Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Filiasiya
Filiasiya — vətəndaşlığın əldə edilməsi üsullarından biri. Şəxsin doğulduğu andan vətəndaşlıq əldə etməsi. Bu isə yalnız iki prinsip əsasında baş verir: qan hüququ əsasında və torpaq hüququ əsasında.
Kilikiya
Kilikiya (erm. Կիլիկիա, yun. Κιλικία, lat. Cilicia) —Kiçik Asiyada tarixi əyalət. == Tarixi == Kilikiya bir müddət Roma imperiyasına tabe olmuşdu. Çuxurova bölgəsində Sis və Anavarza qalalarında yerləşən Kilikiya çarlığı (Rubenyan knyazlığı) 300 ilə yaxın bir müddətdə öz müstəqilliyini saxlamışdı. 1375-ci ildə Kilikiya dövləti çökdü.
Molosiya
Molossiya, rəsmən Molossiya Respublikası (Republic of Molossia) — ABŞ-nin Nevada ştatının Deyton şəhəri yaxınlığında 1977-ci ildə Ceyms Spilman (Kral I Ceyms) və Kevin Bo (baş nazir) tərəfindən müstəqilliyi elan olunmuş virtual-dövlət.
Qalisiya
Qalisiya-İspaniyanın şimal qərbində yerləşən muxtar region. A Koruniya, Lugo, Ourense və Pontevedra əyalətlərindən ibarətdir.Cənubdan Portuqaliya ilə, şərqdən İspaniyanın muxtar birlikləri Kastiliya və Leon və Asturiya ilə, qərbdən Atlantik okeanı ilə, və şimaldan Biskay körfəzi ilə həmsərhəddir.2012-ci ildə əhalisi 2,778,913 nəfərdən ibarət idi və ümumi sahəsi 29574 km² dir.
Felisiya Hardi
Qara pişik (ing. Black Cat) və ya əsl adı ilə Felisiya Hardi (ing. Felicia Hardy) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Marv Volfman və Deyv Kokrum tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 194-cü sayında (iyul 1979) peyda olmuşdur. Qara pişik Hörümçək-adamın bir müddətlik sevgilisi, həm düşməni, həm də müttəfiqidir. Qara pişik "Wizard" jurnalının ən böyük komiks personajları siyahısında 152-ci yerdə göstərilmişdir. IGN personajı "Top-25 Hörümçək-adam" düşməni siyahısında 24-cü yerdə vermişdir. Comics Buyer's Guide "Komikslərdə 100 ən seksual qadın" siyahısında onu 27-ci yerdə göstərmişdir. Qara pişik bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. "Hörümçək-adam 4" filmində görünməsi planlaşdırılsa da, film ləğv olunmuşdur.
Kilikiya dənizi
Kilikiya dənizi — Aralıq dənizinin şərqində, Kiçik Asiya ilə Kipr adası arasında yerləşir. Adını Kiçik Asiyanın antik dövrdə mövcud olan eyni adlı vilayyətin (Kilikiya) adından götürmüşdür. Türkiyənin Adana, Mersin və Hatay, Şimali Kipr Türk Respublikasının isə Famaqusta və Kyrenia vilayyətləri sahillərində yerləşir. Dənizə Göysu və Ceyhan çayları axır. Şimal-şərqində İsgəndərum körfəzi yerləşir. Sahillərində İsgəndərum, Mersin və ən əsas limanı Ceyhan limanları vardır. Dəniz cənub şərqdə Livan dənizi, qərbdə isə Aralıq dənizi ilə əhatələnir.
Kilikiya qapıları
Kilikiya qapıları və ya Gülək boğazı (türk. Gülek Boğazı; bəzi mənbələrdə Külək boğazı, türk. Külek Boğazı) —Türkiyənin cənubunda, Tavr dağlarında Bolkar və Aladağlar silsilələri arasında, Anadolu yaylasında aşırım. Bu, ölkənin daxili hissələrini Aralıq dənizi sahilində Çukurova sahilyanı ovalığı ilə birləşdirir. Qədim dövrlərdən bəri Kiçik Asiyadan Suriyaya ən əlverişli yol olaraq bilir. Makedoniyalı İsgəndərin qoşunları, 1096–1099-cu illərin Birinci Səlib yürüşü zamanı səlibçilərin birləşmiş qüvvələri tərəfindən istifadə edildiyinə dair sübutlar var.. == Nəqliyyat infrastrukturu == Keçid boyu İstanbulu Bağdadla birləşdirən avtomobil yolları və dəmiryolu xətləri var. Dəmiryolu relsləri kanyonun dibində və dar çəpərlərində yerləşir, çoxsaylı tunellərdən keçir və sayca 80-ə yaxındır. Asfaltlanmış avtomobil yolu "E5" Avropa magistral sisteminin bir hissəsidir və yolun hərəkət hissəsinin eni təxminən 7–9 metrdir. "Kilikiya qapıları"nın şimal hissəsində yol Pozantı yaşayış məntəqəsinə qədər dəmiryolu xəttinin yanında çəkilirdi, lakin cənubda Külək dərəsi boyunca Gülək aşırımından (1275 metr) keçir və dəmir yolundan qərbə doğru təxminən 15 km kənara çıxır.
Kilikiya yarımadası
Kilikiya yarımadası — Türkiyə ərazisində Kiçik Asiya yarımadasının cənubunda Kilikiya dənizinin akvatoriyasına daxil olan Mersin və Antalya körfəzləri (100 km) arasında yerləşir. Yarımadanın şimalı Tavr dağlarının hündürlükləri və cənubu isə alçaq dağları ilə hüdudlanır. Ən hündür nöqtəsi 2257 metrdir. Karst məşhəlli təbiət abidələrinə rast gəlinir. Ərazidə Makvis, Enliyarpaqlı və iynəyarpaqlı meşələr üstünlük təşkil edir.
Kilikiya Çarlığı
Kilikiya erməni çarlığı (Կիլիկիոյ Հայոց Թագաւորութիւն) - 1080-ci ildə tarixi Kilikiya vilayətində yaradılmış erməni çarlığı. Kilikiya Erməni Çarlığının ilk kralı I Levon olmuşdur. Çarlığın rəsmi kilsəsi Erməni Qriqoryan Kilsəsi idi. == Ermənilərin bölgəyə köçü == XI əsrin ikinci yarısında Sünik ( Zəngəzur ) və Taşir-Dzoraget çarlığı istisna olmaqla bütün Ermənistan ərazisi Səlcuq türkləri tərəfindən işğal edildi . Bizansın işğalından sonra milli dövlətçiliyin itirilməsi , eləcə də Səlcuqların işğalı ermənilərin Kilikiya və digər bölgələrə kütləvi köçürülməsinə səbəb oldu . Bizansın Edessadan Samosata və Melitenaya qədər erməni torpaqlarını zəbt etməsi, eləcə də onun siyasəti nəticəsində XI əsrin əvvəllərində Suriya, Mesopotamiya və Kiçik Asiya Bizans ərazisində ermənilərin xeyli məskunlaşdı . Əsrin sonlarında Malazgirt döyüşündən sonra (Manazkert, ermənicə Մանազկերտ ) Səlcuqlular ilk dövlətlərini - Konya Sultanlığını yaratdılar., bütün Ermənistanı və Anadolunun daxili hissələrini əhatə edən, buradan ermənilərin Kiçik Asiya sahilyanı bölgələrinə, xüsusilə Kilikiya və Fərat bölgələrinə köçünü gücləndi. == Erməni Çarlığı == Bizans imperiyası işğal etdiyi erməni torpaqlarının əhalisi arasında özünə dayaq yarada bilmədi. Ermənilərin sərhəd mövzularına köçürülməsi Bizansın sərhədlərinin möhkəmlənməsinə kömək etmədi. İmperiyanın hüdudları daxilində Suriyadan Zaqafqaziyaya qədər bir sıra yarımmüstəqil erməni knyazlıqları yarandı.
Kilikiya şaqqıldağı
Kilikiya şaqqıldağı (lat. Colutea cilicica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa və Balkan yarımadalarında yayılmışdır. == Botaniki təsviri == 3-6 m hündürlükdə olan koldur. Yarpaqları qısa, göyümtül, 7-9 sm uzunluğunda, 3-4 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 16-25 mm uzunluğunda, 10-15 mm enində, tərs-yumurtavari və ya ellipsvaridir. Ucu kütdür. May-iyun aylarında çiçəkləyir. Hər bir salxımda 4-7 ədəd çiçək yerləşir. Kasacıqları borucuqvaridir.
Qalisiya dili
Qalisiya dili (galego) — Hind-Avropa dillərinin İber-roman dilləri qolunun bir parçası olan və İspaniyanın Qalisiya bölgəsində danışılan dil. Ən çox portuqal dilinə bənzəyir.
Qalisiya döyüşü
Qalisiya döyüşü və ya Lvov döyüşü— Birinci Dünya Müharibəsinin əvvəlində Rusiya və Avstriya-Macarıstan İmperiyası arasında baş verən döyüşdür. Avstriya-Macarıstan ordusunun məğlubiyyətindən sonra ruslar Lvov şəhərini ələ keçirdilər və şərqi Qalisiya bölgəsində nəzarəti təmin etdilər. == Döyüşdən əvvəlki vəziyyət == Avqustun əvvəlində Rusiya ilə müharibə demək olar ki, müəyyən olduqda, Avstriya-Macarıstan baş qərargah rəisi Conrad von Hötzendorf şimal ordularına (1-ci və 4-cü ordular) Polşa krallığına hücum etmək qərarına gəldi. Rus ordusunun tezliklə Şərq Cəbhəsi üçün böyük güc toplaya biləcəyindən qorxan Von Hötzendorf, yeganə həll yolunu dərhal əməliyyata başlamaqda gördü. Komandir Almaniyanın Polşa hücumunu da dəstəkləyəcəklərinə ümid etdi, ancaq bölgədəki məhdud sayda alman əsgərinin müdafiənin güclü olması bu ümidi pozdu. Beləliklə, Polşaya tək girməli olan 1-ci və 4-cü Avstriya-Macarıstan orduları, 4-cü və 5-ci rus orduları tərəfindən qarşılandı. Digər tərəfdən, Avstriya-Macarıstanın Lvov üzərində hərəkət edəcəyini düşünən Rusiya ordusunun cənub-qərb cəbhəsinin komandiri Nikolay İvanov 3-cü və 8-ci ordularla şərqi Qalisiya bölgəsinə hücum etməyi planlaşdırırdı. == Döyüş == Viktor Danklın rəhbərliyindəki 3-cü Avstriya-Macarıstan ordusu Lublində 4-cü Rusiya ordusu ilə görüşdü və Baron Salzanın nəzarəti altında bu qüvvəni geri çəkilməyə məcbur etdi. Krasnik döyüşü adlanan bu qarşıdurmada 6000 rus əsgəri əsir alındı. 4-cü Avstriya-Macarıstan ordusu, Çankmdan Denkl'e doğru irəliləyərək, Komarov döyüşü zamanı Pavel Plehve komandanlığı altında 5-ci Rusiya ordusunu geridə qoydu, 20,000 rus əsgərini əsir aldı.
Qalisiya regionalizmi
Qalisiya regionalizmi — Qalisiyada siyasi cərəyan. Bu cərəyan Qalisiyanizmin təkamül prosesinin aralıq mərhələsində baş vermişdir. Qalisiya vilayətçiliyi ilə Qalisiya milliyətçiliyi arasındadır.
Qalisiya sarışını
Qalisiya sarışını (qalis. Rubia galega; isp. Rubia gallega) — İspaniyanın Qalisiya bölgəsinə xas olan inək cinsi. Adını yer aldığı bölgədən və rəngindən alan bu cins sarı və qırmızı rənglə yanaşı başqa rənglərdə də ola bilir. Çəkisi 450-500 kq olub, orta ölçülüdür. Qalisiya sarışını əsasən ətinə görə saxlanılır. Südü isə ənənəvi Tetilla pendirinin hazırlanmasında istifadə olunur. Bu cins ilk dəfə 1933-cü ildə qeydə alınmışdır. 1900-cu illərdə simmental, İsveçrə qəhvəyisi və cənub Devons cinslərinin cütləşdirilməsi ilə yarandığı güman olunur.
Tayrell Malasiya
Tayrell Malasiya (17 avqust 1999, Rotterdam, Cənubi Hollandiya) – İngiltərə Premyer Liqasında çıxış edən Mançester Yunaytedin futbolçusu. == Karyerası == === Feyenoord === Feyenoordda ilk matçına 6 dekabr 2017-ci ildə keçirilən Feyenoord-Napoli matçında çıxıb.Matç Feyenoordun 2-1 hesablı qələbəsi ilə başa çatıb. Feyenoordda ilk qolunu isə 26 avqust 2018-ci ildə keçirilən Heerenveen-Feyenoord matçının 47-ci dəqiqəsində vurub. Matç Feyenoordun 3-5 hesablı qələbəsi ilə başa çatıb. 5 iyul 2022-ci ildə Feyenoorddan ayrıldı. === Mançester Yunayted === 5 iyul 2022-ci ildə Mançester Yunaytedlə müqavilə imzaladı.Mançester Yunayteddə ilk matçına 12 iyul 2022-ci ildə keçirilən Mançester Yunayted-Liverpul matçının 46-cı dəqiqəsində çıxıb. Matç Yunaytedin 4-0 hesablı qələbəsi ilə başa çatıb.
Alisiya Amxerst
Alisiya Amxerst (ing. Alicia Amherst; 30 iyul 1865, Pul, Dorset[d] – 14 sentyabr 1941, Pul, Dorset[d]) — Böyük Britaniya botaniki, bağban və ingilis bağçılığın tarixinə dair ilk elmi kitabın müəllifi. == Elmi fəaliyyəti == Alisiya Amxerst toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == "The History of Gardening in England" (1896) "Children'S Gardens" (1902) "London Parks and Gardens" (1907) "Children and Gardens" (1908) "Wild Flowers of the Great Dominions of the British Empire" (1935) "Some Canadian Wildflowers: Being the First Part of Wild Flowers of the Great Dominions of the British Empire" (1937) "Historic Gardens of England" (1938) == Şərəfinə adlandırılmalar == 1918-ci ildə Alisiya Amxerst Britaniya İmperiyası Ordeninə layiq görülmüşdür. "Hebe" cinsinə aid 'Alicia Amherst' (sinonim "H. veitchii") sortu .
Alisiya Lurteq
Alisiya Lurteq (isp. Alicia Lourteig; 17 dekabr 1913[…], Buenos Ayres – 30 iyul 2003[…], Buenos Ayres) — Argentina botaniki. == Elmi fəaliyyəti == Alisiya Lurteq toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == A Lourteig, Ca O'Donell. 1942. «Acalypheae argentinae (Euphorbiaceae)» Lilloa VIII A Lourteig, Ca O'Donell. 1943. «Euphoriaceae argentinae. Phyllantheae, Dalechampieae, Cluytiae, Manihoteae». Lilloa IX A Lourteig, Ca O'Donell.
Alisiya Makkormak
Alisiya Makkormak(ing. Alicia McCormack; 7 iyun 1983, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Alisa McKormak, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb və 2 dəfə bürünc medal qazanıb. == Karyerası == Alisa McKormak, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Alisa McKormak 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Alaş milisi
Alaş milisi (qaz. Алаш милициясы) — Alaş Ordanın xalq milisi, 5–13 dekabr 1917-ci ildə Orenburqda keçirilən 2-ci Ümumqazax Konqresinin qərarı ilə yaradılmış Alaş muxtariyyətinin silahlı ordusu. Vəzifəsi Alaş muxtariyyətini qorumaq olmuşdur. Xalq milisləri sıralarına 20–35 yaşlarında hərbi xidmətə yararlı kişilər çağırılırdı. Alaş Orda Milli Fondu polisi silah və sursatla idarə edirdi. Alaş Ordanın qərb diviziyalarının rəhbərləri Jaxanşa Dosmuxamedov və Xalel Dosmuxamedov Komuç diviziyası (Samara), Torqay diviziyasından 600 tüfəng və bir pulemyot – 300 tüfəng və 20 min patron aldılar. Orenburq qazax qoşunlarının atamanının köməyi ilə A. İ. Dutov, Kostanay və Qırğız mahallarında iki süvari alayı yaradılmışdır. Qızıl Orduya qarşı müharibədə Alaş milisində vuruşanların sayı 5 min nəfərə çatmışdır. Alaş muxtariyyəti ləğv edildikdən sonra Alaş milisi ləğv edilmişdir.
Lisiya silsiləsi
Lisiya silsiləsi (bolq. Лисийски хребет, ‘Lisiyski Hrebet’ \li-'siy-ski 'hre-bet\) — Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən, buzlaqlardan azad olan dağ silsiləsidir. Silsilə şimal-şərq, cənub-qərb istiqaməti boyunca Leroy körfəzindən və Biqo körfəzindən 16 km məsafədə yerləşmişdir. Komriye buzlağından cənubda, Lyuk buzlağından şərqdə yerləşmişdir. Biqo dağı (1700 m) silsilənin cənub-qərb, Perçot dağı (2040 m) isə mərkəzi hissəsini əmələ gətirir. Silsilədə Muldava buzlağı, Nesla buzlağı və Koloş buzlağı yerləşmişdir.Buzlaq cənub-qərbi Bolqarıstanda yerləşən Lisiya şəhərinin adını daşıyır. == Yerləşməsi == Lisiya silsiləsi 65°45′10″ c. e. 64°11′00″ q. u.
Miliya Jijiç
Miliya Jijiç - Bosniya və Herseqovina futbolçusu. == Həyatı == Miliya Jijiç 28 fevral 1979-cu ildə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Moqren Budva, Slaviya Sarayevo, Boraç Banyaluka, Yavor İvanitsa, ÇSK Çetarevo, Kitçe. 2008-ci ildən Qəbələdə çıxış edir. == Uğurları == Monteneqronun ən yaxşı gənc futbolçusu (Moqren Budva - 1998).
Kilikiya Erməni Çarlığı
Kilikiya erməni çarlığı (Կիլիկիոյ Հայոց Թագաւորութիւն) - 1080-ci ildə tarixi Kilikiya vilayətində yaradılmış erməni çarlığı. Kilikiya Erməni Çarlığının ilk kralı I Levon olmuşdur. Çarlığın rəsmi kilsəsi Erməni Qriqoryan Kilsəsi idi. == Ermənilərin bölgəyə köçü == XI əsrin ikinci yarısında Sünik ( Zəngəzur ) və Taşir-Dzoraget çarlığı istisna olmaqla bütün Ermənistan ərazisi Səlcuq türkləri tərəfindən işğal edildi . Bizansın işğalından sonra milli dövlətçiliyin itirilməsi , eləcə də Səlcuqların işğalı ermənilərin Kilikiya və digər bölgələrə kütləvi köçürülməsinə səbəb oldu . Bizansın Edessadan Samosata və Melitenaya qədər erməni torpaqlarını zəbt etməsi, eləcə də onun siyasəti nəticəsində XI əsrin əvvəllərində Suriya, Mesopotamiya və Kiçik Asiya Bizans ərazisində ermənilərin xeyli məskunlaşdı . Əsrin sonlarında Malazgirt döyüşündən sonra (Manazkert, ermənicə Մանազկերտ ) Səlcuqlular ilk dövlətlərini - Konya Sultanlığını yaratdılar., bütün Ermənistanı və Anadolunun daxili hissələrini əhatə edən, buradan ermənilərin Kiçik Asiya sahilyanı bölgələrinə, xüsusilə Kilikiya və Fərat bölgələrinə köçünü gücləndi. == Erməni Çarlığı == Bizans imperiyası işğal etdiyi erməni torpaqlarının əhalisi arasında özünə dayaq yarada bilmədi. Ermənilərin sərhəd mövzularına köçürülməsi Bizansın sərhədlərinin möhkəmlənməsinə kömək etmədi. İmperiyanın hüdudları daxilində Suriyadan Zaqafqaziyaya qədər bir sıra yarımmüstəqil erməni knyazlıqları yarandı.
Qalisiya (Şərqi Avropa)
Qalisiya — 1945-ci ildə edilən sərhəd dəyişikliyi nəticəsində Polşa və Ukrayna dövlətlərinin daxilində qalan tarixi bölgə. == Tarixi == Birinci Dünya müharibəsi zamanı (1914–1918) Osmanlı ordusu müttəfiq güclər (Almaniya, Avstriya-Macarıstan İmperiyası) ilə birlikdə Rusiya İmperiyasına qarşı Avstriya-Macarıstanın bir əyaləti olan bu torpaqlarda vuruşmuşdur (1916–1917). Osmanlı ordusu Qalisiya cəbhəsində 1050-dən artıq şəhid vermiş və burada 13 ayrı yerdə türk şəhidlikləri və abidələri düzəldilmişdir.
Qalisiya taxıl anbarı
Qalisiya taxıl anbarı (qalis. Hórreo galego) — İspaniyanın Qalisiya bölgəsində qarğıdalı və digər dənli bitkiləri öyütməzdən qabaq saxlamaq üçün istifadə olunan anbar tipi. Anbarın uzun və dar quruluşu havanın içəridə dolaşmasını asanlaşdırır. Uzun boylu forması və tikildiyi material taxılı nəmdən qoruyur. Üzərində durduğu ayaqlar zərərvericilərin ona dırmaşmasını çətinləşdirir.XIII əsrdə X Alfonsonun əmri ilə yazılmış "Müqəddəs Məryəm mahnıları" kitabında bu tip anbarların sxemi tapılmışdır. Çörək üçün lazım olan qarğıdalı əkininin artması ilə birlikdə taxıl anbarlarının da sayı artmışdır. 1973-cü ildə İspaniya hökuməti Qalisiya və Asturiyadakı bütün istifadə olunmayan qədim Qalisiya taxıl anbarlarını qorumaq qərarını vermişdir. 1768-ci ildə Karnotada inşa edilən bütün taxıl anbarları tarixi abidə kimi qəbul olunur. Taxıl anbarları 20 metrə qədər müxtəlif boylarda ola bilir. Anbarların gövdəsi qranitdən olub, divar panelləri ya daşdan, ya da taxtadan hazırlanır.
Ümumdünya Missiya Cəmiyyəti
Tanrının Kilsəsi və ya Ümumdünya Missiya Cəmiyyəti — Cənub-Şərqi Asiyada, xüsusilə də Koreyada qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Bu sektanın davamçıları hesab edirlər ki, İsanın ruhu An Sanq-Honq adlı bir adamın vücuduna köçmüşdür, Jan Hil-Ca adlı qadın isə "Tanrının Anasıdır". Onlar bildirirlər ki, Yerdəki ailə sistemi səmavi ailə sisteminin əksi və kölgəsidir və Səmavi Ata (An), Səmavi Ana (Jan), həmçinin qardaş və bacıların (digər bəşəriyyət) mövcud olduğunu iddia edirlər. Tənqidçilərin fikrincə, bu kult ailələri məhv etmək üçün beyinlərə təsir göstərmək taktikasından istifadə edir. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13.