Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirşahin
Mirşahin Mirdilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Mirnadir Zeynalov
Mirnadir Mirəli oğlu Zeynalov (12 noyabr 1942, Bakı – 10 mart 2021, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2006). Mirnadir Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində doğulmuşdur. 1963-cü ildə ilk peşə təhsili olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirmişdir. Azərbaycan Rəssamlar İttifaqının və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvü olmuşdur. Rəssam 10 mart 2021-ci ildə 78 yaşında vəfat etmişdir. Mirnadir Zeynalovun peşəkar boyakarlıq karyerası 1970-ci illərdən başlamışdır. O, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən, xüsusilə, Cavad Mircavadov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Ənvər Əsgərov, Nazim Rəhmanov, Fərhad Xəlilov kimi rəssamlardan təsirlənmişdir. Rəssamın əsərlərində doğulub böyüdüyü Abşeronun sərt təbiətinin, mənzərələrinin əks olunması mühüm yer tutur. Bunlardan "Tək ağac" (1974), "Köhnə kənd" (1989) əsərlərini xüsusilə fərqlənirlər. Rəssam öz karyerasının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlamışdır.
Mirrahil Teymurlu
Mirşahin Ağayev
Mirşahin Mirdilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Mirsahib Abbasov
Mirsahib Abbasov - Azərbaycan Birinci Liqasında İrəvan FK hücumçusu kimi çıxış edən azərbaycanlı peşəkar futbolçudur. == Bioqrafiya == O, 7 yaşında Bakıdakı “Şəfa” stadionunda uşaq futbol məktəbində məşqçi Roman Cəfərovun rəhbərliyi altında futbol oynamağa başlayıb. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Komanda idmanı fakültəsində təhsil alıb. == Klub karyerası == 29 noyabr 2014-cü ildə Abbasov Azərbaycan Premyer Liqasında 'Keşlə'nin 'Bakı' ilə oyununda debüt etmişdir. == Şəxsi həyatı == Mirsahib Abbasovun qardaşı Mirabdulla Abbasov (1995-ci il doğumlu) futbolçu və milli komandanın oyunçusudur. == UEFA Avropa Liqası == 2015/16 UEFA Avropa Liqası mövsümündə o, birinci və ikinci təsnifat mərhələsində Albaniyanın 'Laçi' və İslandiyanın 'Hafnarfjordur' komandalarına qarşı dörd oyun keçirib, cəmi 274 dəqiqə oyun keçirib.
Mirtalıb Ağazadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Axund Mirbağır Ağa Ağazadə
Axund Mirbağır Ağa Ağazadə(1857, Salyan – 1941, Qazaxıstan) — görkəmli azərbaycan ruhanisi və ictimai xadimi. == Həyatı == Mirbağır Ağa Ağazadə 1857-ci ildə Salyan şəhərinin köhnə Bərəüstü məhəlləsində siravi ruhani Hacı Zeynalabidinin ailəsində anadan olmuşdur. Salyanda yaradılmış mədrəsədə (onun yaradıcısı Mir Heydər ağa olmuşdur) ilk təhsilini almışdır. O, şeyx Əbdül Səməd Ağa, Seyid İbrahim Salyani, Axund Mirzə Xəlilullah və b. Ilə birlikdə 1887-ci ildə ona dərs deyən müctəhidlər Seyid Kazım Təbatəbai və Ayətullah Şərəbyani ona Nəcəfül-Əşrəf şəhərinə oxumağa getməyi məsləhət görmüşlər. Onunla birgə bir neçə azərbaycanlı da təhsilini həmin ruhani məktəbində davam etdirmişdir. Göstərilən Ruhani Akademiyasında astronomiya, riyaziyyat, həndəsə, nəbatət, təbabət elmlərinə mükəmməl yiyələnən Mirbağır Ağa böyük elm sahibi kimi tanınmışdır. Bundan başqa o, bir nurlu sima kimi ağsaqqal, sözünün yerini bilən, əsasən vətənpərvər olaraq özünü tanıtmışdır. Nəcəfül-Əşrəfdə müvəffəqiyyətlə təhsilini başa vurduqdan sonra imtahan verərək "Qərineyi – İctihad" ali ruhani adı ilə 1909-cu ildə Salyana dönmüşdür. O, Salyana təhsil alarkən evləndiyi seyid Mirsəfiyyə ilə qayıtmışdır və ondan bir oğlu və üç qızı anadan olmuşdur.