Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məliklər
Məliklər (Şabran) — Azərbaycan Respublikasının Şabrannun inzibati ərazi vahidində kənd. Məliklər (Sisyan) — Zəngəzurda kənd.
Məsimlər
Məsimlər — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin adı təhrifə uğra­mışdır. Əslində, Məsimalılar olmalıdır. Yerli məlumata görə, kəndin əsa­sını Məsimalı adlı şəxs qoyduğu üçün belə adlanmışdır. Oykonim "Məsimalıya məxsus, Məsimalı ailəsinə məxsus" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murğuz silsilə­sinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Məliklər (Sisyan)
Məliklər - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Kəndin digər adı Məlikli olmuşdur. Toponim məliklər (məlikli) etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 4. V. 1939-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Spandaryan qoyulmuşdur. 1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir.
Məliklər (Şabran)
Məliklər — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Məliklər kəndi Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Uzunboyad kəndi olmaqla, Uzunboyad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 326 nəfər təşkil edir.
İqtisadi təlimlər tarixi
İqtisadi təlimlər tarixi — ictimai istehsal tarixi boyunca iqtisadi anlayışların mənşəyini, formalaşmasını, inkişafını və dəyişdirilməsini öyrənən bir elm. == İqtisadi təlimlər tarixi == === İqtisadi təlimlər tarixinin metodu === İqtisadi təmayüllü ali təhsil alan və yenidən iqtisadi ixtisas alan gənclər üçün ümumbəşəri dəyərlərin öyrənilməsi və iqtisadi həyatda davranış mədəniyyətlərinin yüksəldilməsi üçün "İqtisadi təlimlər tarixi" fənni müstəsna rol oynayır. "İqtisadi təlimlər tarixi"nin öyrənilməsi zərurəti həm də müasir şəraitdə iqtisadi sistemlərin transformasiyaya uğramasından irəli gəlir. Çünki "İqtisadi təlimlər tarixi"nin predmeti cəmiyyətin iqtisadi həyatında və sosial sferasında baş verən dəyişikliklərlə əlaqədar iqtisadiyyatın birinin digəri ilə əvəz olunmasının qanunauyğunluqlarını və dövrləşmə prosesilə bağlı insanların davranış qaydalarının məntiqini öyrənir. İqtisadi hadisə və proseslərin tarixi dövrləşmə prosesilə öyrənməklə "İqtisadi nəzəriyyə" elminin daha dərindən mənimsənilməsinə imkan yaranır. Bəlli olduğu kimi "İqtisadi nəzəriyyə" 250 il bundan əvvəl kapitalizmin təşəkkül tapdığı dövrdə meydana gəlmişdir. Ümumi iqtisadi nəzəriyyə ilkin olaraq 1615-ci ildə fransız Antuan de Monkretyen tərəfindən "Siyasi iqtisad" termini ilə adlandırılmışdır. Daha sonra ingilis Uilyam Petti öz tədqiqatlarında bu elmi "Siyasi hesab" adlandırmışdır. Fiziokratlar məktəbinin banisi Fransua Kene bu elmə sadəcə "İqtisadiyyat" kimi baxmışdır. "İqtisadi nəzəriyyə"nin atası hesab olunan Şotlandiyalı Adam Smit bu elmi "Siyasi iqtisad" kimi qəbul etmiş və onun xalqların sərvətinin mənbəyi olduğunu qeyd etmişdir.