DİRİLİK

is.
1. Diri, canlı cismin halı, diri halda olma; sağlıq. Ölü öldü, diriyə dirilik gərək. ( Ata. sözü ).
// Varlıq, mövcudluq, var olma, mövcud olma.
[Qədir:] Mən yekəlikdə adamın diriliyini danırlar. Mir Cəlal.

2. Həyat, yaşayış, güzəran.
[Səfdərqulu:] …Allah kəssin belə diriliyi, belə günü! N.Vəzirov.
Şəhərin gurultulu yaşayışından sonra kəndə məxsus asudə, səssiz bir diriliyə adət eləmədiyimdən bir növ darıxırdım. T.Ş.Simurq.

□ Dirilik etmək – yaşamaq, həyat sürmək.
Əziz balalar!… Bütün mikroblar havada, yerdə və suda dirilik edirlər. N.Nərimanov.

Dirilik suyu (çeşməsi, bulağı) şair. – bax abi-həyat (“ab”da).
Dirilik suyu harda idi ki, Xızr içəydi, diri qalaydı. M.F.Axundzadə.
Sənin gözlərinmi gənclik bağında; Yoxsa nərgizlərin sayrışıb oynar; Yoxsa çıxılmayan eşqin dağında; Ömrünün dirilik çeşməsi oynar. M.Müşfiq.
Gözəl həyat, gözəl günə; Taleyini qurtarana Xızır dedi; Çox aradı diriliyin bulağını. R.Rza.

Dirilik vermək – həyat vermək, ruh vermək, yaşatmaq, can vermək.
Hər bir şeyə dirilik və zinət verən məhəbbətdir. F.Köçərli.

3. məc. Var-yox, həyat mənbəyi.
Onun diriliyi yalnız iki öküz və bir parça əkin yerindən ibarət olduğundan o, rəncbərlik etməyə məcbur olurdu. A.Şaiq.

4. məc. Canlılıq, coşqunluq, həyat əlaməti.
Budəfəki səsində bir dirilik, bir ümid əsəri vardı. A.Şaiq.
Mən bu qadını bir az tanıyırdım.
…Yanaqlarında … bir qırmızılıq, gözlərində bir dirilik mövcud idi. S.Hüseyn.

5. Sərtlik, codluq. Düyünün diriliyi.

Синонимы

  • DİRİLİK dirilik bax 1. varlıq 1; 2. yaşayış 1
  • DİRİLİK varlıq — həyat — yaşayış — güzəran
  • DİRİLİK var-yox
  • DİRİLİK canlılıq — coşğunluq
  • DİRİLİK sağlıq

Антонимы

  • DİRİLİK DİRİLİK – YOXLUQ Bir söz ki bir cavanın diriliyinə səbəb olacaq, onu demək günahdır (Ə.Haqverdiyev); Qaynım həmişəki kimi indi də Midhədin yoxluğunu m
DİRİLDİCİ
DİRİLMƏ
OBASTAN VİKİ
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. == Fəaliyyəti == "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
Dirilik Suyu (1991)
Dirilik suyu (film, 1991)

Значение слова в других словарях