Mavas — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidinin ərazisində ləğv olunmuş kənd[1].
Mavas | |
---|---|
39°42′46″ şm. e. 46°56′05″ ş. u.HGYO | |
Ölkə | |
Region | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. Kənd ərazisi 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Mavas- Xocavənd rayonunda kənd adı. Kənd Yuxari Qarabagın Çiləbörd kəndindən çıxmış ailələrin Mavas adlı dağın ətəyində saldıqları məntəqədir. Başqa məlumata görə Türkiyənin Diyarbəkir mahalından gəlmə ermənilərin kəndidir. Mavas dağının adındandır. Mavas- Xocavənd rayonunda dağ adı. Mənbədə dağın adı "Mavas-Xirxan" kimidir. "Albaniya tarixi" əsərində Mivs kimidir ("Albaniya tarixi"). Fars dilində məvə " dayanacaq", "pənahlıq" sözündəndir.[2]
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 28 sentyabr 1979-cu il tarixli Fərmanı ilə Mavas kəndi əslində mövcud olmadığına görə o vaxtkı Martuni rayonu Qırmızı Bazar qəsəbə Sovetinin yaşayış məntəqələri siyahısından çıxarılmaq haqqında o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarı təsdiq edilmişdi[1].
Xocavənd rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |