Midhəd Abbasov
Midhət Teymur oğlu Abbasov — texnika elmləri doktoru (1962), neftçi, alim, professor, AMEA-nın həqiqi üzvü (1980), REA-nın müxbir üzvü (1984), Yer haqqında elmlər şöbəsinin akademik-katibi (1976–1990), SSRİ Ali Sovetində deputat, AMEA-nın vitse prezidenti (1990–1997), Azərbaycan Respublikası
Prezident Şurasının üzvü (1991), AAzərbaycan Respublikasının dövlət katibi (1991–1992), AMEA Dərin Neft-Qaz Yataqları İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru (1971–2003), Azərbaycanın əməkdar elm xadimi (1990).
Midhət Abbasov 31 iyul 1926-cı ildə Bakıda anadan olub.
1949-cu ildə "Neft-mədən işi" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) neft-mədən fakültəsini bitirib. M. T. Abbasov əmək fəaliyyətinə 1949-cu ildə "Azneft" birliyində başlamışdır. "Azneft" İB-nin "Molotovneft" trestində işlədiyi müddətdə AzSİ-nun aspiranturasına daxil olub.
1951-ci ildən Azərbaycan EA-da işləyir. Əvvəlcə neft və qaz yataqlarının kəşfiyyatı sahəsində, 1960-cı ildən isə neft və qaz yataqları problemləri elmi tədqiqat
institutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, 1971-ci ildən isə direktor olmuşdur. 1951–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında işləyərək, kiçik elmi işçidən elmi işlər üzrə müdir müavini vəzifəsinə qədər yüksəlib. 1953-cü ildə "Qarışıq rejim şəraitlərində neft yataqlarının işlənilmə sistemlərinin layihələndirilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft ekspedisiyasının ləğvi ilə əlaqədar olaraq, 1958-ci ildə o, AzETNÇİ-nun yeraltı hidrodinamika laboratoriyasının müdiri vəzifəsinə keçirilmişdir.