Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marsipan
Badam xəmiri, Badam əzməsi, Marzipan, Marsipan və ya Martsipan — Badam tozu, yumurta sarısı və şəkər ya bal qarışıqından hazırlanır və tortlar və şokoladlarda istifadə olunur.
Margilan
Mərğilan (özb. Marg‘ilon, Марғилон) — Özbəkistanın Fərqanə vilayətində şəhər. == Tarixi == Mərğilan Fərqanə vadisinin ən qədim şəhərlərindən biridir. Böyük İpək yolu məhz bu şəhərin ərazisindən keçir. Çinlilər ipək istehsalının sirrini gizli saxlaya bilmədiyindən Mərğilan X əsrdən öz ipəyi ilə şöhrət qazanıb. Burada qədim üsulla bənzərsiz naxışları rəngdən-rəngə çalan parçalar toxunur. Mərğilan 1710-cu ildən 1876-cı ilədək Kokand xanlığının mərkəzi olub.
İsmayıl Mərziban
İsmayıl Mərziban (1869–1960) — İran siyasətçisi, Qacar və Pəhləvi dövründə bir çox nairlikdə çalışmış şəxs. İsmayıl 1869-cu ildə anadan olmuşdu. Onun mənsub olduğu ailə Gilanın, Rəştin qədim əsilzadə soyuna bağlıdır. Mərziban soyadını da bu ayaqdan götürmüşdü. İsmayıl Mərziban Muaddəbəssəltənə və Əminülmülk ləqəblərini daşıyırdı. İsmayıl Mərziban orta təhsilini bitirəndən sonra, Fransaya yollanmış, Paris Universitetinə qəbul olmuşdu. Universitetin tibb fakültəsini bitirmişdi. Məşhur göz həkimi doktor Ratveldin tələbəsi olmuşdu. İsmayıl Mərziban İrana dönəndən sonra həkimliklə yanaşı siyasətə də atılmışdı. İran ziyalılarının qurduğu "Cameyi-Adəmiyyət"ə üzv olmuşdu.
Marsian Hoff
Marsian Hoff Ted Hoff kimi də tanınır. (28 oktyabr 1937, Roçester[d], Nyu-York ştatı) — "Mikroprosessor"un yaradıcısı. == Həyatı == Kompüter tarixinin inqilabi hadisələri sırasında "mikroprosessor" adı altında proqramlı məntiqi blokun yaradılması əhəmiyyətli (vacib) yer tutur. Silisiumdan (kimyəvi element) hazırlanan idarə olunan proqramlaşdırılan hesablayıcı blok ideyası 1971-ci il 15 noyabrda ictimaiyyətə təqdim olundu. "İnteqral elektronikasında yeni era" başlığı altında 1971-ci ildə "Electronic News"-da reklam məqaləsi çap olunmuşdu. Həmin məqalədə Intel firması 4004 nömrəli mikroprosessoru və onun yaradıcısı Ted Hoffu təqdim etdi. Intel firmasının yaradıcılarından biri olan Qordon Mur, ümumiyyətlə bu mikroprosessoru "bəşəriyyət tarixində ən inqilabi məhsullardan biri" adlandırmışdı. İxtira o qədər əhəmiyyətli (vaci) idi ki, Hoff xx əsrin ən böyük alimlərindən biri kimi qəbul edildi. Demək olar ki, bütün "fikirləşən" qurğulara uyğun olmaq üçün mikrosxem kifayət qədər sadə, qiyməti isə ucuz idi. Onu liftlərdə, kalkulyatorlarda və yaddaşı olan elektrik yazı maşınlarında tətbiq etmək olardı, o, saat mexanizmlərini və ya təyyarənin sükan çarxını idarə edə bilərdi.
Markian sütunu
Markian sütunu (yun. Στήλη του Μαρκιανού) və ya Qızdaşı (türk. Kıztaşı) — Konstantinopolda şəhər prefekti Tatian (450–452) tərəfindən ucaldılmış və imperator Markiana (450–57) həsr olunmuş Roma fəxri sütunu. İstanbulun indiki Fateh səmtində yerləşir. Sütun heç bir son Roma və ya Bizans mənbəsində sənədləşdirilməmişdir, onun tarixi yerləşdiyi yerdən, üslubundan və ithaf yazısından nəticə çıxarılmışdır.
Arziman Rizvanov
Arziman Rizvanov — Azərbaycan futbolunun yarımmüdafiəçisi. == Karyerası == === Klub === Rizvanov 31 avqust 2019-cu ildə Alians komandası ilə ev oyunundan başlayaraq Ukrayna İkinci Liqasında Avanhard-2 Kramatorsk üçün peşəkar debüt etdi.
Marian Reevskiy
Marian Reevskiy (pol. Marian Adam Rejewski) — polşalı riyaziyyatçı və kriptoqraf. O 1932-ci ildə Üçüncü Reyxin hərbi Eniqma şifrləmə maşınını yenidən işləyib hazırlayıb. Reevskiy və onun iş həmkarları Eji Rojiskiy və Henrix Zıqalskiyin şifrləmə sahəsindəki nailiyyətləri Reevskiyin orijinal maşını hazırlanmasından yeddi il sonra ikinci dünya müharibəsi başlayanda Alman Eniqma maşınında şifrlənmiş məlumatların oxumasına başlaması üçün Britaniyaya imkan yaradıb. Müharibə zamanı Britaniyalı kriptoloqlar Eniqmada şifrlənən məlumatın geniş bir sinfinin şifrini açıb. Britaniya tərəfindən Ultra şərti adı altında bu mənbədən alınan kəşfiyyat məlumatları müttəfiqlərin hərbi əməliyyatlarına böyük kömək edib. 1929-ci ildə Poznan Universitetində riyaziyyat sahəsi üzrə təhsil alarkən, Reevskiy Polşa Qoşununun Baş Qərargahı Şifr Bürosunun (pol. Biuro Szyfrów) gizli şəkildə apardığı kriptologiya kurslarında iştirak edib. O, bu kurslara 1932-ci ilin sentyabrında qoşulmuşdu. Bu büro Eniqmada kodlaşdırılmış məlumatların oxunmasında heç bir uğur əldə edə bilmədi və 1932-ci ilin sonunda problem üzərində işləmək üçün Reevskiy təyin edildi.
Marian Reyevski
Marian Reevskiy (pol. Marian Adam Rejewski) — polşalı riyaziyyatçı və kriptoqraf. O 1932-ci ildə Üçüncü Reyxin hərbi Eniqma şifrləmə maşınını yenidən işləyib hazırlayıb. Reevskiy və onun iş həmkarları Eji Rojiskiy və Henrix Zıqalskiyin şifrləmə sahəsindəki nailiyyətləri Reevskiyin orijinal maşını hazırlanmasından yeddi il sonra ikinci dünya müharibəsi başlayanda Alman Eniqma maşınında şifrlənmiş məlumatların oxumasına başlaması üçün Britaniyaya imkan yaradıb. Müharibə zamanı Britaniyalı kriptoloqlar Eniqmada şifrlənən məlumatın geniş bir sinfinin şifrini açıb. Britaniya tərəfindən Ultra şərti adı altında bu mənbədən alınan kəşfiyyat məlumatları müttəfiqlərin hərbi əməliyyatlarına böyük kömək edib. 1929-ci ildə Poznan Universitetində riyaziyyat sahəsi üzrə təhsil alarkən, Reevskiy Polşa Qoşununun Baş Qərargahı Şifr Bürosunun (pol. Biuro Szyfrów) gizli şəkildə apardığı kriptologiya kurslarında iştirak edib. O, bu kurslara 1932-ci ilin sentyabrında qoşulmuşdu. Bu büro Eniqmada kodlaşdırılmış məlumatların oxunmasında heç bir uğur əldə edə bilmədi və 1932-ci ilin sonunda problem üzərində işləmək üçün Reevskiy təyin edildi.
Marian Slavik
Marian Slavik (6 fevral 1946) — Rumıniyalı keçmiş üzgüçü. Marian Slavik Rumıniyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında 3 yarış növündə təmsil etdi. == Karyerası == Marian Slavik birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 55.35 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Marian adaları
Marian adaları (çamor. Islas Mariånas, ing. Mariana Islands), XX əsrə qədər Ladron adaları (isp. Islas de los Ladrones — Oğru adaları) — adalar Sakit okeanda Mikroneziyada yerləşir. Arxipelaq öz növbəsində 15 iri və bir necə kiçik adalardan ibarətdir. Adaların ümumi sahəsi 1018 km², əhalisi 213 241 nəfər (2010) təşkil edir. Adalar inzibati cəhətdən iki subyekdə burləşdirilmişdir: Quam' adası' (541 km²) və Şimali Marian adaları (477 km²). == Coğrafiya == Adalar Filippindən və Papua Yeni Qvineyadan 2500 km cənubda yerləşir. Adalar 12 və 21 dərəcələr arasında 800 km məsafədə uzanır. Tərkibinə daxil olan iri adalar: Aqiqan, Arqiqan, Alamaqan, Anatahan, Asunson, Quam, Ququan, Mauq, Paqan, Rota, Saypan, Sariqan, Tinian, Faralom-de-Mediniliya və Faralon-de-Paharos.
Marian plitəsi
Marin plitəsi — elə də böyük olmayan litosfer plitəsi olub Marian novunun qərbində yerləşir. Litosfer plitəsi üzərində Marian adaları yerləşir. 0,01037 steradion sahəyə malikdir. Bəzən Filippin plitəsinin tərkib hissəsi kimi götürülür. Filippin plitəsi və Sakit okean plitəsi ilə sərhəddə malikdir. Cənub hissədə Marian, şimal-şərqdə isə İcu-Oqasavar novları yerləşir.
Marian çökəkliyi
Marian çökəkliyi — Sakit okeanın qərbində yerləşən (daha dəqiq Filippin dənizində) okeanik dərinsulu çökəklik, dünyaya məlum olan çökəkliklərdən ən dərinidir. "Marian" adı yanında olan Marian adalarına görə adlanıb. Marian çökəyinin ən dərin nöqtəsi "Challenger Uçurumu"-dur (ing. Challenger Deep). O, çökəkliyinin cənub-qərb hissəsində yerləşir (koordinatlar: 11°22,40′ şm. e. 142°35,50′ ş. u.). 2011 ilin ölçmələrinə görə onun dərinliyi dəniz səviyyəsindən 10 994 ± 40 m aşağı təşkil edir. == Tədqiqatlar == Çökəklikdə ilk ölçülməni elə buranı tapan Challenger (meydan oxuyan) adlı Britaniya üç dor korveti 1875-ci ildə etmişdir.
Marian İllinq
Marian İllinq (d. 12 fevral 1974) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Marian İllinq, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Mərziban bin Məhəmməd
Mərzban ibn Məhəmməd (Salari) — 941—957-ci illərdə hakimiyyətdə olmuş Salari hökmdarı. Mərziban bin Məhəmməd (Şəddadi) — 978—985-ci illərdə Gəncə əmiri olmuş Şəddadi hökmdarı.
Gunnm: Martian Memory
Gunnm: Martian Memory (銃夢 ~火星の記憶~, Ganmu Kasei no, azərb. Silah yuxusu: Mars xatirəsi‎) — "Yukito Products" tərəfindən hazırlanan və "Banpresto" şirkəti tərəfindən nəşr olunan döyüş rol videooyunu. "Battle Angel Alita" manqa seriyasına əsaslanan videooyun tarixində 27 avqust 1998-ci ildə Yaponiyada PlayStation platforması üçün satışa çıxarılmışdır. "Battle Angel Alita" manqa seriyasının əsasında hazırlanan, eləcə də "Yukito Products" şirkətinin yeganə videooyunudur. == Məzmun == "Gunnm: Martian Memory" "Battle Angel Alita" manqa seriyasının bir adaptasiyasıdır. Oyunun məzmunu Alitanın (Qalli) Daysuke İdo tərəfindən tapılması ilə başlayır və "TUNED" agenti olmasına qədər davam edir. Oyunun məzmununda müəllif Yukito Kişironun orijinal manqanı yaradan zaman fikirləşdiyi, ancaq o zaman gerçəkləşdirə bilmədiyi elementləri daşıyır. Bu elementləri oyunun kosmosda keçməsi də daxildir. == Geympley == Oyunçu məzmunda irəliləmək üçün onu və hər səviyyədə olan boss raundlarını bitirməlidir. Oyunçu Alitanı üçüncü-şəxs perspektivindən üçölçülü bir mühitdə idarə edir.
Şimali Marian Adaları
Şimali Marian adaları — Amerika Birləşmiş Ştatlarının Sakit okeanda yerləşən torpağı. Paytaxtı Saypan şəhəridir.
Mərziban bin Məhəmməd (Şəddadi)
Mərziban bin Məhəmməd (v. 985, Gəncə) — ərəb hakim, Əli Ləşkəri bin Məhəmmədin qardaşıdır. 978-ci ildə qardaşının ölümündən sonra Şəddadi taxtına çıxmışdır. Bacarıqsız bir hökmdar idi və 985-ci ildə qardaşı Fəzl bin Məhəmməd tərəfindən öldürüldü. Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3. Peacock, Andrew.
Mariyan op den Velde
Mariyan op den Velde (d. 9 yanvar 1971) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Mariyan op den Velde, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.