Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağqılçıq
Ağqılçıq — Azərbaycanın qədim çəltik sortu. Sünbülcükləri qılçıqlı, küləşi sarı, dəni ağ və iridir. 1000 dənin çəkisi 32–35 qramdır; düyü çıxımı 60–62%-dir. Xörəyinin keyfiyyəti yaxşıdır. Orta yetişəndir; yerə yatmır, dəni tökülmür, xəstəliklərə davamlıdır. Mayın birinci yarısında səpilir, Vegetasiya dövrü 130–140 gündür. 1 hektardan 20–37 sentner məhsul yığılır. Su və gübrəyə tələbkardır.
Bağçılıq
Bağçılıq — əhalinin meyvələrə olan daxili tələbatını ödəmək üçün mədəni halda becərilən ağaclardan qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir. Azərbaycanda bağçılığın qədim tarixi vardır. Torpaq örtüyünün müxtəlifliyi, əlverişli iqlim şəraiti bu ərazidə tarixən müxtəlif növ meyvə ağaclarının yetişməsinə səbəb olmuşdur. Azərbaycan ərazisində təbii halda bitən alma, armud, heyva, əzgil, qaragilə, yemişan, zoğal, alça, gavalı, göyəm, gilas, gilənar (albalı), nar, əncir, qoz, fındıq, şabalıd, püstə, badam, üzüm, iydə, innab, tut, moruq, böyürtkən, çiyələk və başqa cır meyvə və giləmeyvə bitkilərinə rast gəlirik. Maraqlıdır ki, Azərbaycan meşələrinin qədimlərdən başlamış müasir dövrə qədər özünün bol cır meyvəsi olmuş və bu meyvələrdən əhali geniş istifadə etmişdir. Zaman keçdikcə yabanı meyvələrdən mədəni meyvə yetişdirməyə başlamışlar. Azərbaycanda yabanı meyvələrin, mədəni hala keçirilməsi üçün hər cür şərait olmuşdur. Ona görə də "Cənubi Qafqaz dünyada bir sıra bitkilər, xüsusilə meyvələrin (üzüm, alma, armud, alça, nar, heyva və s.) ilk dəfə mədəniləşməsinin vətənidir". Azərbaycanın Böyük Qafqaz dağları ətəklərində bağçıhq əsrlər boyu daha geniş şəkildə inkişaf etmiş, bütöv bir ərazini bürümüşdür. Bağçılıqda ən mühüm dövr payız fəslidir.
Sağçılıq
Sağçılıq — sosial iyerarxiya və ya ictimai bərabərsizliyi qəbul edən və dəstəkləyən siyasi mövqe. Sağ və sol adlı siyasi anlayışlar Fransız inqilabı (1789-1799) zamanında, ayrı fikirdəki siyasətçilərin fransız parlamentinin sağında və ya solunda oturmalarından sonra ortaya çıxmışdır. Parlament sədrinin sağındakı kreslolarda oturanlar, əksəriyyətlə monarxiyaçı Köhnə Rejimin dəstəkçilərindən meydana gəlmişdir.
Bağlılıq
Bağlanma — kiməsə və ya nəyəsə yönəlmiş dərin rəğbətə, aşiq olmağa, sədaqətə əsaslanan yaxınlıq hissi. == Bağlılığın formalaşması == Uşağın əsas bağlılığı anasına, daha sonra isə digər tərbiyəçilərə olur. Psixoanalitiklər arasında belə bir fikir geniş yayılmışdır ki, əgər bu cür ilkin bağlılıqların formalaşması nədənsə çətin və ya qeyri-mümkündürsə, böyüklər digər insanlara tam bağlılıq yarada bilməyəcəklər ki, bu da onun sosiallaşma prosesini ciddi şəkildə pozur və bu, onlarda antisosial şəxsiyyət pozğunluğuna səbəb ola bilər. == Bağlılığın növləri == Təhlükəsiz bağlılıq — ana, ata və uşaq arasında sağlam əlaqədir və özünə güvənən bir insanın emosional əsasını yaradır. Valideyn xeyirxahdır və daim uşağa diqqət yetirir. Uşaq sakitdir, şəndir, o, asanlıqla sakitləşə bilər və böyüklər kimi emosional olaraq asanlıqla uyğunlaşır. Yayındırıcı bağlılıq — valideyn və ya valideynlərin daimi emosional laqeydliyi nəticəsində baş verir. Valideynlərin mövcudluğu gözlənilməzdir. Uşaq əsəbidir, böyüklər kimi başqalarının fikirlərindən çox asılıdır və yaxın münasibətləri qiymətləndirməməyə meyllidir. Qeyri-mütəşəkkil bağlılıq — valideyn və ya valideynlər tərəfindən uşağın daimi qorxudulması və sıxışdırılması nəticəsində yaranır.
Haqqıxlıq nekropolu
Haqqıxlıq nekropolu — Şahbuz rayonunun Külüs kəndi yaxınlığında, Külüs çayının sol sahilində, hündür təpənin üzərində yerləşir. Nekropolda 1979-cu ildə V.H.Əliyev və A.Q.Seyidov tərəfindən kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropoldakı qəbirlər daş qutu tiplidir. Qəbirlərin divarları müxtəlif tikinti texnikası ilə inşa edilmişdir. Onların bəzisinin divarları sal daşlarla qurulmuş, bəzisininki isə iri qaya parçalarından hörülərək, üzəri böyük sal daşlarla qapadılmışdır. Qəbirlər, başlıca olaraq, yamacda yerləşdiyindən təbii aşınma nəticəsində üzə çıxmış və dağılmışdır. 1990-cı ildə bu nekropoldakı qəbirlərin ikisi V.B.Baxşəliyev tərəfindən tədqiq edilmiş və dağıdılmış qəbirlərin materialları toplanmışdır. Tədqiq edilmiş qəbirlərdə kollektiv dəfn adəti qeydə alınmışdır. Aşkar edilən gil məmulatı Xocalı-Gədəbəy mədəniyyətinin xarakterik xüsusiyyətlərini özündə əks etdirir. Arxeoloji materiallara əsasən, nekropolu e.ə.
Jaqsiliq Üşkempirov
Jaqsiliq Üşkempirov — Qazaxıstanlı güləşçi. Jaqsiliq Üşkempirov 1980-ci ildə Moskva şəhərində baş tutan XX-ci Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Avropa Çempionatının 1 qat gümüş və Dünya Çempionatının 1 qat qızıl medalçısıdır. == Həyatı == Jaqsiliq Üşkempirov 1 iyun 1965-ci ildə Qazaxıstanın Tegistik əyalətində anadan olmuşdur. Jaqsiliq Üşkempirov 1972-ci ildən idman ilə məşğul olur. Jaqsiliq Üşkempirov idman karyerası ərzində əldə etdiyi uğurlara görə "Şərəf nişanı" ordeni, "Barıs" ordeni və "Kurmet" ordeninə layiq görülüb. == Karyerası == Jaqsiliq Üşkempirov birinci uğurunu 1980-ci ildə qazandı. O Avropa Çempionatında Prievidza şəhərində 2-ci yeri tutdu və gümüş medal qazandı. Elə həmin il isə Jaqsiliq Üşkempirov karyerasında birinci və sonuncu Olimpiya medalını qazandı. Jaqsiliq Üşkempirov 1980-ci ildə Moskvada baş tutan XX-ci Yay Olimpiya Oyunlarında birinci olaraq Rumıniyalı Kostantin Aleksandrunu 6-2 hesabı ilə məğlub etdi.
Mərkəz sağçılıq
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan. Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
İfrat sağçılıq
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
Bağlılıq nəzəriyyəsi
Bağlılıq nəzəriyyəsi — uzunmüddətli və qısamüddətli şəxsiyyətlərarası münasibətlərin dinamikasını təsvir etməyə çalışan psixoloji model. Bununla belə, “bağlılıq nəzəriyyəsi münasibətlərin ümumi nəzəriyyəsi kimi formalaşmayıb. Bu, onların yalnız müəyyən bir tərəfinə təsir edir”: insanlar münasibətlərdə ağrıya necə reaksiya verirlər, məsələn, yaxınlarını təhdid edən təhlükə yarandıqda və ya onlardan ayrıldıqda. Əsasən, bağlılıq insanın özünə və başqalarına olan əsas inamını inkişaf etdirmək qabiliyyətindən asılıdır. Yeni doğulmuş körpələrdə motivasiya-davranış sistemi kimi bağlılıq uşaq narahat olduqda, qorunma və emosional dəstək alacağını gözlədiyi zaman əhəmiyyətli bir yetkin şəxsllə yaxınlıq axtarmağa yönəldir. Con Boulbi hesab edirdi ki, primatlarda körpələrin əhəmiyyətli böyüklərə bağlılığını inkişaf etdirmə meyli təkamülün nəticəsidir, çünki bağlılıq davranışı uşağın yırtıcılıq kimi təhlükələr qarşısında sağ qalmasını asanlaşdırırdı. Bağlılıq nəzəriyyəsinin ən vacib prinsipi ondan ibarətdir ki, uğurlu sosial-emosional inkişaf üçün, xüsusən də öz hisslərini effektiv şəkildə tənzimləməyi öyrənmək üçün uşaq ən azı bir əhəmiyyətli bir böyük ilə münasibət qurmalıdır. Atalar və digər böyüklər uşağa qayğının böyük hissəsini təmin etsələr və kifayət qədər sosial əlaqə təcrübəsi təmin etsələr, eyni dərəcədə əsas fiqur olma ehtimalı ola bilər . Həssas bir yetkinin yanında uşaq ondan şəxsiyyətlərarası münasibətlər dünyasını araşdırmaq üçün "təhlükəsiz baza" kimi istifadə edəcək. Nəzərə almaq lazımdır ki, “hətta yüksək həssas əhəmiyyətli böyüklər də uşağın siqnallarını yalnız zamanın 50 faizini başa düşürlər.
Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi
Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi — 1896-cı ilin 27 oktyabr tarixində mesenat Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiyti hesabına Bakının Mərdəkan kəndində açılmışdır. birinci il məktəbdə 40 şagird təhsil almışdır. Təhsil müddəti 5 il olmuşdur. Tədris planına azərbaycan, rus dilləri, hesab və hüsnxətt fənnləri daxil edilmişdi. Məktəbin nəzdində internat vardı. Kənd icması tərəfindən ayrılmış 10 ha-dan artıq təqris-təcrübə sahəsində yerli şəraitə uyğun gül-çiçək, dərman bitkiləri və texniki bitkilər becərilirdi. Hətta şitillik təşkil olunmuşdu.
Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (tam adı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu) — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən elmi-tədqiqat müəssisəsi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. == Tarixi == Ə.C. Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya şöbəsi kimi təşkil edilmişdir. 1936-cı ildən Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyasi kimi fəaliyyət göstərmişdir. 1944-cü ildən Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu yaradılmış və 1956-cı ildən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutu, 1975-81-ci illər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu, 1981-92-ci illər Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyi, 1992-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun yaradılması zərurəti Azərbaycanda mövcud olan zəngin meyvə-bitki növlərinin, o cümlədən tumlu, çəyirdəkli, giləmeyvəli, subtropik, qərzəkli və sitrus meyvə bitkilərinin seleksiyasi, becərilmə və emal texnologiyaları sistemlərini işləyib hazırlamaq problemlərinin qarşıya çıxması və hər bir təbii-iqtisadi bölgə üçün xarakterik olan meyvə bitkiləri üzrə elmi araşdırmalar aparmaqla ölkədə ərzaq bolluğunu yaratmaq olmuşdur. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu adlanırdı. == Fəaliyyəti == İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir. == Kollektivi == İnstitutda 59 nəfər işçi çalışır ki, onlar arasında elmlər və fəlsəfə doktorları var.