Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meqrellər
Meqrellər; minqrellər (meqrel მარგალეფი–>latın. marqalepi, gürc. მეგრელები–>latın. meqrelebi) — ana dili meqrel dili olan, Kartvel dil ailəsinə daxil olan xalq. SSRİ və Rusiya FR linqvisti, qafqazşünası Georgi Andreyeviç Klimovun 1986-cı ildə Moskvada nəşr etdirdiyi "Qafqaz dilçiliyinə giriş" adlı kitabında verdiyi məlumata əsasən şimali-qərbi Gürcüstanda (Gürcüstan SSR-də) yayılmış meqrel dilində təxminən 400 min nəfər danışırdı. Георгий Андреевич Климов. Мегрельский язык // Языки мира: кавказские языки. М., 2001 Коряков Юрий Борисович. Атлас кавказских языков. М.: Институт языкознания РАН, 2006.
Mərgənlər
Mərgənlər (fars. مرگنلر) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanının Qaraqoyun bəxşinə daxil olan şəhər. Şəhristanın inzibati mərkəzi olan Şövt şəhərindən 25 kilometr cənub-şərqdə yerləşir. Hazırkı Mərgənlər şəhərinin əsası Qaraqoyun bəxşinin Qaraqoyun-i Cənubi dehistanının dörd keçmiş kəndinin - Mərgən-i Əzizabad, Mərgən-i İsmayılkəndi, Mərgən-i Qədim və Mərgən-i Vəsat kəndlərinin 2007-ci ildə hökumət qərarı ilə birləşməsiylə qoyulmuşdur. Şəhərdə 2,294 nəfər yaşayır.
Məsəllər
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "qələt yağ küpəsindədir", "dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. Elçin. Seçilmiş əsərləri.
Əqrəblər
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.
Alabəzək əqrəblər
Alabəzək əqrəb — Hörümçəkkimilər sinfinə aid tip == Haqqında == Alabəzək əqrəb, əqrəblər dəstəsinə aid olub təbiətdə çox geniş yayılmışdır. Bunlar sadə və çox qədim heyvanlar olduğuna görə onların quruluşunun öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Əqrəblər nisbətən iri olub, uzunluğu 10–13 sm -ə çatır. Bədən iki şöbədən ibarətdir. Baş – döş qarıncıq . Onların sərhədli bel tərəfdən aydın görünür. Baş-döş bel tərəfdən ümumi xitin qalxanla örtülmüşdür. Baş döşün üzərində karapaksin mərkəzində bir cüt median gözlər yerləşir. Bunlardan əlavə baş-döşün ön tərəfinin yanlarında bir neçə cüt göz vardır. Baş–döşün ventral hissəsi ətrafların əsas buğumları hesabına formalaşmışdır.
Yalançı əqrəblər
Yalançı əqrəblər (lat. Pseudoscorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Yalançı əqrəblər kiçik ölçüləri və gizli həyat tərzi ilə səciyyələnirlər. Başqa hörümçəkkimilər arasında yalançı əqrəblər yalnız onlara məxsus olan bədən quruluşu, xüsusi halda qısqac formasında olan iri pedipalplar – ikinci cüt ətrafları ilə seçilir. Bu sonuncular əqrəblərin qısqacına çox bənzədiyi üçün hörümçəkkimilərin bu dəstəsinə yalançı əqrəb adı verilmişdir. Bundan başqa, hərəki xeliser barmaqların — birinci cüt ətrafların ucunda tor vəzilərin olması, xela barmaqlarındakı zəhərli aparat, mürəkkəb "nikah" davranışı, eləcə də dişinin yumurtaları və körpələri daşıması yalançı əqrəblərin fərqli təkamülündən xəbər verir. Yalançı əqrəblər yırtıcıdırlar, qida kimi xırda buğumayaqlılardan kolenbol, gənə, həşərat sürfəsi, xırda hörümçəklər və.s – dən istifadə edirlər. Yalançı əqrəblər səhralardan tutmuş qarlı dağlara qədər, demək olar ki, hər yerdə rast gəlinir. Gizli yaşayış yerlərinə — daşların, ağac qabıqlarının altına, döşənəyə, quş yuvalarına, torpağın müxtəlif horizontlarına yerləşən gəmirici yuvalarına üstünlük verirlər.Çoxlu miqdarda mağara yalançı əqrəb növləri, vardır. Onlar mağara həyatı üçün səciyyəvi olan əlamətlər kəsb etmişlər: gözlər yox olmuş, ətrafların buğumları uzanmış, duyğu tükləri güclü inkişaf etmişdir.
Əqrəblər (İraq)
Əqrəblər — İraqdakı işğal müqavimət qruplarından biridir. Əfqanıstandakı Taliban kimi, Əqrəblərin də Əl-Qaidə və İraq İslam Ordusu ilə əlaqəli olduğu düşünülür. Onun əsas düşmənləri; ABŞ, İngiltərə, NATO, ISAF və Koalisiya dəstəkli İraq hökumətidir. 2003–2004-cü illər arasında qurulub. Bu gün də aktivdir. Ayrıca konkret bir rəhbəri və ya komandir yoxdur. Baas Partiyasının hərbi üzvləri və generalları ABŞ və müttəfiqlərinin İraq ilə müharibəsində İraqın müharibəni itirəcəyini biləndə son ümid olaraq Mehdi Ordusuna alternativ kimi qurmuşdurlar. Lakin sonra təşkilat daha müstəqil bir quruluşa sahib idi. Bu, əsasən bir rəhbərinin olmaması ilə əlaqədardır, çünki Səddam Hüseyn və digər İraq siyasətçiləri ya edam edilmiş, ya da həbs edilmişdilər.
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası (fr. nomenclature des unités territoriales statistiques, NUTS) — statistika məqsədləri üçün ölkələrin ərazi bölgüsü standartı. Standart Avropa İttifaqı tərəfindən hazırlanmış və yalnız AB ölkələrini əhatə etmişdir. NUTS kodları ölkə standartlarını müəyyən edən iki hərf ilə başlayır ISO 3166-1 «alpha-2» (istisna olmaqla, İngiltərəni qeyd etmək üçün "GB" istifadə olunur, "Great Britain"). NUTS kodunun növbəti hərifi ISO 3166-2 uyğun olaraq inzibati müəssisələrin kodlarına cavab verir. İkinci və üçüncü səviyyədə ərazi bölgüsü hər bir simvolu ilə göstərilmişdir - 1-dən 9-a qədər ədədlər istifadə olunur, lakin bu səviyyədə daha çox ərazi vahidləri varsa, latın əlifbasının baş harfləri də istifadə olunur. Hazırda standart üç səviyyəli NUTS vahidlərini, eləcə də yerli idarəetmə vahidlərini müəyyən edir (ing. local administrative unit, LAU). Bəzi ölkələr üçün bəzi səviyyələr mövcud olmaya bilər. Məsələn, Lüksemburq üçün yalnız yerli inzibati vahidlər müəyyən edilir və bütün NUTS vahidləri ölkə ilə üst-üstə düşür.