Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maskalı alabayquş
Maskalı alabayquş (lat. Phodilus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinə aid heyvan cinsi. Bu cinsə 2 növ daxildir və bu növlərə yalnız Cənub-Şərqi Asiyada rast gəlinir.
Maskalı beşlər
Maskalı beşlər intiqam arxasında (film, 2005)
Maskalı göydimdik
Maskalı göydimdik (lat. Nomonyx) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Maskalı iquanlar
Maskalı iquanlar (lat. Leiocephalidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Maskalı depressiya
Maskalı depressiya və ya gülümsəyən depressiya — depressiyanın əlamətləri kimi dərhal tanınmayan simptomlarla xarakterizə edilən depressiyanın alt növü. Davamlı kədər və ya maraq itkisi kimi klassik simptomlar əvəzinə, maskalı depressiyada olan şəxslər, əsas depressiv vəziyyəti gizlədən başqa davranışlar və ya şikayətlər göstərə bilir.
Afrika maskalı alabayquşu
Afrika maskalı alabayquşu (lat. Phodilus prigoginei) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin maskalı alabayquş cinsinə aid heyvan növü.
Şərq maskalı alabayquşu
Şərq maskalı alabayquşu (lat. Phodilus badius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin maskalı alabayquş cinsinə aid heyvan növü.
Adi maskalı göydimdik
Adi maskalı göydimdik (lat. Nomonyx dominicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin maskalı göydimdik cinsinə aid heyvan növü.
Maskalı beşlər: Kipr
Maskalı Beşlər: Kipr — 2008-ci il istehsalı, Türkiyə komediya filmi. Baş rollarda Mehmet Əli Ərbil, Şafak Sezer, Pəkər Açıqalın, Dəniz Ağqaya, Səray Səvər, Hakan Ural, Məlih Əkənər, Cengiz Kiçikayvaz və Atilla Sarıhan çəkilmişdir. Şimali Kipr Türk Respublikası və Türkiyədə istehsal olunan filmin çəkimləri beş həftəyə ərsəyə gəlmişdir. == Mövzu == Gülməli bir qrup olan Maskalı beşlər bədbəxt keçirdiyi günlərindən sonra pisliyin daşın atır və ticarətlə məşğul olurlar. Oğru dünyasının əsas adlarından olan Roki Səlimə (Mehmet Əli Ərbil) əla bir təklif gəlir. Kiprdə bir qumarxana talan edəcəklərdi. Bir araya gələn qrup Kiprə gedirlər. Əməliyyat üçün etdikləri planlar və oğurluq təşəbbüsləri qrupu çox gülməli vəziyyətlərə salacaqdır.
Maskalı beşlər: İraq
Maskalı beşlər: İraq — Murad Aslanın rejissoru olduğu, 2006-cı ildə çəkilən Türkiyə komediya filmi. == Mövzu == Kərkük-Yumurtalıq Neft Boru xətti işləmir. ABŞ ordusu İrak neftini ayrı xətlə öz xeyrinə daşıyır. Bu məsələ beş türk gəncini düşündürür. Bu xətti bərpa etsinlər, əvəzində İstanbulun ən yaxşı məhəllələrində benzindoldurma məntəqəsi açsınlar. Sən saydığını say...
Maskalı beşlər intiqam arxasında
Maskalı beşlər intiqam arxasında (türk. Maskalı Beşler İntikam Peşinde) — 2005-ci il istehsalı Türkiyə komediya filmi.
Maskalı beşlər: Kipr (film, 2008)
Maskalı Beşlər: Kipr — 2008-ci il istehsalı, Türkiyə komediya filmi. Baş rollarda Mehmet Əli Ərbil, Şafak Sezer, Pəkər Açıqalın, Dəniz Ağqaya, Səray Səvər, Hakan Ural, Məlih Əkənər, Cengiz Kiçikayvaz və Atilla Sarıhan çəkilmişdir. Şimali Kipr Türk Respublikası və Türkiyədə istehsal olunan filmin çəkimləri beş həftəyə ərsəyə gəlmişdir. == Mövzu == Gülməli bir qrup olan Maskalı beşlər bədbəxt keçirdiyi günlərindən sonra pisliyin daşın atır və ticarətlə məşğul olurlar. Oğru dünyasının əsas adlarından olan Roki Səlimə (Mehmet Əli Ərbil) əla bir təklif gəlir. Kiprdə bir qumarxana talan edəcəklərdi. Bir araya gələn qrup Kiprə gedirlər. Əməliyyat üçün etdikləri planlar və oğurluq təşəbbüsləri qrupu çox gülməli vəziyyətlərə salacaqdır.
Maskalı beşlər: İraq (film, 2006)
Maskalı beşlər: İraq — Murad Aslanın rejissoru olduğu, 2006-cı ildə çəkilən Türkiyə komediya filmi. == Mövzu == Kərkük-Yumurtalıq Neft Boru xətti işləmir. ABŞ ordusu İrak neftini ayrı xətlə öz xeyrinə daşıyır. Bu məsələ beş türk gəncini düşündürür. Bu xətti bərpa etsinlər, əvəzində İstanbulun ən yaxşı məhəllələrində benzindoldurma məntəqəsi açsınlar. Sən saydığını say...
Maskalı beşlər intiqam arxasında (film, 2005)
Maskalı beşlər intiqam arxasında (türk. Maskalı Beşler İntikam Peşinde) — 2005-ci il istehsalı Türkiyə komediya filmi.
Qaybalı
Qaybalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Qeybalı kəndi Xəlfəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qeybalı kənd Soveti yaradılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaybalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Kənd keçmişdə Qeybalıkənd adlanmışdır. Bu ad qismən təhrifə ugramışdır. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycanın Xoy mahalındakı Qeybəyli (Qayıbaylı) kəndindən koçüb gələnlər salmışlar. Bəzi tədqiqatçılar bu toponimi Qeybalı şəxs adi ilə əlaqələndirirlər. Qaybalı kəndi Əzət bəyim Cavanşirə məxsus olub.
Saybalı
Saybalı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Saybalı (Sisyan)— Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd.
Aynalı
Aynalı və Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Aynalı (Susuz) — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Aynalı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Baykal
Baygöl (saxa Баай күөл) — Rusiya Federasiyasında göl. Dünyanın ən böyük şirin su mənbəyidir. Rusiyanın cənub-şərqində yerləşir. Baygöl gölü 600 km-dən artıq məsafədə uzanan çökəkliyi tutur. Gölün eni 25 km-dən 80 km-ə qədərdir. Dünyanın ən dərin gölü hesab olunan Baykalın dərinliyi 1620 metrdir. Bu göl Avrasiyanın ən böyük şirin su anbarıdır. Geniş yayılmış fərziyyələrə əsasən qədim türk dilindən tərcümədə "Bai-kul" yəni, Bəy göl anlamını verir. Gölün şərqində yerləşən Svyatoy Nos yarımadasını materikə Civırkuy bərzəği birləşdirir. == Etimologiyası == Qədim Türklər əsasən Baykal gölü ətrafında yaşamışlar.
Makalu
Makalu (çin. 马卡鲁山,Mǎkǎlǔ Shān — «Qara nəhəng») (8485 m) — dünyanın beşinci ən hündür zirvəsi. Mahalanqur-Himal silsiləsinin şərq hissəsində yeləşir. Bölgə ümumən mərkəzi Himalaya aid olub Çinlə (Tibet Muxtar vilayəti) Nepalın sərhəddindədir. Zirvəni Everestdən 22 km-lik məsafə ayırır. Dağın zirvəsi dördtərəfli piramidanı xatırladır. Makalu səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i uğur qazana bilir. == Coğrafiyası == Dağ massivi iki zirvədən ibarətdir. Hər ikisinin hündürlüyü 8 km-i keçir: Everestdən və Lhotzedən şimal-qərb zirvəsi olan Kanqçunqze aydın görsənir.
Qayalı
Kəndlər Qayalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qayalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qayalı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qayalı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonun ərazisində kənd. Bələdiyyələr Qayalı bələdiyyəsi — Digər Qayalı (Kəkildağ) düşərgəsi Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi.
Maykl
Maykl — ad.
Mayka
Mayka yaxud atlet — qolsuz və ya qısayollu alt köynəyi yaxud alt paltarı, həmçinin yay köynəyi və idman köynəyi. Alt paltarı kimi əsasən ağ rəngdə olur və daha çox ağ rəngə üstünlük verilir, lakin fərqli rənglərdə də mövcuddur. Əsasən yundan və pambıqdan tikilir. Mayka alt paltarıdır, atlet isə yay köynəyi və idman köynəyi kimi istifadə olunur və fərqli rənglərdə mövcuddur.
Faydalı qazıntılar
Faydalı qazıntılar — insanların təbiətdən əldə edərək, sənayedə və məişətdə effektli istifadə etdiyi kimyəvi maddələr və qiymətli daşlar. Faydalı qazıntı axtarmağın tarixi 12 −15 min il əvvələ qədər uzanır. Yer qabığında 88 kimyəvi element mövcuddur. Bu kütlədə oksigenin payı 47, silisium −27, alüminium −8, dəmir −5, kalsium −5, natrium, maqnezium və kalium 2–2,7 faiz təşkil edir. 4 elementin (titan, fosfor, manqan, hidrogen) payı 1% və digər 76 elementlərin payı cəmi 0,41% -dir. Bu kimyəvi elementlər yer qabığında sərbəst kristallokimyəvi sistem –bərk minerallar yaradır. Minerallar – təbii və süni yaranan dayanıqlı kimyəvi birləşmələrdir. Minerallar birlikdə dağ süxurlarını (dunitləri, piroksenləri, qabbronu, bazaltları, dioritləri, qranatları, qranodioritləri və s.) təşkil edirlər. Dağ süxurlarından daha dərin, maqma ilə əlaqədar olan dunitlər və piroksenlər sayılır ki, onunla almaz, xromit, qızıl, platin, nikel yataqları; qabbroidlərlə — dəmir, nikel titan, vanadium, mis; diorit, qranodioritlərlə — mis, molibden, volfram; qranitlərlə nadir metallar (qalay, volfram, beril, litium, tantal, uran və s.) yataqları əlaqədardır. == Kreyter sxemi == Dünyada sənaye tələbatına görə faydalı qazıntı yataqlarının "Kreyter sxemi" deyilən bir sxemi qəbul olunub; bu sxem aşağıdakı şəkildədir: mineral yanacaq (kömür, neft, qaz, torf və s.) qara metal filizləri (dəmir, titan, manqan, xrom və s.) əlvan metal filizləri (sink, qurğuşun, qalay, alüminium, civə, sürmə və s.) qiymətli (nəcib) metal filizləri (qızıl, platin, və s.) nadir metal və səpinti elementlər (litium, beril, tantal, sirkonum, stronsium, molibden, volfram və s.) kimya sənayesi üçün filizlər (daş duz, apatit, kükürd, flüorit və s.) sənaye xammalı filizləri (almaz, asbest, talk, muskovit, qrafit, abraziv qranat və s.) flüslər, metallurgiya sənayesi üçün odadavamlı xammal və dulusçuluq istehsalı üçün xammal (əhəngdaşı, dolomitlər, gillər, kvars, çöl şpatı, olivin, kalsit, diatomit və s.) tikinti materialları (but və üzlük daşlar, çınqıl, qravi, qum, gil, əhəngdaşı və s.) qiymətli və zərgərlik daşları (ametist, qranat, kvars, peqmatitlər və s.) içməli və mineral sular.
Hippokrat maskası
Hippokrat maskası (lat. facies Hippocratica) — qarın boşluğu orqanlarının ağır xəstəliyi, orqanizmin tükənməsi, xroniki yuxusuzluğun əlamətidir. Ölümün yaxınlaşdığını bildirən əlamətlərdən biri hesab olunur.Əsas əlamətləri: batıq gözlər,solmuş yanaqlar, soyuq tərlə örtülmüş göyümtül-solğun dəri.
Kədər maskası
Kədər maskası —— SSRİ-da siyasi repressiya qurbanı olanlara həsr olunmuş Maqadanda yerləşən memorial abidə. Nəzərdə tutulan "Kədər üçbucağı" abidələrindən birincisi. "Kədər üçbucağı"na aid olan ikinci abidə isə 2017-ci ildə Yekaterinburq ətrafında qoyulub. == Abidənin tarixi == 1990-cı ilin yayında ABŞ-də yaşayan heykəltaraş Ernst Neizvestnıy Maqadana gəlir. O özü ilə 1930–1950-ci illərdə stalin repressiyalarının qurbanlarının xatirəsinə həsr olunmuş abidənin eskizlərini gətirərək burada nümayiş etdirir. Nəzərdə tutulurdu ki heykəltaraş tərəfindən düşünülən "Kədər üçbucağı" (Maqadan, Vorkuta, Yekaterinburq) abidələrindən ilki Maqadanda ucaldılacaq. 23 iyul 1990-cı ildə Maqadan şəhər icraiyyə komitəsi Maqadanda Stalin repressiyaları qurbanlarına memorial abidənin ucaldılması ilə bağlı qərar verir. Memorialın mərkəzi abidəsi sol gözündən kiçik maskalar şəklində göz yaşı axan insan üzünə bənzədilib. Sağ göz isə dəmir barmaqlıqlı pəncərə formasında düzəldilib. Abidənin arxa tərəfində isə standart olmayan xaçın altında bürüncdən düzəldilmiş ağlayan qadın heykəli var.
Mahmud Mayıllı
Mannalı Aza
Aza — Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı. Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü. Lakin, o, çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir: "...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [....] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua[uş] dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim.
Polşa markası
Polşa markası (pol. marka polska) — 1917–1924-cü illərdə Polşa və 1921–1922-ci illərdə Mərkəzi Litvanın pul vahidi. 100 fenigə (pol. fenig) bölünürdü. 1917-ci ildən Polşa Borc Kassası, daha sonra Polşa Xəzinəsinin Emissiya Ofisi tərəfindən buraxılırdı. Birinci Dünya müharibəsinin 1914 və 1915-ci il yürüşləri zamanı Rusiya imperiyasının tərkibində olan Polşa çarlığının ərazisi Almaniya və Avstriya-Macarıstan qoşunları tərəfindən işğal edildi. 1915-ci ildə işğal olunmuş əraziləri idarə etmək üçün Varşava General-Qubernatorluğu yaradıldı. 1916-cı ildə alman höküməti ostrubl adlı işğal pulunu buraxmağa başladı. General-qubernatorluğunun ərazisində ostrubl şərq bölgələrində istifadə olunurdu. 1917-ci ildə yeni işğal valyutası olan Polşa markasının buraxılışı başladıldı.
Poçt markası
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Makkabi
Makkabi Tel-Əviv FK — İsrailin Tel-Əviv şəhərinin futbol klubu. Makkabi Hayfa FK — İsrailin Hayfa şəhərinin futbol klubu. Makkabi Tel-Əviv BK — İsrailin Tel-Əviv şəhərinin basketbol klubu. Makkabi Hayfa BK — İsrailin Hayfa şəhərinin basketbol klubu.
Mayami
Mayami (ing. Miami) - Amerika Birləşmiş Ştatlarının Florida ştatının ikinci böyük şəhəridir. Atlantik okeanı sahilində bir sahil şəhəridir.Mayami rəsmi olaraq şəhər statusunu 1896-cı il 28 iyulda almışdır == Əhalisi == == Qardaş şəhərlər == == Qalereya == == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Miami haqqında səyahət məlumatları var.