Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makvis
Makvis (fr. Magius) – həmişəyaşıl sərtyarpaqlı və tikanlı kolların və alçaqboylu ağacların (mərsin, ardıc və s.) cəngəlliyi. Aralıq dənizi ölkələrində aşağı dağ qurşağında sıx cəngəlliklər əmələ gətirir. Makvisə əsasən, tikanlı kollar daxildir: əksəriyyəti efiryağlı və kəskin qoxulu olur. Makvisin analoqları Avstraliyada skreb, Şimali Amerikada çapparal adlanır.
Mavas
Mavas — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidinin ərazisində ləğv olunmuş kənd. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. Kənd ərazisi 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Mavas- Xocavənd rayonunda kənd adı. Kənd Yuxari Qarabagın Çiləbörd kəndindən çıxmış ailələrin Mavas adlı dağın ətəyində saldıqları məntəqədir. Başqa məlumata görə Türkiyənin Diyarbəkir mahalından gəlmə ermənilərin kəndidir. Mavas dağının adındandır. Mavas- Xocavənd rayonunda dağ adı. Mənbədə dağın adı "Mavas-Xirxan" kimidir. "Albaniya tarixi" əsərində Mivs kimidir ("Albaniya tarixi").
Mauris Tillet
Moris Tiye (fr. Maurice Tillet) — fransız güləşçi, poliqlot, "Şrek" cizgi filminin əsas qəhrəmanının prototipi. == Həyatı == Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.
Mavas monastırı
Mavas monastırı — Xocavənd rayonunun Gavahın kəndi yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Monastır kitabəsində onun XIII əsrdə inşa edildiyi göstərilmişdir. == Tarixi == Monastır həyətində aşkarlanmış kitabəyə əsasən onun XIII əsrdə inşa edilmiyi müıyyən edilmişdir. == Memarlıq xüsusiyyətləri == Mavas monastrı əlçatmaz ərazidə inşa edilməklə yanaşı həm də müdafiə divarları ilə möhkəmləndirilmişdir. Buna görə də monastır yüzillər boyunca həm də ərazi əhalisinin təhlükəsizliyinin təmin olunmasında rol oynamış və qala kimi istifadə edilmişdir. Vaxtilə bir qayadan digərinə uzanaraq bütün kompleksi ıhatə edən qala divarlarının yalnız xarabalıqları dövrümüzə çatmışdır. Mavas monastırından dövrümüzə üçnefli bazilika, ona birləşən narteksin xarabalıqları və müxtəlif mülki tikililərin qalıqları çatmışdır. Maraqlı memarlıq həllinə malik olan kilsənin ibadət zalı gözəl həll edilmiş tağlar, pilonlar, apsidalar, içəri doğru genişlənən pəncərə yerləri ilə bəzədilmişdir. Yüksək bədii tərtibata malik iki xaçdaş və altar yüksəkliyi altındakı dörd məzar üzərindəki naxışlı sinədaşları interyerin ümumi memarlıq-bədii tərtibatının tamamlanmasında rol oynayır. Tağtavanın ağırlığı iki pilon və divarlar boyunca düzülmüş yarımpilonların üzərinə düşür.