İqtisadi təlimlər tarixi

İqtisadi təlimlər tarixi — ictimai istehsal tarixi boyunca iqtisadi anlayışların mənşəyini, formalaşmasını, inkişafını və dəyişdirilməsini öyrənən bir elm.

İqtisadiyyat
Əsas kateqoriyalar
Mikroiqtisadiyyat
Makroiqtisadiyyat
İqtisadi təlimlər tarixi
İqtisadi metodologiya
Alternativ iqtisadiyyat
Texniki metodlar
Riyazi iqtisadiyyat
Ekonometrika
Təcrübi iqtisadiyyat
Milli Hesablar Sistemi
Sahələr və alt sahələr
Təhsil
Səhiyyə
Əmək
Oyunlar nəzəriyyəsi
Artım
Kənd təsərrüfatı
Təbii ehtiyatlar
Davranış
İqtisadi sistem
Beynəlxalq

Portal:İqtisadiyyat

İqtisadi təlimlər tarixi

[redaktə | mənbəni redaktə et]

İqtisadi təlimlər tarixinin metodu

[redaktə | mənbəni redaktə et]

İqtisadi təmayüllü ali təhsil alan və yenidən iqtisadi ixtisas alan gənclər üçün ümumbəşəri dəyərlərin öyrənilməsi və iqtisadi həyatda davranış mədəniyyətlərinin yüksəldilməsi üçün "İqtisadi təlimlər tarixi" fənni müstəsna rol oynayır. "İqtisadi təlimlər tarixi"nin öyrənilməsi zərurəti həm də müasir şəraitdə iqtisadi sistemlərin transformasiyaya uğramasından irəli gəlir. Çünki "İqtisadi təlimlər tarixi"nin predmeti cəmiyyətin iqtisadi həyatında və sosial sferasında baş verən dəyişikliklərlə əlaqədar iqtisadiyyatın birinin digəri ilə əvəz olunmasının qanunauyğunluqlarını və dövrləşmə prosesilə bağlı insanların davranış qaydalarının məntiqini öyrənir. İqtisadi hadisə və proseslərin tarixi dövrləşmə prosesilə öyrənməklə "İqtisadi nəzəriyyə" elminin daha dərindən mənimsənilməsinə imkan yaranır. Bəlli olduğu kimi "İqtisadi nəzəriyyə" 250 il bundan əvvəl kapitalizmin təşəkkül tapdığı dövrdə meydana gəlmişdir. Ümumi iqtisadi nəzəriyyə ilkin olaraq 1615-ci ildə fransız Antuan de Monkretyen tərəfindən "Siyasi iqtisad" termini ilə adlandırılmışdır. Daha sonra ingilis Uilyam Petti öz tədqiqatlarında bu elmi "Siyasi hesab" adlandırmışdır. Fiziokratlar məktəbinin banisi Fransua Kene bu elmə sadəcə "İqtisadiyyat" kimi baxmışdır. "İqtisadi nəzəriyyə"nin atası hesab olunan Şotlandiyalı Adam Smit bu elmi "Siyasi iqtisad" kimi qəbul etmiş və onun xalqların sərvətinin mənbəyi olduğunu qeyd etmişdir. İngilis iqtisadçısı David Rikardo klassik iqtisadi sistemin yaradıcılarından biri kimi "İqtisadi nəzəriyyə"ni siyasi iqtisadın başlanğıcı kimi qeyd etmişdir. İngilis iqtisadçılarından C.S.Mill "İqtisadi nəzəriyyə"ni kompromislər nəzəriyyəsi vasitəsilə "Siyasi iqtisadın əsasları" kimi öyrənmişdir.

Alman iqtisadçısı Karl Marks "Kapital" əsəri vasitəsilə "Siyasi iqtisad"ı alternativ elmi sistem kimi öyrənə bilmişdir. Yeni elmi istiqamətin yaradıcısı olan ingilis Alfred Marşall iqtisad elmini ilk dəfə olaraq "Siyasi iqtisad"ın "Ekonomiks" fənni kimi öyrənilməsini təklif etmişdir. Bu fikri digər görkəmli ingilis iqtisadçısı U.Cevons da təkidlə qarşıya qoymuşdur. Ümumiyyətlə, görkəmli iqtisadçı alimlərin "Siyasi iqtisad"la və ya "İqtisadi nəzəriyyə" ilə bağlı irəli sürülmüş fikirlərini ardıcıllıqla qeyd etməklə bu istiqamətdə mövcud olan iqtisadi ideyaların məntiqindən irəli gələn prinsiplərin, səbəb-nəticə əlaqələrinin və inkişaf meyllərini əks etdirən fikirlərin mahiyyətini şərh etməklə iqtisadi təlimlər tarixinin predmeti haqqında mülahizələri konkretləşdirmək olar.

Tarixi inkişafın ayrı-ayrı dövrlərində irəli sürülən ümumbəşəri iqtisadi dəyərlərin mənimsənilməsi, inkişaf qanunauyğunluqlarının öyrənilməsi, iqtisadi sistemlərin transformasiyaya uğraması, eləcə də təkamüllü iqtisadi inkişafa təkan verən cərəyanların, məktəblərin və konsepsiyaların şərh olunması "İqtisadi təlimlər tarixi"nin əsas vəzifələrindəndir. Ona görə də ümumiləşmiş şəkildə "İqtisadi təlimlər tarixi"nin predmetini müxtəlif iqtisadi sistemlərin meydana gəlməsi və onların transformasiyası qanunauyğunluqlarını iqtisadi proseslərin bütöv şəkildə öyrənilməsi kimi qeyd etmək olar. İqtisadi həyatda, xüsusən, istehsalın strukturunda, texnologiyasında, istehlakında, eləcə də istehlakçıların davranış qaydalarında baş verən dəyişikliklər yeni iqtisadi proseslərin meydana gəlməsinə səbəb olur. Müasir şəraitdə dünya iqtisadiyyatında aktual yer alan qlobal iqtisadi problemlər, iqtisadi inteqrasiya prosesləri, iqtisadi təhlükəsizlik məsələləri, ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının inkişafına müxtəlif səviyyədə təsir göstərir. Eyni zamanda yoxsulluğun aradan qaldırılması, insan potensialının inkişaf etdirilməsi, qeyri-iqtisadi amillərin, xüsusən, mənəvi, dini amillərin rolunun nəzərə alınması özünü təkidlə qarşıya qoymuş olur. Bununla da iqtisad elmində mənəvi, sosioloji, institusional istiqamətlərin inkişafına real yol açmış olur. Bu da öz növbəsində "İqtisadi təlimlər tarixi"nin predmeti kimi sırf və ya pozitiv nəzəri müddəaların ümumiləşməsi və müəyyən nəticələrin əldə olunması ilə hüdudlaşmır. Eyni za-manda iqtisad elmində normativ səpkili və ya konkret əməli istiqamətli elmi ideyaların, prinsiplərin yeni fikir və müddəaların fəaliyyət istiqamətlərinin formalaşmasına gətirib çıxarmış olur.

"İqtisadi təlimlər tarixi"nin öyrənilməsi təkcə iqtisadi dünyagörüşün, xalis iqtisadi təfəkkürün formalaşması üçün deyil, eyni zamanda irəli sürülmüş elmi müddəaların təkamüllü yolunun məntiqinin mənimsənilməsindən ibarətdir. Çünki hazırkı şəraitdə bizim mənimsədiyimiz iqtisadi ideyalar sırf keçmişin elementlərinə əsaslanmır, eyni zamanda bugünkü və hətta gələcək iqtisadi görüşlərin elementlərinə əsaslanır. Ona görə də müasir şəraitdə tətbiq olunan hər bir iqtisadi nəzəriyyənin, cərəyanın və konsepsiyanın məşhurluğundan və hətta real tətbiqi və səmərəli səviyyəsindən asılı olmayaraq, yalnız onlara əsaslanmaq mümkün deyildir. Çünki iqtisadi konsepsiyalar və nəzəriyyələr özü-özünə inkişaf etməklə, mövcud dövrdəki üstünlükləri əks etdirməklə, eyni zamanda çatışmazlıqlar istiqamətində də özünü əks etdirir. Ona görə də mövcud çatışmazlıqların aradan qaldırılması üçün yeni iqtisadi ideyaların, fikirlərin, nəzəri baxışların əmələ gəlməsinə səbəb olur. Beləliklə, "İqtisadi təlimlər tarixi"nin əsas vəzifəsi kimi iqtisadi nəzəriyyələrin təşəkkülü və onların birinin digəri ilə əvəz olunmasının ümumi məntiqini öyrənir.

İqtisadi təlimlər tarixinin öyrənilməsinin metodoloji əsasını yeni iqtisadi nəzəriyyələrin mahiyyətinin daha dərindən mənimsənilməsi üçün keçmiş nəzəriyyələrin öyrənilməsi dialektikası təşkil edir. "İqtisadi təlimlər tarixi" dialektik metod vasitəsi ilə iqtisadi nəzəriyyənin inkişaf mərhələlərinin mahiyyətini əks etdirməklə onun mövcud şəraitlə həyata keçirilməsi imkanlarının mümkünlüyünü və üstünlüklərini əks etdirir. Çünki hər bir yeni "İqtisadi nəzəriyyə" dünənki problemlərin çatışmazlıqlarının aradan qaldırılmasından irəli gəlmişdir. Ona görə də hər yeni yaranan nəzəriyyə, keçmiş nəzəriyyələrdən irəli gələrək bəşəriyyətin dinamik və təkamüllü inkişaf yolunu əks etdirir. Təkamüllü iqtisadi inkişaf yolu bir tərəfdən ən mütərəqqi ideyaları tətbiq etməklə onların həyatiliyini göstərir, digər tərəfdən onlardan irəli gələn çatışmazlıqları üzə çıxarır. Eyni zamanda istifadə olunmayan alternativ ideyaların meydana gəlməsinə səbəb olur. Tərəqqi isə alternativ ideyaların bir nəzəriyyədə birləşdirilməsi ilə deyil, onların hər birinin ay-rılıqda tətbiqi və onların ən ümumi cəhətlərinin sintezləşdirilməsi vasitəsi ilə meydana gəlir. Deməli, iqtisadi təlimlər tarixində təhlil və sintez metodu xüsusi yer tutur.

Əgər XIX əsrin sonu XX əsrin 90-cı illərinə qədər iqtisad elmi, o cümlədən "iqtisadi nəzəriyyə" və "iqtisadi təlimlər tarixi" iki barışmaz "kapitalizm" və "sosializm" mövqeyindən öyrənilirdisə, artıq buna son qoyulmuşdur. XX əsrin sonu və XXI əsrin ilk illərində artıq iqtisadi təfəkkürlər bir mövqedən, müxtəlif milli mənafeylər baxımından öyrənilərək, dünya iqtisadi inteqrasiya prosesini, qloballaşmanın iqtisadi səpkilərini, iqtisadi təhlükəsizlik problemlərini, kommersiya mənafelərini ön plana çəkmişdir Daha doğrusu, tarixi məntiqi metod istifadə edilərək iqtisadi ideyalar, təfəkkürlər insan potensialının inkişafı naminə sintezləşdirilir. Ona görə də bazar iqtisadiyyatının üstünlükləri qəbul olunmaqla bəşəri tərəqqinin aparıcı iqtisadi sistemi kimi, onun liberal-sosial, sosial-demokrat modellərinə xas olan prinsiplərinin formalaşmasının əsası qoyuldu. Beləliklə, iqtisadi fikirlər təsərrüfat həyatında həlledici rol oynamaqla, iqtisadi həyatda baş verən qanunauyğunluqların məntiqinin öyrənilməsini əsaslandırdı.

Bazar iqtisadi sisteminə xas transformasiyanın baş verməsi mümkünlüyü ideyası, eyni zamanda onun makroiqtisadi səviyyədə tənzim olunması zəruriliyi yeni tənzimlənən fikrin meydana gəlməsinə əsas verdi. Bu hər şeydən əvvəl keçmiş və müasir iqtisadi təfəkkürlər arasında qarşılıqlı əlaqə və asılılıqların mövcudluğundan irəli gəlir. Çünki hər bir nəslin yaşadığı dövrdən asılı olaraq özünə məxsus iqtisadi fikirləri əmələ gəlir. Lakin bu fikirlər təcrid olunmuş şəkildə deyil, özündən əvvəlki nəslin mütərəqqi iqtisadi fikirlərinə əsaslanır. Öz növbəsində də bu gələcək nəsillərdə yeni iqtisadi fikirlərin meydana gəlməsinə imkan yaradır. Məhz bu da real elmi tərəqqiyə təkan verməklə, müvafiq təlim formasını almış olur. İqtisadi təlimlər tarixi, iqtisadi nəzəriyyənin tarixi kimi bilavasitə onun əsas prinsiplərinin formalaşmasının nəzəri və metodoloji əsaslarını öyrənir.

  • Sərvətin əldə olunması, maddi nemətlərin artırılması yollarının müəyyən edilməsi;
  • İnsanların tarixi inkişafın ayrı-ayrı mərhələlərində tələbatlarının ödənilməsi ilə bağlı müxtəlif davranış qaydalarına əməl etməsi;
  • Sərvət və nemətlərin əldə olunmasına, bölgüsünə və istifadəsinə görə, seçim imkanının əldə olunmasına görə təsərrüfat formalarının yaradılması;
  • İnsanların bütövlükdə mənafeyini təmin edən və qoruyan iqtisadi sistemin yaradılması və idarə olunması;

Ümumiləşmiş şəkildə bu prinsiplərin həyata keçirilməsi ilə bağlı irəli gələn elmi-nəzəri müddəaların və iqtisadi qanunauyğunluqların hər bir iqtisadi sistemin tələbatına uyğun öyrənilməsi və onun tətbiqinin mahiyyətinin şərh olunması tə-limlər tarixinin əsas məqsədlərindəndir.

"İqtisadi təlimlər tarixi"ndə irəli sürülən hər bir nəzəriyyə özünəməxsus xüsusiyyətləri ilə qiymətlidir. Çünki onların hər biri konkret tarixi dövrün reallıqlarından irəli gələn iqtisadi proseslərə əsaslanır. İqtisadi təlimlər tarixinin mərhələlər üzrə öyrənilməsi və uyğun nəzəriyyələrin meydana gəlməsi qanunauyğunluqlarının müəyyənləşdirilməsi ayrı-ayrı ölkələrin milli iqtisadiyyatlarının formalaşması prosesindəki rolun mahiyyətinin üzə çıxarılmasına imkan verir. Eyni zamanda dünya iqtisadiyyatında gedən böyük transformasiyaların baş verməsinin zəruriliyinin şərh olunmasına imkan yaradır. Təkcə onu demək kifayətdir ki, XV–XVII əsrlərdə dünyada mövcud olan sərt inzibati-amirlik, ənənəvi iqtisadi sistemlərinə alternativ olan bazar iqtisadi siste-minin meydana gəlməsinin nəzəri və metodoloji prinsiplərini məhz "İqtisadi təlimlər tarixi" ilə və ya iqtisadi nəzəriyyənin tarixi vasitəsi ilə öyrənmək mümkün olmuşdur.

Kapitalizmin meydana gəlməsi ilə ona uyğun iqtisadi nəzəriyyələrin meydana gəlməsi, onun bazar təsərrüfatının əsasına çevrilməsi ideyalarının əmələ gəlməsi və inkişaf etdirilməsi bəşəriyyət həyatında mütərəqqi rol oynamaqla yeni bir iqtisadi sistem kimi formalaşmasına təkan verdi. Yekun olaraq bazar təsərrüfatının dövlət tərəfindən himayədarlıq yolu ilə tənzim olunması, sonra onun özü-özünü tənzimləməsi ideyasına əsaslanan sərbəst tipinin meydana gəlməsinə səbəb olmaqla, onun bir iqtisadi sistem formasına çevrilməsinə imkan verdi. Beləliklə, bazar iqtisadiyyatının sosial tənzimlənən tipləri, milli modelləri haqqında elmi mübahisələr, nəzəri ideyalar irəli sürülür.

Ona görə də tarixi-məntiqi metod, vaxt amilinin rolunun nəzərə alınması ilə iqtisadi inkişafın bəşəri sivilizasiyanın əsasında durması prinsipinin əsas götürülməsinə təkan verdi. "İqtisadi təlimlər tarixi" bilavasitə iqtisadi nəzəriyyənin metodoloji prinsiplərinə əsaslandığından onun əsas funksiyası da bu əsasdan formalaşır. Ona görə də iqtisadi təlimlər tarixinin əsas funksiyası iqtisadi nəzəriyyənin əsas prinsiplərinin tarixi inkişafın mərhələləri üzrə öyrənilməsindən ibarətdir. Bu əsasdan da "İqtisadi təlimlər tarixi"nin bəşəriyyətin tarixi inkişaf mərhələlərinə uyğun öyrənilməsinə cəhd edilmişdir. Bu baxımdan iqtisadi təlimlər tarixi başlıca olaraq aşağıdakı mər-hələlər üzrə öyrənilmişdir:

  1. Qədim dövrün iqtisadi təlimi;
  2. Orta dövrdə Şərqdə və Orta Avropada iqtisadi təlimlər;
  3. Bazar sisteminin qərarlaşması dövründə iqtisadi təlim;
  4. Müxtəlif iqtisadi inkişaf modelləri şəraitində iqtisadi təlim;
  5. Müasir və ya yüksək sənayeləşmiş dövrün iqtisadi təlimi.

İqtisadi təlimlər tarixi ilə əlaqədar bəzi xarici ədəbiyyatlarda isə iqtisadi fikrin inkişafının üç mərhələ üzrə öyrənilməsi tövsiyə edilir. Bunlara: 1) bazar iqtisadiyyatı mərhələsinə qədərki iqtisadi təlimlər; 2) tənzimlənməyən bazar iqtisadiyyatı mərhələsindəki iqtisadi təlimlər; 3) tənzimlənən (sosial yönümlü) bazar iqtisadiyyatı mərhələsinin iqtisadi təlimi.

İqtisadi təlimlər tarixinin strukturu

[redaktə | mənbəni redaktə et]

İqtisadi təlimlər tarixi kursu, tarixi inkişafın ayrı-ayrı mərhələlərində iqtisadi ideyaların, görüşlərin, baxışların, fikirlərin ümumi dinamikasını öyrəndiyinə görə onun öyrənilməsi strukturu da bu istiqamətdə formalaşdırılmışdır. Burada əsasən iki başlıca prinsipə müraciət edilmişdir. Birincisi, şərh edilən mövzular tarixi inkişafın mərhələlərinə, ikincisi iqtisadi inkişafın modellərinə uyğun izah edilmişdir.

Qədim dövrün iqtisadi fikrinin izahı Qədim Şərqdə, Misirdə və Babilistanda iqtisadi fikirlərin əsasında şərh edilir. Bu dövr üçün xarakterik olan qul əməyindən istifadə və onunla əlaqədar meydana gələn iqtisadi fikirlər izah edilərək onun e.ə. IV minilliyində Şərqdə kəsb olunan xüsusiyyətləri qeyd edilir. Eyni zamanda Qədim Yunanıstanda və Qədim Romada eranın I minilliyindən başlayaraq eranın IV əsrinə qədər qul əməyinin cəmiyyətin inkişafında əsas məhsuldar qüvvə rolunu oynaması ideyası göstərilmişdir. Qədim dövrdə Çində formalaşan "Təbii hüquq" fəlsəfəsi, konfutsiyaçılıq, "Quan-tsızı" traktının mahiyyəti və onların təkamülü göstərilir. Xüsusən mülkiyyət, sərvət, əmək və gəlir haqqında olan təsəvvürlər, ek-vivalent mübadilə, ticarətin və təsərrüfat həyatının dövlət tənzimlənməsi ideyası qeyd olunur. Qədim Hindistanda "Artxaşastır" iqtisadi təlimində dəyər, bazar qiyməti, mənfəət, xarici ticarət, idarəetmə və dövlət gəlirləri haqqında mövcud olan ideyalar izah olunur.

Antik dünyada iqtisadi fikrin yaranması ilə Qədim YunanıstanQədim Romada iqtisadi fikir şərh edilir. Qədim Yunanıstanda Ksenofontun, Platonun və Aristotelin əmtəə, ictimai əmək bölgüsü, sərvət, pul, onun mənşəyi və funksiyaları haqqında ideyalar göstərilir. Qədim Romada iqtisadi fikrin formalaşmasında Kottonun, Qrakxilinin, Varronun, Kottonun, Kolumellanın dəyər, mənfəət, qiymət, təsərrüfatın təşkili, aqrar islahatlarla bağlı fikirləri böyük rol oynamışdır. İlk dəfə olaraq Şərqdə iqtisadi fikrin formalaşmasına İslamın təsiri ətraflı şəkildə şərh edilmiş, İslamın iqtisadi fikrinin təşəkkülündə və inkişafında Qurani-KərimMəhəmməd sünnəsinin oynadığı rol qeyd edilmişdir. İslamda iqtisadi azadlıq, izah edilmişdir.

Orta dövrün iqtisadi təlimi əsasən iki istiqamətdə öyrənilmiş, bərabərlik, ədalətlilik, xüsusi mülkiyyət, vergi, ticarət, maliyyə və kredit məsələləri, eyni zamanda ibn Xəldunun iqtisadi görüşlərinin mahiyyəti şərh edilmişdir. Həmçinin orta dövrdə Azərbaycanda iqtisadi fikrin formalaşmasında Nizami Gəncəvinin və N.Tusinin iqtisadi baxışları izah edilmişdir.

Orta dövr üçün xüsusən XIV əsrdən başlayaraq Qərbi Avropada iqtisadi ideyaların meydana gəlməsi və formalaşması prosesi izah edilir. Burada F.Akvinskinin dövlət, siniflər və ədalətli qiymət haqqındakı baxışları şərh olunur. Merkantilizmin yaranmasının sosial-iqtisadi ilkin şərtləri, onun mahiyyəti, əmək, sərvət və mənfəət haqqında olan ideyalar izah olunur. Merkantilizmin inkişafında monetar və "ticarət balansı" nəzəriyyəsinin mahiyyəti və ayrı-ayrı ölkələrdə malik olduğu xüsusiyyətlər qeyd olunur. Klassik iqtisadi məktəbin meydana gəlməsi və onun U.Petti və P.Buagilberin əmək-dəyər nəzəriyyəsi, əmək haqqı, renta, faiz, torpağın qiyməti, rəqabət, "optimal qiymət", sosial-iqtisadi islahatlar haqqında mövcud olan ideyaları şərh edilmişdir. Eyni zamanda bu dövrlərdə fiziokratizmin meydana gəlməsi F.Kenenin iqtisadi ideyaları, xüsusən onun "təbii cəmiyyət" konsepsiyası, "xalis məhsul", "məhsuldar əmək", "sinif", "kapital" haqqındakı təlimi, eləcə də ilkin makroiqtisadi təhlilin əsasında duran "İqtisadi cədvəl"in, gəlirlər və kapital haqqındakı nəzəriyyələrinin mahiyyəti şərh edilir. Bazar iqtisadi sisteminin qərarlaşmasında A.Smitin və D.Rikardonun iqtisadi təlimlərinin müstəsna rolu nəzərə alınaraq, onların elmi sistemlərinin mahiyyəti izah edilir. Onların tədqiqatlarının predmeti və metodunun xarakteri şərh olunur. Burada əsas diqqət A.Smitin "görünməz əl" prinsipinə, əmək bölgüsü, dəyər, siniflər, gəlirlər və kapital haqqındakı nəzəriyyələrin mahiyyətinə verilir.

Eyni zamanda Rikardonun bölgü, gəlirlər, əmək haqqı, mənfəət, renta və müqayisəli üstünlüklər nəzəriyyəsinin mahiyyəti qeyd olunur. Bazar sisteminin qərarlaşması ilə əlaqədar olaraq klassik iqtisadi məktəbin davamçıları və tənqidçiləri olan S.Sismondinin, P.Prudonun, C.Milin, T.Maltusun, J.Seyin, F.Bastiyanın, C.Kerrinin və S.Milin iqtisadi nəzəriyyələri, ideyaları və metodologiyaları şərh edilmişdir.

Müxtəlif iqtisadi inkişaf modellərinin qərarlaşması ilə bağlı irəli sürülən iqtisadi ideyalar arasında K.Marksın iqtisadi təlimini, alman tarixi məktəblərini, marjinalizm və neoklassik istiqamətləri xüsusi qeyd etmək olar. Burada Marksın izafi dəyər nəzəriyyəsini, onun təkrar istehsal, reallaşma, qeyri-müvazinətlı inkişaf nəzəriyyələrini qeyd etmək olar. Alman tarixi məktəbləri vasitəsilə siyasi iqtisadın yaranması, F.Listin "milli iqtisadi sistem", məhsuldar qüvvələr, proteksionizm, tica-rət azadlığı nəzəriyyələrinin mahiyyəti şərh edilir. Burada həmçinin ilkin alman tarixi məktəbinin yaradıcıları olan V.Roşerin, K.Knisin və Y.Hildebrandın metodoloji prinsipləri şərh edilir. Yeni alman tarixi məktəbi və onun metodologiyasının yaradıcıları olan Q.Şmollerin, L.Brentanonun və K.Bryuxerin tədqiqat və baxışları izah olunur.

Marjinalizmin yaranması, onun metodoloji prinsiplərinin öyrənilməsi, faydalılıq nəzəriyyəsinin mahiyyəti bu bölmədə işıqlandırılır. Eləcə də "Avstriya məktəbi"nin görkəmli nümayəndələri K.Mengerin, Y.Bembavrekin və F.Vizerin iqtisadi təh-lillərinin metodoloji xüsusiyyətləri, obyektiv və subyektiv qiymət nəzəriyyələri "İstehsal xərcləri həddi" nəzəriyyəsi və mənfəət konsepsiyası araşdırılır. A.Marşallın Kembric məktəbinin yaradıcısı kimi iqtisadi tədqiqatının predmeti və metodu izah olunur. Onun tələb, təklif və qiymət nəzəriyyəsi, tələbin elastikliyi və tədrici müvazinət nəzəriyyəsi, inhisar konsepsiyası, əmək haqqı və mənfəət nəzəriyyəsi izah olunur. Neoklassik istiqamətin Amerikan məktəbinin yaradıcısı C.Klarkın elmi tədqiqatının predmeti və metodu, statik və dinamik inkişaf konsepsiyası, son məhsuldarlıq həddi nəzəriyyəsi, istehsal amillərinin xüsusi məhsuldarlığı, əmək haqqı, faiz və sahibkarlıq mənfəəti nəzəriyyəsi izah edilir.

Dərsliyin sonuncu müasir iqtisadi nəzəriyyələr bölməsində Keynisin iqtisadi təlimi, neoliberalizmin və monetarizmin mahiyyəti, onların metodoloji və nəzəri əsasları, eləcə də sənayecə inkişaf etmiş ölkələrdə bu nəzəriyyələrin mahiyyəti araşdırılır. Burada Keynisin səmərəli tələb prinsipi, makroiqtisadi tənzimlənmə nəzəriyyəsinin, ümumi psixoloji qanununun mahiyyəti şərh edilir. Neoklassik ideyaların dirçəldilməsinin səbəbləri şərh olunmaqla neoliberalizmin metodoloji və nəzəri əsasları A.Mizesin və F.Xayekin iqtisadi nəzəriyyələri ilə şərh olunur. Avropanın ayrı-ayrı inkişaf etmiş ölkələrində neoliberalizmin mahiyyəti açıqlanmaqla Almaniyada neoliberalizm cərəyanı V.Oykenin "Sosial bazar təsərrüfatı" və L.Erxardın "Formalaşmış cəmiyyət" konsepsiyalarının mahiyyəti izah olunur. Monetarist nəzəriyyənin mahiyyəti M.Fridmanın baxışları vasitəsilə izah olunur. İqtisadi aktivliyin baş verməsində dövriyyədəki pulun həcmi barəsində mövcud olan konsepsiyanın mahiyyəti izah olunur. Bu əsasdan da monetar iqtisadi siya-sətin müasir iqtisadi inkişafındakı rolu qeyd olunur.

İnstitusional-sosioloji istiqamətlə aparılan təhlilin metodologiyası və predmetinin xüsusiyyətləri şərh olunur. Amerikan institusionalizminin mahiyyəti və əsas istiqamətləri T.Veblenin "Sosioloji-psixoloji texnokrat təlimi", C.Kommonsun "Sosioloji hüquqi", U.Mitçellin "Konyuktur statistik" təlimləri əsasında şərh edilir. Bundan əlavə Y.Şumpeterin "Səmərəli rəqabət", E.Çemberlinin "İnhisarçı rəqabət", C.Robbinsonun "Natamam rəqabət", U.Rostounun "İqtisadi artım mərhələləri", C.Helbreytin "Müvazinətlı qüvvələr" nəzəriyyələrinin mahiyyəti aşkarlanır. Bundan əlavə bu bölmədə "Təklif iqtisadiyyatı", "Səmərəli gözləmə", "Yeni konservatizm", "Neoklassik sintez" nəzəriyyələrinə dair iqtisadi baxışlar şərh olunur. Müasir şəraitdə beynəlxalq əmək bölgüsünə dair nəzəriyyələrin mahiyyəti, onların inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf edən ölkələr üçün daşıdığı əhəmiyyət şərh edilir. Bu əsasdan da dünyada mövcud olan qeyri-bərabər inkişafın mənbəyi, amilləri və səbəbləri aşkarlanır.

Dünya iqtisadiyyatında baş verən mütərəqqi irəliləyişlər, eləcə də irəli sürülmüş bir sıra elmi mülahizələrin məqsədyönlü istifadəsinin konkret olaraq keçid iqtisadiyyatı dövrünü yaşayan Azərbaycan reallıqları üçün daşıdığı əhəmiyyət də dərsliyin sonuncu bölməsində aşkarlanır.