1. Hər hansı bir işin icrasında ardıcıllıq, sıra qaydası. Məsələləri növbəyə qoymaq. Növbəyə riayət etmək.
□ Birinci (ilk) növbədə – hər şeydən əvvəl, hamıdan qabaq.
2. Bu qaydada (bir-birinin ardınca) duraraq bir şey gözləyən adamlar sırası. Bilet üçün növbə. Kino kassasında böyük növbə var.
□ Növbəyə durmaq – bir şey üçün biri digərinin arxasında cərgə ilə durmaq.
// Bu sırada tutulan yer. Növbəsini başqasına vermək. Növbədən çıxmaq. Növbə kimindir?
3. İşləyən, oxuyan, istirahət edən bir qrup adamın digər qrupu əvəz etdiyi zaman, vaxt.
4. Keşik, qarovul. Növbə çəkmək. Növbədə olmaq.
5. Hər hansı bir xəstəliyin müəyyən vaxtlarda özünü göstərməsi və ya güclənməsi.
6. “İlə” qoşması ilə yenə sıra, ardıcıllıq bildirir. Növbə ilə içəri girmək. Növbə ilə şagirdləri dindirmək.