Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikozlar
Mikozlar (q.yun. μύκης - "göbələk") — parazit göbələklərin insan və heyvanlarda törətdiyi xəstəliklər. Kandidoz — Candida albicans tərəfindən törədilir. Onixomikoz. Alabəzək dəmrov — Malassezia furfur tərəfindən törədilir. Qara dəmrov — Exophiala werneckii tərəfindən törədilir. Qara pedra — Piedraia hortae tərəfindən törədilir. Ağ pedra — Trichosporon beigelii tərəfindən törədilir.
Mikroblar
Mikroorqanizmlər və ya mikroblar (yun. μικρός, mikrós, kiçik və ὀργανισμός, organismós - orqanizm, vücud";) — adətən ölçüləri 0,1 mm-dən az, gözlə görünməyəcək qədər kiçik olan canlı orqanizmlərin ümumi adı. Mikroorqanizmlərin öyrənilməsi ilə mikrobiologiya elmi məşğul olur. Onların tədqiqi ilk dəfə 1675-ci ildə öz yaratdığı mikroskop ilə mikroorqanizmləri kəşf edən Anton van Levenhukun faliyyəti ilə başlamışdır. Mikroorqanizmlər çox müxtəlifdir, onlara bakteriyalar, göbələklər, mamırlar və sularda yaşayan kiçik canlılar daxildir. Bəzi mikrobioloq alimlər ora virusları da əlavə edirıər. Mikroorqanizmlər su, qrunt, istilik olan biosferin hər yerində yaşayırlar. Onlara atmosferin yüksəkliklərində, okeanların dərinliklərində və Yer kürəsinin dərinliklərində rast gəlmək olur. Bəzi mikroorqanizmlər azot yaratdıqlarından azot siklinin vacib bir hissəsi sayılırlar. Texniki məhsulların etibarlılığı xarici mühitin təbii komponenti olan mikroorqanizmlərin (mikroskopik göbələklər, bakteriyalar, mayalar və s.) müqaviməti ilə müəyyən edilir.
Mikalar
Mikalar — minerallar, XY2-3[(OH,F)2 ïZ8O10], təbəqəli quruluşlu dimetasilikatların böyük qrupu; burada X-K, Na, Ca, (Ba, Rb, Cs və b.); Y-Al, Mg, Fe (Mn, Cr, Li, Ti və b.); Z-Si, Al (Fe3+, Ti). İzovalent və həm də heterovalent izomorf əvəzolunmalar adi haldır. X ionlarının xarakterinə görə mikalar - adi mikalar (X-K, Na) və kövrək mikalar (X-Ca) bölünür. Dioktaedrik mikalar muskovit, paraqonit və qlaukoniti; trioktaedriklərə - floqopit, biotit, sinvaldit, lepidolit aid edilir. Mikalar üçün müxtəlif temperaturda suyun ayrılması səciy­yəvidir. Mükəmməl kristalların {110} üzləri və psevdoheksaqonal görkəmi olur. Bitişmə müstəvisi (001) və ikiləşmə oxu [310] olan «mika qanunu» üzrə. Ayrılma {001} üzrə olduğca mükəmməl. Sərtliyi 2,5-4; müvafiq olaraq (001) paralel və ^ (001). Vərəqləri elas­tik və əyilgəndir.
Mikolan
Mikolan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd. Əhalisi 438 nəfərdir. Kəndin adı əslində Mikolon olmalıdır. Oykonim Miko (Mikayıl adının talış zonasında əzizləmə, kiçiltmə forması) və ion (talış dilində "yer, məkan", "ərazi") sözlərindən düzəlib, "Mikayılın (Mikonun) kəndi" mənasındadır. Yerli məlumata görə, burada ilk dəfə Mikayıl (Miko) adlı şəxs məskən saldığı üçün belə adlandırılmışdır.
Mikolas Yosef
Mikolas Yosef (çex. Mikolas Josef; d. 4 oktyabr 1995, Praqa, Çexiya) — Çexiya müğənnisi, bəstəkarı və keçmiş modeli. O, ifa etdiyi "Lie to Me" mahnısı ilə Çexiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Mikolas Yosef 4 oktyabr 1995-ci ildə Çexiyanın paytaxtı Praqada musiqiçi ailəsində anadan olmuşdur. Onun hər iki valideyni ingilis dili müəllimi olaraq çalışırlar və Mikolas da ingilis dilli məktəbdə təhsil almışdır. Onun Pyotr adlı gitarist qardaşı da var. Mikolas London Musiqi və Dramatik incəsənət akademiyasında təhsil almışdır. 17 yaşında ikən Mikolas model olaraq fəaliyyət göstərmiş və Diesel və Prada kimi geyim brendləri üçün təşkil edilmiş moda şoularında iştirak etmişdir. Lakin daha sonra o, çalışdığı sahədə dürüstlüyün və düzgünlüyün olmadığını bildirərək, modellik fəaliyyətini dayandırmışdır.
Svetiy Mikolay
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
İkonlar (kompüter)
Kompüter ikonu — Kompüter ekranlarında ikon (ingiliscə icon) kiçicik piktoqramlardır. Onlar adı qaydada uzun-uzadı yazılışları kiçik, bəzən şəkilli işarələrlə ifadə etmək üçündür. Hazırda istifadəçiləri asanlıqla məlumatlandırmaq üçün ikonlardan geniş istifadə olunur.
Mikola Bajan
Mikola Platonoviç Bajan (ukr. Микола Платонович Бажан, 26 sentyabr (9 oktyabr) 1904, Kamenets-Podolski – 23 noyabr 1983, Kiyev) —Ukrayna şairi, 1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946–1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı . Mikolo Bajan Platonoviç 1904-cü il 9 oktyabr tarixində Ukraynanın Kamenets- Polodski şəhərində anadan olmuşdur. 1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946–1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı adını almışdır. "On yeddinci patrul" adlı ilk şeir kitabı 1923-cü ildə nəşr edilmişdir. Böyük Vətən müharibəsi illərində Mikolo Bajan işğal edilmiş vilayətlərin əhalisi üçün buraxılan "Za Padyansku Ukrainu" (Sovet Ukraynası uğrunda) qəzetinin redaktoru olmuşdur. Müharibə illəri və ondan sonrakı illərdəki yaradıcılığının əsas mövzusu xalqlar dostluğu, sülh uğrunda mübarizədir. Mikolo Bajan Ş. Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Ə. Nəvainin "Fərhad və Şirin" poemalarını, A. S. Puşkinin, B. B. Mayakovskinin, A. Mistkeviçin əsərlərini ukrayna dilinə tərcümə etmişdir. 1978-ci ildən Ukrayna Sovet Ensiklopediyasının baş redaktoru, SSRİ Ali Sovetinin deputatı olmuşdur. 23 noyabr 1983-cü ildə vəfat etmişdir.
Mikola Voroxta
Mikola Voroxta (ukr. Микола Ворохта; 18 iyul 1947) – Odessa şəhərində yaşayan və fəaliyyət göstərən Ukrayna rəssamı. 2014-cü ildə Ukraynanın əməkdar artisti adına layiq görülmüşdür. Mikola Voroxta 1971-ci ildə Odessa Pedaqoji İnstitutunun incəsənət fakültəsini bitirmişdir. 1974–1998-ci illərdə Odessa Dövlət İnşaat Mühəndisliyi və Memarlıq Akademiyasının incəsənət bölməsində mühazirələr vermişdir. 1995-ci ildə Ukrayna Rəssamlarının Milli İttifaqının üzvlüyünə qəbul edilmişdir. Onun rəsm işləri Ukrayna Mədəniyyət Nazirliyi, Slovakiyanın Ukrayna və Rusiya Mədəniyyəti Muzeyi, Palanok Tarix Muzeyi, Odessa Qərb və Şərq İncəsənəti Muzeyi və İlliçivsk İncəsənət Muzeyinin kolleksiyalarına daxil edilmişdir. Bundan əlavə, Ukrayna, Rusiya, Birləşmiş Krallıq, ABŞ, Fransa, Yaponiya, İsveçrə, Norveç, İtaliya, Portuqaliya, Almaniya, Çin və başqa ölkələrdə şəxsi kolleksiyalarda onun əsərlərinə rast gəlmək mümkündür. "Zgurt" adlı rəssam qrupunun yaradıcısı və başçısıdır. Odessa Regional Şurası mədəniyyət və incəsənət sahələrindəki töhfələrinə görə ona fəxri diplom təqdim etmişdir.
Lie to Me (Mikolas Yosef mahnısı)
Lie to Me (azərb. Mənə yalan de‎) — Çexiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mikolas Yosef "Lie to Me" mahnısı ilə Çexiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı məhz ifaçının özü tərəfindən bəstələnmişdir.