Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vickery
Coys Uinifred Vikeri (ing. Joyce Winifred Vickery; 15 dekabr 1908 – 29 may 1979, Melburn) — Avstraliya botaniki.
Docker (proqram)
Docker — əməliyyat sistemi səviyyəsində virtuallaşdırma (başqa sözlə konteynləşdirmə) tətbiq edən proqram. İlk versiyası 2013-cü ildə Docker, Inc tərəfindən yaradılmışdır. Docker proqram təminatını "konteynerlər" vasitəsilə işə salır. Sadə bir misal göstərsək, bir konteyner veb servisi və veb tətbiqi işə salır, digər bir konteyner isə bu tətbiq tərəfiindən istifadə edilən verilənlər bazası servisini işə salır. Konteynerlər bir-birindən izolyasiya olur və hər birinin öz alətləri, kitabxanaları və konfiqurasiya faylları olur, amma bu konteynerlər bir-biri ilə xüsusi ayrılmış kanallar vasitəsilə əlaqə yarada bilir. Bütün konteynerlər sadəcə bir əməliyyət sisteminin nüvəsi üzərində işlədiyi üçün virtual maşınlardan daha az resurs istifadə edir.
Joe Cocker
Con Robert "Co" Koker (ing. John Robert "Joe" Cocker;20 may 1944[…], Şeffild, İngiltərə – 22 dekabr 2014[…]) — ingilis rok və blüz ifaçısı, bəstəkar və aktyor. Britaniya imperiyası ordeninin kavaleri. Xırıltılı bariton səsi sayəsində böyük məşhurluq qazanmışdır. Onun ən məşhur mahnıları Summer in the City, My Father’s Son, Unchain My Heart, You Can Leave Your Hat On, Now That the Magic Has Gone, N`oubliez jamais və Kokerə ilin ən yaxşı musiqisi kateqoriyasında "Oskar" mükafatını qazandıran Up Where We Belong blüz və rok balladalarıdır. 2008-ci ildə müğənninin adı "Rolling Stone" jurnalının tərtib etdiyi "Bütün zamanların 100 ən böyük müğənnisi" siyahısında 97-ci yerdə qərarlaşmışdır. Həyatının son illərində tez-tez xəstələnirdi. 2014-cü ilin 17 sentyabrında Billi Coel səhnədə çıxış edərkən Kokerin səhhətinin qənaətbəxş olmadığını və onun adının "Rok-n-rol şərəf zalı"na daxil edilməli olduğunu bildirmişdi. Müğənni 22 dekabr 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Krouford şəhərində ağciyər xərçəngindən vəfat etmişdir. == Diskoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Co Koker ilə əlaqəli mediafayllar var.
Good Morning, Mickey!
Sabahın xeyir, Mikki! (ing. Good morning, Mikki!) - Disney Channel kanalının ilk televiziya cizgi serialıdır. Cizgi serialının epizodları 18 aprel 1983 və 28 noyabr 1992-ci illər ərzində yayımlanmışdır. Cizgi filmdə əvvəllər sadəcə Mikki Maus iştirak edirdi. Lakin sonralar cizgi filmə Minni Maus personajı, ardınca Qufi, Donald Dak, Çip və Deyl, Pluto və digər personajlar əlavə olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Good Morning, Mickey!
Məçkəy
Məçkəy - türk, anadolu və altay xalq inancında, qərb dillərindəki qarşılığı ilə birə-bir üst-üstə düşən bir mənala vampir deməkdir. Məçik də deyilir. Türk xalq mədəniyyətində və xalq inancında özünə xas bir vampir növüdür. Bəzi istiqamətləri tamamilə türk mədəniyyətinə xas olsa da qərb cəmiyyətlərinin inanclarına çox bənzəyən bəzi xüsusiyyətləri də mövcuddur. Məsələn eynilə Nosferatu nümunəsində olduğu kimi, "tağun" (yəni vəba) xəstəliyi daşıdığına inanılır. İnsanların qanını əmər, içlərində böyüyər. Ölüm saçan donqar bir yaşlı qadın (və ya bəzən yaşlı bir kişi) şəklində düşünülər. Söz, biçmək (kəsmək) feli ilə əlaqəlidir. Məç monqolcada meymun, Məs isə silah deməkdir. == Anadoluda Məçik anlayışı == Məçik, Anadolu xalq inancında məzardan çıxan ölü deməkdir.