Tomas Melori

Ser Tomas Melori və ya Malori (o.ing. Sir Thomas Malory; təq. 1405[1][2], Vorvikşir qraflığı[4]14 mart 1471[3]) — İngiltərə yazıçısı, "Kral Artur və Dəyirmi Masanın cəsur cəngavərləri" kitabının müəllifi. Bu, Kral ArturDəyirmi Masa cəngavərləri haqqında səkkiz romandan ibarətdir və Artur əfsanəsinin hərtərəfli xülasəsidir. 1485-ci ildə ingilis pioneri Vilyam Kekston Melorinin yazılarını "Arturun ölümü" (fr. Le Morte d'Arthur) nəşrində birləşdirmişdir.

Tomas Melori
o.ing. Thomas Malory
Doğum tarixi təq. 1405[1][2]
Doğum yeri
Vəfat tarixi 14 mart 1471[3]
Fəaliyyəti yazıçı, siyasətçi, şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Melori XV əsrin əvvəllərində Vorvikşirdə zadəgan ailəsində anadan olmuşdur. Onun həyatı haqqında çox az şey məlumdur. O, bir cəngavər kimi, Vorvik qrafının tərəfində Qızılgüllər müharibəsində iştirak etmiş, 1444 və ya 1445-ci illərdə İngiltərə Parlamentində qraflığını təmsil etmişdir. Bekingem hersoqu tərəfdarlarının mülklərinə hücum etdiyinə və evli qadınlara qarşı təkrar zorakılığa görə o, Makstok qalasında həbs edilmiş və oradan su ilə bir xəndəkdən keçərək qaçmışdır.

O, həyatının son 20 ilini həbsxanada keçirmiş, romanlarını burada yazmışdır. Əsirlikdə olarkən sələflərinin xeyli sayda əlyazmalarını əldə etmək imkanı var idi. Kitabda romanların sırasının necə olduğu məlum deyil.

  1. 1 2 Sir Thomas Malory // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 Thomas MALORY // NooSFere (fr.). 1999.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Freebase Data Dumps. Google.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Малори, Томас // Большая советская энциклопедия : в 66 т. (65 т. и 1 доп.) / гл. ред. О. Ю. Шмидт. — М. : Советская энциклопедия, 1926—1947.