Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mentona
Mentona (fr. Menton) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Alisa Merton
Alisa Merton — (13 sentyabr 1993, Frankfurt-Mayn, Hessen) - alman əsilli ingilis müğənni. == Həyatı == 13 sentyabr 1993-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olmuşdur. Anası alman, atası irlandiyalıdır. Uşaq ikən atasının işi ilə əlaqədar olaraq, Kanadaya köçüblər və ilk addımlarını Kanadada atmışıdır. == Karyerası == 2017-ci ildə çıxatdığı "No Roots" mahnısı ilə dünyada məşhurlaşmışdır.
Merilin Menson
Brayan Hü Uorner ya da səhnə adıyla Merilin Menson (5 yanvar 1969, Kanton[d], Ohayo) — ABŞ-lı müğənni. Öz adını daşıyan Merilin Menson qrupunun lideridir. Adını dünya tərəfindən məşhur aktrisa Merilin Monro və qatil Çarlz Mensondan almışdır. Menson ilk olaraq David Lynchin Itkin Otoban filmində rol alır. Göründüyü digər əhəmiyyətli filmlər Asia Argentonun Aldadan Ürək və Lucy Liunun baş rolunda oynadığı Diriliş: ​​Vampir ovçusudur. Menson, Michael Moore silahlanma əleyhdarı reportajı Mənim Sevimli Silahımda da fikirlərini açıqlamışdır çünki Columbine Məktəbi qətliamının məsullarından biri olaraq Merilin Menson göstərilməkdədir. Menson Phantasmagoria: The Visions of Lewis Carroll adlı bir film çəkib, baş rol oynama planlarını açıqlamışdır. 1994 - Portrait of an American Family 1995 - Smells Like Children (EP Remix) 1996 - Antichrist Superstar 1998 - Mechanical Animals 1999 - The Last Tour on Earth (Canlı konsert albomu) 2000 - Holy Wood 2003 - The Golden Age of Grotesque 2004 - Lest We Forget 2007 - Eat Me, Drink Me 2009 - The High End of Low 2012 - Born Villain 2015 - The Pale Emperor 2017 - SAY10 Üzərində uzun müddət çalışdığı avtobioqrafiyası və yaşadıqları problemləri izah edən kitab The Long Hard Road Out of Hell-ki həyat hekayəsinin yanında öz dizaynları da kitabın içərisində iştirak etməkdə-mətbuatda yayılan dedi-qoduları əksinə dinləyənləri qədər nifrət edənlərdən də çox maraq gördü.Neille Straussesun köməkləriylə yazılan kitab 1998-ci ildə nəşr olunmuşdu. Merilin Menson 1996 çıxışlı Antichrist Superstar, 1999 çıxışlı Mechanical Animals və 2001-yoxuşlu Holy Wood albomlarının meydana gətirdiyi bütünə verilən ad Menson Triologiyadır. Mensonun Trilogiyadakı albomları bir hekayə, bir tema ətrafında oluşmuştur.Merilin Menson bu Trilogiya haqqında Holy Wood adında bir də kitab yazmışdır.
Merlin Menson
Merlin Menson (ing. Marilyn Manson) — musiqi qrupu. Qrup musiqiyə 1989-ci ildə Marilyn Manson and the Spooky Kids adıyla başladı. Qrupun ilk heyətində gitarist Daisy Berkowitz, bas gitarist Olivia Newton Bundy və keyboard'da Zsa Zsa Speck var idi. Qrup ilk qurulduğunda "drum-machine" istifadə edilirdi. Qrupa qısa müddət sonra Pogo adını istifadə edən keyboard'çı Madonna Wayne Gacy və bas gitarist Gidget Gein qatıldı. Bu heyət ilə demo albom yazdılar. 1991-ci ildə "drum-machine" in yerini Sara Lee Lucas aldı. Qrup diqqət çəkməyi bacarmışdı. Nine Inch Nails qrupunun beyni Trent Reznor'un diqqətini çəkən qrup onun firması Nothing Records ilə razılaşdılar.
Merton Miller
Merton Miller (ing. Merton Howard Miller) (16 may 1923 - 3 iyun 2000) — amerikalı iqtisadçı. 1990-cı ildə Harri Markovits və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Merton Miller Boston şəhərində vəkil Col Miller və evdar xanım Silviya Millerin övladı olaraq anadan olub. II Dünya müharibəsi dövründə Xəzinə Nazirliyinin vergi tədqiqatları bölməsində iqtisadçı olaraq işlədi və 1952-ci ildə Con Hopkins Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsinə yüksəldikdən sonra ilk akademik vəzifəsini London İqtisadiyyat məktəbində köməkçi qonaq olaraq yerinə yetirdi. Merton Miller 1958-ci ildə Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) həmkarı Franko Modilyani ilə birgə "Kapital xərcləri, Təşkilati maliyyə və İnvestisiya nəzəriyyəsi" (ing. The Cost of Capital, Corporate Finance and the Theory of Investment) adlı bir məqalə yazmışdı. Bu məqalədə ənənəvi təşkilati maliyyə düşüncəsinə son nəticədə qarşı çıxırlar, ənənəvi yanaşmaya görə bir qurum düzgün borc/kapital nisbətini taparaq kapital xərclərini azalda bilər. Miller-Modilyani teoreminə görə isə düzgün nisbət yoxdur, beləliklə qurum idarəçiləri vergi borcunu azaldaraq, qurumun dəqiq kapitalını maksimallaşdırmağa çalışmalıdırlar.
Robert Merton
Robert Merton (ing. Robert Cox Merton) (d. 31 iyul 1944) — amerikalı iqtisadçı. 1997-ci ildə Mayron Şoulzla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Robert Merton 31 iyul 1944-cü ildə ABŞ-nin Nyu York şəhərində sosioloq Robert K. Merton və Suzana Kerhart cütlüyünün övladı olaraq anadan olub. Kolumbiya Universitetinin riyaziyyat mühəndisliyi bölməsindən məzun olub. Robert Merton Kaliforniya Texnologiya İnstitutunda magistr, Massaçusets Texnologiya İnstitutunda isə doktorluq dərəcəsinə yüksəlmişdir. Daha sonra isə Massaçusets Texnologiya İnstitutunun Sloan İdarə məktəbi fakültəsində işləməyə başlamışdı.
Rocer Fenton
Rocer Fenton ( 28 mart 1819 – 8 avqust 1869[…], London) — bilinən ilk rəsmi müharibə fotoqrafı.
Senton ləhcəsi
Sentonje dialekti-Fransanın qərb sahilinin yarıya qədərində, keçmiş Sentonje, Onis və Anqumua vilayətlərində (ki indi hamısı Şarant, Şarant-Maritim, habelə qonşu Do-Sevr,Vande və Jirond departmanlarının neçə hissələri tərkibinə daxil ediliblər),danışılan dialektdir.
Yu Jenton
Yu Şentonq (8 iyun 1968) — Çini təmsil edən stolüstü tennisçi. Yu Şentonq Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Çarlz Menson
Çarlz Menson (ing. Charles Milles Manson, 12 noyabr 1934, Sinsinnati, Ohayo ştatı — 19 noyabr 2017, Beykersfild, Kaliforniya, ABŞ) — amerikalı qatil, musiqiçi, 1969-cu ildə bir sıra amansız qətllər törətmiş "Ailə" kommunasının lideri. Çarlz Menson 12 noyabr 1934-cü ildə Ohayo ştatının Sinsinnati şəhər xəstəxanasında doğulmuşdur. Onun anası, Ketlin Meddoksun (1918–1973) doğuş vaxtı cəmi 16 yaşı vardı və nikahda deyildi. Doğulduqdan sonra o, "adsız Meddoks" adlandırılıb, amma bir həftə sonra Çarlz Millz Meddoks adını alır. Ketlin uşağın doğulmasından sonra Uilyam Mensona ərə gedir və onun soyadını özünə götürür. Ehtimala görə onun bioloji atası polkovnik Uoker Skott (11 may 1910 – 30 dekabr 1954) idi. Çünki Ketlin Meddoks ona qarşı nikahdan kənar doğuşa görə iddia irəli sürmüşdü. Ehtimal edilir ki, Ketlin əyyaş idi. Çarlinin altı yaşı olanda Ketlin və qardaşına Çarlston-da texniki xidmət stansiyasına silahlı qarətə görə 5 il müddətinə ittiham qaldırılıb.
Alek Melton Pridgeon
Alek Melton Pridgeon (ing. Alec Melton Pridgeon, 1950 və ya 1949) — Böyük Britaniya botaniki. == Əsərləri == Bateman, R.M., Hollingsworth, P.M., Preston, J., Luo, Y.B., Pridgeon, A.M. & Chase, M.W. 2003. Molecular phylogenetics and evolution of Orchidinae and selected Habenariinae (Orchidaceae). Botanical Journal of the Linnean Society 142(1): 1–40. DOI: 10.1046/j.1095-8339.2003.00157. Open access ResearchGate Reference page. Chase, M.W., Cameron, K.M., Freudenstein, J.V., Pridgeon, A.M., Salazar, G., van den Berg, C. & Schuiteman, A. 2015. An updated classification of Orchidaceae. Botanical Journal of the Linnean Society 177(2): 151–174.
Feredrik Menson Beyli
Feredrik Menson Beyli (ing. Frederick Manson Bailey; 8 mart 1827, London – 25 iyun 1915, Brisben) — Avstraliya botaniki. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Feredrik Menson Beylinin şərəfinə 50 bitki növü adlandırılmışdır ki, Beyli akasiyası (Acacia baileyana F.Muell.) onların ən tanınmışıdır. == İstinadlar == == Ədəbiyyat == E. N. Marks, 'Bailey, Frederick Manson (1827 - 1915)', Australian Dictionary of Biography, Volume 3, MUP, 1969, pp 73–74. Serle, Percival. Bailey, Frederick Manson // Dictionary of Australian Biography. Sydney: Angus and Robertson. 1949. Australian National Botanic Garden; Bailey, Frederick M. (1827-1915) == Xarici keçidlər == E. N. Marks, 'Bailey, Frederick Manson (1827—1915)', Australian Dictionary of Biography, Volume 3, MUP, 1969, pp 73–74.
Peter Denton (futbolçu)
Peter Denton (1 Mart 1946 – 7 Oktyabr 2016) — Hücumçu kimi çıxış edən İngiltərə futbolçusudur. Denton İngiltərə Futbol Liqasında Koventri Siti və Luton Taun klublarında çıxış etmişdir. Denton ürək vəziyyəti qəfildən pisləşdikdən sonra 7 oktyabr 2016-cı ildə vəfat etmişdir.
Robert Kinq Merton
Robert Kinq Merton (4 iyul 1910[…], Filadelfiya, Pensilvaniya – 23 fevral 2003[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ-də struktur–funksional təhlilin ən görkəmli nümayəndələrindən biri. Robert Kinq Merton 4 iyul 1910-cu ildə Filadelfiyada doğulmuşdur. Onun ailəsi 1904-cü ildə yəhudi qaçqını Rusiyadan ABŞ-yə köçmüşdü. Anası, İda Rasovskaya, atası isə ABŞ limanında "Harri Sklonik" kimi qetdiyyata götürülmüş, Aaron Şkolnikov idi. Cənubi Filadelfiyada süd məhsulları satan Aaronun mağazası yandıqdan sonra ailəsini çətin vəziyyətdə qoymamaq üçün bir dülgərin yanında köməkçi işləməyə başladı. Doğrudur bu illərdə Merton çox zəif və çəlimsiz idi. Amma o özünün bir çox imkanlara və qabiliyyətlərə malik olduğuna inanırdı. 1934-cü ildə Merton, Suzanna Karhart ilə evləndi. Bu evlilikdən Robert Kinq Merton dünyaya gəldi. 1997-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatını qazankən iki qızı- Stefani Merton və Vanessa Merton da var idi.
Benton qraflığı (Vaşinqton)
Benton (ing. Benton) — ABŞ-nin Vaşinqton ştatında qraflıq.
Vomel Brendi Mento
Merlin Menson (musiqi qrupu)
Merlin Menson (ing. Marilyn Manson) — musiqi qrupu. Qrup musiqiyə 1989-ci ildə Marilyn Manson and the Spooky Kids adıyla başladı. Qrupun ilk heyətində gitarist Daisy Berkowitz, bas gitarist Olivia Newton Bundy və keyboard'da Zsa Zsa Speck var idi. Qrup ilk qurulduğunda "drum-machine" istifadə edilirdi. Qrupa qısa müddət sonra Pogo adını istifadə edən keyboard'çı Madonna Wayne Gacy və bas gitarist Gidget Gein qatıldı. Bu heyət ilə demo albom yazdılar. 1991-ci ildə "drum-machine" in yerini Sara Lee Lucas aldı. Qrup diqqət çəkməyi bacarmışdı. Nine Inch Nails qrupunun beyni Trent Reznor'un diqqətini çəkən qrup onun firması Nothing Records ilə razılaşdılar.
Sen-Jeni-syur-Manton
Sen-Jeni-syur-Manton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Sir-syur-Manton
Sen-Sir-syur-Manton (fr. Saint-Cyr-sur-Menthon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. [Pon-de-Vel (kanton)|Pon-de-Vel]] kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01343. 2010-ci ildə əhalinin sayı 1636 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 1049 nəfər (15-64 yaş arasında) 840 nəfər iqtisadi cəhətdən fəal, 209 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 80,1%, 1999-cu ildə 75.7%). Fəal 840 sakindən 797 nəfər (406 kişi və 391 qadın) işləyir, 43 nəfər işsizdir (21 kişi və 22 qadın). 209 hərəkətsiz 75 nəfər arasında şagird və ya tələbə, 90 nəfər təqaüdçü, 44 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Bentos
Bentos (yun. βένθος — dərinlik) — su ekosistemlərinin dib biohorizonlarında yerləşən orqanizmlərin cəmi. Bentos avtotrof orqanizmlərdən (yosunlar, qimən ali bitkilər), əsasən az hərəkətli heterotrof orqanizmlərdən (protoza, qurdlar, zəli, malyusk, xərçəngkimilər) ibarətdir.
Entoni
Entoni — ad. Entoni Kuinn — Amerika aktyoru. Entoni Burden — Entoni Hopkins — ABŞ və Böyük Britaniya aktyoru. Entoni Perkins — ABŞ aktyoru. Entoni Şirli — ingilis səyyahlarından biri. Entoni Monn — Alman musiqi yazarı və prodüseridir. Entoni Legget — ingilis professor və fizik. Entoni Fantano — amerikalı musiqi şərhçisi, Yutuber.
Gentoo
Gentoo (jentu, gentu – oxunur) – GNU/Linux əməliyyat sistemlərin bir növü. Güclü Portage texnologiya ilə təmin olunub. Ən sürətli Linux distributivlərindən biridir. Adını Pygoscelis papua adlı pinqvinlərdən götürüb. Ginnesin rekordlar kitabına əsasən, bu növ pinqvinıər ən sürətli sayılır (36 km.s). Meta distributivlərə aiddir. Daniel Robinson tərəfindən 1999-cu ildə yaradılıb.
Jentin
Jentin (fr. Gennetines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03121. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 589 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15-64 yaş) 154 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,7%, 1999-cu ildə bu 58.9%). 154 aktivistdən 134 nəfər (72 kişi və 62 qadın), 20 nəfər işsiz (8 kişi və 12 qadın) idi. Aktiv olmayan 84 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kanton
Kanton aşağıdakı mənalarda işlənə bilər: == Coğrafiya == Kanton — bəzi ölkələrdə inzibati-ərazi vahidi: İsveçrə kantonları — 1-ci dərəcəli inzibati bölgü vahidi; Lüksemburq kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; Fransa kantonları — 3-cü dərəcəli inzibati bölgü vahidi; Bosniya və Herseqovina kantonları — 1-ci dərəcəli inzibati bölgü vahidi; Boliviya kantonları — 3-cü dərəcəli inzibati bölgü vahidi; Ekvador kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; Kosta-Rika kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; 1920-1930-cu illərdə RSFSR-in bəzi muxtar respublikalarında və vilayətlərində də kantonlar mövcud olmuşdur. Kanton — Çinin Quançjou şəhərinin Avropa dillərindəki köhnə adı. Kanton — Kiribatidə Feniks arxipelaqında atoll. Kanton — ABŞ-nin Minnesota ştatında şəhər. Kanton — ABŞ-nin Minnesota ştatında taunşip. Kanton — ABŞ-nin Ohayo ştatında şəhər. == Digər == Kanton — veksillologiyada bayrağın yuxarı sol hissəsinə verilən ad.
Lepton
Lepton (yun. λεπτός — yüngül) — güclü təsiretmə qabiliyyəti olmayan elementar hissəcikdir. Bu hissəciyin adı 1948-ci ildə K. Möllerin göstərişi ilə L. Rozenfeld tərəfindən daxil edilmişdir. Çünki həmin dövrdə məlum olan bütün lepton hissəcikləri digər elementar hissəciklərdən yüngül idi.
Mentha
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Meqion
Megion — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Jentonq
Rantonq (tib.: རང་སྟོང་་, Vayli: rang stong; hərfi mənada – "öz təbiətindən boş qalmış") və jentonq (Tibet: གཞན་སྟོང་, Vayli: gzhan stong, tələffüz: [ɕɛ̃̀tṍŋ]; hərfi mənada – "digər boşluq"; həmçinin Tibet madhyamakası adlanır) — Tibet buddizmində boşluğa (şunyata)və iki həqiqət təliminə iki fərqli baxış. Rantonq fəlsəfi termindir. Şunyatanın mənası ilə bağlı əksər madhyamaka təlimlərini ayırd etmək üçün istifadə olunur. Burada bütün hadisələrin davamlı və dəyişməz mahiyyətdən boş olduğu və bu boşluğun mütləq reallıq olmadığı, hadisələrin sadəcə nominal xarakteristika daşıdığı fikri müdafiə olunur. Jentonq Tibet madhyamakası daxilində mövqedir. Burada şunyata elə tətbiq edilir ki, nisbi reallığın öz təbiətindən boş olması ilə razılaşılır, lakin paramarthasatya (mütləq reallıq) "qeyri-dual buddacnana"dır (Buddanın hikməti) və yalnız "digər" (Vayli: gzhan) nisbi hadisələrdən "boş"dur (Vayli: stong), lakin özü boş deyil və "həqiqətən mövcud"dur. Bu mütləq reallıq müsbət terminlərlə təsvir edilir ki, bu da "müəyyən artıq zərif anlayışları aradan qaldırmağa" və "şəxsin ağlında yaranan hər hansı təcrübəni inkar etmək vərdişinə" kömək edən yanaşmadır. Bu, prasanqikada olduğu kimi, saxta anlayışları məhv edir, eyni zamanda təcrübədə olan şəxsi "konseptual ağıl məğlub olduqdan sonra yaşanacaq dinamik, müsbət reallığın mövcudluğu" barədə xəbərdar edir. == Etimologiya == Rantonq termini avtonim deyil, daha çox jentonq nəzəriyyəçisi Dolpopa Şerab Qyaltsenin nəzəriyyəsi əsasında yaranmışdır. O, öz təlimlərini xarakterizə etmək üçün "jentonq" terminini və qarşı çıxdığı təlimlərə istinad etmək üçün "rantonq" ifadəsini işlətmişdir.
Məngən
Məngən (türk. Mengen) — Bolu ilinin ilçəsi.
Məntiq
Məntiq düzgün düşünmə elmidir. Ona həm formal məntiq həm qeyri formal məntiq daxildir. Formal məntiq deduktiv baxış nöqtəsinə əsaslanmış nəticələrə arxalanaraq məntiqi nəticəyə qəlir. Formal məntiqdə mövzusundan və məzmunundan asılı olmayaraq, fikirdən arqumentlərin necə yaranıdığına nəzərdən baxılır. Qeyri-formal məntiq düşüncədəki səhvləri, tənqidi düşüncə və mübahisə nəzəriyyəsini araşdırır. Qeyri-formal məntiq gündəlik danışdıqımız dili yəni təbii dildə ifadə olunan arqumentlərə baxır və onları araşdırır. Məntiq elminin inkişafında Aristotel və Qottlob Fregenin rolu böyükdür. Məntiq əsas olaraq iki hissəyə bölünür. Ənənəvi məntiq üzərində qurulmuş Formal məntiq və formal məntiq üzərində qurulmuş Riyazi məntiq. Məntiq bütün elmlərin instrumenti kimi götürülür.