Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marauder
Marauder — Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə müştərək istehsal etdiyi zirehli transportyor. Bu maşın ilk dəfə 2007-ci ildə Əbu-Dabi şəhərində keçirilən İDEX hərbi-sənaye sərgisində təqdim olunmuşdur. STANAG 3a və 3b səviyyəli zireh dözümünə malik olan “Marauder” Zirehli transportyoru 2011-ci ildə öz sinfindən dünyada ən möhkəm zirehli transpotyor elan olunmuşdur. “Marauder” kütləvi qırğın silahından müdafiə sistemi, yardımçı güc qurğusu, əldəqayırma partlayıcı maddələrin siqnallarını pozmaq üçün xüsusi mühəndis qurğusu və müxtəlif silah növləri ilə təchiz olunur. ZTR-ə -32˚ və +55˚ C temperaturda şəxsi heyətin rahatlığını təmin etmək - döyüş fəaliyyətini davam etdirə bilməsi üçün xüsusi olaraq hazırlanmış İqlim-Nəzarət Sistemi quraşdırılmışdır. Partlayış zamanı şəxsi heyəti qoruyan əlavə vasitələrdən biri də Xüsusi Formalı Oturacaqlardır. Marauder zədələnmiş təkərlə 50 km-lik məsafədə öz hərəkətini davam etdirmək imkanına sahib olduğunu sınaqlarda sübut etmişdir. Transportyorun bir neçə növü mövcuddur: PDM, Komanda Məntəqəsi, Gözətçi maşını, Mühəndis maşını, tibb avtomobili. Ekipajı 2 nəfərdən ibarət olan MARAUDER 8 nəfərlik tam döyüş təchizatlı şəxsi heyəti (xüsusi təyinatlını) daşıya bilir. Azərbaycan Silahlı Qüvvələri “Marauder”-i 2010-cu ildən etibarən öz silahlanmasına daxil etmişdir.
Marder
Marder ("Marder" – "Sansara") – Almaniyanın piyada döyüş maşını (PDM).