Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mehmanə
Mehmana — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mehmana kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Yaşayış məntəqəsinin əvvəlki əhalisi yunanlar (rus. "qreki") olduğu üçün kənd əvvəllar Qreklər adlandırılırdı. Çar Rusiyasi Azərbaycanın şimalını işgal etdikdən sonra burada gəlmə erməni ailələri yerləşdirilmişdi. Güman etmək olar ki, kəndin adı meyməna sözündəndir. Meyməna və ya barangar Səfəvilər dövründə ordunun sağ cinahina deyilirdi. == Tarixi == Mehmana kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Mehmana kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Gəhvarə
Gəhvarə — İranın Kirmanşah ostanının şəhərlərindən və Dalahu şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,708 nəfər və 1,147 ailədən ibarət idi.
Məharət Həsənov
Məharət Ramil oğlu Həsənov (25 oktyabr 1987; Şirvan, Azərbaycan — 15 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhatət Həsənov 1987-ci il oktyabrın 25-də Şirvan şəhərində anadan olub. 1994-cü ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2002-ci ildə 9-cu sinfi bitirən Məharət bir müddət İdman Kollecində oxusa da, təhsilini davam etdirməyib. Şirvan şhərində bərbər işləyirdi. Ailəli olan Məharətin bir oğlu, 3 bacısı, bir qardaşı var idi. == Hərbi xidmətləri == 2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib. Polad Həşimovun əsgəri olmuşdur.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Məharət Həsənov Cəbrayılın azad edilməsində savaşıb. 12 oktyabr 2020-ci ildə Cəbrayılda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Məhrə sultanlığı
Məhrə sultanlığı, sonrakı illərdə Qişn və Sokotra Məhrə dövləti (ərəb. الدولة المهرية للبر وسقطرى‎, Ad-Dawlah al-Mahreyah Llbar wa-Suquṭrah ) və ya bəzən Gəyda və Sokotra Məhrə sultanlığı (ərəb. سلطنة المهرة في الغيضة وسقطرى‎, Salṭanat al-Mahrah fī al-Ghayḍā’ wa-Suquṭrah) — tarixi Məhrə vilayətini və indiki Yəmənin şərqindəki Sokotranın Quardafuy kanalı adasını əhatə edən sultanlıq. Tarixinin çox hissəsini Bəni Əfrar sülaləsi idarə etmişdir. 1886-cı ildə sultanlıq Britaniya protektoratına çevrilmiş və daha sonra Ədən protektoratına qoşulmuşdur. Sultanlıq 1967-ci ildə Cənubi Yəmən Xalq Respublikasının qurulması ilə ləğv edilmiş və hazırda Yəmən Respublikasının bir hissəsidir.1967-ci ildə Britaniyanın Ərəbistanı tərk etməsi ilə Ədəndə yerləşən Cənubi Yəmən hökuməti Məhrə vilayətini bölərək Əl-Məhrə mühafəzəsini yaratmışdır. Sokotra 2004-cü ilə qədər Ədən mühafəzəsi tərəfindən idarə edilmiş və Hadramaut mühafəzəsinin tabeliyinə verilmişdir.
Əl-Məhrə mühafəzəsi
Əl-Məhra mühafəzəsi (ərəb. ٱلْمَهْرَة‎) - Yəmən Xalq Demokratik Respublikasında mühafəzə. İnzibati mərkəzi Əl-Geyda şəhəridir.
Məzrayə-i Məzarə (Əhər)
Məzrayə-i Məzarə (fars. مزرعه مزارع‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (27 ailə).