Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Melodik death metal
Melodik det metal ("Melodet" və "MDM" olaraq da adlanır) — det metal janrının melodik xüsusiyyətindən yaranmış musiqi janrı. Melodik det metal sürətli və ağır "metal" janrıdır. Digər janrlardan fərqli olaraq bu janrın ifası zamanı sərt rifli gitaradan və sərt barabandan istifadə olunur. Bu janrın dünyada ən məşhur nümayəndələri Kalmah, Amon Amarth, Insomnium və In Flames, ən məşhur qrupları isə Skandinaviya yarımadasından olan qruplardır. At The Gates-in (Slaughter of the Soul), In Flames-in (The Jester Race) və Dark Tranquillity-nin (The Gallery) albomları melodik det metalın ən önəmli və böyük albomlarından hesab edilir. Melodik det metal janrının modern ("modern melodik det metal") tərzi İsveç musiqi qrupları In Flames və Soilwork tərəfindən yaradılmışdır. Azərbaycanda melodik det metalın nümayəndəsi Death Is Just The Beginning qrupu, modern melodik det metalın təmsilçisi isə Silence Lies Fear qrupudur.
Melodik det metal
Melodik det metal ("Melodet" və "MDM" olaraq da adlanır) — det metal janrının melodik xüsusiyyətindən yaranmış musiqi janrı. Melodik det metal sürətli və ağır "metal" janrıdır. Digər janrlardan fərqli olaraq bu janrın ifası zamanı sərt rifli gitaradan və sərt barabandan istifadə olunur. Bu janrın dünyada ən məşhur nümayəndələri Kalmah, Amon Amarth, Insomnium və In Flames, ən məşhur qrupları isə Skandinaviya yarımadasından olan qruplardır. At The Gates-in (Slaughter of the Soul), In Flames-in (The Jester Race) və Dark Tranquillity-nin (The Gallery) albomları melodik det metalın ən önəmli və böyük albomlarından hesab edilir. Melodik det metal janrının modern ("modern melodik det metal") tərzi İsveç musiqi qrupları In Flames və Soilwork tərəfindən yaradılmışdır. Azərbaycanda melodik det metalın nümayəndəsi Death Is Just The Beginning qrupu, modern melodik det metalın təmsilçisi isə Silence Lies Fear qrupudur.
Elodie Marion Rafazi
Melovin
Konstantin Nikolayeviç Boçarov (ukr. Костянти́н Микола́йович Бочаро́в, rus. Константи́н Никола́евич Бочаро́в; d. 11 aprel 1997, Odessa, Ukrayna) və ya səhnə adı ilə Melovin — Ukrayna müğənnisi və bəstəkarı. O, Ukraynada X Factor musiqi yarışmasındakı qalibiyyəti ilə şöhrət qazanmışdır. Melovin "Under the Ladder" mahnısı ilə Ukraynanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Kostyantın Mıkolayovıç Boçarov 11 aprel 1997-ci ildə Ukraynanın Odessa şəhərində, Nikolay Boçarov və Valentina Boçarovanın ailəsində anadan olmuşdur. Uşaq yaşlarından musiqi ilə maraqlanan Boçarov ilkin olaraq təhsil aldığı məktəbdə keçirilən konsert proqramlarında çıxış etmişdir. O, daha musiqi məktəbinə daxil olmuş, lakin orada təhsilini başa çatdıra bilməmişdir. Ardıcıl olaraq, teatr məktəbinə daxil olmuş və orada təhsilini uğurla yekunlaşdırmışdır.
Melody
Gabriella Abreu Severino (4 yanvar 2006, San Paulo) və ya bilinən səhnə adı ilə Melody Braziliyalı müğənni. Melody 2015-ci ilin əvvəlində atası MC Belinho tərəfindən yazılmış "Fale de Mim" mahnısını oxuyan videonu öz Facebook səhifəsində yerləşdirdikdən sonra ölkədə şöhrət qazandı. Növbəti videoda o, Kristina Aqileranın[8] falsettosunu təkrarlamağa çalışdı ki, bu da viral oldu. Tezliklə o, bu dəfə atasının dostu Deborah Moreira ilə falsetto ifa edən başqa bir video çəkdi. Melody internetdə ən nüfuzlu braziliyalı uşaqlardan biri hesab olunur.
Armando Merodio
Armando Merodio Peskuera (isp. Armando Merodio Pesquera; 23 avqust 1935, Barselona – 21 iyun 2018, Bilbao, Basklar ölkəsi) ― hücumçu mövqeyində oynamış İspaniya futbolçusu. == Futbolçu karyerası == Kataloniyanın Barselona şəhərində anadan olan Merodionun atası pelota oyunçusu idi. O, 3 yaşındaykən ailəsi ilə Basklar ölkəsinə köçdü. Peşəkar karyerasına "Barakaldo" klubunda başlasa da, tezliklə "Atletik Bilbao" ilə müqavilə bağladı. 11 mart 1956-cı ildə Merodio ev meydanında 2–1 qələbə hesabı ilə bitən "Atletiko Madrid" klubuna qarşı oyunda La Liqa debütunu etdi və qol vurdu. Mövsüm ərzində o, daha iki dəfə meydana çıxdı və klubu liqa və ölkə kubokunun çempionu oldu; 16 yanvar 1957-ci ildə Çempionlar Kubokunun 1/4 finalında "Mançester Yunayted"ə qarşı keçirilən və 5–3 məğlubiyyət hesabı ilə bitən oyununda o, fərqlənməyə bacardı, iki oyunun nəticəsində ümumi hesab ingilislərin xeyrinə 5–6 oldu. İspaniya çempionatının 1958–59 mövsümündə o, ard-arda dörd oyuna 11 qol vurdu ("Atletik" oyunlarda 9–0, 9–0, 8–1 və 7–0 hesabları ilə qalib gəlmişdir). Bilbao klubunda 104 oyuna 39 qol vuran Merodio 1963-cü ildə həmçinin yüksək divizyonda çıxış edən "Real Mursiya"ya transfer olundu və burada iki mövsüm keçirərək sonuncuda aşağı liqaya düşdü. "Rekreativo" və "İndauçu" klublarında aşağı divizyonda 2 il keçirəndən sonra Merodio karyerasını 1967-ci ildə demək olar ki 32 yaşında bitirdi.
Valeri Meladze
Valeri Şotayeviç Meladze (əsl adı: Valeri Şotayeviç Meladze; 23 iyun 1965, Batumi, Acar, Gürcüstan) — sovet və Rusiyada gürcü pop-müğənnəsi, prodüser və aparıcıdır. Rusiya Federasiyasının (2006), Çeçenistanın xalq artistidir (2008). Krasnaqorsk şəhərinin Ümumi platasının üzvüdür. Rusiyanın üçdəfə "Ovation" mükafatı, "İlin mahnısı", "Qızıl Qrammafon" mükafatlarının birincisi, yeddi dəfə "Muz-TV" mükafatı, dörd dəfə RU.TV.Steen-nin qalibi olmuşdur. Batumidə 1965-ci ilin 23 iyun 1965-ci ildə anadan olmuşdur. Valideynləri Şota və Nelli Meladze mühəndisdilər. Ümumiyyətlə onun ailəsinin, yaxınlarının musiqi təhsili yoxdur: nənə, baba, ata və ana hamısı mühəndis idilər. Onun bir qardaşı və bir bacısı var. Qardaşı 1963-cü ildə olmuş, adı Konstantin, bacısı isə 1968-ci ildə anadan olmuş və adı Lianadır. Valeri qardaşına nisbətən çox tez-tez xəstələnən uşaq olub.
Corca Meloni
Giorgia Meloni (it. Giorgia Meloni; 15 yanvar 1977, Roma, İtaliya) 22 oktyabr 2022-ci ildən İtaliyanın baş naziri vəzifəsini icra edən italyan siyasətçi və bu vəzifədə olmuş ilk qadındır. 2006-cı ildən Deputatlar Palatasının üzvü, 2014-cü ildən İtaliyanın Qardaşları (Fdl) siyasi partiyasının başçısı və 2020-ci ildən Avropa Mühafizəkarlar və İslahatçılar Pariyasının prezidentidir.
Melody Gardot
Melody Gardot (2 fevral 1985, Nyu Cersi) — Qremmi mükafatçısı, yazıçı, bəstəkar. Melodi Qardot 2 fevral 1985-ci ildə doğulmuşdur. Ona blyuz və caz musiqisində Cudi Qarland Cenis Coplin Mayls Deyvis Dyuk Ellinqton Stan Qetz və Corc Göşvinin böyük təsiri olmuşdur. Onu həm də Nina Simyone ilə müqayisə edirlər. Qardot buddizmi öyrənir. O həm də özünü dünya vətəndaşı adlandırır. 2003cü ildə Filadelfiyada ağır yol qəzası keçirmişdir. Belə ki o işıqforun qırmızı işığına məhəl qoymamış və ağır qəza nəticəsində başından onurğa sütunundan ciddi xəsarət almış çanağının iki yerdən qırmışdır. Qəza onun həm də yaddaşının bir müddətinə pozulmasına da səbəb olmuşdur. Müalicədən sonra o yenidən musiqi karyerasına davam etmiş və 5 musiqidən ibarət Some Lessons: The Bedroom Sessions adlı EP albomunu öz prodüerliyi ilə buraxmışdır.
Metodi Kostov
Metodi Kostov (Bolqarca: Методи Костов; 4 Aprel 1990-cı ildə anadan olub) — Hücumçu kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusudur. Kostov 2016-cı ildən Vereya klubunda çıxış etməyə başlamışdır. O, komandası ilə öz peşəkar karyerasında debütünü 30 iyul 2016-cı ildə Dunav Ruse komandasına qarşı oyunda etmişdir. Kostov 2017-ci ilin yanvar ayında klubdan ayrılmışdır. Kostov 18 yanvar 2017-ci ildə Litex Lovex klubu ilə müqavilə imzalamışdır.
Molodi müharibəsi
Molodi müharibəsi — (Rus dilində: Молодинская битва) 1572-ci ilin iyul-avqust aylarında olmuşdur. Bu müharibə, İvan Qroznının ən əhəmiyyətli döyüşlərindən biridir. Öz ordusundan iki dəfə böyük bir orduya qalib gəlmişdir. İvan Qroznı Moskva şəhərinin 40 mil yaxınlığında Krım xanı I Dövlət Gəray xana qarşı vuruşmuşdur. Rusiya çarlığının Livoniya müharibəsini aparmasını fürsət bilən Dövlət Gəray, bir illik fasilədən sonra Moskvaya yenidən hücuma keçdi. Osmanlı tərəfindən artilleriya və yeniçəri qüvvələri ilə dəstəklənərək, 3 kəşfiyyat dəstəsi göndərdi. Sonra da (26 iyulda) Oka çayının qarşı sahilinə keçdi. Amma çayın o biri tərəfində Rus ordusunun yerləşdiyini bilmirdi (həmin dövrdə Rusiya Livoniya müharibəsində müvəqqəti atəşkəs imzalamışdı). Rus ordusu 23 min əsgərdən ibarət bir gücə malik idi. Baş komandaları Knyaz Mixail Vorotynsky idi.
Tomas Melori
Ser Tomas Melori və ya Malori (o.ing. Sir Thomas Malory; təq. 1405, Vorvikşir qraflığı – 14 mart 1471) — İngiltərə yazıçısı, "Kral Artur və Dəyirmi Masanın cəsur cəngavərləri" kitabının müəllifi. Bu, Kral Artur və Dəyirmi Masa cəngavərləri haqqında səkkiz romandan ibarətdir və Artur əfsanəsinin hərtərəfli xülasəsidir. 1485-ci ildə ingilis pioneri Vilyam Kekston Melorinin yazılarını "Arturun ölümü" (fr. Le Morte d'Arthur) nəşrində birləşdirmişdir. Melori XV əsrin əvvəllərində Vorvikşirdə zadəgan ailəsində anadan olmuşdur. Onun həyatı haqqında çox az şey məlumdur. O, bir cəngavər kimi, Vorvik qrafının tərəfində Qızılgüllər müharibəsində iştirak etmiş, 1444 və ya 1445-ci illərdə İngiltərə Parlamentində qraflığını təmsil etmişdir. Bekingem hersoqu tərəfdarlarının mülklərinə hücum etdiyinə və evli qadınlara qarşı təkrar zorakılığa görə o, Makstok qalasında həbs edilmiş və oradan su ilə bir xəndəkdən keçərək qaçmışdır.
Kiril və Mefodi
Kiril və Mefodi (yun. Κύριλλος και Μεθόδιος) — IX əsrdə Saloniki şəhərində doğulmuş Bizanslı yunan qardaşlar. Moraviya və Panoya ərazilərində Xristianlığın yayılması üçün misyonerlik fəaliyyəti ilə məşğul olmuşdular. Qardaşların misyonerlik fəaliyyəti nəticəsində Slavyan xalqlarının mədəni və dini inanclarında bəzi yeniliklər baş vermiş və bunu nəticəsində Kiril və Mefodi qardaşlarına Slavyanların Öndərləri fərxi adı verilmişdir. Qardaşlar Qlaqolitik əlifbasının daha da genişləndirmiş və həmin əlifbadan Qədim Slav dilinin yazılması üçün istifadə etmişdilər. Bu əlifba Slav dilinin yazılması üçün hazırlanmış ilk əlifba idi. Kiril əlifbası bu əlifbanın əsasında hazırlanmışdır və bu gün də slavyan xalqları arasında geniş şəkildə istifadə edilir. Kiril əlifbası da iki qardaşdan birinin, yəni Kirilin şərəfinə adlandırılmışdır. Kiril və Mefodinin ölümündən sonra, onların dini və elmi fəaliyyətlərini şagirdləri davam etdirmişdilər. Şərq Pravoslav Kilsəsi Kiril və Mefodini On iki həvariyə bərabər tutmuş və onları əbədi müqəddəs adlandırmışdır.
«Kurikulum» elmi-metodik jurnalı
"Kurikulum" elmi-metodik jurnalı — Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuş mətbu orqanı. "Kurikulum" elmi-metodik jumalı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuşdur. Jurnalın təsis olunması yeni kurikulum sənədlərinin məzmunu və mahiyyəti, onlarla işin xüsusiyyətlərinin müəllimlərə, metodistlərə, məktəb rəhbərlərinə, təhsil orqanlarının əməkdaşlarına ətraflı izah olunması, onların bu prosesə elmi-metodik və psixoloji hazırlığının təmin edilməsi ilə bağlıdır. Eyni zamanda təhsil işçilərinə elmi-metodik köməyi gücləndirmək, gələcəkdə kurikulumların təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı elmi-tədqiqat işlərinin nəticələrini işıqlandırmaq, ölkəmizdə və xaricdəki qabaqcıl təcrübə nümunələrinin yayılmasını təmin etmək də bu jurnalın ümdə vəzifəsidir. Jurnalın redaksiya heyətinə görkəmli alimlər, tanınmış təhsil mütəxəssisləri, kurikulum sahəsində böyük təcrübəyə malik xarici ölkə mütəxəssisləri daxildir. 2008-ci ilin yanvar ayında jurnalın ilk nömrəsi çapdan çıxmışdır. Jurnal ildə 4 dəfə, 154 səhifə həcmində çap olunur. Jurnalda yeni kurikulumların tətbiqi sahəsində qabaqcıl iş təcrübələrinə, təhsilin məzmunu, təlim texnologiyaları və şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuş yazılar, tərcümə materialları, fənn kurikulumları əsasında müasir dərslik və dərs vəsaitlərinin tərtibi texnologiyaları, qabaqcıl məktəb rəhbərləri və müəllimlərin iş təcrübələri, inkişaf etmiş ölkələrin mövcud ümumi təhsil modelləri, təlim üsulları, təhsildə IKT-nin tətbiqi ilə bağlı təbliğat, maarifləndirmə və tədqiqat xarakterli məqalələr dərc olunur. Bunlarla yanaşı, jurnal müəllim və şagirdlər üçün müxtəlif vəsaitlər, o cümlədən metodik vəsaitlər və didaktik materiallar işləyib hazırlayır, müvafiq təhsil resurslarının yaradılması işində fəal iştirak edir. Jurnal ilk nömrəsindən başlayaraq müəllimlər arasında geniş populyarlıq qazanmış, onların yaxın köməkçisinə çevrilmişdir, aktual və maraqlı elmi-metodik məqalələr, müəllimlərin təlim fəaliyyətinə aid rəngarəng praktik materiallar çap etməklə ölkə müəllimlərinin böyük bir hissəsini vahid auditoriyaya toplayır, onların islahatın tələbləri əsasında yenidən hazırlanması işində böyük xidmət göstərir.
Azərbaycanın melodiya və ritmləri (film)
Azərbaycanın melodiya və ritmləri sənədli filmi "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın melodiya və ritm zənginliyindən, kökləri əsrlərin dərinliklərinə gedib çıxan Azərbaycan musiqisindən bəhs edir. == Məzmun == Film Azərbaycanın melodiya və ritm zənginliyindən, kökləri əsrlərin dərinliklərinə gedib çıxan Azərbaycan musiqisindən bəhs edir. Filmdə Polad Bülbüloğlunun, tarzən Həmid Vəkilovun, kamança ustası Habil Əliyevin ifaları da yer almışdır.
Müqəddəs Kiril və Mefodi Cəmiyyəti
Müqəddəs Kiril və Methodius Cəmiyyəti (; y.sorb Towarstwo swj. Cyrila a Metoda) — ən çox üzvü olan Sorb birliklərindən biridir və Bautzendə yerləşir. Cəmiyyətin məqsədi sorb xalqı arasında xristianlığı yaymaq, onların maraqlarını katolik kilsəsində təmsil etmək və sorb mədəniyyətinin inkişafına kömək etməkdir. Təşkilat "Domovina" ictimai və mədəni təşkilatının bir hissəsidir. Cəmiyyət 1862-ci il dekabrın 13-də Sorb yazıçısı Mixal Qornik və keşiş Yakub Herman tərəfindən müqəddəslər Kiril və Methodiusun Böyük Moraviyaya gəlişinin 1000 illiyi şərəfinə yaradılmışdır. Əvvəlcə "Katolik Sorblar Assosiasiyası" adlanırdı. Katolik Sorblar Assosiasiyasının əsas məqsədi sorb dillərində kitabların nəşri idi. 1863-cü ilin yanvarında Katolik Sorblar Assosiasiyası katolik qəzeti olan Katolski Posol nəşr etməyə başladı. Bundan əlavə, dərnək dini məzmunlu dua kitabları və müxtəlif fərdi yazılar, həmçinin Krajan kitab təqvimi nəşr edib. Kiril və Methodius Cəmiyyətinə Bautzendəki Müqəddəs Pyotr kilsəsində xidmət edən katolik keşişlər rəhbərlik etdiyi üçün təşkilat Kayzer Almaniyasına qarşı çıxan mühafizəkar siyasi baxışlara sadiq qalır.
Müqəddəs Kiril və Mefodiy kilsəsi (Gəncə)
Müqəddəs Kiril və Mefodi kilsəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Bu rus pravoslav kilsəsi Gəncəçayın sağ sahilində, keçmiş Yelizavetpol kişi gimnaziyasının nəzdində yerləşirdi. Bu kilsə ilk olaraq 18 sentyabr 1885-ci ildə gimnaziyanın böyük zallarından birində gimnaziya direktoru İlya Staritskinin razılığı ilə açılır. Kilsənin abadlaşdırılması üçün bütün lazımlı xərclər gimnaziyanın fəxri himayədarı Ağasəid Hüseyn Ağaməhəmməd oğlu tərəfindən qarşılanır. Zamanla gimnaziyada oxuyan pravoslav tələbə sayının artması daha böyük kilsənin inşaatına zərurət yaradır ki, nəticədə İ. Staritskinn təşəbbüsü ilə gimnaziyanın yaxınlığındaki ayrı korpusda yeni kilsənin tikintisi başlanır. 20 dekabr 1902-ci ildə təntənəli mərasimlə kilsə gürcü ekzarxı Aleksiy tərəfindən Müqəddəs qardaşlar Kiril və Mefodi adına təqdis edilib istifadəyə verilir. Klassik gimnaziyanın şəxsi vəsaiti ilə tikilmiş yeni kilsəyə, gimnaziyanın tələbələri üçün ayrılmış hissə xaricində rahat 500 nəfər yerləşirdi. Yəni kilsədən həmçinin yerli əhali də istifadə edirdi. 1920-ci ildə gimnaziyanın bağlanmasından sonra kilsənin aqibəti məlum deyil. Tarixi mənbələrdə Gəncədə Zaxariya və Yelisaveta (keçmiş "Xan məscidi"), Müqəddəs Aleksandr Nevski və Müqəddəs Nikolay adına rus pravoslav kilsələrinin olduğu qeyd edilsə də, Kiril və Mefodi qardaşlarının adına rus pravoslav kilsəsi rəsmi olaraq kilsə kimi qeyd edilmir.
Müqəddəs Kiril və Mefodi kilsəsi (Gəncə)
Müqəddəs Kiril və Mefodi kilsəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Bu rus pravoslav kilsəsi Gəncəçayın sağ sahilində, keçmiş Yelizavetpol kişi gimnaziyasının nəzdində yerləşirdi. Bu kilsə ilk olaraq 18 sentyabr 1885-ci ildə gimnaziyanın böyük zallarından birində gimnaziya direktoru İlya Staritskinin razılığı ilə açılır. Kilsənin abadlaşdırılması üçün bütün lazımlı xərclər gimnaziyanın fəxri himayədarı Ağasəid Hüseyn Ağaməhəmməd oğlu tərəfindən qarşılanır. Zamanla gimnaziyada oxuyan pravoslav tələbə sayının artması daha böyük kilsənin inşaatına zərurət yaradır ki, nəticədə İ. Staritskinn təşəbbüsü ilə gimnaziyanın yaxınlığındaki ayrı korpusda yeni kilsənin tikintisi başlanır. 20 dekabr 1902-ci ildə təntənəli mərasimlə kilsə gürcü ekzarxı Aleksiy tərəfindən Müqəddəs qardaşlar Kiril və Mefodi adına təqdis edilib istifadəyə verilir. Klassik gimnaziyanın şəxsi vəsaiti ilə tikilmiş yeni kilsəyə, gimnaziyanın tələbələri üçün ayrılmış hissə xaricində rahat 500 nəfər yerləşirdi. Yəni kilsədən həmçinin yerli əhali də istifadə edirdi. 1920-ci ildə gimnaziyanın bağlanmasından sonra kilsənin aqibəti məlum deyil. Tarixi mənbələrdə Gəncədə Zaxariya və Yelisaveta (keçmiş "Xan məscidi"), Müqəddəs Aleksandr Nevski və Müqəddəs Nikolay adına rus pravoslav kilsələrinin olduğu qeyd edilsə də, Kiril və Mefodi qardaşlarının adına rus pravoslav kilsəsi rəsmi olaraq kilsə kimi qeyd edilmir.
Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanası
Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanası – 4 aprel 1878-ci ildə yaradılmışdır. Kitabxananın fondunda IX-XIX əsrlərə aid slavyan, yunan, şərq və digər xarici arxivlər, əsərlər, həmçinin 1,5 mln. bolqar tarixi sənədləri və s. mühafizə edilir. Yaradılmasından 3 il sonra kitabxana milli status almışdır. 1924-cü ildə kitabxana Bolqar Milli İntibah Arxivi ilə birləşdirilmişdir.
Molodıye boytsı vostoka
Molodıye boytsı vostoka (azərb-kiril. Молодыје бојтсы востока, rus. Молодые бойцы востока; mənası – Şərqin gənc döyüşçüləri) — Azərbaycanda jurnal, Şərq Gəncləri Şurasının orqanı. Yeganə nömrəsi 1921-ci ilin yanvarında, Azərbaycan, rus və fars dillərində, Bakı şəhərində çıxmışıdır. Jurnalda Şərq gənclərinin həyatı və inqilabi mübarizəsini əks etdirən yazılarla yanaşı, Şərq gənclərinin 1920-ci ilin sentyabrında Bakıda keçirilmiş I qurultayı haqqında məlumat, qurultayın Manifesti, nizamnaməsi və b. materiallar da dərc olunmuşdur.