MƏHALL
MƏHARƏT
OBASTAN VİKİ
Məharət Həsənov
Məharət Ramil oğlu Həsənov (25 oktyabr 1987; Şirvan, Azərbaycan — 15 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhatət Həsənov 1987-ci il oktyabrın 25-də Şirvan şəhərində anadan olub. 1994-cü ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2002-ci ildə 9-cu sinfi bitirən Məharət bir müddət İdman Kollecində oxusa da, təhsilini davam etdirməyib. Şirvan şhərində bərbər işləyirdi. Ailəli olan Məharətin bir oğlu, 3 bacısı, bir qardaşı var idi. == Hərbi xidmətləri == 2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib. Polad Həşimovun əsgəri olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Məharət Həsənov Cəbrayılın azad edilməsində savaşıb.