Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mildred Ceyn Hill
Mildrid Ceyn Hill (27 iyun 1859, Luisvill, Kentukki – 5 iyun 1916, Çikaqo, İllinoys) — "Good Morning to All"("Hamınızın sabahı xeyir") mahnısını bəstələyən, sonradan bütün dünyada məşhur "Happy birthday to you" (Doğum günün mübarək) melodiyasının Amerikalı müəllifi və musiqişünası. == Həyatı == Kentukki ştatının Luisvill (Kentukki) şəhərində anadan olan Mildred Ceyn Hill üç bacının: Mildred, Peti və Cessikanın ən böyüyü idi. Musiqini atası, Kalvin Kodi və Adolf Veydiqdən öyrənmişdi. Mildrid Hilldə kiçik bacısı Peti kimi bir uşaq bağçasında müəllimə idi. Professor Robert Brauneis, Hill ailəsini geniş araşdırdıqdan sonra onun uşaq bağçasında müəllimə olmadığı qənaətinə gəldi. Zenci ruhani müziqisinə həvəs göstərən Mildrid musiqiyə, tədrisə, bəstələməyə, ifa etməyə və bu sahədə ixtisaslaşmağa doğru irəlilədi. Hill və bacısı eksperimental uşaq bağçasında, Luisvill Eksperimental Uşaq Bağçası Məktəbində mütərəqqi təhsil proqramındakı işlərinə görə Chicago World Fair-də (1893) mükafatlandırıldı. Cohann Tonsor təxəllüsünü istifadə edərək musiqi haqqında yazdı və 1892-ci ildə yazdığı "Zənci Musiqisi" adlı məqaləsində, mövcud zənci musiqisinin fərqli bir Amerika musiqi üslubunun əsası olacağını təklif etdi; Antonin Dvorjakın "Yeni dünyadan" Simfoniyasını bəstələməsinə təsir etdi. Hill mahnısının məşhurlaşmasından çox əvvəl 1916-cı ildə İllinoys ştatının Çikaqo şəhərində vəfat etdi, . Kentukki ştatındakı Luisvill şəhərindəki Keyv Hill qəbiristanlığında bacısı ilə birlikdə dəfn edilmişdir.
Mildred Pirs (miniserial, 2011)
Mildred Pirs (ing. Mildred Pierce) - 2011-ci ildə çəkilmiş mini-serialdır. == Xarici keçidlər == Mildred Pirs — Internet Movie Database saytında.
Mildred Pirs (mini-serial, 2011)
Mildred Pirs (ing. Mildred Pierce) - 2011-ci ildə çəkilmiş mini-serialdır. == Xarici keçidlər == Mildred Pirs — Internet Movie Database saytında.
Misdərə (Meşkinşəhr)
Misdərə (fars. مسدرق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (15 ailə).
Midhəd Abbasov
Midhət Teymur oğlu Abbasov — texnika elmləri doktoru (1962), neftçi, alim, professor, AMEA-nın həqiqi üzvü (1980), REA-nın müxbir üzvü (1984), Yer haqqında elmlər şöbəsinin akademik-katibi (1976–1990), SSRİ Ali Sovetində deputat, AMEA-nın vitse prezidenti (1990–1997), Azərbaycan Respublikası Prezident Şurasının üzvü (1991), AAzərbaycan Respublikasının dövlət katibi (1991–1992), AMEA Dərin Neft-Qaz Yataqları İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru (1971–2003), Azərbaycanın əməkdar elm xadimi (1990). == Həyatı == Midhət Abbasov 31 iyul 1926-cı ildə Bakıda anadan olub. 1949-cu ildə "Neft-mədən işi" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) neft-mədən fakültəsini bitirib. M. T. Abbasov əmək fəaliyyətinə 1949-cu ildə "Azneft" birliyində başlamışdır. "Azneft" İB-nin "Molotovneft" trestində işlədiyi müddətdə AzSİ-nun aspiranturasına daxil olub. == Elmi fəaliyyəti == 1951-ci ildən Azərbaycan EA-da işləyir. Əvvəlcə neft və qaz yataqlarının kəşfiyyatı sahəsində, 1960-cı ildən isə neft və qaz yataqları problemləri elmi tədqiqat institutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, 1971-ci ildən isə direktor olmuşdur. 1951–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında işləyərək, kiçik elmi işçidən elmi işlər üzrə müdir müavini vəzifəsinə qədər yüksəlib. 1953-cü ildə "Qarışıq rejim şəraitlərində neft yataqlarının işlənilmə sistemlərinin layihələndirilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft ekspedisiyasının ləğvi ilə əlaqədar olaraq, 1958-ci ildə o, AzETNÇİ-nun yeraltı hidrodinamika laboratoriyasının müdiri vəzifəsinə keçirilmişdir.
Midhəd Qəfərov
Midhəd Qəfərov (1966, Salyan rayonu) — hüquq elmləri doktoru, professor. == Həyatı == Midhəd Seyidəhməd oğlu Qəfərov 1966-cı ildə Azərbaycan Respublikasının Salyan rayonunun Noxudlu kəndində anadan olmuşdur. 1973–1983-cü illərdə Salyan rayonunun Noxudu kəndindəki orta məktəbdə təhsil almışdır. O, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini fərqlənmə ilə bitirmiş, 1994–1999-cu illərdə BDU-nun "Cinayət prosesi" kafedrasının aspirantı olmuşdur. M. Qəfərov 1993–1994-cü illərdə BDU-nun "Cinayət prosesi" kafedrasının baş laborantı vəzifəsində işləmişdir. 1994-cü ildən BDU-nun "Cinayət prosesi" kafedrasının müəllimidir. == Elmi yaradıcılığı == Midhəd Qəfərov 1999-cu ildən hüquq elmləri namizədi, dosent, 2009-cu ildən hüquq elmləri doktorudur. 2004–2011-ci ildən BDU-nun hüquq fakültəsinin magistratura üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2012-ci ildən "Cinayət prosesi" kafedrasının professorudur. Təhqiqat sahəsi: Cinayət prosesində müstəntiq tərəfindən müttəhimin hüquqları və qanuni mənafeyinin təmin edilməsi; Müqayisəli cinayət prosessual hüquq;AR-in hüquq-mühafizə orqanları; Təhqiqat; Appelyasiya və kassasiya instansiyalarında icraat.
Mişənd (Astara, İran)
Mişənd (fars. مشند‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 624 nəfər yaşayır (117 ailə).
Moza bint Nasir əl-Misnəd
Şeyxa Moza bint Nasir əl-Misnəd (ərəb. موزا بنت ناصر المسند‎) — Qətərin birinci xanımı. Şeyxa Moza bint Nasir əl-Misnəd 1958/1959-cu ildə Qətərin Əl Khor şəhərində anadan olub. O, 1977-ci ildə Qətər dövlətinin əmiri Hamad bin Xəlifə Al-Sani ilə ailə həyatı qurub. Şeyxa Moza Al Taniyənin üç arvadından ikincisidir. Xanım Şeyxa Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri olub. Hazırda o Veill Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür. Forbes jurnalı xanım Mozanı 100 ən güclü qadından biri kimi elan edib.