MƏKTƏB (təhsil ocağı) Bunlara xüsusi tərbiyə verilsə, bunlar üçün ləyaqətli məktəblər bina olunsa, kişilərə yol göstərməyə qadir olarlar (Çəmənzəminli); DARÜLƏDƏB (kl.əd.) Darülədəbin bilməliyiz qədrini, millət; Göstərməli İkmalına olduqca həmiyyət (M.Hadi); DƏBİSTAN (köhn.) (ibtidai məktəb) Eyləmərəm dinsiz öz əhfadımı! At çölə getsin, nə dəbistandı bu?! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu! (M.Ə.Sabir); MƏDRƏSƏ (köhn.) (dini məktəb) Bir əlində kitabça; bir əlində yasəmən; Məhəmməd asta-asta qayıdır mədrəsədən (B.Vahabzadə); MƏKTƏBXANA (köhn.) [Cənnətəli ağa:] Əvvəl qoydum məktəbxanaya, üç gündən sonra qaçdı, dedi ki, oxumuram.. (N.Vəzirov).