırılması səbəb olduğu kütləvi etirazlardan sonra hakimiyyəti sona çatdı. 1949-cu ildə Koreya dövlətinin yaradılmasına görə "Xidmətə görə" ordeni və "Muonqva" Böyük Ordeninə layiq görülüb.
Man of Action
Man of Action Entertaintment - fəaliyyəti televiziya, komiks, animasiyalar və filmlərdən ibarət və müxtəlif media markalarında Amerikan spefikasiya yazıçı kollektividir. Studiya animasiyaları, ekşn şouları, superqəhrəman dramları, komiks kitabları, Ben 10, Qəhrəmanlar şəhəri, Generator Reks, və Qormiti Təbiət Sərbəstdir kimi layihələri ilə məşhurdur. Man of Action Entertaintment 2000-ci ildə quruldu. Şirkət şəxsidir və Komiks kitab yazıçıları, aktyor olan Coy Kasey, Coy Kelli, Dunkan Ruliu və Stivin T. Siql tərəfindən qurulmuşdur.
Marvel: Spider-Man
One-Punch Man
One-Punch Man (ワンパンマン, Wanpanman, azərb. Vanpançmen‎ və ya azərb. Tək yumruq-adam‎) — 2009-cu ilin əvvəllərindən manqaka One tərəfindən yaradılıb yayımlanan veb-komiks. Veb-komiks böyük uğur əldə etmiş, 2012-ci ilin iyununda 7,9 milyon onlayn baxışı keçmişdir. "One-Punch Man" sözünün yaponca versiyası olan "Wanpanman" uşaq kitabı olan "Anpanman"-dan qaynaqlanır. Yusuke Muratanın rəssamlığı ilə istehsal olunan rəqəmsal manqa remeyki 2012-ci ildə Shueisha nəşriyyatının Young Jump Web Comics saytında yayımlanmağa başlamışdır. Viz Media remeyki Şimali Amerika üçün lisenziyalaşdırmış və Weekly Shonen Jump rəqəmsal jurnalı vasitəsilə yayımlamağa başlamışdır. Madhouse tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 2015-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. İkinci mövsümü anons edilmişdir. 25 sentyabr 2017-ci ildə animenin istehsalçı şirkəti və rejissoru dəyişdirilmişdir.
One Punch Man
One-Punch Man (ワンパンマン, Wanpanman, azərb. Vanpançmen‎ və ya azərb. Tək yumruq-adam‎) — 2009-cu ilin əvvəllərindən manqaka One tərəfindən yaradılıb yayımlanan veb-komiks. Veb-komiks böyük uğur əldə etmiş, 2012-ci ilin iyununda 7,9 milyon onlayn baxışı keçmişdir. "One-Punch Man" sözünün yaponca versiyası olan "Wanpanman" uşaq kitabı olan "Anpanman"-dan qaynaqlanır. Yusuke Muratanın rəssamlığı ilə istehsal olunan rəqəmsal manqa remeyki 2012-ci ildə Shueisha nəşriyyatının Young Jump Web Comics saytında yayımlanmağa başlamışdır. Viz Media remeyki Şimali Amerika üçün lisenziyalaşdırmış və Weekly Shonen Jump rəqəmsal jurnalı vasitəsilə yayımlamağa başlamışdır. Madhouse tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 2015-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. İkinci mövsümü anons edilmişdir. 25 sentyabr 2017-ci ildə animenin istehsalçı şirkəti və rejissoru dəyişdirilmişdir.
Pac-Man World
Pac-Man World — "Namco" oyun şirkəti tərəfindən 1999-cu ildə yaradılan macəra oyunudur. "Pac-Man World" videooyun seriyasının birinci seriyasıdır. Pak-Man 20 illiyini qeyd etmək üçün (oyun məhz Pac-Manın 20 illiyində yaradılmışdır) evə ailəsinin yanına gələn zaman Xanım Pak-Man, Beybi Pak, Jr. Pak, Professor Pak, Chomp Chomp the dog, və Pukanın Tok-Man tərəfindən qaçırıldığını eşidir. Pac-Man ailəsini xilas etmək üçün onların ardınca gedir. Ailəsinin hər bir üzvü müxtəlif dünyada yerləşdirilmişdir. Macəraların sonunda Pak-Man ailəsinin bütün üzvlərini xilas edir və Tok-Man üzərində qələbə çalır.
Spider-Man (2018)
Spider-Man (PS4)
Spider-Man PS4
Yan Son-Man
Yan Son-Man (17 avqust 1985) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. Yan Son-Man Şimali Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Yan Son-Man Şimali Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
İp Man 2
"İp Man 2" (çin. 葉問2, ing. Ip Man 2 ) — Donni Yenin iştirakı ilə çəkilən və uşu döyüş sənətini (Vin-Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın həyatından bəhs edən yarıbioqrafik döyüş filmi. Yaralı İp Man dostunun köməyilə Foşandan müvəffəqiyyətlə qaçır. İp Man burada çətin günlərini yaşayır. O ailəsini dolandıra bilmir. Hətta evinin kirayə pulunu verə bilmir. Buna görə də o Vin-Çun döyüş stilini tədris etməklə pul qazanıb ailəsini dolandırmaq istəyir. İp Manın dostu ona geniş bir zal tapır. Bundan sonra İp Man şagird yığmaq üçün elanlar yazıb divara yapışdırır.
İp Man 3
"İp Man 3 " (çin. 葉問3, ing. Ip Man 3 ) — Donni Yenin iştirakı ilə çəkilən və uşu döyüş sənətini (Vin-Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın həyatından bəhs edən yarıbioqrafik döyüş filmi.
It’s a Man’s Man’s Man’s World (albom)
It’s a Man’s Man’s Man’s World — Amerikalı musiqiçi Ceyms Braunun on altıncı studiya albomu. King Records leyblı ilə 1982-ci ilin avqustunda buraxılmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin İtalyan mandatlığına verilməsi məsələsi
Paris Sülh Konfransında yeni yaranmış respublikaların böyük dövlətlərin himayəsinə verilməsi qərara alınmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə, Fransa və İtaliyadan birinin mandatlığına girəcəyi gündəmdə idi. Fransa və İngiltərə Azərbaycan Xalq Cümhuriyyətini mandatlığa götürməkdə maraqlı deyildilər. İngiltərə qoşunları Bakıya girdiyi ərəfədə burada qısa müddətə olduqlarını, yaxın zamanda buranı tərk edəcəklərini elan etmişdilər. Azərbaycan və Gürcüstan faktiki olaraq, mövcud olduğu halda Fransa hökuməti onları nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi. Lakin bununla belə, Pişonun cavablarından aydın oldu ki, Fransa hökuməti Azərbaycanla ticarət, ümumiyyətlə, iqtisadi əlaqələr yaratmağa meyl göstərir. Bu da şübhəsiz ki, Azərbaycanın təhlükəsizliyi baxımından kifayət deyildi. Frank-Qafqaz komitəsinin ciddi cəhdlərinə baxmayaraq, Fransa hökumətinin Qafqaz mandatını götürmək fikri yox idi. Əslində, Azərbaycan hökuməti də öz növbəsində fransızların Qafqaza gəlməsinə müsbət münasibət bəsləmirdi. Çünki Birinci Dünya müharibəsindən sonra Fransa hökumətinin erməniləri müdafiə etmək cəhdləri[Azərbaycan siyasi dairələrinə məlum idi.
Azərbaycan manatı
Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycan Respublikasının pul vahidi. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması tətbiq olundu. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.
Azərbaycan manatının işarəsi
Azərbaycan manatının işarəsi (₼) — Azərbaycanın pul vahidi olan Azərbaycan manatının işarəsidir. İşarə 2006-cı ildə Robert Kalina tərəfindən hazırlanmış və 2013-cü ildə Unikoda əlavə edilmişdir.
Baccharis mandonii
Baccharis mandonii (lat. Baccharis mandonii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Betula mandshurica
Mancuriya tozağacı (lat. Betula mandshurica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. Şimal-Şərqi Çində yayılmışdır. Hündürlüyü 20 m-ə, gövdəsinin diametri 40-50 sm-ə çatan seyrək çətirli ağacdır. Gövdəsinin qabığı ağ, bozumtul-ağ, qara və s. rənglərdə olur. Budaqların ucunda vəzilər vardır. Yarpaqları dairəvi üçkünc, ovalşəkilli, ölçüləri 3-9 sm olub, enli pazşəkilli və ya ürəkşəkillidir. Aprel-iyun aylarında çiçəkləyir. Meyvələri iyul-sentyabr aylarında yetişir.
Beynəlxalq Man Buker mükafatı
Beynəlxalq Buker Mükafatı (rəsmi adı Man Booker International Prize) — mötəbər ədəbi mükafatlardan biridir. 2005-ci ildə təsis edilən Beynəlxalq Buker Mükafatı iki ildən bir bədii dünya ədəbiyyatının zənginləşməsində göstərdiyi xidmətlərə görə ingilis dilində yazan yazıçılara verilir. 2005-ci ildə bu mükafata alban şairi İsmayıl Kadar layiq görülüb. 2007-ci ildə bu mükafata afrikalı yazıçı Çinua Açebe layiq görülüb. 2009-cu ildə mükafatın qalibi kanadalı yazıçı Elis Manro olub. 2011-ci ilin qalibi isə amerikalı yazıçı Filip Rotdur. 2013-cü ildə mükafata yenə başqa bir amerikalı yazıçı layiq görülüb. Bu dəfə, qısa hekayələri ilə məşhur Lidiya Devis qalib olub. 2015-ci ildə mükafatı macar yazıçı Laslo Krasnaxorkai qazanıb. Həmin ildən etibarən mükafat iki ildən bir yox, hər il verilməyə başlayıb.
Beynəlxalq Manqa Mükafatı
Beynəlxalq Manqa Mükafatı (国際漫画賞) — 2007-ci ilin mayın 22-də Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən Yaponiyadan kənar olan manqakalar üçün təsisis olunmuş mükafat. O zaman Yaponiyanın Xarici İşlər Naziri Taro Aso idi. O, bu mükafatı ilk dəfə Akihabarada 2006-cı ildə verdiyi çıxışında təklif edib. Və həmin ilin aprelin 28-də üzə çıxan A New Look at Cultural Diplomacy: A Call to Japan's Cultural Practioners adlı hesabatında bu təklifini təkrar edib. Beynəlxalq Manqa Mükafatı Yaponiyanın ictimai diplomatiyada pop mədəniyyətin aktiv işlətməsinin hissəsidir. O, qeyri-yapon manqakalar üçün "ən mötəbər" mükafat sayılır. Taro Aso ona "manqanın Nobel mükafatı" deyib və ondan bəri onu bəzən belə adlandırırlar. Mükafatı alanlar adətən 10 gün müddətinə Yaponiyaya gəlirlər. Orda onların mükafat vermə mərasiminə qatılmaqdan əlavə, yapon manqakalarla fikir bölüşmək, nəşriyyat şirkətləri və diqqətəlayiq yerləri ziyarət etmək imkanı var. Mükafatın sponsorluğu Japan Foundation təşkilatından gəlir.
Bidens mandonii
Bidens mandonii (lat. Bidens mandonii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bidens mannii
Bidens mannii (lat. Bidens mannii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bişnupriya-manipuri
Bişnupriya və ya Bişnupriya-manipuri (BPM) (বিষ্ণুপ্রিয়া মণিপুরী) - Hind-ari dillərindəndir, Hindistanın Assam, Tripura və Manipur əyalətlərinin bəzi hissələrində, habelə Banqladeşin Silhet məntəqəsində və Birmada danışılır.
Brassica campestris var. mana
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Brodvey (Manhetten)
Brodvey (ing. Broadway) — ABŞ-nin Nyu-York şəhərində Manhetten bölgəzində yerləşən avtomobil yolu. Tarixən ABŞ-dakı musiqili teatr göstəriləri bu küçə üstündə və bu küçəyə açılan ərazilərdə olan teatr zallarında və konsert salonlarında zirvəyə çata bilmişdir. Buna görə də bu küçənin adı ABŞ-dakı musiqi mədəniyyəti ilə uyğunlaşdırılmışdır.
Bruno Manser
Bruno Manser (25 avqust 1954[…], Bazel – 10 mart 2005, Borneo) İsveçrə ətraf mühit aktivisti olub. 1984-cü ildən 1990-cı ilə kimi Malasiyanın Penan qəbiləsində (Sarawak ştatı) yaşayıb və ağac tədarükü edən şirkətlərə qarşı dəfələrlə mübarizələr təşkil edib. 1990-cı ildən başlayaraq o, tropik meşələrin qorunması və yerli xalqların, xüsusən də Penanlıların insan hüquqları uğrunda ictimai fəaliyyətə başladı və bu fəaliyyəti onunla Malaziya hökuməti arasında münaqişəyə səbəb oldu. O, 1991-ci ildə İsveçrə qeyri-hökumət təşkilatı (QHT) Bruno Manser Fondunu yaradır. Bruno Manser 2000-ci ilin mayında Sarawaka son səfəri zamanı yoxa çıxır və ölü olduğu qəbul olunur. Bruno Manser 25.08.1954-cü ildə Bazeldə çox uşaqlı ailədə doğulub. Manser gənclik illərində müstəqil düşüncəli insan olub. Manser Mahatma Qandinin (Satyagraha) şiddətə qarşı olan idelogiyalarının dönməz tərəfdarları olaraq İsveçrə ordusunda məcburi hərbi xidmət keçməkdən imtina etdiyi üçün 19 yaşında 3 ay Lucerne həbsxanasında qalmalı olmuşdur. 1973-cü ildə həbsxananı tərk etdikdən sonra o, İsveçrə Alp otlaqlarında 12 il xırda və iri buynuzlu maldarlıqla məşğul olur. Manser bu dövrdə əl işləri, müalicə və mağaralar ilə maraqlanır.
Bulbophyllum mananjarense
Bulbophyllum mananjarense (lat. Bulbophyllum mananjarense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum manarae
Bulbophyllum manarae (lat. Bulbophyllum manarae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum mandibulare
Bulbophyllum mandibulare (lat. Bulbophyllum mandibulare) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum mandrakanum
Bulbophyllum coriophorum (lat. Bulbophyllum coriophorum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum coriophorum növü Komor adaları, Madaqaskar ərazilərində yayılmışdır. Bulbophyllum compactum Kraenzl. Bulbophyllum crenulatum Rolfe Bulbophyllum mandrakanum Schltr.
Bulbophyllum mangenotii
Bulbophyllum mangenotii (lat. Bulbophyllum mangenotii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum manifestans
Bulbophyllum callichroma (lat. Bulbophyllum callichroma) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum callichroma növü Yeni Qvineyadan Bismark arxipelaqına qədər yayılmışdır. Bulbophyllum calothyrsus Schltr. Bulbophyllum manifestans J.J.Sm.
Bulbophyllum mannii
Bulbophyllum cochleatum (lat. Bulbophyllum cochleatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum cochleatum növü Tropik Afrika üçün endemik növdür. Bulbophyllum cochleatum var. cochleatum Bulbophyllum jungwirthianum Schltr. Bulbophyllum mannii Hook.f. Bulbophyllum pholidotoides Kraenzl.
Bulbophyllum manobulbum
Bulbophyllum manobulbum (lat. Bulbophyllum manobulbum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Böyük Maneə rifi
Böyük Sədd rifi — Avstraliya sahillərində 2600 km boyunca, 2900 rif sistemindən, 344,4 km² sahəyə malik Mərcan dənizində mərcan rif və adalar silsiləsi. Avstraliyanın Kvinslend vilayətinin sahilləri boyunca yerləşir və gəmiçiliyə mane olur. Bu möhtəşəm Rif sistemi Mərcan dənizində yaşayan polip adlanan mikroorqanizmlər sayəsində yaranmışdır. Bu rif sistemi canlı çeşidliliyinə görə fərqlənir, buna görə Dünya Mirasları arasına alınmışdır. Kəşf edilmə tarix 11 iyun 1770-ci ildə Ceyms Kuk tərəfindən "Endeovour" adlı gəmilər Böyük Sədd Rifinə lövbər atmasıyla Coğrafiya kəşf tarixinə keçmişdir. Bu kəşf o qədər də asan olmadı, belə ki, onun bu kəşfdən sonra gəmisi zədələnmişdir. Gəmisini isə Avstraliyanın Kvinslend əyaləti sahillərinə yetiştirməyi bacarmış və səyahətinə davam etmişdir. Böyük Bariyer rifi uzun müddətdir ki, aborigen Avstraliya və Torres Boğazı Adalı xalqları tərəfindən tanınır və istifadə olunur və yerli qrupların mədəniyyətlərinin və mənəviyyatının mühüm hissəsidir. Böyük Səd rifini ilk görən avropalı 1770-ci ildə Avstraliyanın şərq sahillərini üzərək xəritəni çəkən Ceyms Kuk olmuşdur. 11 iyun 1770-ci ildə Kukun gəmisi HMS Endeavour, Kuktaun şəhərinin indiki yerləşdiyi yerin cənubundakı sahildə quruya oturdu və təmir üçün yeddi həftə tələb olundu.
Böyük manevrlər (film, 1955)
"Böyük manevrlər" (fr. Les Grandes Manoeuvres) — rejissor Rene Klerin filmi. 1914-cü il müharibəsinin başlanğıcı. Yaraşıqlı zabit Arman de la Vern öz dostları ilə mərcə girir. Öz öhdəsinə götürdüyü iş isə bundan ibarət olur ki, o, böyük manevrlər başlayana qədər əlçatmaz qadın – Mari Luiza Rivyeri yoldan çıxarmalıdır. Lakin leytenant Arman de la Vern həmin qadına həqiqətən aşiq olacağını hələ bilmir. Ssenari müəllifləri : Rene Kler, Cerom Ceronimi, Jan Marsan Rejissor : Rene Kler Operator : Robert le Fivi Bəstəkar : Corc van Parüs Prodüser : Rene Kler, Andre Daven "Böyük manevrlər" — Internet Movie Database saytında.
Cavid Manafov
Cavid Faiq oğlu Manafov (4 fevral 1999, Nizami rayonu – 7 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Manafov 4 fevral 1999-cu ildə Bakı şəhəri Nizami rayonunda anadan olub. O, 15.09.2005-31.05.2016-ci ilədək Heydər Əliyev adına liseydə təhsil alıb, 15.09.2016-ci ildən-31.05.2020 ci ildək Bakı Dövlət Universitetinin (SEP) Psixologiya fakültəsində təhsil alıb. 8 iyul 2020-ci ildə hərbi xidmətə yollanıb. Müharibə başladığı gündən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. 31 oktyabr 2020-ci il tarixində Batareya komandirini xilas edib və digər döyüş yoldaşlarını xilas edərkən ağır yaralanıb. 7 noyabr 2020-ci il tarixində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Manafov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Manafov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Cavid Manafov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Con Manuel
Con Manuel (port. João Manuel) (3 iyun 1537 – 2 yanvar 1554, Lissabon) — Portuqaliya kralı III Con və Avstriyalı Ketrinin yetkinlik yaşına çatan yeganə oğlu, Portuqaliya infantı. Con Manuel 3 iyun 1537-ci ildə Evora sarayında dünyaya gəldi. Atası Portuqaliya kralı III Con, anası isə Kastiliyalı Yuanna və Habsburqlu Filipin ən kiçik qızı Ketrin idi. Özündən öncə dünyaya gələn 4 qardaşı körpə yaşlarında vəfat etdiyi üçün hələ 2 yaşında ikən 1539-cu ildə Portuqaliya taxtının vəliəhdi — infant elan edildi. Bununla yanaşı səhhəti olduqca zəif idi. Yaxın qohumluq əlaqələri olan İspaniya və Portuqaliya monarx ailələri arasında baş tutan evliliklər gənc infantın zəif səhhətinin başlıca səbəbi olaraq görülür. 11 yanvar 1552-ci ildə Con Manuel həm dayısı, həm də bibisi qızı olan Avstriyalı Yuanna ilə evləndirildi. Ancaq çox keçmədən 2 yanvar 1554-cü ildə Con Manuel vəfat etdi. Onun ölüm səbəbi vərəm və ya diabet olaraq göstərilir.

Значение слова в других словарях