1. Quşlarda və cücülərdə uçmaq orqanı. Quş qanadı. Qanad açıb uçmaq. Göyərçinin qanadı. Milçəklər qanadlarında, xortumlarında və ayaqlarında külli miqdarda mikroblar gəzdirir.
2. Təyyarənin qalxma qüvvəsini yaradan, hər iki tərəfindəki yastı səthlərdən hər biri. Təyyarənin sol qanadı.
3. Yel dəyirmanının fırlanan pəri. Dəyirmanın qanadı küləyə doğrudur.
4. Balıqlarda: üzməyə məxsus üzvlər, pərək. Bəzi balıqların iki, bəzilərinin isə dörd qanadı olur.
5. Qapı və pəncərə kimi şeylərin açılıbörtülən və çox zaman cüt olan tağlarından, taylarından hər biri. Pəncərənin bir qanadı açılmır.
6. Bir şeyin iki tərəfindən hər biri.
7. Hər hansı bir təşkilatın, partiyanın ifrat (sol və ya sağ) qrupu.
8. Uc, kənar, qıraq.
// Budaq.
9. Cəbhənin, qoşunun, sıranın sol və ya sağ tərəfi; cinah.
10. Əsas şeydən ayrılmış qol.
◊ Qanad açmaq şair. – uçmaq, qanadlanmaq.
Qanad çalmaq – qanad vurmaq, uçmaq.
Qanad çırpmaq – uçmaq, qanadlanmaq.
Qanad-quyruq bağlamaq – pərvazlanmaq, cana gəlmək, canlanmaq, qüvvətlənmək.
Qanad vermək – bax qanadlandırmaq.
Qanad(ını) gərmək – 1) qanad açmaq, qanadını gərgin surətdə açmaq;
2) məc. himayəsi altına almaq, qorumaq;
3) məc. başının üstünü almaq, üstünü tutmaq, çökmək.
Qanadı altına almaq – himayəsinə götürmək, qorumaq. Həcərin karlı qardaşları var.
Qanadı qırılmaq (sınmaq) – köməksiz və himayəsiz qalmaq, ən yaxın adamından məhrum olmaq, bədbəxtlik üz vermək.