Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miokard
Ürəyin əzələ qişası və ya Miokard (latınca myocardium, yunanca μυος — əzələ, καρδιά — ürək) — ürəyin əsas hissəsini təşkil edən orta təbəqəsinin, ürək əzələsinin adı. Miokard ən qalın qişa olmaqla, iki tip kardiomiositlərdən təşkil olmuşdur.Tipik kardiomiositlər formaca eninəzolaqlı əzələ liflərindən ibarət olsa da, morfoloji və fizioloji xüsusiyyətlərinə görə ondan kəskin fərqlənir. Belə ki, tipik kardiomiositlər 50-120 mkm uzunluğunda, 15-20 mkm enində olmaqla sarkolemmaya, sarkoplazmaya və mərkəzdə yerləşən oval və ya uzun formalı 1-2 nüvəyə malikdir. Eninəzolaqlı əzələdən fərqli olaraq, ürəkdə belə kardiomiositlər dəstələr şəklində deyil, bir-birinə anastomozlaşır və tor - simolast şəklini alırlar Miokard təbəqəsi Epikard və Endokard təbəqələrinin arasında yerləşir.
Miokard infarktı
Ürək Tutması, Ürək infarktı ya da kəskin myokard infarktı (Sıxlıqla MI (Myocardial infarction) vəya AMI (acute myocardial infarction) şəklində deyilir), ürəyin tac arterlərində meydana gələn problem sonrası (tez-tez koroner arterlərdəki tutulma nəticəsində ürək əzələ'sinin bağlı olduğu hissəsinin qidalanması və oksigen'siz qalması ilə) meydana gələn çatışmazlıq nəticəsi şiddətli sinə ağrısıyla ortaya çıxan və ölümlə nəticələnməsi riski. Dünyada ən başda gələn ölüm səbəblərindən. Ürək, insan'larda dincəlmə anında dəqiqədə 60–80 dəfə bütün bədəndə qan ötürən güclü bir nasosdur. Bütün bədənin qan ehtiyacını qarşılayan zaman özünün də qidalanması üçün qan istifadəsı lazımdır. Ürəyin özünü qidalandıran damar'ların (tac arterlər) dolaşım problemlərində tac çatışmazlıq meydana gəlir. Tac çatışmazlıq vəziyyətləri tac damarlardakı darlıqların tipinə, dərəcəsinə ve yerinə görə dəyişir. Bəziləri angina səviyyəsində qalan zaman digərləri ürək tutmasına çevrilə bilər. Ümumilikdə fiziki fəaliyyətlər sırasında meydana gələn və dincəlməklə keçən sinə ağrıları (anjina) ilk xəbərdarlıqlardır. Eforlu EKG ə ürək damarlarının funksionallığı dəyərləndirilə bilər. Anjinasız da ürək tutmaları sıx meydana çıxır.
Midqard
Midqard (q.skan. Miðgarðr — hərfi “fəzanın orta qatı” — “aralıq dünya”) German-skandinav mifologiyasında doqquz daləmdən biri olan insanların yaşadıqları məkan ya dünya.
Milyard
1.000.000.000 (bir milyard) — 999.999.999-dan üstün, 1.000.000.000.000-dən əvvəlki təbii say. Elmi yazılarda 109 kimi yazılır. Cənubi Asiya ölkələrində ingiliscə ona 100 kurur (crore) deyilir. Milyard termini 1.000.000.000i rəqəmini ifadə etmək üçün istifadə edilə bilər. SI Giga prefiksi bu ədədi + 1.000.000.000 dəfə baza bölməni göstərir.
Millard Fillmor
Millard Fillmor (ing. Millard Fillmore; 7 yanvar 1800[…] – 8 mart 1874[…], Buffalo, Nyu-York ştatı ) — Amerika Birləşmiş Ştatlarının 13-cü prezidenti (1850-1853) və 12-ci vitse-prezidenti (1849-1850). Zakari Teylor vəfat edən günün səhəri, 1850-ci il iyunun 10-da vitse-prezident Millard Fillmor prezident səlahiyyətlərinin icrasına başladı. Sələfindən fərqli olaraq uzunmüddətli siyasi təcrübəyə malik Fillmor ənənəvi yolla çətin ki, prezident seçilərdi. Viqlər partiyasının liderləri ilə sıx əməkdaşlıq edərək daxili və xarici siyasətdə bəzi uğurlar qazanmasına baxmayaraq onun ikinci müddətə prezident seçilməsi üçün heç bir şansı olmamışdır. Fillmor 1856-cı il prezident seçkilərində iştirak etsə də uğur qazana bilməmişdir. Millard Fillmor 7 yanvar 1800-cü ildə kasıb fermer ailəsində dünyaya gəlib. Gələcək prezidentin ağır uşaqlıq dövrü atasına məxsus fermada keçib. Təsərrüfat işlərində ailəyə kömək etməsi səbəbindən ildə iki-üç ay təhsil ala bilib. Çətin fermerlik həyatının bəhrəsizliyini görən ailə başçısı övladlarına heç olmasa yaxşı sənət öyrətməyi qərara alır.
Millard Filmor
Millard Fillmor (ing. Millard Fillmore; 7 yanvar 1800[…] – 8 mart 1874[…], Buffalo, Nyu-York ştatı ) — Amerika Birləşmiş Ştatlarının 13-cü prezidenti (1850-1853) və 12-ci vitse-prezidenti (1849-1850). Zakari Teylor vəfat edən günün səhəri, 1850-ci il iyunun 10-da vitse-prezident Millard Fillmor prezident səlahiyyətlərinin icrasına başladı. Sələfindən fərqli olaraq uzunmüddətli siyasi təcrübəyə malik Fillmor ənənəvi yolla çətin ki, prezident seçilərdi. Viqlər partiyasının liderləri ilə sıx əməkdaşlıq edərək daxili və xarici siyasətdə bəzi uğurlar qazanmasına baxmayaraq onun ikinci müddətə prezident seçilməsi üçün heç bir şansı olmamışdır. Fillmor 1856-cı il prezident seçkilərində iştirak etsə də uğur qazana bilməmişdir. Millard Fillmor 7 yanvar 1800-cü ildə kasıb fermer ailəsində dünyaya gəlib. Gələcək prezidentin ağır uşaqlıq dövrü atasına məxsus fermada keçib. Təsərrüfat işlərində ailəyə kömək etməsi səbəbindən ildə iki-üç ay təhsil ala bilib. Çətin fermerlik həyatının bəhrəsizliyini görən ailə başçısı övladlarına heç olmasa yaxşı sənət öyrətməyi qərara alır.
Qızıl milyard
Qızıl milyard (rus. золотой миллиард, ing. Golden billion) — qeyri-müəyyən (müəyyən edilməmiş) elitaların sərvət toplamaq və adi insanların həyatını məhv etmək üçün iplər çəkdiyi bir sui-qəsd nəzəriyyəsidir.
Pikard dili
Pikard dili- Fransız dilinə sıx bağlı dil.Fransanın Nord-Pas-de-Calais və Pikardiya bölgələrində və Belçikanın Valloniya regionunun bir qismində, Turnai nahiyəsində və Mons nahiyəsinin bir qismində danışılır.
Vilhelm Şikard
Vilhelm Şikard (22 aprel 1592[…], Herrenberq – 24 oktyabr 1635, Tübingen[d]) — kalkulyatoru icad etmiş yəhudi əsilli alman alimi, astronom, riyaziyyatçı və şərqşünas. Almaniyanın Tübingen Universitetində Şərq dilləri kafedrasının professoru. Vilhelm Şikard - 22 aprel 1592-ci ildə alman alimi, astronom, riyaziyyatçı və şərqşünas, mexaniki kalkulyatorun ixtiraçısı, Almaniyanın Tyübingen universitetinin “Şərq dilləri” kafedrasının professoru Vilhelm Şikkard (Wilhelm Schickard) anadan olmuşdur. O, Blez Paskalın (Blaise Pascal) cəmləyici maşını yaratmasından 20 il əvvəl – 1623-cü ildə ədədlər üzərində hesab əməlləri yerinə yetirən qurğunu icad etmişdir, lakin yanğın nəticəsində bu qurğu sıradan çıxmışdır. Ona görə də Paskal Şikkarddan daha çox şöhrət qazanmışdır. XX əsrin ikinci yarısında İohann Keplerin həyatını tədqiq edən Frans Hammer Şikardın 1623 və 1624-cü illərdə Keplerə yazdığı məktublarda kalkulyatorun iş prinsipini izah etdiyini müəyyən etmiş və bununla da onun Blez Paskaldan 20 il əvvəl kalkulyatoru ixtira etdiyini bəyan etmişdir. Sonrakı dəqiq araşdırmalar və hesablamalar göstərdi ki, Şikardın kalkulyatoru tamamlanmamışdı və əlavə dişli çarxlara və yaylara ehtiyacı var idi. Blez Paskal 300 il ərzində kalkulyatorun yaradıcısı hesab edildiyindən, Vilhelm Şikard çox tanınmır. Tübingen Universitetində təhsil almış, daha sonra bu universitetin akademiki olmuşdur. Özünün Keplerə yazdığı məktubda qeyd etdiyinə görə, 1623-cü ildə ixtira etdiyi kalkulyator 6 xanaya qədər olan ədədləri toplayıb-çıxa bilirdi.
Georsi-Stefanie Pikard
Georsi-Stefanie Pikard (8 fevral 1991) — Kanadalı oxatan. Georsi-Stefanie Pikard Kanadanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Georsi-Stefanie Pikard birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Tan Ya-Ting ilə üz-üzə gəldi. Həmin görüşdə Georsi-Stefanie Pikard rəqibinə 1:7 hesabı ilə uduzdu.
Riçard-Molard dağı
Nimba dağı və ya Riçard-Molard dağı — Afrikada 3 respublikanın ərazisində yerləşən Nimba dağı və onun ətrafındakı əraziləri əhatə edən qorunan təbiət ərazisidir. 1981-ci ildə 155-ci üzv kimi YUNESKO-nun Ümumdünya irsi sıyahısına salınmışdır Heyvan növləri arasında müxtəlif antilop cinsləri, böyük pişiklər, müşk pişiyi və müxtəlif məməli və sürünənlər də vardır. Burada daşları alət və vasitə olaraq istifadə edən şimpanzelər də yaşayır. Nimba Dağı Qvineya, Kot-d'İvuar və Liberiya arasında yerləşir. Kot-d'İvuarda qalan hissə mühafizə olunan bölgəyə daxil deyil. Nimba Dağı 1 752 metr yüksəklikdə olub 40 km-lik bir dağ silsiləsinin hissəsidir. Təbiət Qoruma Sahəsi yüksək otlaq, savanna düzənliyi və yağış meşələrindən ibarətdir. Kütləvi olaraq Liberiyadan qaçqınların gəlməsindən sonra Qvineya 1992-ci ildən bəri bu sahədə dəmir filizinin çıxarılmasına icazə vermiş və bu bölgəni təhlükə altına atmışdır. Nəzarətsizlik, qanunsuz ovlanma və yanğınlar bölgənin təbiətinə böyük zərər yetirir. Bu səbəblərdən 2013-cü ildən təhlükə altındakı abidələr siyahısındadır.