nəzər

is. 1) regard m ; ötəri ~ coup d’ oeil m rapide ; ~ salmaq jeter un coup d’ oeil ; ~ə almaq prendre vt en considération ; ~ə çarpmaq sauter vi aux yeux ; 2) vue f ; ~də saxlamaq avoir qn, qch en vue ; ~dən qaçırmaq ne pas prendre vt en considération ; bir kəsin ~ində aux yeux de qn ; ~ nöqtəsi point m de vue ; 3) attention f ; ~ yetirmək faire attention à qn, à qch ; ~inə çatdırmaq porter qch à l’attention de qn ; 4) mauvais oeil m ; ~ə inanmaq croire au mauvais oeil ; ~ə gəlmək subir le mauvais oeil, être envoûté, -e

nəzdində
nəzər-diqqət
OBASTAN VİKİ
Hacı Nəzər
Hacı Nəzər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Kəndin adı erməni, rus mənbələrində «Hacı Nəzər qulu» kimi də göstərilir. Toponim Hacı Nəzər şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Kənd Hacı Nəzər adlı şəxs tərəfindən salınmışdır. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kamo qoyulmuşdur.
Nəzər
Nəzər Heydərov
Nəzər Heydər oğlu Heydərov (29 mart 1896, Gürcülü, Zəngəzur qəzası – 30 dekabr 1968, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1949–1954). Nəzər Heydər oğlu Heydərov 1896-cı ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonu) Gürcülü kəndində anadan olmuşdur. Gorus şəhərindəki beşsinifli məktəbdə oxumuş, məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 1913-cü ildə Bakıya gələrək Ramana neft mədənlərində fəhlə olaraq işləmiş, 1918-ci ilin sonlarında mədənlərdə çalışmağı dayandıraraq doğulduğu kəndə qayıtmışdır. 1919-cu ilin mart ayında Nəzər Heydərov bolşeviklər partiyasına daxil olmuş, 1918–1920-ci illərdə Zəngəzurda kəndlilər arasında inqilabi iş aparmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Qubadlı İnqilab Komitəsinin sədri təyin edilərək həmin ilin sonunadək bu vəzifədə işləmişdir. Sonrakı illərdə o, bir sıra vəzifələrdə çalışmış, Azərbaycan K(b)P Qubadlı Qəza Komitəsinin katibi, Qubadlı Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Mərkəzi Komitəsinin məsul təlimatçısı olmuşdur. 1924–1926-cı illərdə Ağdaş Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, ardınca Şuşa İcraiyyə Komitəsinə başçılıq etmiş və Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsi sədrinin müavini olmuşdur. 1927–1928-ci illərdə Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasında çalışmışdır. Nəzər Heydərov 1928-ci ildə Azərbaycan K(b)P MK tərəfindən Moskvada təhsil almağa göndərilmiş, Stalin adına Sənaye Akademiyasının neft şöbəsini və Moskva Neft İnstitutunu bitirdikdən sonra Bakıya qayıtmışdır.
Nəzər Paşayev
Paşayev Nəzər Abdulla oğlu (15 dekabr 1908 – ?) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1964), professor (1965), Azərbaycan SSR əməkdar elm xadimi (1981). Nəzər Paşayev 15 dekabr 1908-ci ildə İrəvan quberniyasının Böyük Vedi kəndində doğulmuşdur. Nəzər Paşayev Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini 1936-1937-ci tədris ilində bitirmişdir. Azərbaycan Pedaqoji İnstitutunda professor işləyib. Azərbaycanda sosialist mədəniyyətinin inkişafı [Mətn]: 1920-1955-ci illər N.A.Paşayev; [red. Ş.Abasov].- B.: Azərnəşr, 1957.- 172, [3] s. ASE — X cild. 1984.
Nəzər kəhrizi
Nəzərkəhrizi — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanının Nəzərkəhrizi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,181 nəfər və 227 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Nəzər muncuğu
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu. Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər. Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir.
Nəzər Əzizov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Ruzi Nəzər
Ruzi Nəzər (1917-2015), Türkistan əsilli ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsi agenti. Həyatının böyük qismini Mərkəzi Kəşfiyyat İdarəsi agenti olaraq SSRİ-yə qarşı mübarizəyə həsr etmişdir. Rus inqilabı dövründə Sovet Orta Asiyasında dünyaya gəlmişdir. Həyatının çoxu doğulduğu yerlərdən uzaqda keçmişdir. II Dünya Müharibəsi dövründə Almaniyada, sonradan da ABŞ və Türkiyədə yaşadı. 1950-ci illərin əvvəlindən etibarən MKİ işçisi olaraq işlədi. İş müddətinin 11 ili ABŞ-nin Ankaradakı səfirliyindı, sonrakı 10 ili də Bonnda keçmişdir. 1979-cu ildə Tehranda, 1980-ci illərin əvvəlində Əfqanıstanda ABŞ adına gizli tapşırıqlarda olmuşdur. 1917-ci ildə sonralar Özbəkistan sərhədləri daxilində qalacaq Fərqanə vadisində olan Mərğilan şəhərində dünyaya gəldi. Nəzərın atası Cəmşid Umirzaoğlu yüz illərdir Mərğilanda ipək ticarəti ilə məşğul olan bir ailədən idi.
Adilə Nəzər
Adilə Həsən qızı Nəzərova (26 may 1969, Şəhriyar, İliç rayonu) — Azərbaycan şairi, ədəbiyyatşünası. Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin və İraq–Türkmən Yazıçılar Birliyinin üzvü. Adilə Həsən qızı Nəzərova 26 may 1969-cu ildə Şərur rayonunun Şəhriyar kəndində doğulub. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə magistr təhsili almışdır. AMEA Dilçilik İnstitutunun dissertantı olmuş, "Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi adı almışdır. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsidə aparıcı elmi işçi vəzifəsində çalışır. "Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti", Bakı, Elm və təhsil, 2014, 224 s. "Azərbaycan dilində fəlsəfə terminlərinin leksik-semantik xüsusiyyətləri", Monoqrafiya, Bakı, Elm və təhsil, 2017, 176 s. "İmadəddin Nəsimi yaradıcılığının tədrisi və bədii dil xüsusiyyətlərinin öyrənilməsi", Monoqrafiya, Bakı, 2021 "Aşıq Ələsgər yaradıcılığında sufizm", Bakı, Elm və təhsil, 2023, 248 s.
Nəzər gülü
Nəzər gülü (Südləyən Milya; Yevfhorbiya Milya) — Bu gülün adı 1821-ci ildə Fransanın Reünyon adasının qubernatoru baron Pyer Bernar Miliusun şərəfinə Milius gülü də adlanır. Bu gülün latınca adı parlaq Yevfhorbiyadır. Bəzi otaq gülçülüyü həvəskarları arasında bu bitkiyə "tikan tacı" adı ilə də rast gəlinir.
Nəzər Abad Şəhristanı
Nəzərabad şəhristanı (fars. نظرآباد‎) — İranın Əlburz ostanının 5 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Nəzərabad şəhəridir. Əhalisini Azərbaycan türkləri təşkil edir və Azərbaycan türkcəsinin Savucbulaq ləhcəsində danışırlar.
Nəzər kəndi (Culfa)
Nəzər kəndi (fars. نظركندي‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (28 ailə).
Nəzər nöqtəsi (veriliş, 1999)
"Nəzər nöqtəsi" — 1999-cu ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında yayımlanan və Azərbaycanda baş verən siyasi və ictimai hadisələr haqqıda tok-şou. Verilişin aparıcıları müxtəlif dövrlərdə Eynulla Fətullayev, Qənirə Paşayeva, Qənirə Ataşova, Eldəniz Elgün, İlhamiyyə Rza və Mirşahin Ağayev olub.
Ümumdünya tarixinə nəzər (kitab)
Ümumdünya tarixinə nəzər — Cəvahirləl Nehrunun həbsdə ikən qızı İndira Qandiyə 1930-1933-cü illərdə yazdığı məktublardan ibarət, 1934-cü ildə nəşr edilmiş kitab . Kitaba dünyanın görkəmli siyasi xadimlərindən biri, Hindistan milli-azadlıq hərəkatının lideri və ilk baş naziri olmuş Cəvahirləl Nehrunun məhbəsdə ikən qızı İndira Qandiyə (1980-1984-cü illərdə Hindistanın baş naziri olmuşdur) yazdığı məktublar daxil edilmişdir. Əsərdə həmçinin, bəşər sivilizasi-yasının ikinci dünya müharibəsinə qədərki tarixinin əsas hadisələri qısaca şərh şəklində oxuculara təqdim olunub. Kitab Tahir Paşazadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 19866-cı ildə Gənclik nəşriyyatında, 2006-cı ildə Şərq-Qərb nəşriyyatında 344 səhifədə, 25 000 tirajla, 2018-ci ildə Bakı Kitab Klubunda 420 səhifədə nəşr edilib. Dünya tarixi "Ümumdünya tarixinə nəzər" ( (az.)). bbclub.az. İstifadə tarixi: 2019-10-06. Cəvahirləl, Nehru. Ümumdünya tarixinə nəzər (PDF). Bakı: Şərq-Qərb.
Xəzər-problemə nəzər (film, 1977)
Cəlalə Nəzəroğlu
Cəlalə Nəzəroğlu (17 avqust 1984, Masallı rayonu) — Azərbaycan jurnalisti, teleaparıcı. Müxtəlif illərdə Xəzər TV-də "Xəzər Xəbər"in aparıcısı və bölgə xəbərlərindən məsul redaktor, İnterAz TV-nin "Xəbərlər" departamentinin rəhbəri, ANS televiziyasında səhər departamentinin rəhbəri və "Salam, Azərbaycan" proqramının aparıcısı kimi fəaliyyət göstərib. 2019-cu ildə "Libraff" mağazalar şəbəkəsinin direktoru olub. ASAN radioda yayımlanan "Ana dili", REAL televiziyasında efirə gedən "Redaktor" layihələrinin müəllifi olmuşdur. Rəhbərlik etdiyi Diksiya Akademiyası MMC "ASAN xidmət"lə birlikdə "Ana dilində hekayəni danış" adlı natiqlik çempionatı keçirib. Hazırda Diksiya Akademiyası MMC-yə rəhbərlik etməkdədir. "Danışığınla həyatı qazan" "İlin ən yaxşı radio aparıcısı 2017" Bizimkilər — Cəlalə Nəzəroğlu: "İlk dəfə efirə çıxanda çənəm, əl-ayağım titrəyirdi" Cəlalə Nəzəroğlu. "Doğrudan", yoxsa "Doğurdan"?
Dilarə Nəzərova
Nəzərova Dilarə Şamil qızı — aktrisa. Dilarə Nəzərova 13 yanvar 1974-cü ildə Bakıda anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq sənətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Sumqayıt səhnəsində Həlimə ("Yanmış evin nağılı" A.Zeynalov), Taclıbəyim ("Çaldıran döyüşü" İ. Ağalaroğlu), Kukla Teatrında Şərəfnisə ("Müsyö Jordan" M.F.Axundov), Əzrayıl ("Dəli Domrul" Dədə Qorqud Dastanı) kimi obrazlar yaratmışdır. 1996-cı ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. O, teatrın səhnəsində aşağıdakı rolları ifa edib: Güllər ("Ah, Paris…Paris!.." Elçin), Kəniz ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Susanna ("Aydın" C.Cabbarlı), Böcək ("Köhnə ev" Ə.Əmirli) Səkinə ("Bu dünyanın adamları" Hidayət), Papopa ("Fedra" J.Rasin), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bettino ("Silindr", Eduardo de Filippo). İtkin gəlin (film, 1994) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) - rol: Səidə Yük (film, 1995) Kiçik leytenant (film, 1996) Ölümə dəvətnamə (film, 1999) Bığ əhvalatı Bağdada putyovka var...
Dimitri Nəzərov
Dmitri Nazarov (4 aprel 1990, Tayınşa[d]) — Azərbaycanlı futbolçu. Almaniyanın 3-cü Liqa təmsilçisi "Ertsqebirqe Aue" komandasında çıxış edir. Dimitri Nazarov həmçinin 2014-cü ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 40 oyunda meydana daxil olan Dimitri Nəzərov 8 qol vurub. Dimitri Nəzərov 4 aprel 1990-cı ildə Qazaxıstanın Tayınşa şəhərində anadan olub. Babası əslən azərbaycanlı olan Dimitri Nəzərov, 1 yaşı olanda ailəsi ilə birgə Almaniyaya köçüb. 2014-cü ilin may ayında Dimitri Nəzərov, Berti Foqts tərəfindən Amerika Birləşmiş Ştatları ilə oyun üçün Azərbaycan yığmasının heyətinə çağırıldı. 27 may 2014-cü ildə ABŞ-yə qarşı baş tutan yoldaşlıq oyununda, 60-cı dəqiqədə Vaqif Cavadovun əvəzinə meydana daxil olaraq Azərbaycan yığmasında debüt etdi. Dimitri Nəzərov 9 sentyabr 2014-cü ildə Bolqarıstana qarşı keçirilən UEFA Avro 2016-nın seçmə mərhələ oyununda 35 metrədən möhtəşəm qol vuraraq Azərbaycan yığmasında birinci qolunu vurdu. 2015-ci ildə Dimitri Nəzərov UEFA Avro 2016-nın seçmə mərhələsində Malta ilə baş tutan və Serbiyaya qarşı keçirilən yoldaşlıq oyunda qol vurdu.
Dövlət nəzəriyyəsi
Dövlət nəzəriyyəsi — Dövlətin forma və fəaliyyətini öyrənən elm sahəsi. Bu elmdə dövlətin strukturları müəyyən edilir, onun necə və nə vaxt yaranması, tarixi inkişaf prosesi, tarixən məruz qaldığı dəyişikliklər, necə idarə olunması və s. öyrənilir.
Dövlət və hüquq nəzəriyyəsi
Dövlət və hüquq nəzəriyyəsi — daimi qarşılıqlı əlaqədə dövlətin və hüququn mənşəyini, inkişafını və fəaliyyətinin mahiyyətini, ən ümumi qanunlarını və meyllərini öyrənən, eyni zamanda bütün hüquq elmləri üçün ümumi anlayışlar və kateqoriyalar təşkil edən fundamental hüquq elmi. Bunu mənimsəmədən əsas hüquq elmlərinin istifadə etdiyi dövlət və hüquq haqqında daha spesifik, empirik bilikləri başa düşmək problemlidir. Dövlət və hüquq nəzəriyyəsində elmi araşdırmalar tək bir ölkədə və heç bir tarixi dövrdə deyil, hazırda ən çox inkişaf etmiş hüquq və dövlətçiliyin formalarına istiqamətlənmiş şəkildə aparılır. Dövlət və hüquq nəzəriyyəsi əsasən Rusiya elmidir (postsovet, daha əvvəllər - Sovet elmi), qitə Avropasının bir çox ölkələrində, mövzusu hüquq və dövlət olan fənlər ayrıca tədris olunur. Son illərdə dövlət və hüquq nəzəriyyəsinin rolu və subyektinin Avropa dövlət və hüququ öyrənmə ənənəsi ilə izah edilən bir hüquq fəlsəfəsi səviyyəsinə yüksəldilməsi prosesi mövcuddur. Vahid bir elmi həm dövlət nəzəriyyəsini, həm də hüquq nəzəriyyəsini öyrənən bir elm adlandırmaq çətindir: dövlətin ayrı bir nəzəriyyəsi var (dövlətin ümumi bir doktrinası - dövlətin mənşəyini, dövlətin növlərini, formalarını, elementlərini (quruluşunu) və funksiyalarını, habelə dövlətin perspektivlərini və hüquq nəzəriyyəsini öyrənir; əsasən hüquqi doğma məsələlərini (hüquq mənbələri, hüquq normalarının növləri, qanun yaradıcılığı və hüquq tətbiqi, hüquqi texnikası, hüquq normalarının ziddiyyəti, qanunun şərhi, hüquqi məsuliyyət və s.) öyrənmək. Ədəbiyyatda dövlət və hüquq nəzəriyyəsinin predmetini müəyyənləşdirməyə vahid yanaşma yoxdur. Beləliklə, bəzi müəlliflər bu elmin mövzusunun "dövlətin və qanunun yaranması, inkişafı və fəaliyyət göstərməsinin ümumi qanunları və dövlətin yaranması, inkişafı və fəaliyyət göstərməsinin xüsusi qanunları və ayrı-ayrılıqda alınan hər bir sinfi qanunu ("tarixi" termini tez-tez istifadə olunur) tip olduğunu göstərir. ”ifadələrini istifadə etdi. Digərləri yazırlar ki, dövlət və hüquq nəzəriyyəsinin mövzusu "sinif cəmiyyətinin hərəkətinin müxtəlif tarixi mərhələlərində dövlətin və qanunun yaranması və inkişafının müntəzəm prosesi, dövlət və hüququn mahiyyəti, məzmunu, forma və funksiyaları, dövlət və hüquq münasibətləri, qanunverici və hüquq mühafizə ..." .
Ehtimal nəzəriyyəsi
Ehtimal nəzəriyyəsi — riyaziyyatın bir bölməsi olub, təsadüfi hadisələri analiz edir. Təsadüfi ədədlər, stoxastik proseslər və hadisələr ehtimal nəzəriyyəsinin əsas obyektlərindəndir. Ehtimal nəzəriyyəsinin kökü 16-cı əsrdə Cerolamo Kardano, 17-ci əsrdə isə Blez Paskal və Pyer Ferma tərəfindən bəxt oyunlarının (qumar oyunlarının) analizdən başlayır. Ehtimal nəzəriyyəsi və riyazi statistika elminin formalaşmış bir sahə kimi inkişafında, XX əsrin 30-cu illərində akademik A. N. Kolmoqorovun təklif etdiyi və elmin bu sahəsinin əsaslarını təşkil edən aksiomatika yeni inkişaf dövrü yaratdı. Bu aksiomatikanın yaranmasına və ümumiyyətlə, ehtimal nəzəriyyəsinin inkişafına dünyanın tanınmış riyaziyyatçılarının nəşr etdirdikləri müxtəlif elmi əsərlərin tə siri danılmazdır. Bu əsərlər arasında P. Laplasın «Essai philosophique sur les probabilités», V. Ya. Bunyakovskinin «Oснования математической теории вероятностей», S. N. Bernşteynin «Oснования математической теории вероятностей» adlı əsərlərini xüsusi qeyd etmək olar. Qeyd olunan əsərlər və A. N. Kolmoqorovun ehtimal nəzəriyyəsi haqqında yazdığı «Большая Советская энциклопедия»-da (birinci nəşr) dərc olunmuş ensiklopedik məqalələr həmin sahə haqqında geniş məlumat verən, bu sahənin incəliklərini dərindən əks etdirən, zəngin və tamamlanmış elmi əsər kimi təqdim oluna bilər. Bütün hadisə və ya proseslər, hətta özünün əhəmiyyətsizliyi ilə guya ki, təbiətin ali qanunlarından asılı olmayanları belə, o dərəcədə də məhz bu qanunların zəruri nəticələridir, məs., günəşin dövr etməsi kimi. Bu nəticələri bütün kainat sistemi ilə əlaqələndirən bağları bilmədən, bunların birinin digərinin ardınca məlum bir düzgünlüklə və ya görünməz bir qayda ilə baş verib-vermədiklərindən asılı olaraq, onların son səbəblər və ya təsadüf nəticəsində baş verdikləri fərz olunur, lakin xəyalın məhsulu olan bu səbəblər, bizim bilik hüdudlarımız genişləndikcə, nəzərə alınmayaraq sağlam fəlsəfə qarşısında tamamilə itmiş oldu, belə ki, bu fəlsəfəyə görə, bu səbəblər – həqiqi səbəbi yalnız özümüz olan – bilgisizliyin təzahürüdür.
Elastiklik və plastiklik nəzəriyyəsi
Elastiklik və plastiklik nəzəriyyəsi Elmin müasir səviyyəsi real materialın bütün məxsusiyyətlərini nəzərə almaqla ümumi hesabat metodu verə bilmir. Ona görə də klassik elastikiyyət nəzəriyyəsi deformasiya olunan cisimlər üçün verilmiş xüsusi modelə əsaslanır bu model ideal elastiki cisimdir. Modelin aşağıdakı xassələrini qeyd edək. 1. Fərz edilir ki, ideal elastiki cisim tam elastikidir. Başqa sözlə, cismə təsir edən xarici nisbi qüvvələrin təsiri kəsildikdən sonra cisim öz forma və həcmini bərpa edə bilir. Cismin əvvəlki vəziyyətinə təbii vəziyyət deyilir. Bu zaman başlanğıc gərginlik nəzərə alınmır yəni, cisim yüklənmədikdə onda heç bir gərginlik vəziyyəti yaranmır. Başlanğıc gərginlik cismin yaranma tarixindən asılıdır. 2.
Eldəniz Nəzərov
Elektrolit dissosiasiya nəzəriyyəsi
Elektrolitik dissosiasiya nəzəriyyəsi — Elektrolitlərin məhlullarda və ərinmiş halda xüsusi xassələr göstərməsini ionlara dağılması ilə izah edən nəzəriyyə. İngilis alimi Maykl Faradey məhlulların elektrik keçiriciliyini öyrənərək müəyyən etmişdir ki, duzların, turşuların və qələvilərin məhlulu elektrik cərəyanın keçirir. Üzvi maddələrin, məsələn, şəkər, spirt və s. məhlulları isə cərəyanı keçirmir. Məhlulu və ya ərintisi elektrik cərəyanını keçirən maddələri Maykl Faradey elektrolitlər, keçirməyən maddələri isə qeyri-elektrolitlər adlandırmışdır. Elektrolitlərdə elektrik cərəyanının daşıyıcısı ionlardır. Məhlulda cərəyan daşıyıcısı ionlar olduğundan, daha çox ion əmələ gətirən, başqa sözlə, öz ionlarına daha yaxşı dissosiasiya edən elektrolitlərin məhlulları elektrik cərəyanın daha yaxşı keçirir. Elektrolitləri suda həll etdikdə və ya əritdikdə ionlara ayrılması prosesinə elektrolitik dissosiasiya deyilir. Bəzi elektrolitlər praktik olaraq ionlarına tam dissosiasiya etdiyi halda, bəziləri az dissosiasiyaya uğrayır. Elektrolitlərin dissosiasiya prosesinin kəmiyyət xarakteristikası elektrolitik dissosiasiya dərəcəsi, elektrolitik dissosiasiya sabiti, izotonik əmsal və s.-dən ibarətdir.
Elm Tarixi və Elmşünaslıq (Beynəlxalq elmi-nəzəri jurnal)
Elmi nəzəriyyə
Elmi nəzəriyyə – reallığın birbaşa deyil, idealizə olunmuş inikası; abstrakt anlayış və müddəa-fikirlər sistemi. Elmi mövzu – elmi tədqiqatların aparılmasını tələb edən elmi xarakterli məsələ. Elmi-tədqiqat işinin əsas plan-hesabat göstəricisidir. Elmi qabaqgörənlik – müşahidə edilməyən, yaxud təcrübədə hələlik təsdiq olunmamış təbiət və cəmiyyət hadisələrinin qabaqcadan söylənilməsi. Bu, nəzəri və eksperimental məlumatların ümumiləşdirilməsinə və inkişafın objektiv qanunauyğunluğunun nəzərə alınmasına əsaslanır. Elmi qabaqgörənlik elm qanunlarının dərk edilməsi əsasında həmin qanunlara tabe olan hadisələrin gələcəyi haqqında söylənilən bilikdir. Elmi qabaqgörənlik elmdə məlum olan qanunlar və nəzəriyyələr zəminində həyata keçirilir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elməddin Nəzərov
Elməddin İsmayıl oğlu Nəzərov (22 noyabr 1996; Masallı rayonu, Azərbaycan — 30 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elməddin Nəzərov 1996-cı il noyabrın 22-də Masallı rayonunun Binə Xocavar kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Nəzərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Nəzərov oktyabrın 30-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəzərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəzərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəzərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Emin Nəzərov
Emin Zahir oğlu Nəzərov (20 fevral 1992; İkinci Varlı, Salyan, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. Emin Nəzərov 20 fevral 1992-ci il tarixində Salyan rayon 2-ci Varlı kəndində anadan olub. Salyan rayonu, İkinci Varlı kənd orta məktəbində təhsil alıb. 2010–2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Emin Nəzərov Kəlbəcər döyüşlərində savaşıb. 30 sentyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində şərti adı "Üçtəpələr" döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar nəticəsində zamanı şəhid olub. 9 dekabr 2020-ci il tarixdə İkinci Varlı kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Epigenez (tibbi nəzəriyyə)
Biologiyada epigenez (yaxud preformasiyadan fərqli olaraq neoformasiyaçılıq) bitkilərin, heyvanların və göbələklərin hüceyrələrin fərqləndiyi və orqanların əmələ gəldiyi mərhələlər ardıcıllığı ilə toxumdan, sporadan və ya yumurtadan əmələ gəlməsi prosesidir. Epigenetik anlayışlar əsasən 17–18 əsrlərdə preformizmlə mübarizədə əmələ gəlmişdir (U. Harvey, İ. Büffon və xüsusilə K. F. Volf). Sitologiya və genetikanın uğurları sayəsində müəyyən olunmuşdur ki, orqanizmin inkişafı genetik informasiyanın olduğu cinsi hüceyrələrin mikrostrukturu ilə müəyyən edilir. K. Volfun əsərləri sayəsində (18 əsrin sonu) Epigenez konsepsiyası qalib gəldi və embriologiyanın inkişafına təkan verdi. 19 əsrin 70–80-ci illərində sitologiyanın müvəffəqiyyətləri Epigenezi təkzib edən irsiyyətə dair çoxlu konsepsiyanın meydana çıxmasına səbəb oldu. 19 əsrin sonunda inkişaf mexanikasının təşəkkülü vitalist xarakterli epigenetik nəzəriyyələrin bərpası ilə nəticələndi. 20 əsrdə genetikanın meydana gəlməsi ilə yalnız xarici, yaxud qeyri-maddi amillərdən asılı olan tam yeni törənən prosesin inkişafı haqqında primitiv anlayışlar əvəzinə, orqanizmlərin ontogenez qanunauyğunluqlarını müəyyənləşdirən genetik informasiyalar təlimi yarandı.
Erməni tarixşünaslığında revizionist nəzəriyyə
Erməni tarixşünaslığında revizionist nəzəriyyə Erməni tarixçiləri Ermənistanın 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər, hərçənd elmə çoxdan məlumdur ki, hələ II əsrin axırlarında, yəni ermənilərdən bir əsrdən də çox əvvəl ərəmeydilli Edessa çarlığında (Osroyenada) xristianlıq rəsmi din olmuşdur. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V Abqar və ya VIII Manu) xristianlığı qəbul etmişdir, onu buna inandıran fələstinli missioner Müqəddəs Fadey (Adday) olmuşdur, çar taxt-tacında onun varisi VIII Abqar isə xristianlığı Osroyenanın dövlət dininə çevirmişdir (bəzi mənbələrdə göstərilir ki, bunu xristian poeziyasının təməlini qoymuş IX Abqar etmişdir). Alman tarixçi və ilahiyyatçısı Adolf fon Harnak 1905-ci ildə yazırdı: "… şübhə yoxdur ki, hələ 190-cı ilə qədər xristianlıq bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılmışdı və (201-ci ildən az sonra, bəlkə də daha əvvəl) çar sarayı kilsəni (yəni xristianlığı) qəbul etmişdir". İrfan Şahid VIII Abqarın Ön Şərqdə xristianlığı qəbul etmiş dövlətin birinci hökmdarı olmasını yazırdı. Maraqlıdır ki, Ermənistanın 301-ci ildə xristian dinini qəbul etməsi faktı erməni tarixçilərinin özlərinin arasında da mübahisəyə səbəb olur. Sirarpi Ter-Nersesyan yazır: "Ənənəyə görə bu hadisənin tarixi 301-ci il hesab edilirdi, lakin son araşdırmalara görə bu, 314-cü ildən tez olmamışdır". Bəs bütün bu faktlardan sonra ermənilər dünyada necə ilk xristian milləti olur? Maraqlıdır ki, uydurmaları ilə tarixi faktları təkzib edən ermənilər Edessa dövləti tərəfindən xristianlığın birinci olaraq qəbul edilməsinin əhəmiyyətini azaltmağa çalışaraq aşkar təhriflərə yol verirlər: bəzi irəvanlı tarixçilər iddia edirlər ki, Osroyena tərəfindən xristianlığın dövlət dini kimi qəbul edilməsi, necə deyərlər, "sayılmır", çünki guya həmin dövrdə Osroyena müstəqil, hələ (bəlkə də) öz dövlətçiliyi olmamışdır. Onlar bu uydurmaları təsdiqləmək üçün Osroyenanın Ermənistanın tərkibində göstərildiyi xəritə nəşr edirlər, lakin bir məsələ barədə susurlar ki, Osroyena bundan xeyli əvvəl və qısa müddətə Tiqran tərəfindən fəth edilmiş, xristianlıq qəbul edilən vaxtda isə Osroyena artıq çoxdan müstəqil idi. Həmin tarixçilər bu cür təhriflərdən əlavə, Osroyena tərəfindən xristianlığın birinci qəbul edilməsinin əhəmiyyətini hər vasitə ilə azaltmağa çalışırlar.
Firma nəzəriyyəsi
Firma nəzəriyyəsi — firmanın, şirkətin və ya şirkətin mahiyyətini izah edən və proqnozlaşdıran bir sıra iqtisadi nəzəriyyələri, o cümlədən mövcudluğunu, davranışını, quruluşunu və bazarla əlaqəsini əhatə edir. Sadələşdirilmiş formada firma nəzəriyyəsi aşağıdakı suallara cavab verməyi hədəfləyir: Varlıq. Niyə firmalar yaranır? Niyə iqtisadiyyatdakı bütün əməliyyatlar bazarın vasitəçiliyi ilə həyata keçirilmir? Sərhədlər. Niyə məhsulların ölçüsü və çeşidi ilə əlaqəli firmalarla bazar arasındakı sərhəd dəqiqdir? Ölkə daxilində hansı əməliyyatlar aparılır və bazarda nə bağlanır? Təşkilat. Firmalar niyə iyerarxiya və ya mərkəzsizləşdirmə kimi xüsusi bir şəkildə qurulur? Rəsmi və qeyri-rəsmi münasibətlərin qarşılıqlı əlaqəsi nədir?
Geosentrik nəzəriyyə
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Gözlənən fayda nəzəriyyəsi
İqtisadiyyatda oyun nəzəriyyəsi, qərar vermə nəzəriyyəsi, gözlənən fayda nəzəriyyəsi — riyazi gözləntiyə alternativdir, qərar qəbul edərkən rasional oyunçu tərəfindən istifadə edilə bilən düsturdur. Rasional oyunçu — həll seçərkən müəyyən bir dəyəri (yaxşı) maksimuma çatdırmağa çalışır; seçilmiş qərar nəticəsində ortaya çıxan yaxşılığın riyazi gözləntisini belə bir kəmiyyət kimi istifadə etmək təbii görünür. Bununla yanaşı, təcrübə göstərir ki, real həyatda bir çox lotereya iştirakçısı daha az riyazi gözləntiləri olan, eyni zamanda daha az riskli bir həll yolu seçir. Məsələn, 0,2% (riyazi gözləmə 2 rubl) ehtimalı ilə min rubl almaq və ya 100% (riyazi gözləmə 1 rubl) ehtimalı ilə bir rubl almaq seçimi ilə qarşılaşdıqda, bir çox insan daha aşağı riyazi gözləməsinə baxmayaraq zəmanətli bir ödənişə üstünlük verəcəkdir. Bu davranışı təsvir etmək üçün gözlənilən yardım düsturu icad edilmişdir. 1947-ci ildə Con fon Neyman və Oskar Morgenşternin "Oyun nəzəriyyəsi və iqtisadi davranış" adlı kitabının ikinci nəşri gözlənilən faydalılıq nəzəriyyəsini təqdim edən ikinci nəşri olmuşdur. Yeni nəzəriyyə oyun nəzəriyyəsinə əlavə olaraq ortaya çıxdı. Oyun nəzəriyyəsinin iqtisadiyyatda tətbiq olunmasından bəhs edən kitabın giriş hissəsində müəlliflər iqtisadi nəzəriyyənin əsas müddəalarını ümumiləşdirir və malların faydalılığını qiymətləndirmək üçün yeni bir metod təklif edirlər — burada gözlənilən fayda nəzəriyyəsinin aksiomatikası təqdim edildi. 1948-ci ildə riyaziyyatçı Leonard Sevic və iqtisadçı Milton Fridmen risk münasibətləri nəzəriyyəsini inkişaf etdirdilər. İnsanları iki növə böldülər: riskə qarşı (lotereyaları, qumar oyunlarını, riskli investisiyaları sevənlər) və riskdən çəkinənlər.
Günəş Dil Nəzəriyyəsi
Günəş Dil Nəzəriyyəsi (türk. Güneş Dil Teorisi) — türkcənin dünya tarixindəki ilk dillərdən biri olduğunu müdafiə edən dilçilik nəzəriyyəsi. Nəzəriyyə 1930-cu illərdə Mustafa Kamal Atatürk tərəfindən dəstəklənildi və inkişaf etdirildi, ancaq dilçilər tərəfindən qəbul edilmədi və qısa müddətdə əhəmiyyətini itirdi.
Hacıağa Nəzərli
Hacıağa Məmmədcavad oğlu Nəzərli (d. 17 mart 1923, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 18 may 2002, Bakı, Azərbaycan Respublikası) — Azərbaycanın ilk plaktaçı rəssamı, respublikanın əməkdar rəssamı (1982). Hacıağa Məmmədcavad oğlu Nəzərli 1923-cü il mart ayının 17-də Bakı şəhərində dövrünün qabaqcıl ziyalarından olan, mətbəə işçisi Məmmədcavad Nəzərlinin ailəsində dünyaya göz açıb. 1930-1937-ci illərdə keçmiş Kayegin rayonunda (indiki Füzuli rayonu) 1937-1940-cu illərdə Bakı şəhəri keçmiş Oktyabr (indiki Yasamal) rayonundakı Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1940-ci ildə Bakı rəssamlıq məktəbinə daxil olan H. Nəzərli müharibənin başlaması ilə əlaqədar oradakı təhsilini yarımçıq qoyur. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsilini davam etdirir. H.Nəzərlinin rəssamlığa gəlməsinə atasının əmisi, Peterburq təhsilli rəssam Nəcəf Rasimin (Nəcəfqulu Nəzərli) təsiri olub. Bir müddət Azərbaycan Musiqili Komediya teatrında rəssam kimi çalışmışdır.
Hacıbaba Nəzərli
Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu (22 mart 1895, Şamaxı – 1938, Bakı) — nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, AK(b)P-nın üzvi, ADDT sabiq direktoru. Hacıbaba Nəzərli 1895-ci il martın 22-də Şamaxı şəhərində anadan olmuşdur. M.Ə.Sabirin "Ümid" məktəbini bitirmişdir. Moskvada Qırmızı Professura İnstitutunda təhsil almışdır (1930–1933). Yaradıcılığa 1925-ci ildə publisistika ilə başlayıb. "Qızıl əsgər" qəzetinin redaktoru, Yazıçılar Cəmiyyətinin məsul katibi (1929–1930) olmuşdur. Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinə sədrlik etmiş (1933–1934), 1934-cü ildən 1937-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir. Hacıbaba Nəzərli repressiyaya uğramışdır. Belə ki, o, təhlükəsizlik idarəsinin əməkdaşı Qriqoryanın 9 aprel 1937-ci il tariхli arayışına əsasən və əksinqilabi, burjuamillətçi təşkilatının fəal üzvi kimi qeyd edilərək həbs edilmişdir. Ağır, dözülməz işgəncələr altında Əli Nazimin 4, 7 iyul 1937-ci il tariхlərdə istintaqa verdiyi ifadələrə görə Hacıbaba Nəzərli həbs olunması üçün IV şöbənin təhlükəsizlik kapitanı Çinmanın təsdiqinə verilmişdir.
Hikmət Nəzərli
Hikmət Nəzərli (7 mart 1966, Bakı – 26 fevral 1992, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. 7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur. Ağdam rayonunda Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur. 1992-ci il 25 fevral Ermənistan Silahlı Qüvvələrinin Xocalıda vəhşilikər törətdikləri zaman Hikmət idarə etdiyi maşınla ermənilərə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradırdı. Bu döyüşdə xeyli erməni əsgərini öldürən Hikmət son anda döyüşçü dostları ilə meşəyə çəkilir sonrakı taleyi barədə heç bir məlumat yoxdur.
Hüququn tənzimləyici nəzəriyyəsi
Hüququn tənzimləyici nəzəriyyəsi — tərəfdarlarının bütün ölkə üçün vahid bir nizamı qorumaq üçün qurulduğuna inanan qanunun mənşəyi nəzəriyyələrindən biri. Nəzəriyyə Asiya ölkələrində və Rusiyada yayılmışdır. Hüququn tənzimləyici nəzəriyyəsi gələcəyə baxan bir nəzəriyyədir. Qanunun sonrakı inkişafında əldə edəcəyi xüsusiyyətləri əks etdirir. Nəzəriyyə sifarişə əsaslanır (kompleks konsepsiya kimi). "Tənzimləmə nəzəriyyəsinin üstünlükləri:" tarixi faktlarla və tarixin inkişafı ilə koordinasiya; tarixi mənbələrə güvənir; "Tənzimləmə nəzəriyyəsinin mənfi cəhətləri:" maksimalizm; tək tənzimləmə vasitəsi qanun deyil Чепурнова Н. М., Серёгин А. В.. ТЕОРИЯ ГОСУДАРСТВА И ПРАВА: Учебное пособие. – М.: ЕАОИ, 2007., 2007. Головистикова А. Н., Дмитриев Ю. А. Теория государства и права: Учебник.-М.: Изд-во Эксмо, 2005 Кашанина Т. В. Происхождение государства и права. Учеб.
Həndəsi qurmalar nəzəriyyəsi
Həndəsi qurmalar nəzəriyyəsi — həndəsənin müəyyən alətlərin köməyi ilə həndəsi fiqurların qurulması üsullarını öyrənən bölməsidir. Həndəsi qurmalar təkcə, Evklid həndəsəsində deyil, digər həndəsələrdə də (sferik həndəsədə, proyektiv həndəsədə, Lobaçevski həndəsəsində və s.) öyrənilir. Həndəsi qurmalar təkcə müstəvi üzərində deyil, fəzada da baxılır. Həndəsi qurmalar üçün işlədilən klassik alətlər pərgar və xətkeşdir (bölgüsü olmayan birtərəfli xətkeş). Buna baxmayaraq, digər alətlərin köməyi ilə də həndəsi qurmalara baxılır. Məsələn, yalnız pərgarın köməyi ilə (Mor-Maskeroni qurmaları), müstəvi üzərində çevrə və onun mərkəzi verilibsə, təkcə, xətkeşin köməyi ilə (Şteyner qurmaları) qıraqları paralel olan ikitərəfli xətkeşlə, üçbucaq xətkeşlə (düzbucaqlı üçbucağın modeli) və s. alətlərin köməyi ilə həll edilən həndəsi qurmalar var. Müstəvi üzərində və fəzada bütün həndəsi qurmalar qurmanın postulatlarına (konstruktiv həndəsənin askiomları), yəni sadə, elementar qurmalara əsaslanır. Əgər verilmiş qurma məsələsi sonlu sayda elementar qurmalara gətirilirsə, bu qurma məsələsi həll olunmuş hesab olunur. Təbiidir ki, hər bir qurma alətinin özünün konstruktiv gücü var.

Значение слова в других словарях