Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəftərxana
Dəftərxana (pol. kancelarya; lat. cancelarius — "məktub aparan") — təşkilatın sənədləşmə və xidməti yazışması ilə məşğul olan strukturu. Dar mənada bəzi dövlət idarələrinin adı.
Dəftərxana sancağı
Dəftərxana sancağı — kağızları tutmaq üçün istifadə olunan ləvazimat. 1900-cü ildə norveçli Johann Vaaler tərəfindən ixtira olunmuşdur. Kağızları möhkəm tuta bilmək üçün, iç-içə keçmiş iki halqa əmələ gətirən metal teldən ibarət olan bu alətin dizaynı bu günə qədər demək olar ki, heç dəyişilməmişdir. Dəftərxana sancağı ixtira olunmamışdan əvvəl kağızlar iynə ilə bir yerdə tutulurdu. İndi isə bu alət insanların həyatını xeyli asanlaşdırmışdır. == Xarici keçidlər == Vikianbarda Dəftərxana sancağı ilə əlaqəli mediafayllar var.
Hərbi Dəftərxana binası (Novoçerkassk)
Hərbi Dəftərxana binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərinin mərkəzində, Ataman küçəsi və Pulatov prospektində qərarlaşır. Bina 1844-cü ildə inşa edilmişdir. Rus klassizmi stilində inşa edilmişdir. Bina mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir. == Təsviri == Bina künçdə yerləşdiyindən onun hər iki üzü fasad sayılır. Bu fasadın əsas hissəsi Ataman küçəsinə baxır. Üç şərtəbəli bina şəhər ansamlı pozulmamaq şərti ilə işlənmişdir. Pəncərələrin kənaeları xüsusi elementlərlə işlənmişdir. Əsas girişin önündə dörd pəncərə vardır ki, onlarında yuxarı hissəsi üçkünc sirkul formasındadır.