Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirvari
Mirvari və ya inci — dəniz ilbizlərinin qabından çıxarılan ağ, parlaq və bərk, yumru və ya uzunsov cism. Qiymətli daş hesab olunur və zərgərlikdə geniş istifadə edilir. Bəzək əşyası kimi istifadə edilən mirvarilər ehtişamlı gözəlliyi ilə yanaşı, həm də maraqlı xüsusiyyətlərə sahibdirlər. Mirvarilərin əmələ gəlmə mərhələləri olduqca heyranedicidir. Mirvarilər, əsasən, mirvari ilbizi adlandırılan və bir çox növləri olan molyuskalar tərəfindən əmələ gəlir. Molyuskaların qabıqları olduqca möhkəmdir. Çox çətin açılan xarici qabıqlarının kalsium karbonat əsaslı komponentləri bir çox düşmənlərini də çəkindirir. Kalsium karbonat maddəsi, həmçinin mirvarinin əmələ gəlməsində də mühüm rol oynayır. Molyuskalar içərisinə qum, çınqıl və ya zərərverici parazitlər girdiyi zaman qıcıqlanır və qorunma metodu kimi bu yad cismi izolyasiya edərək üstünü sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi mirvarinin əmələ gəlməsinin ilk mərhələsidir.
"Mirvari" kafesi
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. == Tarixi == "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
"Mirvari" əməliyyatı
İraq ordusunun Fars körfəzindəki Mina əl-Məkr və Xor-əl-Aməyə adlı neft platformalarında radar qurğuları və izləmə avadanlıqları yerləşdirməsinə cavab olaraq, 28 noyabr 1980-ci ildə İrana aid Hərbi Hava və Donanma qüvvələri "Mirvari əməliyyatı" həyata keçirmişdi. Əməliyyat nəticəsində İraq Donanmasının 80%-i məhv edilmiş, hər iki neft terminalı sıradan çıxarılmış, Əl-Fəv limanı blokadaya düşmüş, Fars körfəzinin İraqa aid olan xeyli neft qurğuları dağıdılmış, habelə zenit-raket sistemləri ciddi zərər almışdı. Döyüş İranın inamlı qələbəsi ilə sona çatmışdı. Donanmasının 4/5 hissəsini itirən İraq müharibənin sonunadək körfəz sularındakı gücünü bərpa edə bilməmişdi. Üstəlik, İraq ordusundakı radar və zenit-raket komplekslərinin sıradan çıxarılması İran ordularına cənub-şərqdən növbəti hərbi əməliyyatları həyata keçirmək üçün şərait yaratmışdı. Bu əməliyyat İran Donanması tərəfindən uğurla yerinə yetirildiyinə görə 28 noyabr tarixi İranda "Donanma günü" kimi qeyd olunur.
Mirvari (dəqiqləşdirmə)
Mirvari
Mirvari (kafe)
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
Mirvari (roman)
Mirvari — Amerikalı yazıçı Con Steynbekin romanıdır. İlk dəfə 1947-ci ildə nəşr olunan hekayə, insanın məqsədini, eləcə də tamahkarlığı, cəmiyyət normalarına qarşı çıxmağı və pisliyi araşdırır. Kino övladını xilas etmək üçün tək ümidi dənizdən çıxardığı misli görünməmiş mirvari idi, Kino-nun qulaqlarında cingildəyən və bütün şəhərə yayılan İnci nəğməsi ailə, şər, ümid və düşmənçilik nəğməsi ilə qarışacaq. Steynbek Kino-nun dərinliklərdən qazıb çıxardığı mirvari ilə yaşadığımız dünyaya və insan dramına işıq salır.
Mirvari Fətəliyeva
Mirvari Fətəliyeva - Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi. 1979-cu ildə Qubadlı rayonunun Xanlıq kəndində doğulub. 1993-cü ildə Qubadlı işğal olunduğuna görə doğma yurdundan didərgin düşüb. Bakı şəhərində müxtəlif məktəblərdə təhsil alır son olaraq isə Maştağada yerləşən 187 saylı orta məktəbi bitirir. Məhz həmin məktəbdə fransız dilini öyrənməyə başlayır. Sonradan isə Azərbaycan Xarici Dillər Universitetinin Fransız dili tərcüməçilik fakultəsinə daxil olub. 4 illik təhsilini başa vurduqdan sonra Paris 8 Universitetində Fransız dili filologiyası sonra isə Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakultələrində magistr təhsili alıb. Təhsilini başa vurduqdan sonra bir neçə il Azərbaycan-Fransa Ticarət Palatasında çalışıb. Hazırda isə Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibidir. Eləcə də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.
Mirvari Novruzova
Novruzova Mirvari Balaqardaş qızı (17 aprel 1923, Bakı - 20 mart 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1949). Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirmişdir. 1939-cu ildən Azərb. Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1949-cu ildə Azərbaycan SSR-nin əməkdar artisti adı alıb. 20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib. İlk rolu "Eşq və intiqam tamaşasında" (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s. Aktyor Əli Zeynalovun həyat yoldaşı olmuşdur.
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı (tam adı: Mirvari Üzeyir qızı Qəhrəmanlı; d. 23 iyul 1946, Şəki, Azərbaycan SSR, SSRİ) — hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur. 1992-1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir. Milli Müqavimət Hərəkatında iştirak etmiş, SİDSUH-da katib olmuşdur. Demkonqresdə ADİP-i təmsil etmişdir. "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə yaransa da yanız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. Bir müddət Böyük Quruluş Partiyasının üzvü olmuşdur. Dindar bir ailədə böyüyüb, tərbiyə almışdır.
Mirvari Rəhimzadə
Mirvari Rəhimzadə (Tam adı: Mirvari Əziz qızı Rəhimzadə; d.8 fevral, 1958, Bakı - ö.17 iyun, 2016, Bakı) — Azərbaycan publisisti və jurnalisti; Azərbaycan Respublikasının əməkdar jurnalisti Mirvari Rəhimzadə 8 fevral 1958-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin bitirib. “Respublika gəncləri”,”Azərbaycan”, "Hər Gün" qəzetlərində çalışıb. “Respublika” qəzetində redaktor vəzifəsində çalışıb. Mirvari Rəhimzadə Hacı Zeynalabdin Tağıyev haqqında 20-25 illik arxiv materialları ilə və canlı səlnaməçilərlə ərsəyə gətirərək, iki cildlik “Allahın eşqiylə” kitabını yazıb. Təhsil problemləri üzrə mütəxəssis İslam Əsgəroğlu ilə birgə “Sabaha saçılan nur” kitabını yazıb. Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, akademik, Azərbaycan SSR-yə 1959-1969-cu illərdə rəhbərlik etmiş Vəli Yusif oğlu Axundov haqqında kitabın müəllifidir. 2016-ci il 17 iyun tarixində Bakı şəhərində vəfat edib. R.Mirvari “Qızıl Qələm”, “Həsən bəy Zərdabi” jurnalist mükafatları laureatıdır. Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə jurnalistikanın inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Respublikanın əməkdar jurnalisti" adına layiq görülüb.
Mirvari Tağıyeva
Mirvari kafesi
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
Mirvari kərtənkələsi
Mirvari kərtənkələsi və ya Bəzənmiş kərtənkələ (lat. Timon lepidus) — Əsl kərtənkələlər fəsiləsinə daxil olan Timon cinsinə aid növ. Bəzən gözlü kərtənkələ adlandırırlar, bu ad ona zərindəki qara gözə bənzər ləkələrə görə verilmişdir. İri kərtənkələdir. Ümumi uzunluğu 90 sm, erkəklərdə adətən 55–70 sm, disilərdə isə 45 sm uzunluğu olur. Avropada yaşıyan ən iri sürünənlərdən hesab edilir. Bu növ kərtənkələ əsasən Pireney yarımadası və Fransanın cənubunda, kiçik arealla İtaliyanın şimal-qərbində yayılmışdır. Kolluqlar, quru meşələr, həmcinin bağlar və üzümlüklərdə daha çox yayılmışdır. Əsasən Cücülər, kərtənkələlər, ilanlar, gəmiriçilər və quşlarla qidalanır. Bəzi hallarda şirəli giləmeyvələr və üzümlərlə qidalanırlar.
Şarvari evkalipt
Mirvari (gəmi)
"Mirvari" – 2013-cü ildə istismara verilmiş və Bakı bulvarında gəzinti gəmisi kimi istifadə olunan Azərbaycan gəmisi. == Tarixi == "Mirvari" gəmisi 2013-cü ildə Türkiyənin İstanbul şəhərində "Özata" tərsanəsi tərəfindən Azərbaycan hökuməti üçün hazırlanmışdır. "Asiya Dənizçilik" şirkətinin birgə layihəsi olan gəmi 1 il ərzində tikilmiş və 6 avqust 2013-cü ildə Yalova şəhərində baş tutan mərasim ilə Xəzər dənizinə doğru yola düşmüşdür. Tikintidə 300 türk işçi iştirak etmişdir. Gəmi Bakı bulvarında təşkil olunan dəniz gəzintiləri üçün nəzərdə tutulmuşdur. "Mirvari" 28 dekabr 2013-cü ildə gəzinti gəmisi kimi istifadəyə verilmişdir. Xəzər dənizinin səviyyəsinin enməsi ilə əlaqədar olaraq 2022-ci ilin oktyabrında gəminin fəaliyyəti müvəqqəti dayandırılmışdır. 2024-cü ilin oktyabrında gəmi ilə gəzintilərin bərpa olunacağı, gəmidə təmir-bərpa işlərinin aparıldığı açıqlanmışdır. Gəminin təmiri 136 min manata başa gəlmişdir. == Xüsusiyyətlər == "Mirvari" Bakı bulvarının ərazisindəki ən böyük gəmidir.
Mirvari məscid (Dehli)
Mirvari Məscid — (Hindi dili: मोती मस्जिद, Urdu dili: موتی مسجد, tərcüməsi: Mirvari Məscid) — 1659-1660-cı illərdə Dehlidə, Sultan Övrəngzeb tərəfindən tikdirilmiş məscid. Moti Masjid Arxivləşdirilib 2008-05-07 at the Wayback Machine Koch, Ebba, 1991, Mughal Architecture, Munich: Prestel, 121-122. Tillotson, GHR. 1990. Mughal India San. Francisco: Chronicle books, 81-81.
Mirvari sırğalı qız
Mirvari sırğalı qız (hl: Het meisje met de parel) — holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar. Demək olar ki, Vermeerin əsərləri haqqında o qədər də geniş məlumat bizə gəlib çatmamışdır və bu məşhur əsər də istisna deyil. Belə ki, əsər "IVMeer" şəklində imzalanmış lakin heç bir tarix göstərilməmişdir. 1994-cü ildə rəsmin sonuncu bərpasından sonra rəsimdəki incə rəngli kombinasiya və qızın tamaşaçıya baxışının yaxınlığı çox artırılmışdır. Dörd il Vermerin nadir əsərlərinin hissə-hissə xaricə satılmasına mane olmağa çalışmış Victor de Stuersin məsləhəti ilə A.A. des Tombe 1881-ci ildə (bu dövrlər olduqca çətin dövrlər idi) tablolardan birini Haaqada keçirilən auksionda iki gilder 3 sentə aldımış və varisi olmadığından o, bu və aldığı başqa əsərləri 1902-ci ildə Mauritshuisa bağışlamışdı. 1937-ci ildə Vermerin əsərlərindən olduğu güman edilən, olduqca oxşar bir rəsm "Gülən qız" kolleksiyaçı Andrew W. Mellon tərəfindən Vaşinqtondakı Milli İncəsənət Qalereyasına bağışlanmışdır.
Mirvari tanalı qız
Mirvari sırğalı qız (hl: Het meisje met de parel) — holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar. Demək olar ki, Vermeerin əsərləri haqqında o qədər də geniş məlumat bizə gəlib çatmamışdır və bu məşhur əsər də istisna deyil. Belə ki, əsər "IVMeer" şəklində imzalanmış lakin heç bir tarix göstərilməmişdir. 1994-cü ildə rəsmin sonuncu bərpasından sonra rəsimdəki incə rəngli kombinasiya və qızın tamaşaçıya baxışının yaxınlığı çox artırılmışdır. Dörd il Vermerin nadir əsərlərinin hissə-hissə xaricə satılmasına mane olmağa çalışmış Victor de Stuersin məsləhəti ilə A.A. des Tombe 1881-ci ildə (bu dövrlər olduqca çətin dövrlər idi) tablolardan birini Haaqada keçirilən auksionda iki gilder 3 sentə aldımış və varisi olmadığından o, bu və aldığı başqa əsərləri 1902-ci ildə Mauritshuisa bağışlamışdı. 1937-ci ildə Vermerin əsərlərindən olduğu güman edilən, olduqca oxşar bir rəsm "Gülən qız" kolleksiyaçı Andrew W. Mellon tərəfindən Vaşinqtondakı Milli İncəsənət Qalereyasına bağışlanmışdır.
Mirvari çayı deltası
Mirvari çayı deltası (çin. 珠江三角洲) — Çjuzsyan çayının aşağı axarında, estuaridə yerləşən delta. Delta erstuaridən şərqdə qərarlaşır. Delta çayın Cənubi Çin dənizinə töküldüyü hissədə meydana gəlir. 1970-ci illərdə Kommunist idealogiyalı Çinn iqtisadiyyatda liberaliszm xəttini götürür. Bunun nəticəsində delta ərazisində iri mərkəzlər təşkil olunur. Bölgə Çinin materik hissəsinin ən inkişaf etmiş bölgəsinə çevrilir. Çin hökumətinin planlarında Quançjounun sənaye potensialı ilə Honq Konqun iqtisadi gücünü artırmaq olur. Bu məqsədlə bölgəyə xarici investorları cəlb edir. Burada Lanlau və Honkonq kimi nisbətən iri adalar mmövcuddur.
Mirvari sırğalı qız (dəqiqləşdirmə)
Mirvari sırğalı qız — Yan Vermeerin 1665-ci ildə çəkdiyi rəsm əsəri. Mirvari sırğalı qız (film) — 2003-cü ildə çəkilmiş film.