Mahmud Mayıllı (tam adı: Mahmud Əflatun oğlu Mayıllı; 12 iyul 2002; Yardımlı, Azərbaycan — 29 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Mahmud Mayıllı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yardımlı, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | Yardımlı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Mahmud Mayıllı 2002-ci il 12 iyul tarixində Yardımlı rayonunun Avaş kəndində anadan olmuşdur[1]. Məktəbi bitirdikdən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Mahmud Mayıllı Bakıda hərbi xidmətdə olmuş, oradan könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsinə yollanmışdır. 2020-ci ilin 12 oktyabr tarixində sonuncu dəfə ailəsi ilə əlaqə saxlamış, 29 noyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olduğu xəbəri gəlmiş və 30 noyabr tarixində doğulduğu kənddə dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıllı Mahmud Əflatun oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[2]